Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-407/2022 13.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı Yaşar oğlunun iştirakı ilə, İddiaçı Yaşar oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Yaşar oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1730 (min yeddi yüz otuz) manat pulun və ödəniş etdiyi 38 (otuz səkkiz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Yaşar oğlu tələbini əsaslandıraraq bildirmişdir ki, o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə razılaşaraq iribuynuzlu malını Babək rayon Sirab kənd sakini X2 bir kiloqramı on manat olmaqla 160 kq ət, 10 kq ciyər və kəllə dırnaq olmaqla ümumilikdə 1730 manata razılaşmaqla 31 yanvar 2022-ci il tarixində aparıblar. Ona toy qurtaran kimi onun pulunu yəni bir gündən sonra verəcəklərini bildiriblər. O, iribuynuzlu malı satmaq üçün Naxçıvan elanlarında instaqrama qoymuşdur. Əvvəllər onunla Vəfadar telefon əlaqəsi saxlayaraq toy edəcəklərini, nağd pulu olmadığını bildirib. O "biz gələk malı aparaq toyumuzu yola salaq sonra pulunu verim" deyib. İddiaçı ilkin olaraq razılaşmayıb və bildirib ki, "mən sizi tanımıram sizə etibar edə bilmərəm altı aydır boğazımdan kəsib mala qüvvəli yem alıb vermişəm ki, kökəlsin satım, mənim də ehtiyaclarım var, uşağın hazırlıq pulları və əlavə borcum var onları ödəyim". O "biz xeyir iş edirik kiminsə qarğışın qazanmaq istəmirik" deyib, iddiaçı ilə danışaraq razı salıb ki, malı aparan kimi iki gün sonra onun pulunu gətirib verəcəkdir. İddiaçı razılığa gəlib. O iddiaçıya bildirib ki, "nümayəndəmi göndərirəm gəlsin malı kəsin ətini götürüb gələcək". İddiaçı da razılaşıb. 31 yanvar 2022-ci il tarixində Fazil və Fazillə bərabər iki şəxslə gəliblər hətta onlar həyətdə cay içib video da çəkiblər ki, toyun kasetinə salacağıq deyib əti ciyəri və kəlləni yığıb aparıblar. Söz verdikləri tarixdə pulunu vermədikləri üçün iddiaçı zəng edib ki, pulunu ala, həmin zaman Vəfadar ona bildirib ki, "ziyana düşmüşəm gedirəm bankdan pul götürüm sizin pulunuzu verəm". Vəfadar telefonu acdığı üçün həmişə Vəfadara zəng edirmiş. Fazil telefonu cəmi bir dəfə açıb ondan sonra Fazillə əlaqə saxlaya bilməyib. Vəfadar ona hərdən bir bəhanə gətirirək bu gün sabah verəcəyəm deyirmiş. İddiaçı Vəfadarın bu sözlərindən bezib Vəfadara onu polisə verəcəyini bildirmişdir, həmin tarixdən Vəfadarın telefonuna zəng çatmayıb. Mülki iş üzrə məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə Cavabdeh1 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Mülki iş üzrə 13 iyun 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh2 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə baxış iclasının Cavabdeh2 iştirakı olmadan keçirilməsini mümkün saymışdır. Məhkəmə iclası zamanı izahat verən İddiaçı Yaşar oğlu izahatında onun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə razılaşdığını, iribuynuzlu malını Babək rayon Sirab kənd sakini X1 bir kiloqramı on manat olmaqla 160 kq ət, 10 kq ciyər və kəllə dırnaq olmaqla ümumilikdə 1730 manata razılaşmaqla onların 31 yanvar 2022-ci il tarixində apardıqlarını, ona toy qurtaran kimi onun pulunu yəni bir gündən sonra verəcəklərini bildirdiklərini, iribuynuzlu malı satmaq üçün Naxçıvan elanlarında instaqram sosial şəbəkəsində elan verdiyini, ilkin olaraq onunla Vəfadarın telefon əlaqəsi saxlayaraq toy edəcəklərini, nağd pulu olmadığını bildirdiyini, onun "biz gələk malı aparaq toyumuzu yola salaq sonra pulunu verim" dediyini, özünün ilkin olaraq bununla razılaşmadığını, onlara "mən sizi tanımıram sizə etibar edə bilmərəm altı aydır boğazımdan kəsib mala qüvvəli yem alıb vermişəm ki, kökəlsin satım, mənim də ehtiyaclarım var, uşağın hazırlıq pulları və əlavə borcum var onları ödəyim" dediyini, Vəfadarın da "biz xeyir iş edirik kiminsə qarğışın qazanmaq istəmirik" dediyini, Vəfadarla birinci dəfə 30 yanvarda danışdıqlarını, Vəfadarın onunla danışaraq onu pulun sonra verilməsinə razı saldığını, onun malı aparan kimi iki gün sonra onun pulunu Fazillə birlikdə gətirib verəcəklərini dediyini, özünün də Vəfadara və Fazilə inanaraq malın nisyə satılmasına razılaşdığını, Vəfadarın ona "nümayəndəmi yəni Fazili göndərirəm gəlsin malı kəsin ətini götürüb gələcək" dediyini, onun da Vəfadarla razılaşdığını, onlara inandığını, 31 yanvar 2022-ci il tarixində Vəfadarın nümayəndəsi olaraq Fazil və Fazillə bərabər iki şəxsin onların evinə gəldiklərini, onların hətta həyətdə cay içib video da çəkdiklərini, qardaşı Vüsalın malı kəsdiyini, həmin malın ətini, ciyərini və kəlləsini tərəzidə çəkdiklərini və ümumi 1730 manat məbləğində pul etdiyinin hesabladıqlarını, Fazilin də bu məbləğə razı olduqlarını, Vəfadarın da bu məbləğlə razılaşdığını bildirdiyini, həmin pulu Vəfadarla özünün ona toydan sonra ödəyəcəklərini bildirdiyini, sonra kömək edərək əti, ciyəri və malın kəlləsini onların avtomobilinə yığdıqlarını, həmin vaxt Fazilə malı Vəfadarla və onunla razılıqları əsasında ona verdiyini bildirdiyini, Fazilin də təkrarən ona narahat olmamasını, malın pulunun Vəfadar və özü tərəfindən ona ödəniləcəyini, ikisinin buna cavabdeh olduğunu bildirdiyini, toyları yekunlaşandan sonra gətirib onun pulunu qaytaracaqlarını bildirdiyini, lakin onların söz verdikləri tarixdə onun pulunu gətirmədiklərini, ona görə də Vəfadara zəng vurduğunu, pulu istədiyini, Vəfadarın ona "ziyana düşmüşük gedirəm bankdan pul götürüm sizin pulunuzu verək" dediyini, Vəfadar telefonu açdığı üçün həmişə Vəfadara zəng etdiyini, Fazilə də pulu qaytarması üçün zəng etdiyini, onun telefonu cəmi bir dəfə açıb pulunu verəcəklərini bildirdiyini, ondan sonra Fazillə əlaqə saxlaya bilmədiyini, zəng etsə də onun zənginə Fazilin cavab vermədiyini, Vəfadara isə zəng etdikdə ona hərdən bir bəhanə gətirərək bu gün sabah verəcəyəm dediyini, Vəfadarın bu bəhanələrindən bezib Vəfadara onu polisə verəcəyini bildirdiyini, həmin tarixdən Vəfadarın telefonuna zəng çatmadığını, bundan sonra məcbur qalaraq pulun alınması üçün məhkəməyə müraciət etdiyini, iddia ərizəsində atasının adını Hacıyaşar kimi göstərməsinin səbəbinin atasının hacı olması olduğunu, yoxsa bütün sənədlərdə atasının adının Yaşar qeyd olunduğunu, ona görə də məhkəmə tərəfindən çıxarılacaq bütün sənədlərdə ata adının Yaşar kimi nəzərə alınmasını xahiş etdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında izahat verən Cavabdeh2 izahatında İddiaçı Yaşar oğlundan iribuynuzlu mal almadığını, həmin malı Fazilin aldığını, onun ödəməli olduğunu, Fazilin qəsdən pulu ödəməmək üçün məhkəməyə gəlməkdən yayındığını, 30 yanvar 2022-ci il tarixdə onun mobil telefonundan həqiqətən də iddiaçı Ceyhuna zəng edildiyini, onunla iribuynuzlu malın alqı-satqısı haqqında razılaşıldığını, lakin onun mobil telefonundan zəng vurulmasına baxmayaraq zəng vuranın özü olmadığını, zəng vuranın Fazil olduğunu, Fazilin onun adından danışdığını, nəyə görə Fazilin öz mobil telefonu ilə iddiaçıya zəng vurmadığını bilmədiyini, Fazilin həqiqətən də 1730 manat məbləğində ət, ciyər və kəlləni iddiaçı Ceyhunun yaşadığı evdən götürdüyünü, lakin Ceyhuna toydan sonra pulu ödəyəcəyini bildirsə də bu günə qədər onun pulunu ödəmədiyini, bütün bunları Fazilin yanında olduğu üçün bildiyini, əsl cavabdeh şəxsin Fazil olduğunu, Ceyhunun mobil telefonuna özünün mobil telefonundan zənglər edildiyini, onunla iribuynuzlu malın satışı ilə əlaqədar danışıldığını, ilk olaraq bunu inkar etməsinin səbəbinin özünün günahkar çıxmasını istəmədiyi olduğunu, lakin həqiqətən də onun mobil telefonundan Ceyhuna zəng vuran şəxsin Fazil olduğunu, qeyd olunan malı alan şəxsin Fazil olduğunu, ona görə də Ceyhuna 1730 manat pulu Fazilin ödəməli olduğunu bildirdi. Məhkəmə iclası zamanı ifadə verən şahid X14 ifadəsində iddiaçının onun qardaşı olduğunu, 30 yanvar 2022-ci il tarixində həqiqətən də qardaşının yanında olduğu vaxt qardaşının telefonuna zəng gəldiyini, telefondakı şəxsin adının Vəfadar olduğunu qardaşına bildirdiyini, həmin şəxsin qardaşına instaqram sosial şəbəkəsində iribuynuzlu malın alqısatqısı üçün zəng etdiyini dediyini, qardaşı ilə Vəfadarın nisyə alqı-satqı şərtilə həmin iribuynuzlu malın alqı-satqısı barədə telefonda razılaşdıqlarını, Vəfadarın səhər nümayəndəsi olan Fazili malı götürməsi üçün göndərəcəyini dediyini, hətta həmin vaxt qardaşını aldatmamaları üçün özünün də telefonu alaraq Vəfadarla danışdığını, 31 yanvar 2022-ci il tarixdə Fazilin və iki nəfər şəxsin qardaşının həyətinə gəldiyini, həmin vaxt onların hətta qardaşıgilin həyətində çay içdiklərini, iribuynuzlu malı özünün kəsdiyini, sonra malın ətini, ciyərini və kəlləsini tərəzidə çəkdiklərini, Fazilgilə veriləcək ətin ümumi dəyərinin 1730 manat olduğunu hesabladıqlarını, Fazilin də bu məbləğə razı olduqlarını, Vəfadarın da bu məbləğlə razılaşdığını bildirdiyini, həmin pulu Vəfadarla özünün Ceyhuna toydan sonra ödəyəcəklərini bildirdiyini, sonra kömək edərək əti, ciyəri və malın kəlləsini onların avtomobilinə yığdıqlarını, həmin vaxt Ceyhunun Fazilə malı Vəfadarla və onunla razılıqları əsasında ona verdiyini bildirdiyini, Fazilin də təkrarən ona narahat olmamasını, malın pulunun Vəfadar və özü tərəfindən ona ödəniləcəyini, ikisinin buna cavabdeh olduğunu bildirdiyini, toyları yekunlaşandan sonra gətirib onun pulunu qaytaracaqlarını bildirdiyini, hətta bütün bunlara həmin vaxt həyətdə su quyusu qazmaqda iştirak edən bütün şəxslərin şahid olduğunu, lakin cavabdehlərin söz verdikləri tarixdə Ceyhunun pulunu gətirmədiklərini, Ceyhunun bu barədə ona həmin gün məlumat verdiyini, özünün yanında Ceyhunun Vəfadara zəng vurduğunu, pulu istədiyini, Vəfadarın ona "ziyana düşmüşük gedirəm bankdan pul götürüm sizin pulunuzu verək" dediyini, Ceyhunun Fazilə də pulu qaytarması üçün zəng etdiyini, onun telefonu cəmi bir dəfə açıb pulunu verəcəklərini bildirdiyini, ondan sonra Ceyhunun Fazillə əlaqə saxlaya bilmədiyini, zəng etsə də onun zənginə Fazilin cavab vermədiyini, Vəfadara isə zəng etdikdə Ceyhuna hərdən bir bəhanə gətirərək bu gün sabah verəcəyəm dediyini, Vəfadarın bu bəhanələrindən bezib Ceyhunun Vəfadara onu polisə verəcəyini bildirdiyini, həmin tarixdən Vəfadarın telefonuna zəng çatmadığını, bütün bu halların hamısında özünün şəxsən iştirak etdiyini, qardaşına kömək etmək üçün bu məsələ ilə bağlı daima onun yanında olduğunu, ona görə də hər şeydən xəbərdar olduğunu bildirdi. Məhkəmə iclası zamanı ifadə verən şahid X10 ifadəsində iddiaçının onun bacısının əri olduğunu, 31 yanvar 2022-ci il tarixində bacısıgilin həyətində su quyusu qazdırdıqlarını, özünün də onlara kömək etmək üçün həmin vaxt orada olduğunu, Ceyhunun su quyusunu qazdırmaq üçün çəkiləcək xərcləri və digər ehtiyacları üçün bir gün əvvəl iribuynuzlu malının alqı-satqısı üçün telefonda Vəfadar adlı şəxslə razılaşdığını ona bildirdiyini, 31 yanvar 2022-ci il tarixdə Fazilin və iki nəfər şəxsin Ceyhunun həyətinə gəldiyini, həmin vaxt onların hətta Ceyhungilin həyətində çay içdiklərini, iribuynuzlu malı Ceyhunun qardaşı Vüsalın kəsdiyini, sonra malın ətini, ciyərini və kəlləsini tərəzidə çəkdiklərini, Fazilgilə veriləcək ətin ümumi dəyərinin 1730 manat olduğunu hesabladıqlarını, Fazilin də bu məbləğə razı olduqlarını, Vəfadarın da bu məbləğlə razılaşdığını bildirdiyini, həmin pulu Vəfadarla özünün Ceyhuna toydan sonra ödəyəcəklərini bildirdiyini, sonra kömək edərək əti, ciyəri və malın kəlləsini onların avtomobilinə yığdıqlarını, həmin vaxt Ceyhunun Fazilə təkrarən malı Vəfadarla və onunla razılıqları əsasında ona verdiyini bildirdiyini, Fazilin də təkrarən ona narahat olmamasını, malın pulunun Vəfadar və özü tərəfindən ona ödəniləcəyini, ikisinin buna cavabdeh olduğunu bildirdiyini, toyları yekunlaşandan sonra gətirib onun pulunu qaytaracaqlarını bildirdiyini, hətta bütün bunlara həmin vaxt həyətdə su quyusu qazmaqda iştirak edən bütün şəxslərin şahid olduğunu, lakin cavabdehlərin əti aparmaların baxmayaraq həmin pulu hələ də Ceyhuna qaytarmadıqlarını bildirdi. Məhkəmə iclası zamanı ifadə verən şahid X7 ifadəsində iddiaçı ilə eyni kənddə yaşadıqlarını, 31 yanvar 2022-ci il tarixində iddiaçının həyətində su quyusu qazdıqlarını, özünün də orada fəhlə kimi işlədiyini, Ceyhunun həmin vaxt ona və orada işləyən ustalara su quyusunu qazdırmaq üçün çəkiləcək xərcləri və digər ehtiyacları üçün bir gün əvvəl iribuynuzlu malının alqı-satqısı üçün telefonda bir nəfər şəxslə razılaşdığını bildirdiyini, 31 yanvar 2022-ci il tarixdə Fazil adlı şəxsin və ondan əlavə iki nəfər şəxsin Ceyhunun həyətinə gəldiyini, bu vaxt onların da həyətdə quyu qazdıqlarını, ona görə də hər şeyin şahidi olduqlarını, həmin vaxt Fazilgilin hətta Ceyhungilin həyətində çay içdiklərini, hətta ət kəsilməsini videoya çəkdiklərini, toy kasetinə salacaqlarını dediklərini, iribuynuzlu malı Ceyhunun qardaşı Vüsalın kəsdiyini, sonra malın ətini, ciyərini və kəlləsini tərəzidə çəkdiklərini, Fazilgilə veriləcək ətin ümumi dəyərinin 1730 manat olduğunu dediklərini, Fazilin də bu məbləğə razı olduqlarını, Vəfadarın da bu məbləğlə razılaşdığını bildirdiyini, həmin pulu Vəfadarla özünün Ceyhuna toydan sonra ödəyəcəklərini bildirdiyini, sonra ətin, ciyərin və malın kəlləsinin onların avtomobilinə yığıldığını, onların da həmin əti apardıqlarını bildirdi. Məhkəmə iclası zamanı ifadə verən şahid X6 ifadəsində iddiaçı ilə eyni kənddə yaşadıqlarını, iddiaçının qonşusu olduğunu, 31 yanvar tarixində Ceyhunun həyətində su quyusu qazdıdırdığını, iddiaçının ona su quyusunu qazdırmaq üçün çəkiləcək xərcləri və digər ehtiyacları üçün bir gün əvvəl iribuynuzlu malının alqı-satqısı üçün telefonda bir nəfər şəxslə razılaşdığını bildirdiyini, onların əti kəsib aparacaqlarını əlavə qalan ətdən satacağını ona bildirdiyini, özünün də ət alması üçün həmin gün Ceyhunun həyətinə getdiyini, orada adının Fazil olduğu deyilən şəxslə ondan əlavə iki nəfər şəxsin Ceyhunun həyətinə gəldiyini, bu vaxt onun da həyətdə olduğunu, ona görə də hər şeyin şahidi olduğunu, həmin vaxt Fazilgilin hətta Ceyhungilin həyətində çay içdiklərini, hətta ət kəsilməsini videoya çəkdiklərini, toy kasetinə salacaqlarını dediklərini, iribuynuzlu malı Ceyhunun qardaşı Vüsalın kəsdiyini, sonra malın ətini, ciyərini və kəlləsini tərəzidə çəkdiklərini, Fazilgilə veriləcək ətin ümumi dəyərinin 1730 manat olduğunu dediklərini, Fazilin də bu məbləğə razı olduqlarını, Vəfadarın da bu məbləğlə razılaşdığını bildirdiyini, həmin pulu Vəfadarla özünün Ceyhuna toydan sonra ödəyəcəklərini bildirdiyini, sonra ətin, ciyərin və malın kəlləsinin onların avtomobilinə yığıldığını, onların da həmin əti apardıqlarını, özünün də əlavə qalan ətdən alaraq evlərinə qayıtdığını bildirdi. Məhkəmə iclası zamanı ifadə verən şahid X9 ifadəsində 31 yanvar 2022-ci il tarixində iddiaçının həyətində su quyusu qazdıqlarını, özünün də orada usta kimi işlədiyini, Ceyhunun həmin vaxt orada işləyən işçilərə su quyusunu qazdırmaq üçün çəkiləcək xərcləri və digər ehtiyacları üçün bir gün əvvəl iribuynuzlu malının alqı-satqısı üçün telefonda bir nəfər şəxslə razılaşdığını bildirdiyini, 31 yanvar 2022-ci il tarixdə Fazil adlı şəxsin və ondan əlavə iki nəfər şəxsin Ceyhunun həyətinə gəldiyini, bu vaxt onların da həyətdə quyu qazdıqlarını, ona görə də hər şeyin şahidi olduqlarını, həmin vaxt Fazilgilin hətta Ceyhungilin həyətində çay içdiklərini, hətta malın kəsilməsini videoya çəkdiklərini, toy kasetinə salacaqlarını dediklərini, iribuynuzlu malı Ceyhunun qardaşı Vüsalın kəsdiyini, sonra malın ətini, ciyərini və kəlləsini tərəzidə çəkdiklərini, Fazilgilə veriləcək ətin ümumi dəyərinin 1730 manat olduğunu dediklərini, Fazilin də bu məbləğə razı olduqlarını, toydan sonra pulu ödəyəcəklərini bildirdiyini, sonra ətin, ciyərin və malın kəlləsinin onların avtomobilinə yığıldığını, onların da həmin əti apardıqlarını bildirdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını, şahidlərin ifadələrini dinləyib, həmin izahat və ifadələri iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından aydın olur ki, cavabdeh Cabbarlı X5 şəhəri, 11-ci məhəllə, ev 144 ünvanında və Cavabdeh2 isə ünvan 2 ünvanında rəsmi qeydiyyatdadırlar. Cavabdehlərə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin məhkəmə bildirişləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onların qeydiyyatda olduqları ünvanlara rəsmi qaydada göndərilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehlərə iddia tələbinə qarşı etirazlarının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və ya iddiaçıya təqdim etmələri izah olunsa da, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuş və onlar arasında şifahi alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasındakı razılaşmaya əsasən iddiaçı cavabdehlərə iribuynuzlu malın ətini verməyi cavabdehlər isə həmin iribuynuzlu malın ətinin dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərə qeyd olunan iribuynuzlu malın ətini vermiş, cavabdehlər həmin ətin dəyəri olan 1730 (bir min yeddi yüz otuz) manatı ödəməyi öhdələrinə götürmüş, lakin həmin borcu ödəməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasındakı razılaşmaya əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində iribuynuzlu malın ətini cavabdehlərə təhvil verməyi, cavabdehlər isə həmin razılaşmaya əsasən həmin iribuynuzlu malın dəyərini iddiaçıya ödəməyi öz öhdələrinə götürmüşlər. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan iribuynuzlu malın ətini cavabdehlərə təhvil vermiş, cavabdehlər isə tərəflər arasındakı razılaşma üzrə müəyyən olunmuş şərtlər daxilində iribuynuzlu malın ətini əldə etməsinə, həmin malın dəyərini iddiaçıya ödəməsinə dair öhdəlik götürmələrinə baxmayaraq, həmin iribuynuzlu malın dəyərini ödəməkdən yayınmışdır. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının cavabdehlərlə aralarında olan şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş üzrə məhkəmə iclasında dindirilən şahidlərin ifadəsi ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda tərəflər arasındakı şifahi alqısatqı müqaviləsi üzrə öz öhdəliklərini icra etmələrinə dair sübutetmə vəzifəsi cavabdehlərin üzərinə düşsə də onlar bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Cavabdeh2 məhkəmədə verdiyi izahatında ilk öncə iddiaçı ilə heç vaxt danışmadığını, onun telefonundan iddiaçıya zəng edilmədiyini bildirsə də sonradan 30 yanvar 2022-ci il tarixdə onun mobil telefonundan həqiqətən də iddiaçı Ceyhuna zəng edildiyini, onunla iribuynuzlu malın alqı-satqısı haqqında razılaşıldığını, lakin onun mobil telefonundan zəng vurulmasına baxmayaraq zəng vuranın özü olmadığını, zəng vuranın Fazil olduğunu, Fazilin onun adından danışdığını, nəyə görə Fazilin öz mobil telefonu ilə iddiaçıya zəng vurmadığını bilmədiyini, Ceyhunun mobil telefonuna özünün mobil telefonundan zənglər edildiyini, onunla iribuynuzlu malın satışı ilə əlaqədar danışıldığını, ilk olaraq bunu inkar etməsinin səbəbinin özünün günahkar çıxmasını istəmədiyi olduğunu, lakin həqiqətən də onun mobil telefonundan Ceyhuna zəng vuran şəxsin Fazil olduğun bildirmiş, lakin cavabdeh bu dediyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 yuxarıda qeyd etdiklərini özünün məsuliyyətdən yayınması üçün bildirmişdir. Məhkəmə cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini lazımınca icra etməmələri öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini əsaslı qəbul edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 38 (otuz səkkiz) manat miqdarında dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -1730 (bir min yeddi yüz otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Yaşar oğluna ödənilməli; -38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Yaşar oğluna verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin olunsun. 1730 (bir min yeddi yüz otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Yaşar oğluna ödənilsin. 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Yaşar oğluna verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-407/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-407/2022
13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver