Məhkəmə qərarları › İş №2(078)-408/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-408/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-408/2021 16.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə iddiaçı təşkilat «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********55818 olan İPhone 11 markalı telefon üçün 1863.8 (min səkkiz yüz altmış üç manat səksən qəpik) manat ödənilməmiş hissə, 558.2 (beş yüz əlli səkkiz manat iyirmi qəpik) manat dəbbə pulu, 31 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********64774 olan Samsung Galaxy A70 markalı telefon üçün 906 (doqquz yüz altı) manat ödənilməmiş hissə, 270 (iki yüz yetmiş) manat dəbbə pulu, ümumilikdə 3598 (üç min beş yüz doxsan səkkiz) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3628 (üç min altı yüz iyirmi səkkiz) manat pulun Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. İddiaçı təşkilat «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin iddiaçı təşkilat məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakı olmadan baxılmasına etirazlarının olmadığını, iddianı müdafiə etdiklərini və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin «xxxx» MMC ilə 30 dekabr 2019-cu il və 31 dekabr 2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********55818 və İMEİ kodu **********64774 olan İPhone 11 və Samsung Galaxy A70 markalı telefon aldığını və nəticədə 3598 (üç min beş yüz doxsan səkkiz) manat borcunun yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 30 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2666.8 (iki min altı yüz altmış altı manat səksən qəpik) manat (12 ay x 186.4 manat + 430 manat ilkin ödəniş) olan İMEİ kodu **********55818 olan İPhone 11 markalı telefon üçün ümumilikdə 2422 (iki min dörd yüz iyirmi iki) manat olmaqla, ondan 1863.8 (min səkkiz yüz altmış üç manat səksən qəpik) manat ödənilməmiş hissə, 558.2 (beş yüz əlli səkkiz manat iyirmi qəpik) manat dəbbə pulu borcunun yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 31 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1031 (min otuz bir) manat (12 ay x 75.5 manat + 125 manat ilkin ödəniş) olan İMEİ kodu **********64774 olan Samsung Galaxy A70 markalı telefon üçün ümumilikdə 1176 (min yüz yetmiş altı) manat olmaqla, ondan 906 (doqquz yüz altı) manat ödənilməmiş hissə, 270 (iki yüz yetmiş) manat dəbbə pulu borcunun yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 928 manat təşkil etdiyini, bunları nəzərə alaraq, 30 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********55818 olan İPhone 11 markalı telefon üçün 1863.8 (min səkkiz yüz altmış üç manat səksən qəpik) manat ödənilməmiş hissə, 558.2 (beş yüz əlli səkkiz manat iyirmi qəpik) manat dəbbə pulu, 31 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********64774 olan Samsung Galaxy A70 markalı telefon üçün 906 (doqquz yüz altı) manat ödənilməmiş hissə, 270 (iki yüz yetmiş) manat dəbbə pulu, ümumilikdə 3598 (üç min beş yüz doxsan səkkiz) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3628 (üç min altı yüz iyirmi səkkiz) manat pulun Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. Cavabdeh məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: Tərəflər arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 01177158 nömrəli və 31 dekabr 2019-cu il tarixli, 01182485 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 22 fevral 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 30 dekabr 2019-cu il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 2666.8 manat olan İMEİ kodu **********55818 olan İPhone 11 markalı telefon üçün ilkin ödəniş 430 manat olmaqla 12 ay müddətinə ayda 186.4 manat, 31 dekabr 2019-cu il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 1031 manat olan İMEİ kodu **********64774 olan Samsung Galaxy A70 markalı telefon üçün ilkin ödəniş 125 manat olmaqla, 12 ay müddətinə ayda 75.5 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə hazırki mülki iş üzrə yuxarıda göstərilən maddi və prosessual qanunvericilik normalarına istinad edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, Cavabdeh 30 dekabr 2019-cu il tarixli müqavilə üzrə 1863.8 (min səkkiz yüz altmış üç manat səksən qəpik) manat ödənilməmiş hissə və 558.2 (beş yüz əlli səkkiz manat iyirmi qəpik) manat dəbbə pulu, 31 dekabr 2019-cu il tarixli müqavilə üzrə 906 (doqquz yüz altı) manat ödənilməmiş hissə və 270 (iki yüz yetmiş) manat dəbbə pulu, ümumilikdə 3598 (üç min beş yüz doxsan səkkiz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3628 (üç min altı yüz iyirmi səkkiz) manat pul iddiaçı təşkilat «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 01177158 nömrəli və 31 dekabr 2019-cu il tarixli, 01182485 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 22 fevral 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 30 dekabr 2019-cu il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 2666.8 manat olan İMEİ kodu **********55818 olan İPhone 11 markalı telefon üçün ilkin ödəniş 430 manat olmaqla 12 ay müddətinə ayda 186.4 manat, 31 dekabr 2019-cu il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 1031 manat olan İMEİ kodu **********64774 olan Samsung Galaxy A70 markalı telefon üçün ilkin ödəniş 125 manat olmaqla, 12 ay müddətinə ayda 75.5 manat ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 30 dekabr 2019-cu il tarixli müqavilə üzrə 1863.8 (min səkkiz yüz altmış üç manat səksən qəpik) manat ödənilməmiş hissə və 558.2 (beş yüz əlli səkkiz manat iyirmi qəpik) manat dəbbə pulu, 31 dekabr 2019-cu il tarixli müqavilə üzrə 906 (doqquz yüz altı) manat ödənilməmiş hissə və 270 (iki yüz yetmiş) manat dəbbə pulu, ümumilikdə 3598 (üç min beş yüz doxsan səkkiz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3628 (üç min altı yüz iyirmi səkkiz) manat pul «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar