Məhkəmə qərarları › İş №2(078)-424/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-424/2023

06.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-424/2023 06.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı İddiaçı ATSC-nin cavabdehlər "xxxx" MMC-nə və "xxxx" MMC-nin Culfa rayon “X1” MMC-nə qarşı əmlakın cavabdehlərdən alınaraq onun mülkiyyətinə verilməsi tələbinə dair mülki iş üzrə İddiaçı ATSC-nin vəkili və nümayəndəsi Vəkil Naxçıvan Şəhər Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(078)-424/2023 nömrəli qərardadından verdiyi şikayətə yazılı icraat qaydasında baxıb müəyyənetdim: İddiaçı ATSC cavabdehlər "xxxx" MMC-nə və "xxxx" MMC-nin Culfa rayon “X1” MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək

1. İddiaçı X2 Cəmiyyətinin balansında “Darıdağ” X1nun cavabdehlərdən alınaraq iddiaçının mülkiyyətinə verilməsi;

2. 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ATSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(078)-424/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsi maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmışdır. İddiaçı ATSC-nin vəkili və nümayəndəsi Vəkil sözügedən qərardaddan şikayət verərək, Naxçıvan Şəhər Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(078)-424/2023 nömrəli qərardadının ləğv edilərək işin məhkəmədə baxılması xahiş etmiş, şikayət ərizəsi 06 mart 2023-cü il tarixdə məhkəmənin elektron ünvanına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 267.2 və 267.3-cü maddələrinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269-cu maddənin tələbinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Hesab edirəm ki, İddiaçı ATSC-nin cavabdehlər "xxxx" MMC-nə və "xxxx" MMC-nin Culfa rayon “X1” MMC-nə qarşı əmlakın cavabdehlərdən alınaraq onun mülkiyyətinə verilməsi tələbinə dair mülki iş üzrə İddiaçı ATSC-nin vəkili və nümayəndəsi Vəkil Naxçıvan Şəhər Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(078)-424/2023 nömrəli qərardadından verdiyi şikayət baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq

qəraraaldım:

İddiaçı ATSC-nin cavabdehlər "xxxx" MMC-nə və "xxxx" MMC-nin Culfa rayon “X1” MMC-nə qarşı əmlakın cavabdehlərdən alınaraq onun mülkiyyətinə verilməsi tələbinə dair mülki iş üzrə İddiaçı ATSC-nin vəkili və nümayəndəsi Vəkil Naxçıvan Şəhər Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(078)-424/2023 nömrəli qərardadından verdiyi şikayət baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilsin.

Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar