Məhkəmə qərarları › İş №2(078)-426/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-426/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-426/2021 27.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, Hüseynova Hürü Firudin qızının katibliyi, Cavabdeh iştirakı ilə "İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənı̇ lməsı̇ tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "İddiaçı” Açıq Səhmdar Cəmiyyəti 31 mart 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək kredit müaviləsinin ləğv edilməsi, Cavabdeh, "İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 4161.29 (dörd min yüz altmış bir manat, iyirmi doqquz qəpik) manat, 03 fevral 2021-ci il tarixə faiz borcu üzrə 628.16 (altı yüz iyirmi səkkiz manat, on altı qəpik) manat, cəmi 4789.45 (dörd min yeddi yüz səksən doqquz manat, qırx beş qəpik) manat kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. "İddiaçı” Açıq Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq qeyd etmişdir ki, "İddiaçı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2019-cu il tarixli, 1**-NF-***1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə onun Banka əsas borc üzrə 4161.29 (dörd min yüz altmış bir manat, iyirmi doqquz qəpik) manat, 03 fevral 2021-ci il tarixə faiz borcu üzrə 628.16 (altı yüz iyirmi səkkiz manat, on altı qəpik) manat, cəmi 4789.45 (dörd min yeddi yüz səksən doqquz manat, qırx beş qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı "İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 22 aprel 2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə nəqliyyat problemi və məsafə uzaqlığı baxımından məhkəmə iclasında iştiraklarının mümkünsüz olduğunu qeyd edərək borc tələbinə dair mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. 27 aprel 2021-ci il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlayaraq 5000 manat kredit götürdüyünü, krediti götürməyinin səbəbinin oğlunun Türkiyə Respublikasında magistraturada oxuması üçün onun təhsil haqqının ödənilməsi olduğunu, krediti götürdükdən sonra 8 ay vaxtında krediti ödədiyini, hər ay 164 manat ödədiyini, həmin vaxt Neft Şirkətində sürücü işlədiyini, sonradan tutduğu vəzifə ixtisara düşdüyündən işdən çıxarıldığını, bu səbəbdən krediti vaxtında ödəyə bilmədiyini, vaxtında ödəyə bilmədiyi üçün kreditə əlavə faizlər də hesablandığını, iddia ərizəsində qeyd olunmuş məbləğdə borcunun olduğunu qəbul etdiyini, faiz borcunu ödəməyə də etirazı olmadığını, borcunu ödəməkdən boyun qaçırmadığını, lakin hazırda işləmədiyini, yaxın vaxtlarda işə başlayacağını, işə başladıqdan sonra krediti üzrə borcunu ödəyəcəyini bildirdi. 27 aprel 2021-ci il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə baxış iclasında iştirak edən Cavabdeh həmçinin məhkəməyə ərizə tədqim edərək ərizədə "İddiaçı” Açıq Səhmdar Cəmiyyətindən 09.09.2019-cu il tarixdə müqavilə bağlayaraq 5000 (beş min) manat pul kredit götürdüyünü, borcunu ödəyə bilmədiyini, hazırda 4161.29 (dörd min yüz altmış bir manat, iyirmi doqquz qəpik) manat əsas borc, 628.16 (altı yüz iyirmi səkkiz manat, on altı qəpik) manat əlavə borcunun, cəmi 4789.45 (dörd min yeddi yüz səksən doqquz manat, qırx beş qəpik) manat borcu olduğunu qəbul etdiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, "İddiaçı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 09 sentyabr 2019-cu il tarixli, 1**-NF-***1 nömrəli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehlə "İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilməsi barədə müqavilə tərəflərinin razılığa gəlməsi işin mübahisəsiz halıdır. Bu halın mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş 09 sentyabr 2019cu il tarixli, 1**-NF-***1 nömrəli kredit müqaviləsi və cavabdehin izahatı ilə təsdiq olunur. İddiaçının cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh yaranmış borcun qaytarılmasını və qeyd olunan müqavilənin ləğv edilməsini tələb etməsi isə işin mübahisəli hallarıdır. Məhkəmə işin mübahisəli hallarını cavabdehin etirafını nəzərə alaraq məhkəməyə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının borcun qaytarılmasına diar hissədə tələbi cavabdeh tərəfindən etiraf olunduğundan həmçinin iş materialları ilə təsdiq edildiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh iddianı etiraf etməsinə dair verdiyi ərizəni müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Həmin Məcəllənin 220.4-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi müqavilənin ləğv ediməsinə dair hissədə isə hesab edir ki, müqavilə ləğv edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 09 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə biləcək borcalan tərəfindən davam edən 60 (altmış) gün ərizndə ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə Bank bu müqaviləni vaxtından əvvəl bir tərəfli qaydada ləğv edə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi/dəbbə pulu ilə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddia ərizəsinə əlavə edilmiş 08 dekabr 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən müqavilənin ləğv edilməsi üçün cavabdehə lazımi qaydada məlumat verilmiş cavabdeh isə ona verilmiş xəbərdarlıqdan 30 gün keçməsinə baxmayaraq müqavilənin ləğv edilməsinə dair imtinasını iddiaçı tərəfə göndərməmişdir. Bununla da məhkəmə qeyd edir ki, Bank qanunvericiliyin yuxarıda göstərilən tələbinə uyğun olaraq müqavilənin ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz manat) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -09 sentyabr 2019-cu il tarixli, 1**-NF-***1 nömrəli kredit müqaviləsi ləğv edilməli, - 4161.29 (dörd min yüz altmış bir manat, iyirmi doqquz qəpik) manat əsas, 628.16 (altı yüz iyirmi səkkiz manat, on altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4789.45 (dörd min yeddi yüz səksən doqquz manat, qırx beş qəpik) manat kredit borcu Cavabdeh tutularaq "İddiaçı” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -iddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 30 (otuz manat) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq "İddiaçı” Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin olunsun. İddiaçı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2019-cu il tarixli, 1**-NF-***1 nömrəli kredit müqaviləsi ləğv edilsin. 4161.29 (dörd min yüz altmış bir manat, iyirmi doqquz qəpik) manat əsas, 628.16 (altı yüz iyirmi səkkiz manat, on altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4789.45 (dörd min yeddi yüz səksən doqquz manat, qırx beş qəpik) manat kredit borcu Cavabdeh tutularaq "İddiaçı” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 30 (otuz manat) manat miqdarında dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar