Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-427/2021 10.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, cavabdeh X2 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin ona borclu olduğu 900 (doqquz yüz) manat məbləğində pulun və ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi birlikdə 930 (doqquz yüz otuz) manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 10 sentyabr 2021-ci il tarixdə tərəflər qarşılıqlı razılığa gələrək aşağıdakı məzmunda barışıq sazişi bağlamışdırlar. 1.İddiaçı iddia tələbindən imtina etməklə ünvan 1 ünvanında gördüyü təmir-tikinti işlərinə görə cavabdehdən 400 (dörd yüz) manat məbləğində pulun 200 (iki yüz) manatını 2021-ci ilin sentyabr ayının axırında , 100 (bir yüz) manatını oktyabr ayının axırında və 100 (bir yüz) manatını noyabr ayının axırında ona verilməsinə razılaşır. İddia tələbində göstərdiyi qalan pulu işi qismən keyfiyyətsiz yerinə yetirdiyinə görə cavabdehdən tələb etmir. 2.Cavabdeh iddiaçının iddiadan imtina edərək götürdüyü öhdəliyə əsasən Naxçıvan şəhəri, Ə.Qəmküsar, bina 18, ev 22 ünvanında yerləşən mənzildə apardığı təmir-tikinti işlərinə görə işi keyfiyyətsiz yerinə yetirdiyinə görə ona 400 (dörd yüz) manat məbləğində pulun 200 (iki yüz) manatını 2021-ci ilin sentyabr ayının axırında , 100 (bir yüz) manatını oktyabr ayının axırında və 100 (bir yüz) manatını noyabr ayının axırında verməsi şərti ilə razılaşır. İmza: imza İddiaçı. İmza: imza cavabdeh X5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-ci maddəsinin tələbinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə İddiaçı və cavabdeh X2 imzaladıqları barışıq sazişini müzakirə edib belə nəticəyə gəlir ki, işdə barışıq sazişinin təsdiq edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Bu səbəbdən də İddiaçı və cavabdeh X5 arasında imzalanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Buna görə də məhkəmə belə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iş üzrə İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 16 mart 2021-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarlmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.2, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı və cavabdeh X5 arasında imzalanmış barışıq sazişi təsdiq edilsin. İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 16 mart 2021-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarlsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-427/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-427/2021
10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver