Məhkəmə qərarları › İş №2(078)-432/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-432/2022

26.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-432/2022 26.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 28 mart 2022-ci ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, 01 iyun 2020-ci il tarixdən Cavabdeh tutulan alimentin miqdarının artırılaraq 16 iyun 2012-ci il təvəllüdlü X3 və 14 avqust 2016-cı il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatanadək bir uşağın saxlanılması üçün ayda 193 (bir yüz doxsan üç) manat olmaqla iki uşaq üçün 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, o Cavabdeh ilə 04 iyul 2011-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı quraraq nikahlarını rəsmiləşdirmiş, birgə nikahlarından 16 iyun 2012-ci il təvəllüdlü X5 və 14 avqust 2016-cı il təvəllüdlü X7 dünyaya gəlmişdirlər. Nikahlarına Naxçıvan Şəhər Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(078)-94/2020 nömrəli qətnaməsi ilə son qoyulmuşdur. Həmin məhkəmə qətnaməsi ilə uşaqlarının yetkinlik yaşına çatanadək onun yanında qalması müəyyən edilmiş və cavabdehdən 01 iyun 2020-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla iki uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat sabit məbləğdə aliment tutularaq 16 iyun 2012-ci il təvəllüdlü X5 və 14 avqust 2016-cı il təvəllüdlü X2 üçün onun xeyrinə ödənilməsi qət edilmişdir. Övladları və o birlikdə valideyninə məxsus evdə yaşayır, hal-hazırda işləsə də qazancı elə də yüksək deyildir. Bu səbəbdən də maddi imkanı yaxşı deyil. Cavabdehin uşaqlara ödədiyi 240 (iki yüz qırx) manat aliment uşaqlarının maddi tələbatını qarşılamağa yetmir. Uşaqlar elə yaş həddindədir ki, onların təhsilinə, təliminə və digər xərclərinə pul lazım olur. Aldığı aliment bu gün uşaqlarının təminatını ödəmir və tək qadın olaraq o bunun öhdəsindən gəlməkdə çətinlik çəkir. Uşaqlarına aliment 2020-ci ildə kəsilib, həmin tarixdən bu günədək hər bir əşyanın qiymətində artım müşahidə olunur və bu da onların ailə büdcələrinə təsir edir. Bu səbəbdən də övladlarının saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istəyir. Uşaqların yaşı artdıqca xərcləri də artır. Övladları artıq böyüyüblər və ona görə də məsrəfləri yetərincə artmışdır. Bu gün 120 (bir yüz iyirmi) manatla uşağın təminatını ödəmək çox çətindir. Cavabdeh Naxçıvan şəhərində yerləşən "Hilal” ət məhsulları sexində baş mühasib və "Bahar” karqoda baş mühasib vəzifəsində işləyir və eyni zamanda fərdi olaraq da işləyərək yaxşı aylıq qazanc əldə edir və aylıq qazancı 1000 (min) manatdan çoxdur. Hesab edir ki, bugünkü gün bir uşağın saxlanılması üçün ayda 193 (bir yüz doxsan üç) manat olmaqla, iki uşaq üçün 386 (üç yüz səksən altı) manat aliment yetərli olar və cavabdehin də bu məbləği ödəmək imkanı vardır. Alimentin artırılması üçün ilkin mediasıya sessiyasında iştirak etsə də, orada məsələ öz həllini tapmadığından artıq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh 17 may 2022-ci il tarixdə məhkəməyə iddia ərizəsinə qarşı etiraz göndərərək etirazda İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək ondan iki uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün bir uşağa 193 (bir yüz doxsan üç) manat olmaqla iki uşağa görə 386 (üç yüz həştad altı) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul olunmasım xahiş etdiyini, iddianı qəbul etmədiyini, İddiaçı ilə onun arasında olan nikahın Naxçıvan şəhər Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(078)- 94/2020 saylı qətnaməsi ilə pozulduğunu, həmin qətnaməyə əsasən uşaqlarının yetkinlik yaşlarına çatanadək İddiaçınm yanımda qalmasının müəyyən edildiyini, ondan 01 iyun 2020-ci il tarixdən hesablanmaqla hər ay, bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla iki uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat sabit məbləğdə alimentin tutularaq 16 iyun 2012-ci il təvəllüdlü X5 və 14 avqust 2016- cı il təvəllüdlü X2 üçün İddiaçı xeyrimə ödənilməsinin qət edildiyini, onun qət olunmuş alimenti həmişə vaxtlı vaxtında ödədiyini, lakin bununla razılaşmayan İddiaçı yenə də alimentin artırılması ilə bağlı iddia qaldırdığını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona poçt vasitəsilə 18 aprel 2022-ci il tarixdə çatdırıldığını, iddia ərizəsində qeyd olunduğu kimi onun əvvəllər həm “Hilal” ət məhsulları sexində, həm də “Bahar” karqoda mühasib vəzifəsində işlədiyini, İşlədiyi müddətdə uşaqların hər birinə 120 manat deyil, ondan artıq aliment ödədiyini, lakin iddiaçının artıq ödəmiş olduğu alimenti qəbul etməyərək qaytarıb icra məmuruna verdiyini, bu da azmış kimi işlədiyi “Hilal” ət məhsulları sexinə gəlib, onu rəhbərliyinin və iş yoldaşlarının yanında nümayişkaranə səs-küy salaraq onu nüfuzdan salaraq işgüzar nüfuzunu alçaltdığına görə məcbur qalıb, oradan işdən çıxdığını, hal-hazırda tək “Bahar” karqoda mühasib vəzifəsində işlədiyini, aylıq əmək haqqını kartla aldığı 302 manat olduğunu, lakin 148 manatın da əldən ödənildiyini, cəmi birlikdə 450 manat aldığını, həmin məbləğin də 240 manatını uşaqlarına aliment ödəyəndən sonra ona 210 manat məbləğində əmək haqqından ona pul qaldığını, başqa hər hansı bir gəlirinin (qazancının) olmadığını, lakin iddia ərizəsində həmin iki yerin baş mühasibi olmaqla yanaşı həm də fərdi olaraq işləyib 1000 manatdan çox aylıq qazanc əldə etdiyinin göstərildiyini, cavabdehn özünün də qeyd etdiyi kimi onlar 2020-ci il tarixdə ayrıldıqlarını, ayrı-ayrı ünvanlarda yaşadıqlarını, onun qazancını hardan bilə biləcəyini, “Hilal” ət məhsulları sexindən Səlimənin onun işgüzar nüfuzunu gəlib alçaltdığna görə məcbur qalıb çıxdığını, başqa hər hansısa bir fərdi işlə məşğul olmadığını, tək “Bahar” karqoda mühasib vəzifəsində işlədiyini, Səlimənin özünün də iddia ərizəsində qeyd elədiyi kimi Babək rayon Çeşməbasar kəndində Coğrafiya müəlliməsi işlədiyini, yüksək məbləğdə əmək haqqı aldığını, uşağı saxlamağın hər iki valideynin borcu olduğu kimi Azərbaycan Respublikası üzrə müəyyən olunmuş uşaqların saxlanması üçün bir aylıq ehtiyac meyarı olan 193 manatın da hər iki valideynin arasında bölünməli olduğunu, yəni onun həmin məbləğin yarısını ödəməli olduğunu qeyd etmişdir. Mülki iş üzrə məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, 12 may 2022-ci il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda səhhəti ilə əlaqədar olaraq Bakı şəhərində olduğunu, cavabdeh qismində məhkəmə iclasında iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh 12 may 2022-ci il tarixdə məhkəməyə göndərdiyi teleqramı nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 12 may 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. İddiaçı ərizədə Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, iddia tələbində dəqiqləşdirmə apararaq Naxçıvan Şəhər Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(078)- 94/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 16 iyun 2012ci il təvəllüdlü X3 və 14 avqust 2016-cı il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatanadək bir uşağın saxlanılması üçün ayda 193 (bir yüz doxsan üç) manat olmaqla iki uşaq üçün 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixində keçirilmiş məhkəmə iclasında iddiaçının ərizəsi təmin olunaraq iddia tələbinə 01 iyun 2020-ci il tarixli, 2(078)- 94/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 16 iyun 2012ci il təvəllüdlü X3 və 14 avqust 2016-cı il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatanadək bir uşağın saxlanılması üçün ayda 193 (bir yüz doxsan üç) manat olmaqla iki uşaq üçün 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi çərçivəsində baxılması qərara alınmışdır. İddiaçı məhkəməyə verdiyi izahatında Cavabdeh ilə 04 iyul 2011-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı quraraq nikahlarını rəsmiləşdirdiyini, birgə nikahlarından 16 iyun 2012-ci il təvəllüdlü X5 və 14 avqust 2016-cı il təvəllüdlü X6 dünyaya gəldiklərini, nikahlarına Naxçıvan Şəhər Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(078)-94/2020 nömrəli qətnaməsi ilə son qoyulduğunu, həmin məhkəmə qətnaməsi ilə uşaqlarının yetkinlik yaşına çatanadək onun yanında qalmasının müəyyən edildiyini və cavabdehdən 01 iyun 2020-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla iki uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat sabit məbləğdə aliment tutularaq 16 iyun 2012-ci il təvəllüdlü X5 və 14 avqust 2016-cı il təvəllüdlü X2 üçün onun xeyrinə ödənilməsinin qət edildiyini, övladlarının və onun birlikdə valideyninə məxsus evdə yaşadıqlarını, hal-hazırda işləsə də qazancının elə də yüksək olmadığını, bu səbəbdən də maddi imkanının yaxşı olmadığını, cavabdehin uşaqlara ödədiyi 240 (iki yüz qırx) manat alimentin uşaqlarının maddi tələbatını qarşılamağa yetmədiyini, uşaqların təhsilinə, təliminə və digər xərclərinə pul lazım olduğunu, aldığı alimentin bu gün uşaqlarının təminatını ödəmədiyini, tək qadın olaraq onun bunun öhdəsindən gəlməkdə çətinlik çəkdiyini, uşaqlarına alimentin 2020-ci ildə kəsildiyini, həmin tarixdən bu günədək hər bir əşyanın qiymətində artımın müşahidə olunduğunu, bunun da onların ailə büdcələrinə təsir etdiyini, bu səbəbdən də övladlarının saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istədiyini, uşaqların yaşının artdıqca xərclərinin də artdığını, övladlarının artıq böyüdüyünü, ona görə də məsrəflərinin yetərincə artdığını, bu gün 120 (bir yüz iyirmi) manatla uşağın təminatını ödəməyin çox çətin olduğunu, uşaqlarının fərdi hazırlıqlara getdiyini, onların hazırlıqları üçün ayda xeyli miqdarda xərc çəkdiyini, bütün bunları qarşılamaqda çətinlik çəkdiyini, cavabdehin aylıq qazancının 1000 (min) manatdan çox olduğunu, bugünkü gün bir uşağın saxlanılması üçün ayda 193 (bir yüz doxsan üç) manat olmaqla, iki uşaq üçün 386 (üç yüz səksən altı) manat alimentin yetərli olacağını, cavabdehin də bu məbləği ödəmək imkanının olduğunu, bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin faktiki və mübahisəsiz halları bundan ibarətdir ki, tərəflər 04 iyul 2011-ci il tarixində nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların birgə nikahlarından iki övladarı - 16 iyun 2012-ci il təvəllüdlü X5 və 14 avqust 2016-cı il təvəllüdlü X7 doğulmuşdur. Tərəflər arasındakı nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(078)-94/2020 nömrəli qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra 01 iyun 2020-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla iki uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat sabit məbləğdə aliment tutularaq 16 iyun 2012-ci il təvəllüdlü X5 və 14 avqust 2016-cı il təvəllüdlü X2 üçün iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(078)-94/2020 nömrəli qətnaməsinin surətindən Cavabdeh ilə İddiaçı arasında 04 iyul 2011-ci il tarixdə Naxçıvan Şəhər Nikah Evində nikahın bağlanması, bunun akt qeydləri kitabında 195 nömrə ilə qeyd edilməsi, qeyd olunan nikahın pozulması, nikahın pozulmasından sonra 16 iyun 2012-ci il təvəllüdlü X5 və 14 avqust 2016-cı il təvəllüdlü X6 anaları İddiaçı yanında saxlanılmaları, Cavabdeh 01 iyun 2020-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla iki uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat sabit məbləğdə alimentin tutularaq 16 iyun 2012-ci il təvəllüdlü X5 və 14 avqust 2016-cı il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə ödənilməsinin qət olunması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 iyul 2020-ci il tarixli, AZ-İ seriyalı, 221428 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin arasındakı nikahın pozulması, bunun nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 13 iyul 2020-ci il tarixdə 68 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(078)-94/2020 nömrəli qətnaməsinin surətindən və Naxçıvan ŞPİ tərəfindən verilmiş AZE seriyalı 12052885 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 14 avqust 2016-cı il təvəllüdlü X7 adlı övladlarının olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(078)-94/2020 nömrəli qətnaməsinin surətindən və Naxçıvan ŞPİ tərəfindən verilmiş AZE seriyalı 10430054 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 16 iyun 2012-ci il təvəllüdlü X5 adlı övladlarının olması aydın olur. Məhkəmə qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(078)- 94/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Hazırki mülki iş üzrə mübahisəli hal isə iddiaçının sabit pul məbləğində müəyyən edilmiş alimentin artırılmasını tələb etməsidir. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Məhkəmə 2020-ci ildə bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla iki uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat aliment müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan uşaqların böyüdükcə artan təlabatlarını, sosial-iqtisadi göstəricilərin dəyişilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla iki uşağın saxlanılması üçün 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, uşaqların iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin (193 manatın) yarısından çoxunun - bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla iki uşağın saxlanılması üçün 280 (iki yüz səksən) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində təyin olunması ilə bağlı olsa da, məhkəmə aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində yəni 193 manat məbləğində təyin edilməsinin qeyri mümkünlüyünü onunla izah edir ki, iddiaçı alimentin artırılmasını istədiyi sabit pul məbləğində alimentin miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Həmçinin məhkəmə qeyd olunan nəticəyə gələrkən alimentin iddiaçı tərəfindən tələb olunduğu miqdarda müəyyən edilməsi üçün işə baxılması zamanı əlavə əsasların (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilməməsini nəzərə alır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.6-cı maddələrinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti – ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin artırılması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda ödəmənin artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə ödəmənin artırıldığı məbləğin bir il üçün nəzərdə tutulan miqdarı 1000 manatdan 10000 manatadək olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 11 (on bir manat) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - Naxçıvan Şəhər Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(078)-94/2020 nömrəli qətnaməsi ilə 14 avqust 2016-cı il təvəllüdlü X6 və 16 iyun 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün müəyyən olunmuş alimentin miqdarı artırılmalı; -14 avqust 2016-cı il təvəllüdlü X6 və 16 iyun 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla iki uşağın saxlanılması üçün 280 (iki yüz səksən) manat miqdarında sabit pul məbləğində aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli; -miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı; - iddia qalan hissədə rədd edilməli; -Cavabdeh 11 (on bir manat) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Naxçıvan Şəhər Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(078)-94/2020 nömrəli qətnaməsi ilə 14 avqust 2016-cı il təvəllüdlü X6 və 16 iyun 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün müəyyən olunmuş alimentin miqdarı artırılsın. 14 avqust 2016-cı il təvəllüdlü X6 və 16 iyun 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla iki uşağın saxlanılması üçün 280 (iki yüz səksən) manat miqdarında sabit pul məbləğində aliment tutularaq uşaqların anası İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 11 (on bir manat) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar