Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-434/2021 21.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi 73E ünvanında yerləşən iddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n etdim: Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC arasında bağlanmış 25 dekabr 2018-ci il tarixli 003-EMB-1044-18 saylı kredit müqaviləsinə əsasən əsas borcu üzrə 597.33 (beş yüz doxsan yeddi manat otuz üç qəpik) manat, faiz borcu üzrə 87.33 (səksən yeddi manat otuz üç qəpik), 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 715.06 (yeddi yüz on beş manat altı qəpik) manat borcun Cavabdeh alınaraq Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında 25 dekabr 2018-ci il tarixli 003-EMB-1044-18 saylı Kredit müqaviləsi və Kredit müqaviləsinə 1 saylı Əlavə (ödəniş cədvəli) bağlanmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh 12 ay müddətinə 2335 (iki min üç yüz otuz beş) manat məbləğində kredit verilmişdir. Ərizədə qeyd edilmişdir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış, müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və nəticədə cavabdehin Kredit Müqaviləsinə əsasən 08.02.2021-ci il tarixə 25 dekabr 2018-ci il tarixli 003-EMB-1044-18 saylı kredit müqaviləsi üzrə əsas borcu üzrə 597.33 (beş yüz doxsan yeddi manat otuz üç qəpik) manat, faiz borcu üzrə 87.33 (səksən yeddi manat otuz üç qəpik) manat olmaqla cəmi 684.66 (altı yüz səksən dörd manat altmış altı qəpik) manat borcu qalmışdır. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda Cavabdeh 25 dekabr 2018-ci il tarixli 003-EMB-1044-18 saylı kredit müqaviləsinə əsasən əsas borcu üzrə 597.33 (beş yüz doxsan yeddi manat otuz üç qəpik) manat, faiz borcu üzrə 87.33 (səksən yeddi manat otuz üç qəpik) 30.40 dövlət rüsumu və xidmət haqqı olmaqla ümumilikdə 715.06 (yeddi yüz on beş manat altı qəpik) manat borcun alınaraq Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 25 dekabr 2018-ci il tarixli 003-EMB-1044-18 saylı Kredit Müqaviləsinin şərtinə əsasən Cavabdeh 12 ay müddətinə 2335 (iki min üç yüz otuz beş) manat məbləğində kredit verilmişdir. 08 fevral 2021-ci il tarixli arayışa əsasən 25 dekabr 2018-ci il tarixli 003-EMB-1044-18 saylı Kredit Müqaviləsinə əsasən Cavabdehnun Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-yə əsas borcu üzrə 597.33 (beş yüz doxsan yeddi manat otuz üç qəpik) manat, faiz borcu üzrə 87.33 (səksən yeddi manat otuz üç qəpik) manat olmaqla cəmi 684.66 (altı yüz səksən dörd manat altmış altı qəpik) manat borcu vardır. İş materiallarına əlavə edilmiş 12 fevral 2021-ci il tarixli 13903/2 nömrəli son xəbərdarlıq məktubunun surətindən məlum olur ki, həmin tarixdə borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 15.10. 2020-ci il tarixdə verilmiş arayışa əsasən Hacıyeva X1 şəhəri, Şəhriyar ev 5 ünvanında qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 25 dekabr 2018-ci il tarixli 003-EMB-1044-18 nömrəli Kredit Müqaviləsinə əsasən əsas borcu üzrə əsas borcu üzrə 597.33 (beş yüz doxsan yeddi manat otuz üç qəpik) manat, faiz borcu üzrə 87.33 (səksən yeddi manat otuz üç qəpik) manat olmaqla cəmi 684.66 (altı yüz səksən dörd manat altmış altı qəpik) manat məbləğində kredit borcu iddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC tərəfindən 10 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X3 Portalına ********* nömrəli qəbzlə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu və xidmət haqqı Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 31 mart 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə 01 aprel 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdehə bildiriş çatmadığından 15 aprel 2021-ci il tarixdə bildirişin çatdırılması üçün cavabdehin qeydiyyatda olduğu yer üzrə Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə məktub göndərilmişdir. Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdeh 25 dekabr 2018-ci il tarixli 003-EMB-1044-18 nömrəli Kredit Müqaviləsinə əsasən əsas borcu üzrə 597.33 (beş yüz doxsan yeddi manat otuz üç qəpik) manat, faiz borcu üzrə 87.33 (səksən yeddi manat otuz üç qəpik) manat olmaqla cəmi 684.66 (altı yüz səksən dörd manat altmış altı qəpik) manat kredit borcu iddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-nin xeyrinə tutulsun. Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC tərəfindən 10 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X3 Portalına ********* nömrəli qəbzlə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu və xidmət haqqı Cavabdeh iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-434/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-434/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver