Məhkəmə qərarları › İş №2(078)-441/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-441/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-441/2021 17.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n etdim: «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı «xxxx» ASC-nin xeyrinə 333.86 manat əsas borc, faiz borcu üzrə 14.11 manat, cəmi 347.97 manat məbləğində kredit borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. «xxxx» Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, «xxxx» ASC-nin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış 17 aprel 2018-ci il tarixli, BPM**********32 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh 37 ay müddətinə illik 29% dərəcəsi ilə hesablanmaqla, 1000 manat məbləğində kredit verildiyini, Cavabdeh kredit vəsaitindən tam istifadə etdiyini, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırdığını, bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlərin heç bir nəticə vermədiyini, filial tərəfindən verilmiş arayışa əsasən 10 mart 2021-ci il tarixə Cavabdeh banka borcunun 333.86 manat əsas borc, 14.11 manat faiz borcu olmaqla, cəmi 347.97 manat təşkil etdiyini, beləliklə Cavabdeh kreditin vaxtında qaytarılması haqqında tərəflərindən dəfələrlə xəbərdarlıq olunduğunu, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlərin görülmədiyini, müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyini, bunları nəzərə alaraq, Cavabdeh iddiaçı «xxxx» ASC-nin xeyrinə 333.86 manat, faiz borcu üzrə 14.11 manat, cəmi 347.97 manat məbləğində kredit borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "Xətai" filialı (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 17 aprel 2018-ci il tarixli, BPM**********32 nömrəli Kredit Müqaviləsinə əsasən, borcverən borcalana istehlak məqsədləri üçün 37 (otuz yeddi) ay müddətinə 17 may 2021-ci il tarixədək illik 20% ödəmək şərtilə, 1000 (min) manat məbləğində kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit üzrə faizlər şərti olaraq aylıq 30 gün, illik 360 gün götürülən faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 29%-lə hesablanır. Kredit Müqaviləsinə əlavə olunmuş 1 saylı əlavəyə (ödəniş cədvəli) əsasən, Cavabdeh götürdüyü krediti faizləri ilə birlikdə 17 may 2018-17 aprel 2021-ci il tarixləri aralığında hər ay 41.2 manat, 17 may 2021-ci il tarixdə isə 40.76 manat olmaqla, cəmi 1523.96 manat ödəməyi öhdəsinə götürmüşdür. 10 mart 2021-ci il tarixli, 133 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə 10 mart 2021-ci il tarixə 333.86 manat əsas borc və 14.11 manat faiz borcu olmaqla, cəmi 347.97 manat borcu vardır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 05 aprel 2021-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 06 aprel 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh əsas borc üzrə 333.86 (üç yüz otuz üç manat səksən altı qəpik) manat, faiz borcu üzrə 14.11 (on dörd manat on bir qəpik) manat, cəmi 347.97 (üç yüz qırx yeddi manat doxsan yeddi qəpik) manat borc, həmçinin iddia ərizəsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. 10 mart 2021-ci il tarixli, 133 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə 10 mart 2021-ci il tarixə 333.86 manat əsas borc və 14.11 manat faiz borcu olmaqla, cəmi 347.97 manat borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 333.86 (üç yüz otuz üç manat səksən altı qəpik) manat, faiz borcu üzrə 14.11 (on dörd manat on bir qəpik) manat, cəmi 347.97 (üç yüz qırx yeddi manat doxsan yeddi qəpik) manat borc, həmçinin iddia ərizəsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar