Məhkəmə qərarları › İş №2(078)-442/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-442/2022

24.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-442/2022 24.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2(108)-64/2019 nömrəli qərardadı ilə müəyyən olunmuş alimentin məbləği artırılmaqla 15 mart 2006-cı il təvəllüdlü X4 və 15 fevral 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 193 (bir yüz doxsan üç) manat olmaqla, 2 uşağa görə cəmi 386 (üç yüz səksən altı) manat aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər arasındakı nikah qeydi pozulmuşdur. Onların 15 mart 2006-cı il təvəllüdlü X9 və 15 fevral 2008-ci il təvəllüdlü X11 adlı övladları var. Naxçıvan Şəhər Məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 2(078)-203/2019 nömrəli qətnaməsi ilə Culfa Rayon Məhkəməsinin 03 iyun 2010-cu il tarixli, 2(089)-37/2010 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 15 mart 2006-cı İl təvəllüdlü X4 və 15 fevral 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 100 (bir yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Şeyxov X2 Şəhər Məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 2(078)- 203/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş və Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2(108)-64/2019 nömrəli qərardadı ilə İddiaçı ilə Cavabdeh arasında 25 aprel 2019-cu il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilərək Naxçıvan Şəhər Məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 2(078)- 203/2019 nömrəli qətnaməsi ləğv edilmiş və İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilməsinə qərar verilmişdir. Qərardadda göstərilən barışıq sazişinin şərtlərindən aydın olur ki, İddiaçı Cavabdeh ilə birgə nikahlarından doğulan 15 fevral 2008-ci il təvəllüdlü X7 və 15 mart 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit məbləğdə hər bir uşaq üçün 85 (səksən beş) manat olmaqla, cəmi 170 (bir yüz yetmiş) manat məbləğində alimentin hazırki iş üzrə qəbul olunacaq yekun qərarının qanuni qüvvəsini aldığı tarixdən Cavabdeh tutularaq onun xeyrinə razı olmuş və etiraz etməmiş, alimentin artırılmasına dair iddia tələbindən imtina etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmiş, Cavabdeh iddiaçının qeyd etdiyi məbləği ödəməyə etiraz etmədiyini, razı olduğunu, apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında Cavabdeh qarşı sonuncu dəfə 2019-cu il tarixdə alimentin artırılması barədə məhkəməyə ərizə ilə müraciət edərək Culfa Rayon Məhkəməsinin 03 iyun 2010-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin dəyişdirilərək, Cavabdeh onların birgə nikahlarından doğulan 15 mart 2006-cı il təvəllüdlü X4 və 15 fevral 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə hər bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, Naxçıvan Şəhər Məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 2(078)-203/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Culfa Rayon Məhkəməsinin 03 iyun 2010-cu il tarixli, 2(089)- 37/2010 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 15 mart 2006-cı İl təvəllüdlü X4 və 15 fevral 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 100 (bir yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat miqdarında alimentin tutularaq ona verilməsinin qət olunduğunu, sözügedən qətnamədən cavabdeh Şeyxov X2 Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verdiyini müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 2(078)-203/20l9 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdiyini bildirmişdir. İşə apellyasiya məhkəməsində baxılan zaman onların arasında 25 aprel 2019-cu il tarixdə barışıq sazişi bağlanmış, sazişə əsasən cavabdeh hər ay sabit məbləğdə hər bir uşaq üçün 85 (səksən beş) manat olmaqla, cəmi 170 (bir yüz yetmiş) manat məbləğində alimenti hazırki iş üzrə qəbul olunacaq yekun məhkəmə qərarı qanuni qüvvəsini aldığı tarixdən onun xeyrinə ödəməyə etiraz etməyərək apellyasiya şikayətindən imtina etmiş, o da öz növbəsində övladlarının yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay sabit məbləğdə hər bir uşaq üçün 85 (səksən beş) manat olmaqla, cəmi 170 (bir yüz yetmiş) manat məbləğində alimentin hazırki iş üzrə qəbul olunacaq yekun qərarın qanuni qüvvəsini aldığı tarixdən Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə razı olduğunu və buna etiraz etmədiyini, barışıq sazişinin təsdiq olunaraq, razılaşdırılmış öhdəliklər daxilində Cavabdeh qarşı alimentin miqdarının artırılmasına dair iddia tələbindən imtina etməyi barədə öhdəlik götürmüşdür. Həmin vaxt o şərtlə 170 (bir yüz yetmiş) manat iki uşağa aliment ödənilməsinə razılıq vermişdir ki, cavabdeh uşaqların əlavə qayğıları ilə maraqlanacaqdır. Lakin cavabdeh bir müddət uşaqları və özü dəfələrlə zəng etdikdən sonra zorla uşaqların əlavə tələbatlarında iştirak etsə də bir ildən artıqdır ki, alimentdən başqa heç bir kömək göstərmir. Övladları böyüyür və onların maddi tələbatları da günü-gündən artır. Fərid X8ndə ödənişli təhsil alır, illik 500 manat təhsil haqqı ödəyir. Səid isə 8-ci sinifdə oxuyur, xanəndə olmaq istəyir və o da bu ildən hazırlıqlara gedərək X6 sənəd verəcəkdir. Uşaqların maddi tələbatları ödəməkdə çətinlik çəkir, ödənilən 170 manat aliment pulu ilə övladlarının qidalanma, təhsil, müalicə xərclərini qarşılamır. Özü kirayə yaşayır, ayda 150 (bir yüz əlli) kirayə pulu ödəyir. Özü evdə xəstə baxır. Həftəlik və ya aylıq olanda 150 manata yaxın pul verilir. Qardaşının köməyi ilə uşaqlarını saxlayır. Oğlunun təhsil haqqını qardaşı ödəyir. Uşaqlar atalarına bir problem olanda zəng vuranda uşaqlara evli olduğunu, əlavə uşağı olduğunu, bir daha onu narahat etməmələrini deyir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, Naxçıvan şəhər Rabitə İdarəsində mütəxəssis işləyir və əmək haqqısı 380 manatdır. Bundan 170 manatını aliment kimi iddiaçıya ödəyir. Özü ikinci dəfə ailə həyatı qurub, ikinci evliliyindən də bir övladı vardır. Birinci nikahından olan övladlarının saxlanılmasına aliment ödədiyi kimi, ikinci evliliyindən də olan övladını düşünmək məcburiyyətindədir. Lakin hazırda iddiaçının tələb etdiyi aliment məbləğinin çox yüksəkdir və bunu ödəmək onun maddi imkanı xaricindədir. O ancaq 200 manat aliment ödəyə bilər. Qətnamə qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment miqdarının artırılması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Belə ki, 2019-cu il üçün yaşayış minimumunun bir uşaq üçün 160 manat məbləğində müəyyən edilmiş, həmin vaxt barışıq sazişi ilə Cavabdeh hər ay sabit məbləğdə hər bir uşaq üçün 85 (səksən beş) manat olmaqla, cəmi 170 (bir yüz yetmiş) manat miqdarında aliment ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. 2019-cu ildən 3 il müddət keçdiyindən həmin müddət ərzində uşağın gündəlik həyat şərtlərinə uyğun tələbatlarının artmasının istisna olunmur. İş materiallarında olan Naxçıvan MR Naxçıvan Dövlət Universiteti X8 tərəfindən verilmiş 31 yanvar 2022-ci il tarixli 03/35 nömrəli arayışdan aydın olur ki, X1 Musiqi Kollecinin Xalqa çalğı alətləri ixtisası üzrə İ kurs (əyani) tələbəsi ödənişli əsaslarla təhsil alır. Həmin arayış əsasında iddiaçının maddi vəziyyətində olan dəyişikliyi, eləcə də uşaqların tələbatlarının artmasının mübahisə doğurmadığını nəzərə aldıqda məhkəmə belə qənaətə gəlir ki, belə olan halda iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə bütün qeyd edilənləri, 15 mart 2006-cı il təvəllüdlü X4 və 15 fevral 2008-ci il təvəllüdlü X7 halhazırda anası İddiaçı himayəsində yaşamasını, uşaqların həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, iki uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən iddiaçının cavabdehin kifayət qədər qazancının olmasına dair konkret və mötəbər sübutlar təqdim etmədiyini nəzərə alır. Məhkəmə cavabdehin izahatında aylıq əmək haqqının 380 manat təşkil etməsi, ikinci dəfə ailə qurması, övladının doğulması, əmək haqqı ilə alimenti ödədikdən sonra ailəsini ancaq dolandırması ilə bağlı arqumentlərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh bildirdiyi hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə cavabdehin bildirdiyini hallar nəzərə alınarsa belə bu hallar alimentin artırılmasını istisna etmir. Belə ki, cavabdeh hazırki vaxta qədər bir uşaq üçün yaşayış minimumundan az miqdarda alimenti iki uşaq üçün ödəmişdir. Bu isə uşaqların yaşayış təminatının kifayət qədər qarşılanmaması hesab edilməklə nəticədə onların hüquq və mənafelərinin pozulmasına gətirib çıxarmışdır. Ona görə də məhkəmə yuxarıda qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, 15 mart 2006-cı il təvəllüdlü X4 və 15 fevral 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatadək saxlanılması üçün Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, iki uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat miqdarında aliment müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə 12x(240-170)=840 manat təşkil edir ki, buna görə də iş üzrə Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 18.65 (on səkkiz manat altmış beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2(108)-64/2019 nömrəli qərardadı ilə təsdiq edilmiş barışıq sazişi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, iki uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat miqdarında aliment tutularaq 15 mart 2006-cı il təvəllüdlü X4 və 15 fevral 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 18.65 (on səkkiz manat altmış beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar