Məhkəmə qərarları › İş №2(078)-45/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-45/2024

02.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-45/2024 02.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X10 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X16 və cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X3rşı X28 Limanı direktorunun xx.xx.2023-cü il tarixli, 33/k nömrəli əmrinin ləğv edilməsi, 2023-cü ilin iyun ayında hər növbədə normadan artıq işlədiyinə görə ona kompensasiyanın ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, X28 Limanı direktorunun xx.xx.2023-cü il tarixli 33/k nömrəli əmrinin ləğv edilərək işə bərpa edilməyi və 2023-cü ilin iyun ayında hər növbədə normadan artıq işlədiyi 26 günə görə ona 1200 (min iki yüz) manat kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, o 15 iyul 2022-ci il tarixdən 26 iyun 2023-cü il tarixədək X28 X11 və Koordinasiyası xidmətinin perronda xidmət üzrə supervayzeri vəzifəsində işləmişdir. X28 Limanı direktorunun 27 iyun 2023-cü il tarixli 33/k nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (əmək funksiyasını və əmək müqaviləsi ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirmədikdə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X28 X11 və Koordinasiyası xidmətinin perronda xidmət üzrə supervayzeri vəzifəsini ştat üzrə 3 nəfər növbəli şəkildə icra edir. Əməkdaşlarından 1 nəfəri “ailə vəziyyətinə görə” məzuniyyətə getdiyindən 2023-cü ilin iyun ayı ərzində bu vəzifəni bir gündən bir səhər saat 7:00-dan (bəzi hallarda gecə saat 04:00, 05:00, 06:00-dan) ertəsi gün gecə saat 04:00-05:00 radələrinədək 2 nəfər icra etmişlər. Yay aylarında Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysləri ilə uçan sərnişinlərin sayının kəskin artması ilə planlı reyslərdən başqa hər gün 8-10 əlavə reysin qəbulu və yola salınmasını həyata keçirmişlər. Hər bir təyyarəni qəbul edib, yerüstü xidmətin təşkil edərək yola salınması üçün 1 supervayzer və 7 yükvuran nəzərdə tutularaq 40-50 dəqiqə vaxt ayrılır. Yaranmış vəziyyəti idarə etmək üçün əlavə işçilərin tələb olunduğu halda X28 Limanı direktorunun əmri ilə 1 supervayzer məzuniyyətə buraxılmış və onun vəzifə öhdəliyi şifahi şəkildə, heç bir əmr verilmədən ona və digər supervayzerə bir gündən bir demək olar ki, bütün sutkanı növbəyə çıxaraq həvalə olunmuşdur. xx.xx.2023-cü il tarixində ümumilikdə 13 reys olmaqla axşamçağı 18:00-21:10 saatlarında 6 reysi çox az vaxt ərzində qəbul etmişdir. Nəticədə belə ağır şərtlər altında işlədiyindən yaranan yorğunluq və diqqətsizlik istehsalat səhvinin baş verməsinə gətirib çıxarmışdır. Həmin günü belə gərgin iş şəraitində sərnişinlərin baqajlarının təyyarəyə vurulması zamanı yorğunluq və diqqətsizlik ucbatından bir təyyarənin baqajı digər təyyarəyə vurulmuşdur və bu hal sərnişinlərin haqlı narazılığına səbəb olmuş, habelə yanlış kommersiya yükləməsi təyyarələrin hava nəqliyyatında hərəkət təhlükəsizliyini və istismar qaydalarını pozmayıb, heç bir təhlükə potensialı yaratmayıb, eləcədə heç bir sərnişinin, ekipajın ölümü ilə nəticələnməyib və təyyarənin tamlığı və sazlığı pozulmayıb. Bu hadisədən sonra xx.xx.2023cü il tarixdə Naxçıvan X23 direktoru növbədə olduqları növbənin vəzifəli şəxslərini kabinetinə çağırmış, işdə buraxdıqları istehsalat nöqsanının səbələrini şifahi olaraq soruşmuş və xidməti araşdırma aparmadan ona işdən azad olunmağını elan etmişdir. Bundan sonra onu Naxçıvan X23 kadrlar və kargüzarlıq bölməsinin rəisi qəbul edərək izahat yazmağını, buraxılış vəsiqəsini təhvil verməyini və öz arzusu əsasında işdən ayrılmağına dair ərizə yazmağı və həmin ərizəyə tarix qoymamağını tələb etmişdir. Bu qanunsuz tələb əsasında o “öz arzusu” əsasında işdən ayrılmağı barəsində ərizə yazmışdır. “Qurban bayramı” günlərindən sonra xx.xx.2023-cü il tarixdə X28 Limanına gedərək əmək kitabçasını təhvil aldıqda isə əmək kitabçası ilə tanış olduğu zaman Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağını aşkar etmişdir. X28 Limanı direktorunun 27 iyun 2023-cü il tarixində imzaladığı 33/k nömrəli əmrdə əmək müqaviləsinə xitam verilməsində əsas kimi Daşımaların Təşkili və Koordinasya Xidməti rəisinin məlumat vərəqəsi və X6 40 nömrəli protokolu göstərilmişdir. X15 X28 Limanı direktorunun “sifarişini yerinə yetirməklə iclas təyin edib, istehsalatda buraxmış olduğu nöqsanı iclasda müzakirə edərək qərar alıb və protokol imzalamışdır. Lakin bu iclasın tarixi və vaxtı ona bildirilməyib, eləcədə onun iştirakı olmadan keçirilib və qərar ona rəsmi olaraq elan edilməmişdir. Həmin protokolla tanış olmaq istəyini bildirdiyi zaman Naxçıvan X23 kadrlar və kargüzarlıq bölməsinin rəisi və hüquqşünası “Sən kimsən ki, biz səni o protokolla tanış edək. Sən artıq Naxçıvan X23 əməkdaşı deyilsən və biz sıradan bir vətəndaşa X12 sənin haqqında imzaladığı protokolu tanış etdirə bilmərik.” - deyə bildirmişlər. Həmin vaxt o Naxçıvan X23 kadrlar və kargüzarlıq bölməsinin rəisinə və hüquqşünasına “Mən xx.xx.2023-cü il tarixində Naxçıvan X23 kadrlar və kargüzarlıq bölməsinin rəisinə izahatımla birlikdə “öz arzum əsasında” işdən ayrılmağıma görə ərizə yazıb vermişəm. Mənim əmək müqaviləmi niyə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermisiniz?” sualına cavab olaraq: “Biz, Naxçıvan X23 rəhbərliyi olaraq, hüquqşünasımızla məsləhətləşərək qərarlaşdırdıq ki, sizin istehsalatda yol verdiyiniz nöqsanda cinayət məsuliyyəti tərkibi var, lakin biz sizə humanist davrandıq. Ona görə humanizmliyimiz naminə sizin əmək müqavilənizə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişik. Fərdi əmək mübahisəsi olaraq məhkəməyə müraciət etmək istəyirsənizsə, biz də sizi prokurorluğa verərik.” - deyərək onu hədələmişlər. Bu cür sərt qərar bir gənc mütəxəssis kimi onun növbəti fəaliyyəti üçün qəbuledilməzdir. Xidməti vəzifələrinin icrası dövründə Naxçıvan X23 rəhbərliyi tərəfindən heç bir intizam məsuliyyətinə cəlb olunmamışdır. İşəgötürənin öhdəliyi yerinə yetirməməsi (Əmək Məcəlləsi m. 54/1) nəticəsində iş prosesində yaranmış çatışmazlığa görə ittiham olunub işdən azad olunmağı qanunvericiliyə ziddir. Belə ki, Naxçıvan X23 rəhbərliyi intizam tənbehini verərkən onun şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini almamaqla yanaşı, əmək qanunvericiliyin tələblərinə riayət etmədən əmək müqaviləsinə xitam vermişdir. Ancaq işəgötürən nəinki ona təqdim etmiş, hətta onunla tanış olmağa belə icazə verməmişdir. X28 Limanı rəhbərliyi tərəfindən ona qarşı atılmış qeyri-adekvat addımın geri götürülməsi ilə əlaqədar xx.xx.2023-cü il tarxində X29 Xidmətinə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixli 08/657 nömrəli cavab məktubu almışdır. Əmək Məcəlləsinin m. 294/1 və m. 296/2 əsasında xx.xx.2023-cü il tarixində Naxçıvan MR İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və məhkəmə xx.xx.2023-cü il tarixə saat 09:30-da məhkəmə iclası təyin etmişdir. X22 Hava Limanı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər olunmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixində keçirilən məhkəmə iclasında “İnzibati oraqanların təsnifatı” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarına və İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin 2.2-ci bəndinin 2.2.2-ci yarımbəndinə əsaslanaraq iddia ərizəsini geri götürüb fərdi əmək mübahisəsinin həll olunması və qərara bağlanması üçün Naxçıvan şəhər Məhkəməsində iddia qaldırmağının daha düzgün olduğunu izah etmişdir. Əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən X7 xx.xx.2023-cü il tarixə saat 10:00-a təyin etdiyi ilkin mediasiya sessiyasına X28 Limanından təyin olunmuş nümayəndə gəlmədiyindən ona xx.xx.2023-cü il tarixli Q-1282 nömrəli ilkin mediasiya sessiyasına iştirak edilməməsi barədə arayış və ilkin mediasiya sessiyası zamanı mediasya xidmətinin göstərilməsinə görə haqqın məbləğini ödənildiyini göstərən AAU № 140862 nömrəli mədaxil qəbzi verilmişdir. Son haqq-hesabı da işəgötürən tərəfindən düzgün hesablanmamışdır. Belə ki, 2023-cü ilin iyun ayında əməkdaşlarından 1 nəfəri məzuniyyətə getdiyindən perronda xidmət üzrə supervayzeri vəzifəsini 2 nəfər bir gündən bir səhər saat 7:00-dan (bəzi hallarda gecə saat 04:00, 05:00, 06:00-dan) ertəsi gün gecə saat 04:00-05:00 radələrinədək icra etmişlər. Bu hal isə 2023-cü ilin iyun ayında işlədiyi 26 gün boyunca X28 Limanı ilə onun arasında bağlanmış 1792 nömrəli əmək müqaviləsindəki növbəli iş vaxtını aşır. Əlavə olaraq 2023-cü ilin iyun ayında 26 gün boyunca bir gündən bir səhər saat 7:00-dan (bəzi hallarda gecə saat 04:00, 05:00, 06:00-dan) ertəsi gün gecə saat 04:00-05:00 radələrinədək hər növbədə normadan artıq işlədiyinə görə fakt və hallarını təsdiq edən sübütlar isə işə davamiyyət kitabında işə başlanğıc və bitiş vaxtlara imza etməklə, xidməti kameraların müşahidələri ilə, həmçinin müvafiq reyslərin LOADSHEET'lərinə imza etməklə öz tələbinin əsası kimi istinad etmişdir. 18 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəni məhkəməyə təqdim etmişdir. Həmin ərizədə qeyd olunmuşdur ki, onun X28 Limanı direktorunun xx.xx.2023-cü il tarixli 33/k nömrəli əmrinin ləğv edilməsi, 2023-cü ilin iyun ayında hər növbədə normadan artıq işlədiyinə görə ona kompensasiyanın ödənilməsi tələbinə dair xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - X28 X9 Hava Limanı direktorunun xx.xx.2023-cü il tarixli 33/k nömrəli əmrinin ləğv edilərək işə bərpa edilməyi və 2023-cü ilin iyun ayında hər növbədə normadan artıq işlədiyi 26 günə görə ona 1200 manat kompensasiyanın ödənilməsini xahiş etmişdir. X19 Hava Limanı arasında olan mübahisə əmək mübahisəsi olduğundan Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinin 6-cı hissəsinin tələbinə görə tərəflərin məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasya sessiyasında iştirakı tələb olunur. X22 Hava Limanı xx.xx.2023-cü il tarixinə təyin olunmuş ilkin mediasya sessiyasında üzürsüz səbəbdən iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının xx.xx.2019-cu il tarixli 1555- VQ nömrəli Qanunun 36-cı maddəsinin 5-ci hissəsinə əsasən ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Əlavə olaraq, X2 bağladığı əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qanunsuz şəkildə ləğv edib. Buna görə Əmək Məcəlləsinin 291-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərinin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və bu ziyanın dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47 və 53cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmədən xx.xx.2023-cü il tarixli iddia ərizəsinə “X28 Limanı direktorunun xx.xx.2023-cü il tarixli 33/k nömrəli əmrinin ləğv edilərək işə bərpa edilməyi, 2023-cü ilin iyun ayında hər növbədə normadan artıq işlədiyi 26 günə görə ona 1500 manat kompensasiyanın ödənilməsini, ilkin mediasiya prosesinə dair 50 manat məbləğində ödədiyi xərcin cavabdeh X28 Limanından tutulub tərəfinə ödənilməsini və Naxçıvan X23 Əmək Məcəlləsinin 291-ci maddəsinin 1-ci hissəsinə əsasən qanunazidd hərəkəti nəticəsində ona vurulmuş 12000 (on iki min) manat məbləğində zərərin əvəzinin ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(078)-1445/2023 nömrəli qərardadı ilə İddiaçı ərizəsinin təmin edilməsi, iddia tələbinə X28 Limanı direktorunun xx.xx.2023-cü il tarixli 33/k nömrəli əmrinin ləğv edilərək işə bərpa edilməyi, 2023-cü ilin iyun ayında hər növbədə normadan artıq işlədiyi 26 günə görə iddiaçıya 1500 manat kompensasiyanın ödənilməsi, ilkin mediasiya prosesinə dair 50 manat məbləğində ödədiyi xərcin cavabdeh X28 Limanından tutulub iddiaçıya ödənilməsi və Naxçıvan X23 Əmək Məcəlləsinin 291-ci maddəsinin 1-ci hissəsinə əsasən qanunazidd hərəkəti nəticəsində ona vurulmuş 12000 (on iki min) manat məbləğində zərərin əvəzinin ödənilməsi həddində baxılması qərara alınmışdır. 11 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən işə bərpa edilərkən məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Naxçıvan Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(078)-45/2024 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin təmin edilməsi və iddia tələbinə X28 Limanı direktorunun xx.xx.2023-cü il tarixli 33/k nömrəli əmrinin ləğv edilərək işə bərpa edilməyi, 2023-cü ilin iyun ayında hər növbədə normadan artıq işlədiyi 26 günə görə iddiaçıya 1500 manat kompensasiyanın ödənilməsi, ilkin mediasiya prosesinə dair 50 manat məbləğində ödədiyi xərcin cavabdeh X28 Limanından tutulub iddiaçıya ödənilməsi, Naxçıvan X23 Əmək Məcəlləsinin 291-ci maddəsinin 1-ci hissəsinə əsasən qanunazidd hərəkəti nəticəsində ona vurulmuş 12000 (on iki min) manat məbləğində zərərin əvəzinin ödənilməsi və işə bərpa edilərkən məcburi işburaxma müddəti üçün iddiaçıya əmək haqqının ödənilməsi həddində baxılması qərara alınmışdır. 30 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh təşkilatın vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir. Ərizədə qeyd olunmuşdur ki, iddiaçı Qasımov X27 Şəhər Məhkəməsində cavabdeh təşkilat X3rşı işə bərpa, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia qaldırmışdır. İddiaçı iddia müddətini buraxmaqla məhkəmədə iddia qaldırmışdır. Belə ki, iddiaçı barəsində əmr xx.xx.2023-cü il tarixdə verilmiş, şəxs əmək kitabçasını xx.xx.2023-cü il tarixdə almış və bu tarixdən hüququnun pozulduğu ona aşkar olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad olunduğunu o rəsmi qaydada bilmişdir. Sonra iddiaçı Əmək Müfəttişliyinə, daha sonra isə Naxçıvan İnzibati Məhkəməsinə müraciət edilmişdir. İnzibati Məhkəmədə işə baxılan zaman isə iddiaçı inzibati məhkəməyə deyil, ümumi məhkəməyə müraciət etmişdir. Əmr iddiaçıya rəsmi qaydada məlum olduqdan bir xeyli sonra isə iddiaçı Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məlumdur ki, AR Əmək Məcəlləsində müvafiq əmrin mübahisələndirmə müddəti işçiyə aşkar olduqdan sonra 1 ay müddətinə iddia qaldırıla bilər. Məhz bu baxımdan iddiaçı Naxçıvan X23 xx.xx.2023-cü il tarixli, 33 K nömrəli əmrinin mübahisələndirməsi üçün iddia müddətini buraxmışdır. Yuxarıda qeyd olunanların nəzərə alınaraq İddiaçı “Naxçıvan X23 xx.xx.2023-cü il tarixli, 33 K nömrəli əmrinin ləğvinə dair” iddia tələbinə iddia müddəti tətbiq edilməklə iddiadan imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə iclasında İddiaçı iddia ərizəsində də bildirdiyi kimi, 2023-cü ilin iyun ayında bir gündən bir işlədiyini, digər supervayzer ailə vəziyyəti ilə əlaqədar məzuniyyətə çıxdığı üçün bu qaydada işlədiklərini, 26 iyunda ümumilikdə 13 uçuş olduğunu, axşam vaxtları da daha sıx bir vəziyyət olduğunu, uçuşların 10-15 dəqiqə ara ilə olduğunu, səhvliklə bir təyyarənin yükünün digər təyyarəyə yükləndiyini, hər iki təyyarədə də 164 yük olduğunu, lakin çəkiləri fərqli olduğunu, ikinci dəfə çatdırıb gedib baxa bilmədiyini, nəticədə 202 kiloqram artıq yükün düzgün olmayan təyyarəyə yüklənmiş olduğunu, lakin böyük bir problem yaranmadığını, sadəcə gecikmə halı olduğunu, bunun da İnzibati Xətalar Məcəlləsinə görə fiziki şəxslər 20 manatdan 30 manatadək, vəzifəli şəxslər isə 100 manatdan 150 manatadək olmaqla qanunvericilikdə sanksiyası bəlli olduğunu, həmçinin Aviasiya qanununda da bunun öz əksini tapdığını, lakin orada göstərilən heç bir tədbir görülmədiyini, Həmkərlar İttifaqının iclası keçirildiyini, lakin o iclasa dəvət olunmadığını, guya öz ərizəsi ilə işdən azad edilməsi barədə ərizə yazdırdıqlarını, lakin 1 həftə sonra gəlib əmək kitabçasını götürməyə gedəndə başqa əsasda işdən azad edildiyini öyrəndiyini, Əmək Müfəttişliyinə gedəndən sonra əmrin ona təqdim olunduğunu, 1 noyabrda Respublika Prokurorluğuna da müraciət etdiyini, məhkəməyə yönləndirildiyini, İnzibati məhkəməyə getdiyini, qarşı tərəfin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər olmadığı üçün məhkəmə iclasına buraxılmadığını, artıq iş saatları ilə bağlı əlavə əmək haqqının ona ödənildiyini, lakin iş yoldaşının əvəzinə işlədiyi saatların haqqının ödənilmədiyini, hər təyyarənin bir supervayzeri olmalı olduğunu, onun 6 təyyarəni eyni anda idarə edə bilməyinin çətin olduğunu, bu səbəbdən də ehtiyatsızlıqdan belə bir hal yaşandığını, 30 iş saatına görə 340 manat, 80 qəpik pul ödəndiyini, lakin, 4 gün səhər, 5 gün axşam və sutka əlavə işlədiyini, bunun da 136 saat etdiyini, ona əlavə işlədiyi 30 saatın haqqı ödəndiyini, 106 saatın haqqı isə ödənmədiyini, əmrin ona elan olunmadığını, əmək kitabçasını 03 iyulda təhvil aldığını, 2023-cü ilin iyun ayında hava limanının onu heç bir əmr olmadan artıq işlətdiyini, haqqını ödəmədiyini, növbəsi olmadığı halda iş yoldaşının əvəzinə işlədiyi bir vaxtda etdiyi istehsalat səhvinə görə sərt bir şəkildə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə əmək müqaviləsinə xitam verildiyini, “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər” deyə qeyd etdiyini, NBHL nümayəndəsinin məhkəmə prosesində “supervayzer yükvuranın xəbərdarlığına məhəl qoymadan bilərəkdən reyslərin baqajlarını yanlış göndərməsi barədə yükvurana təlimat vererərək özünün doğru hesab etdiyi kimi davranıb istehsalat səhvini qəsdən etdi” adı altında təqdim etdiyi arqumenti əlaqəli sübutla isbat edə bilmədiyini, belə ki, xx.xx.2023-cü il tarixində axşam növbəsinə onun tabeliyinə ümumilikdə Musayev İmran, Mahmudov Fuad, Bağırzadə Asif, İmanov Məcnun, Talıbov Elman, Quliyev Cəsarət, Hüseynov Vüsal adlı 7 nəfər yükvuranın olduğunu, 2152 saylı və 266 saylı reyslərin qeydiyyatının getdiyi müddətdə hansı yükvuranın həmin reyslərin qeydiyyatı zamanı baqaj qəbulunda durması faktını isbat edəcək heç bir sənəd-sübutun məhkəməyə təqdim olunmadığını, cavabdeh şəxslərin və hadisəyə şahidlik edən işçilərin izahatlarının əsaslandırıcı sənədlər olaraq təqdimata əlavə olunsa da həmin şəxslərin kimliklərinin bəlirsiz olduğunu, həmkarlar ittifaqı iclasında həmin şəxslərin dindirilməsinin məlum olmaması ilə yanaşı həmin iclasın ümumi protokolunda həmin şəxslərin sadaladığı faktlarla əlaqəli heç bir məlumatın yer almaması özlüyündə istehsalat səhvini qəsdən elədiyini isbatlamadığını, məkəmə iclasında NBHL nümayəndəsinin “supervayzer yükvuranın xəbərdarlığına məhəl qoymadan bilərəkdən reyslərin baqajlarını yanlış göndərməsi barədə yükvurana təlimat vererərək özünün doğru hesab etdiyi kimi davranıb istehsalat səhvini qəsdən etdi” olaraq iddiasının qətiyyən inandırıcı olmadığını, belə ki, yazılı izahatın olması gələcəkdə tərəflərdən hər hansı birinin düşünülmüş və qərəzli şəkildə izahatın yazılmasına səbəb olmuş hadisənin reallığa uyğun təfsir edilməməsinin bilavasitə qarşısını aldığını bildiyi halda NBHL nümayəndəsinin şahidlərin məhkəmə prosesində dindirliməsi barədə məhkəməyə vəsatət təqdim edərkən həmin şahidlərin izahatlarını vəsatətə qoşma olaraq məhkəmədə dindirilmələrindən əvvəl təqdim etməməsi, habelə şahidlərin xidməti cəhətdən NBHL-dan asılı olması mövqeyindən sui-istifadə edib NBHL-nın lehinə ifadə vermələrini bildiyi halda isbatlamasından mükəlləf olduğu “istehsalat səhvi supervayzerin qəsdi nəticəsində baş verib” iddiasını sübut edə bilməməsi ilə yanaşı ona qarşı olan qərəzli münasibətini sərgilədiyini və iddiasının əsaslı olmasını bir növ etiraf etdiyini, NBHL öz iddiasıyla ona qarşı qərəzli münasibəti dedikdə nəzərdə tutduğunun işdən azad olunması haqqında əmri mübahisələndirməsi həmin əmrinin məhkəmənin əli ilə ləğv oluna bilməsi tabeçiliyində olan şəxsi heyətinin qarşısında NBHL rəhbərliyinin nüfuzunu sarsıdacağından NBHL əleyhinə olan hər hansı bir iddia barədə yalan demək haqqı olduğunu, bu haqq özünü xilas edəcək bəyan olaraq keçməklə məhkəmə müdafiəsində öz yeri olduğunu, şahidlərinin məhkəmədə verdiyi izahatlarından başqa “istehsalat səhvi supervayzerin qəsdi nəticəsində baş verib” ifadəsini sübut edəcək heç bir mötəbər dəlilin məhkəməyə təqdim edilməməsi məhkəmənin onun haqqında neqativ görüş sahibi olması və qətnaməsini NBHL leyhinə çıxarmasını nail olmaq məqsədini daşıdığını, bu işin digər maraqlı tərəfi isə əmək müqaviləsinin 3-cü paraqrafının 1-ci bəndinin “e” yarımbəndi gərəyi sərnişin və yük daşınmasının təşkilinin bütün məsələləri üzrə növbənin şəxsi heyətinə göstərişlər vermək və onların operativ surətdə icra edilməsini tələb etməyin onun əmək funksiyalarına aid edildiyini, NBHL nümayəndəsinin öz iddiasını sübuta yetirmək üçün şahidlərin xidməti cəhətdən NBHL-dan asılı olmaları mövqeyindən sui-istifadə etməklə yükvuranın onun əleyhinə ifadə verməsini tələb etməsi onun yükvuranla arasında olan güvənin, etibarın və etimadın tamamilə sarsılmasını və aradan qalxmasını hədəfinə alması olduğunu, belə ki, əgər yükvuranın ona qarşı olan, eləcə də onun yükvurana qarşı olan güvən, etibar və etimadı tamamilə sarsılıb aradan qalxarsa işçinin rəisinə tabeçilik prinsipi və mexanizmi pozularaq təyyarələrə yerüstü xidmətin təşkili zamanı daha kobud istehsalat səhvlərinə gətirib çıxaracağını, o əmək hüququnun NBHL tərəfindən pozulduğunu xx.xx.2023cü il tarixdə əmək kitabçasını NBHL kadrlar şöbəsindən aldığı günü aşkar etdiyini, ƏM m.296/2 hissəsinə əsasən NBHL ilə arasında kollektiv müqavilə olmadığından fərdi əmək mübahisəsinin həll edilməsi üçün xx.xx.2023-cü il tarixdən etibarən 1 təqvim ayı ərzində (xx.xx.2023-cü il tarixədək -bu tarix daxil edilməməklə) məhkəməyə müraciət etmək hüququ olduğunu, xx.xx.2023-cü il tarixində X18rşısında yazılı müraciəti ilə qaldırdığı məsələnin ƏM 288-ci maddəsinə istinad edərək məhkəmə yolu ilə həll olunmasını tövsiyyə etdiyini, “ƏM m.3/1 hissənin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında Konstitusya Məhkəməsi X30 Xidmətinin mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq AR ərazisində fəaliyyət göstərən AR-nın hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən ƏM-nə və AR-nın əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı olduğundan və əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilmədiyini hesab etdiyini, NBHL ilə arasında kollektiv müqavilə olmadığından xx.xx.2023-cü il tarixdə onun işdən azad olunma əmrinin məhkəmə qaydasında mübahisələndirilməsi məqsədi ilə NMR İnzibati Məhkəməsinə müraciət etməsi, iddia ərizəsinin xx.xx.2023-cü il tarixində NMR İnzibati Məhkəməsi tərəfindən qeydiyyata alınıb icraata götürülməsi, habelə məhkəmənin xx.xx.2023cü il tarixinə mümkünlük iclasını təyin etməsi onun üzürsüz səbəbdən fərdi əmək mübahisəsinin məhkəmə qaydasında həll olunması üçün 1 təqvim ayını ötürdüyünü istisna etdiyini, onun ƏM-nin 296.2-ci, 296.6-cı, 297-ci, MPM-nin 4.6-cı maddələrininin və "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” AR Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarındaki müddəaların tələbinə riayət etmədən yanlış məhkəməyə yəni, Naxçıvan şəhər Məhkəməsinə deyil də, NMR İnzibati Məhkəməsinə müraciət etməsi nəticəsində “qanunu bilməmək vətəndaşı məsuliyyətdən azad etmir” olaraq qiymətləndirilərək ƏM m.296/2 hissəsinində qeyd olunan 1 təvim ayını ötürdüyü barədə qənaətə gəlinirsə NMR İnzibati Məhkəməsi İPM-nin 2.2.1-ci maddəsinə əsaslanaraq iddia ərizəsini icraata götürərək xx.xx.2023-cü il tarixə mümkünlük iclası təyin etdiyini, İPM-nin 8.2-ci maddəsinə və "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” AR Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarına əsasən ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi, yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməklə yanaşı ərazi aidiyyəti üzrə mübahisəyə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirdiyini və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərdiyini, "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” AR Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarında İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulduğunu, belə ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsinin İPM-də nəzərdə tutulmadığını, bu səbəbdən mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddiaların mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququnun izah olunmalı olduğunu, MPM-nin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” AR Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddianı icraata almaması ilə yanaşı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytardığını, habelə “İnzibati orqanların təsnifatı haqqında” AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarına əsasən NBHL inzibati orqan sayılmadığını, qanunvericiliyin sadalanan normalarının əsasında NMR İnzibati Məhkəməsi qarşısında qaldırdığı iddia ərizəsini icraata qəbul etməyərək xx.xx.2023-cü il tarixə mümkünlük iclası təyin etməməklə yanaşı iddiasının mümkün sayılmaması barədə qərardad qəbul etməsi üçün kifayət qədər əsası olduğu halda AR Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında İPM m.55 bəzi müddəalarının AR Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarında İPM 55.5-ci madəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlanmaması və bu hüququn həcminə təsir etməməsi, inzibati prosessual qanunvericilikdə iddia ərizəsinin iddiaçının ərizəsi əsasında geri qaytarılması nəzərdə tutulmamasını, habelə onun ərizəsi əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etməməsi faktlarını öz qərardadında izah edib xx.xx.2023-cü il tarixində keçirilən şifahi iclasında fərdi əmək mübahisəsinin həlli üçün MPM-nin 4.6-cı maddəsinin tələbinə riayət etdikdən sonra Naxçıvan şəhər Məhkəməsinə müraciət etməyini tövsiyyə etdiyini, bu məsələnin digər tərəfi isə İPM-nin 55.5-ci maddəsinin tələbləri NMR İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(122)- 733/2023 nömrəli qəradadından apelyasiya şikayəti verilə bilmədiyini tərəflərə çatdırsa da, AR Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında İPM 55-ci maddəsinin bəzi müddəalarının AR Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarının qaydası İPM-nin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3cü maddəsi ilə onun məhkəməyə müraciət etmək hüququnu nizamlamaması və bu hüququn həcminə təsir etməməsi nəticəsində NMR İnzibati Məhkəməsinin bu qərardadından 10 gün müddətində NMR Ali Məhkəməsinə apellyasiya şikayəti verilə bilməsi olduğunu, NMR İnzibati Məhkəməsinin iddiasının mümkün sayılmaması barədə qərardad qəbul etməsi üçün kifayət qədər əsası olmasına baxmayaraq qarşısında qaldırdığı iddia ərizəsini icraata qəbul edərək məhkəmə prosesinin başlatması qanunvericiliyin bəzi müddəalarına cavab vermədiyi gerçəkçəsi ilə həmin qərardaddan apellyasiya şikayəti verilə biləcəyini, NMR Ali Məhkəməsi apellyasiya instansiyası məhkəməsi kimi haqlı olaraq NMR İnzibati Məhkəməsinin qərardadını qanunvericiliyin bəzi müddəalarına cavab vermədiyi gerçəkçəsi ilə ləğv edərək xx.xx.2023-cü il tarixli iddia ərizəsinə NMR İnzibati Məhkəməsində baxılmamış saxlayayacağını, bu halda əgər NMR Ali Məhkəməsinin qətnaməsi ilə iddia ərizəsinin NMR İnzibati Məhkəməsində baxılmamış saxlanılsaydı ƏM m.296/2 hissəsinə istinad etdiyi 1 təqvim ayı müddətində məhkəməyə müraciət hüququnun üzürsüz səbəbdən ötürülmüş olaraq sayılacağını, lakin NMR İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(122)-773/2023 nömrəli qərardadından NMR Ali Məhkəməsinə apellyasiya şikayəti verilmədiyindən qanuni qüvvəyə mindiyini, beləliklə Əmək Məcəlləsinin m.296/2 hissəsinin onun qarşısına qoyduğu tələbinə əsasən hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən fərdi əmək mübahisəsinin həll olunması üçün məhkəməyə müraciət edərək 1 təqvim ayını ötürmədiyini, ƏM m.70-də işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin 6 əsası nəzərdə tutulduğunu, bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılmasının isə xüsusi şərt olaraq qeyd edildiyini, başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını, nədən ibarət olmasını, habelə əmək funksiyasına daxil olan hansı işin yerinə yetirilmədiyini, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə hansı formada ciddi xələl gətirmiş mütləq şəkildə göstərməli və bütün bu sadalanan faktlar lazımi sənədlərlə təsdiq olunmalı olduğunu, ƏM əmək müqaviləsinin ləğvinə əsas verən pozuntunun məhkəmə baxışı zamanı izah olunmasını, yaxud əmək kitabçasına yazılmasını deyil, bilavasitə əmrdə göstərilməli olduğunu tələb etdiyini, ƏM m.84/1 hissəsinin tələbi pozaraq yerinə yetirilməyən öhdəliklərin nədən ibarət olması, öhdəliklərin yerinə yetrilməməsinin hansı hərəkətsizlikdə ifadə olunması və bunu təsdiq edən faktların əmrin məzmununda NBHL direktoru tərəfindən göstərilmədiyini, yəni əmrin əsaslandırılmadığını, bu maddədə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin “əsası” deyiləndə müqavilənin ləğvinin əsaslandırılmasının nəzərdə tutulduğunu, əsaslandırmanın işçiyə özünü müdafiə imkanı verilməsi üçün tələb olunduğunu, bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etmək imkanı olması üçün işçinin hansı hərəkət və ya hərəkətsizliyinə görə işdən azad olunduğunu bilməli olduğunu, əsaslandırmanın məhkəmə icraatında deyil, məhkəmə icraatına qədər edilməli olduğunu, əsaslandırmanın olmaması işəgötürənin öz öhdəliyini icra etməməsi demək olduğunu, belə ki, əmək müqaviləsinin ləğvi barədə əmri əsaslandırmaq qanunda işəgötürənin öhdəliyi kimi müəyyən olunduğunu, işəgötürənin işçini öhdəliklərini yerinə yetirməməkdə ittiham etdiyini və hüququnu həyata keçirərək onu işdən azad etdiyini, lakin bu zaman özü qanunla üzərinə qoyulmuş öhdəliyi icra etmədiyini, Mülki Məcəllənin 560.3.2-ci maddəsinə görə, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsinin hüquqdan sui-istifadə sayıldığını, beləliklə, əmək müqaviləsinin ləğv edilməsi üçün ƏM m.70/ç bəndində göstərilən əsasın olduğu nə əmrin məzmunundan nə də təqdimatdan müəyyən edilmədiyini, ƏM m.71/3 bəndində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırmasına dair imperativ xarakterli müddəa da bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş şərtin mövcudluğu ilə bilavasitə bağlı olduğunu, belə ki, əsaslandırmaya dair hüquqi tələb, həmçinin, qeyd edilən şərtin reallıqda mövcud olması faktının təsdiq edilməsi məqsədini daşıdığını, onun öz vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirməməsi və bu vəzifə funksiyalarının yerinə yetirilməməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması NBHL hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi işin faktiki halları ilə sübut olunmadığını, belə ki, 1792 saylı əmək müqaviləsinin 5-ci paraqrafın 2 bəndinə əsasən istehsalat və icra riskləri istisna olmaqla NBHL-na vurulan ziyana görə işçinin maddi məsuliyyət daşıdığını, həmiçinin ziyanın formal və ümumi mülahizələrdən ibarət olmamalı olduğunu, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməli olduğunu, 1792 saylı əmək müqaviləsinin 7-ci paraqrafın 1-ci bəndinə əsasən əgər NBHL-nın əmlakında azalma və ya ziyan olsaydı vurulan ziyanın müəyyən edilməsi üçün NBHL-nın mütləq şəkildə araşdırma aparmalı olduğunu, ƏM m.71/2 hissəsində nəzərdə tutulan konkret şərtlərin mövcud olmaması ƏM m.70/ç bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna etdiyini, habelə əmək vəzifələrinin kobud pozulması isə işçinin dürüstlük qaydasına uyğun gəlməyən davranışı nəticəsində əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəldiyi hallarla bağlı olduğunu, başqa sözlə, əmək münasibətlərində mövcudluğu zəruri olan etimadın tamamilə sarsıldığını və aradan qalxdığını, ona görə də əmək müqaviləsinin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsas yarandığını, əmək müqaviləsinin ləğvinin ayrı və müstəqil əsası olan bu halların isə ayrıca olaraq ƏM 72-ci maddəsində sadalandığını, digər tərəfdən təyyarələrin kommersiya yüklənməsi haqqında müzakirə olunarkən loadsheetꞋlərin nəzərə alınmalı olduğunu, loadsheetꞋlərin (yük cədvəlləri) - təyyarələrin yüklənməsi və mərkəzləşməsi, eləcə də təyyarələrin yükgötürmə qabiliyyətləri haqqında məlumatları özlərində əks etdirən qəti və təkzibedilməz sübutlar xarakteri daşıyan rəsmi sənədlər olduğunu, nöqsanı olduğunu qəbul etdiyini, amma qanuni növbəsinin saat 4-də bitməli olduğunu, rəhbərliyin təlimatı ilə işlədiyini, vəzifə təlimatında da rəhbərliyin tapşırıqlarını icra etməyinin nəzərdə tutulduğunu, yükləri səhv saldığını, təqdimat olduğunu, lakin qoşma kimi sənədlər əlavə edilmədiyini, onu “məhkəməyə versən biz də cinayət əməli ilə bağlı müraciət edəcəyik” deyə hədələdiklərini, yüklərə nəzarətin onun işi olduğunu, o nəzarət etdiyini, vəzifə təlimatında 6 təyyarəni birdən qarşılamaq olmadığını, 50 dəqiqə 1 təyyarəyə vaxt ayrıldığını, yanacaq vurmaq, təmizlətmə və s. bunların hamısının onun işi olduğunu və bu işləri yerinə yetirə bilmək üçün vaxt lazım olduğunu, inzibati məhkəməyə müraciət etdiyini, hərəkətsiz dayanmadığını bildirərək iddia tələbinin təmin və ya qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə məhkəmə iclasında iddiaçının nümayəndəsi X24 izahatında Hava Limanın verdiyi əmrdə 2 əsas göstərildiyini, bu əsasların 40 nömrəli protokol və xidmət rəisinin protokolu olduğunu, Əmək Məcəlləsinin 101-ci maddəsinə əsasən, işəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə bu maddədə nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borclu olduğunu, həmçinin Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən, iş vaxtından artıq iş işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayıldığını, lakin heç bir əmr ya da razılıq ərizəsi olmadığını, Həmkarlar İttifaqının iclas keçirildiyini, protokolu tərtib edildiyini, protokolda göstərilən reyslər və yüklərin belə düzgün göstərilmədiyini, Kargüzarlıq haqqında təlimata əməl edilmədiyini, heç bir araşdırılma aparılmadığını, hər hansı ekspert rəyi olmadığını, nə baş verdiyini tam olaraq təsdiqləyən hər hansı bir şey olmadığını, ilk olaraq, öz ərizəsi ilə işdən çıxarılmasını dediklərini, ərizə yazdığını, lakin daha sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad etdiklərini, supervayzerin növbə rəisinə tabe olduğunu, onun da imzası ilə təsdiq etməli olduğunu, ancaq sadəcə İddiaçı adı çəkildiyini, Mediasiyaya çağırıldıqlarını, gəlib iştirak etmədiklərini, 2023-cü il iyun ayının 27-də Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə bağlı əmr verildiyini, lakin, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi 6 şərt olanda verilə bildiyini, bu şərtlərin heç birinin İddiaçı tərəfindən pozulmadığını, işlədiyi 11 ay ərzində İddiaçı heç bir tənbeh, ya da hər hansı başqa cəza almadığını, əmək müqaviləsinin müddətinin bitməsinə az qaldığını, müqaviləni yeniləməyə biləcəklərini, həmçinin iş yoldaşının əvəzinə işləməsi ilə bağlı heç bir əmr olmadığını, “istəyirsən işlə, istəmirsən çıx get” deyildiyi üçün məcbur olub işlədiyini, gərgin bir vaxtda məzuniyyətə işçi çıxardıqlarını, həmkarlar İttifaqının iclasının düzgün keçirilmədiyini, iclasda iddiaçının iştirakının təmin olunmalı olduğunu, həmçinin iddiaçının səhvini təsdiqləyən hər hansı bir ekspert rəyi olmadığını, müddətin ötməsi ilə bağlı iddiaçının Əmək Müfəttişliyinə müraciət etdiyini, daha sonra inzibati məhkəməyə yönləndirildiyini qeyd etmək istədiyini, verilmiş qərarın qeyri-legitim olduğunu hesab etdiyini, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinin birbaşa tətbiq edilə bilməyəcəyini, Müfəttişliyin verdiyi arayışda da Hava Limanının səhv etdiyinin qeyd olunduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclasında iştirak edən cavabdeh təşkilatın vəkili və nümayəndəsi Vəkil izahatında iddia tələbini qəbul etmədiklərini, iddiaçının nümayəndəsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə birbaşa işdən çıxarılmalı olmadığını qeyd etdiyini, ancaq qanunvericilikdə elə bir hal nəzərdə tutulmadığını, işçi əgər əmək funksiyasını lazımi qaydada icra etmir, əmək müqaviləsinin şərtlərinə əməl etmirsə, əsaslandırılmış əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilə biləcəyini, iddiaçının təyyarələrin yüklərini səhv saldığını, işgüzar nüfuza xələl gətirdiyini, nəticədə 300 şəxsin narazılığına səbəb bir hal yarandığını, sadəcə uçuşlar arasında təxminən 9-10 dəqiqə fərq olması bu gün daha böyük problemin yaranmamasına səbəb olduğunu, lakin sərnişinlərə həm maddi, həm də mənəvi zərər dəyə biləcəyini, bunun da Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinin tətbiqi üçün əsas olduğunu, əmək müqaviləsinin şərtlərinin kobud surətdə pozulduğunu, habelə iddiaçı rəhbərliyin tapşırığı ilə əlavə işlədiyini qeyd etdiyini, lakin tapşırıq qanunsuz idisə, icra etməkdən imtina edə biləcəyini, həmçinin iddiaçının kobud səhvini həm verdiyi izahat, həm də iddia ərizəsi ilə təsdiqlədiyini, izahatını verən zaman hər hansı bir təzyiqə məruz qala biləcəyini, lakin iddia ərizəsini tamamilə öz iradəsi ilə yazıb imzaladığını, şəxsin özünün işdən azad olunması ilə bağlı ərizəsi olduğunu, Həmkarlar İttifaqının könüllü təşkilat olduğunu, işçilərin özlərinin öz hüquqlarının müdafiəsi üçün təşkil etdiklərini, X6 bu gün Hava Limanında mövcud olduğunu və iddiaçının da həmin təşkilatın üzvü olduğunu, iclasın da keçirildiyini, protokolun da tərtib edildiyini, Əmək Müfəttişliyinin iddiaçıya məktub ünvanladığını, həmin məktubda da iddiaçının işdən azad olunması üçün müvafiq sənədlərin mövcud olmasının öz əksini tapdığını, digər tərəfdən iddiaçının iddia müddətini ötürdüyünü, 03 iyulda əmək kitabçasını aldığını, ona aşkar olduğu tarixdən iddia müddətinin axımının başlanmış sayıldığını, Mediasiyaya müraciət etdiyi təqdirdə müddətin axımının dayanmalı olduğunu, Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən Əmək Müfəttişliyinin əmək məsələlərini həll edən qurum sayılmadığını, İnzibati Prosessual Məcəlləyə əsasən ərizə qeydiyyata alındığı vaxt icraata götürülmüş sayıldığını, nəticə etibarilə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə münasibətdə müddətin ötürüldüyünü bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə təyin edilmiş əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh təşkilatın vəkili və nümayəndəsi X1 Məhkəməyə getdiyini, tərəfin dəfələrlə əmrin surətini götürməsi üçün çağırıldığını, kadrların rəisi ilə birlikdə əmrin surətini şəxsə verdiklərini, imza edib götürdüyünü, lakin tarixi xatırlamadığını, Həmkarlar İttifaqının da iclası keçirildiyini, uyğun olaraq protokol tərtib edildiyini, bu hadisəni təsdiqləyəcək şahidlər də olduğunu, iddiaçının yol verdiyi səhvliyin Hava Limanının işgüzar nüfuzuna xələl gətirəcək bir hal olduğunu, o qədər sərnişinin haqlı narazılığına səbəb olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X31 ifadəsində hadisəni 26 iyul 2023-cü il tarixdə baş verdiyini, üzərindən 1 il keçdiyi üçün tam olaraq xatırlamadığını, 2 təyyarə olduğunu və onların yüklərinin qarışdırıldığını, yəni bir təyyarənin yüklərinin digər təyyarəyə yükləndiyini, hər iki təyyarədə yüklərin sayının eyni, yəni 164 olduğunu, lakin biri 1 ton 916 kq, digəri isə 2 ton 118 kq olduğunu, nəticədə 202 kilo fərq olduğunu, onun vəzifəsinin yüklərin planını tərtib edib supervayzerə təqdim etmək olduğunu, planı tərtib edib İddiaçı təqdim etdiyini, onun isə yanlışlığa yol verdiyini, nəzarət etmək vəzifəsinin İddiaçı aid olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X25 ifadəsində onun supervayzerə tabe olduğunu, o zaman da İddiaçı tabe olduğunu, uçuşların 10 dəqiqə ara ilə olduğunu, 1 il aradan keçdiyi üçün hansı təyyarələr olduğunu tam xatırlaya bilmədiyini, lakin iki təyyarənin yüklərinin qarışdırıldığını, İddiaçı hansı təyyarəyə hansı yüklərin vurulmasını soruşduqda dediyi qaydada yükləri təyyarələrə yüklədiyini, yüklərin sayının eyni olduğunu, lakin çəkilərdə fərq olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X26 ifadəsində onun işinin ümumi nəzarət olduğunu, ona tabe olan növbə rəisləri olduğunu, hadisə olanda ona növbə rəisi bu barədə məlumat verdiyini, onun da direktora məruzə etdiyini, daha sonra problem yaranmaması üçün Bakı ilə də əlaqə saxladıqlarını, uçuşlar arasında təxminən 9-10 dəqiqə fərq olduğu üçün çox problem yaranmadığını, lakin onlara irad tutulduğunu, direktorun da İddiaçı işdən azad edilməsi ilə bağlı göstərişlər verdiyini, İddiaçı izahatını alıb raport yazıb təqdim etməyini istədiyini, onun sonrakı proseslərdən xəbəri olmadığını, qalan sənədləşmə işlərinin kadrların işi olduğunu, hər hansı iclas keçirilmədiyini, məzuniyyətdə işçi olanda digər işçilərin sutka işlədiyini, sutka işləməyin də bütün saatları işləmək olmadığını, sadəcə uçuşlar vaxtı işlədiyini, qalan vaxtları istirahət edə bildiklərini bildirdi. İş materiallarına əlavə olunmuş İddiaçı mxsus əmək kitabçasının təsdiq olunmuş surətindən İddiaçı: -15 iyul 2022-ci il tarixli, 40/K nömrəli əmrlə həmin tarixdən X28 X11 və koordinasiyası xidmətinin perronda xidmət üzrə supervayzeri vəzifəsinə qəbul edilməsi; -27 iyun 2023-cü il tarixli, 33/K nömrəli əmrlə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə (əmək funksiyasını və əmək müqaviləsi üzrə müəyyən olunmuş vəzifələrini yerinə yetirmədikdə) əsasən əmək müqaviləsinə xitam verilməsi aydın olur. İş materiallarında olan Naxçıvan X23 27 iyun 2023-cü il tarixli, 33/K nömrəli əmrindən çıxarışdan İddiaçı Daşımaların Təşkili və Koordinasiyası xidmətinin perronda xidmət üzrə supervayzeri ilə bağlanılmış müqaviləyə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə (əmək funksiyasını və əmək müqaviləsi ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirmədikdə) əsasən xitam verilməsi aydın olur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 26 iyul 2023-cü il tarixli, 08/657 nömrəli məktubdan “Naxçıvan” X23 rəhbərliyi tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək hüquqlarının pozulmasına dair müraciətinə müəssisə tərəfindən təqdim edilən məlumat və sənədlərə əsasən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətində baxılması, sənədlərə baxılmaqla əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyi müəyyənləşdirilməsi, həmçinin müəssisə tərəfindən əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə dair sənədlərin təqdim olunması, bununla belə müraciətdə qaldırdığı məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələri predmeti olduğundan hüquqlarının təmin edilməsi üçün məhkəməyə müraciət etməsinin tövsiyə olunması aydın olur. İş materiallarında olan işəgötürən Naxçıvan X23 direktoru X4 ilə işçi İddiaçı arasında 15 iyul 2022-ci il tarixli, 1792 nömrəli əmək müqaviləsindən İddiaçı həmin tarixdən X28 X11 və koordinasiyası xidmətinin perronda xidmət üzrə supervayzeri vəzifəsinə qəbul edilməsi, əmək müqaviləsinin 15 iyul 2023-cü il tarixədək bağlanması, əmək haqqının 806 manat olması halları aydın olur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-1(122)-773/2023 nömrəli qərardadından İddiaçı cavabdeh X3rşı "X28 Limanı direktorunun xx.xx.2023-cü il tarixli 33/k nömrəli əmrinin ləğv edilməsi, 2023-cü ilin iyun ayında hər növbədə normadan artıq işlədiyinə görə ona kompensasiyanın ödənilməsi tələbi”nə dair iddiasının geri götürülmüş hesab edilməsi və bu əsasla da iş üzrə icraata xitam verilməsinin qərara alınması aydın olur. İş materiallarında olan X28 X21 və Koordinasiyası xidməti tərəfindən verilmiş 2023-cü ilin iyun ayı ərzində iş vaxtı tabel uçotundan görünür ki, İddiaçı 2023-cü ilin iyun ayında 20 gün iş günü, 30 saat əlavə iş saatı, 44 saat gecə saatı, 18 saat bayram vaxtı işləmişdir. İş materiallarında olan İddiaçı 6 aylıq iş qrafikindən görünür ki, İddiaçı 2023-cü ilin iyun ayında 20 gün iş günü, 30 saat əlavə iş saatı, 44 saat gecə saatı, 18 saat bayram vaxtı işləməsinə görə ona 1275.65 manat məbləğində əmək haqqı hesablanıb. İş materiallarında olan Daşımaların Təşkili və Koordinasiyası xidmətinin rəisi X26 tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə növbədə olarkən 2152 saylı reysin baqajlarının 266 saylı reysə yükləmiş və 266 saylı reysin baqajlarını isə 2152 saylı reysə yükləmişdir. xx.xx.2023-cü il tarixdə 266 saylı A-320 tipli təyyarənin balans dispetçerinin verdiyi çəkiyə əsasən 164 baqaj 2118 kq olub, supervayzerin səhvliyi nəticəsində 2152 saylı reysin B-757 tipli təyyarənin 164 baqajı 1916 kq səhvliklə 266 saylı reysə yüklənib. İş materiallarında olan X28 Limanı Həmkarlar Komitəsinin ümumi iclasının xx.xx.2023cü il tarixli, 40 nömrəli protokolundan İddiaçı Azərbaycan Repubiikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə (əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi) əsasən işdən azad olunmasına rəy verilməsinin qərara alındığı və həmin iclasda İddiaçı iştirak etmədiyi aydın olur. İş materiallarında olan İddiaçı tərəfindən yazılmış 27 iyun 2023-cü il tarixli izahatda qeyd etmişdir ki, “26 iyun 2023-cü il tarixdə 2152 saylı reysin baqajlarını 266 saylı reysin baqajları ilə qarışdırmışam. 2152 saylı reysə AİRBUS 320 tipli 146 sərnişinlik təyyarə, 266 saylı reysə isə BOEİNG 757 tipli 180 sərnişinlik təyyarəni X28 Limanında qəbul etdim. Dispetçerdən hər 2 reysin yüklənməsini raçiyadan dəqiqləşdirdim və hər 2 təyyarədə qabaq yük alanına yükləməyi yük vuranlara bildirdim. Lakin mənim diqqətsizliyim və səhlənkarlığım ucbatından 2152 saylı reysin baqajlarını 266 saylı reysə yüklətdim, 266 saylı reysin baqajlarını isə 2152 saylı reysə yüklətdim”. İş materiallarında olan Naxçıvan X23 direktoru X4 tərəfindən verilmiş 27 iyun 2023-cü il tarixli təqdimatda qeyd olunmuşdur ki, Daşımaların Təşkili və Koordinasiyası xidmətinin perronda xidmət üzrə supervayzeri İddiaçı xx.xx.2023-cü il tarixdə növbədə olarkən 2152 saylı reysin baqajlarının 266 saylı reysə yükləmiş və 266 saylı reysin baqajlarını isə 2152 saylı reysə yükləmişdir. xx.xx.2023-cü il tarixdə 266 saylı A-320 tipli təyyarənin balans dispetçerinin verdiyi çəkiyə əsasən 164 baqaj 2118 kq olub, supervayzerin səhvliyi nəticəsində 2152 saylı reysin B- 757 tipli təyyarənin 164 baqajı 1916 kq səhvliklə 266 saylı reysə yüklənib. Təyyarəni daşıya biləcəyi ağırlığı nəzərə alsaq bu sərnişinlərin həyatı üçün böyük təhlükə deməkdir. İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə müəyyən olunmuş vəzifələrini düzgün şəkildə yerinə yetirməmişdir, işinə diqqətsiz və səhlənkar yanaşaraq cavabdeh olduqları insanların həyatını təhlükəyə atmışdır. Daşımaların Təşkili və Koordinasiyası xidmətinin perronda xidmət üzrə supervayzeri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70. Maddənin ç bəndi ilə işdən azad olunmasına rəy verilməsi üçün təqdim olunur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarəti və yoxlamalar sektorunun müdiri X32 tərəfindən verilmiş 29 fevral 2024-cü il tarixli rəydə qeyd olunmuşdur ki, İddiaçı çalışdığı müəssisədə 2023-cü ilin iyun ayında artıq iş saatlarının cəmi 156 saat 40 dəqiqə, axşam saatları 78 saat, gecə saatları isə 61 saat 30 dəqiqə olduğu müəyyən edilmişdir. Müəyyən edilmiş artıq iş saatlarına görə ona 1776 manat 70 qəpik, axşam saatlarına görə 88 manat 60 qəpik, gecə saatlarına görə isə 139 manat 28 qəpik olmaqla ümumilikdə 2004 manat 60 qəpik pul vəsaiti ödənilməlidir. İddiaçı işdən azad olunarkən müəssisə tərəfindən ona 44 saat gecə vaxtına görə 99 manat 88 qəpik, 30 saat artıq əlavə iş saatlarına görə isə 340 manat 80 qəpik olmaqla ümumilikdə 440 manat 68 qəpik əlavə pul vəsaiti ödənildiyindən ona geriyə ödənilməli olan qalan vəsaitin məbləği 1563 manat 92 qəpik müəyyən olunmalıdır. İş materiallarında olan X28 Limanı tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli, 17 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X28 Limanında işləmişdir. Həmkarlar İttifaqı komitəsinin üzvüdür. Hər ay əmək haqqısından üzvlük haqqı tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 mart 2024cü il tarixli “Naxçıvan” X23 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilməsi haqqında qərarından görünür ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində olan “Naxçıvan” X34 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə göndərilmiş 06 aprel 2024-cü il tarixli,13-2/2- 14/2132/2024 nömrəli və 19 aprel 2024-cü il tarixli, 13-2/2-14/2396/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində olmuş “Naxçıvan” X34 (bundan sonra - NBHL) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 mart 2024-cü il tarixli 141 nömrəli Qərarı ilə "xxxx" QSC-nin tabeliyinə verildikdən sonra NBHL-ya işçi qəbulu və işçilərin işdən azad edilməsi ilə bağlı hər hansı prosedur dəyişikliyi olmamışdır. NBHL-nın hazırda qüvvədə olan Əsasnaməsinin 7.6.10-cu bəndinə müvafiq olaraq Hava Limanı işçilərinin (direktor müavini istisna olmaqla) vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə Hava Limanının işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar NBHL-nın direktoru tərəfindən qəbul edilir. Məhkəmə hesab edir ki, ilkin olaraq cavabdehin vəkil və nümayəndəsinin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirilməlidir. Cavabdeh təşkilatın vəkili və nümayəndəsi Vəkil məhkəməyə təqdim etdiyi ərizədə qeyd olunmuşdur ki, iddiaçı Qasımov X27 Şəhər Məhkəməsində cavabdeh təşkilat X3rşı işə bərpa, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia qaldırmışdır. İddiaçı iddia müddətini buraxmaqla məhkəmədə iddia qaldırmışdır. Belə ki, iddiaçı barəsində əmr xx.xx.2023-cü il tarixdə verilmiş, şəxs əmək kitabçasını xx.xx.2023-cü il tarixdə almış və bu tarixdən hüququnun pozulduğu ona aşkar olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad olunduğunu o rəsmi qaydada bilmişdir. Sonra iddiaçı Əmək Müfəttişliyinə, daha sonra isə Naxçıvan İnzibati Məhkəməsinə müraciət edilmişdir. İnzibati Məhkəmədə işə baxılan zaman iddiaçı isə inzibati məhkəməyə deyil, ümumi məhkəməyə müraciət etmişdir. Əmr iddiaçıya rəsmi qaydada məlum olduqdan bir xeyli sonra isə iddiaçı Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məlumdur ki, AR Əmək Məcəlləsində müvafiq əmrin mübahisələndirmə müddəti işçiyə aşkar olduqdan sonra 1 ay müddətinə iddia qaldırıla bilər. Məhz bu baxımdan iddiaçı Naxçıvan X23 xx.xx.2023-cü il tarixli, 33 K nömrəli əmrinin mübahisələndirməsi üçün iddia müddətini buraxmışdır. Yuxarıda qeyd olunanların nəzərə alınaraq İddiaçı “Naxçıvan X23 xx.xx.2023-cü il tarixli, 33 K nömrəli əmrinin ləğvinə dair” iddia tələbinə iddia müddəti tətbiq edilməklə iddiadan imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfin diqqətinə çatdırır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya əmək kitabçası 03 iyul 2023-cü il tarixdə təqdim olunmuş, iddiaçı qeyd olunan sənədi aldıqdan sonra Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək işdən çıxarılması barədə olan əmri mübahisələndirmişdir. Bununla da görünür ki, iddiaçı işdən çıxarılması barədə əmrdən məlumatı olduqdan və əmək kitabçasını aldıqdan sonra hərəkətsiz qalmamış hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə Hesab edir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçı lazımi sənədləri toplayıb müvafiq qaydada Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etdiyi vaxtdan onun işdən çıxarııması barədə olan əmrin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin axımı kəsilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İş materiallarından görünür ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia ərizəsinin geri götürülmüş hesab edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qeyd olunan qərardad qəbul edildikdən sonra iddiaçı 15 avqust 2023-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, 08 sentyabr 2023-cü il tarixdə ilkin mediasiya təşkilatında iştirak edilməməsi barədə arayış verilmişdir. Bundan sonra iddiaçı Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş Naxçıvan Şəhər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(078)-1354/2023 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış, qeyd olunan qərardad iddiaçıya göndərildikdən sonra iddiaçının iddia ərizəsi 02 oktyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən lazımi qaydada sənədlər toplanaraq hərəkətsiz qalmayaraq müvafiq əmrin mübahisələndirilməsi üçün lazımi hərəkətlər edilmiş və bununla da onun tərəfindən iddia müddəti buraxılmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 379.1 və 379.1.6-cı maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddia müddətini tətbiq edilməsi barədə xahiş etməsi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı madəsinə əsasən, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımlar atacaqlar. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan X28 Limanın direktorunun xx.xx.2023-cü il tarixli, 33/k saylı əmrinin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə olan əmək müqaviləsi ləğv edilərkən müəssisədə fəaliyyət göstərən X6 iclası keçirilsə də X15na ünvanlanan təqdimat qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamışdır. Çünki məhkəməyə təqdim olunan təqdimatın təsdiq edilmiş surətindən görünür ki, həmin təqdimatda qoşma qismində məlumat vərəqi, şahidlərin izahatları göstərilmiş, ancaq həmin sənədlərin təqdimata əlavə edilməsi məhkəməyə təqdim edilən sənədlərlə sübuta yetirilmir. Bu hal da həmin təqdimata əsaslandırma sənədi əlavə edilmədiyi, X15 tərəfindən yalnız təqdimata baxılaraq iddiaçının əmək müqaviləsinə xitam verilməsinə razılıq verildiyi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X6 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X15na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X15 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi cavabdeh təşkilat iddiaçı ilə olan əmək müqaviləsini ləğv etməmişdən əvvəl X15na əsaslandırılmış yazılı təqdimatla müraciət etməli, təqdimata müvafiq əsaslandırma sənədlərini əlavə etməli, həmin məsələyə X15 tərəfindən baxılaraq qərar qəbul edildikdən sonra işçinin əmək müqaviləsinin ləğvi məsələsinə baxılmalı idi. Lakin cavabdeh X28 Limanın direktoru tərəfindən cavabdeh İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr verilərkən təqdimatla X15na müraciət edilməsinə baxmayaraq həmin təqdimatda göstərilən halları təsdiq edən əsaslandırma sənədləri təqdimata əlavə edilməmiş, buna baxmayaraq həmkarlar ittifaqı tərəfindən həmin təqdimata baxılmış, əsaslandırma sənədləri olmadan iddiaçının əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Həmçinin X15 tərəfindən iddiaçının işdən çıxarılmasına razılıq verilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq ayrıca qərar qəbul edilməmiş, keçirilmiş iclasın protokolunda heç bir əsaslandırma olmadan razılıq verilməsi ilə bağlı qərara gəlinməsi qeyd olunmuşdur. Həmçinin həmin protokolda həmkarlar ittifaqının keçirilmiş iclasında kimlərin iştirak etməsi öz əksini tapmamış formal olaraq iclasda 28 nəfərin iştirak etdiyi göstərilmiş, lakin həmin şəxslərin şəxsiyyəti barədə heç bir məlumat həmin protokolda öz əksini tapmamışdır. Bunun nəticəsində də iclasda iştirak edən şəxslərin iddiaçının işdən çıxarılması barədə hansı müzakirələri aparması kimin hansı fikri irəli sürməsi müəyyən edilə bilmir. Halbuki həmkarlar ittifaqının iclası qeyri müəyyən və absurd qaydada keçirilə bilməz. Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərin həyata keçirilməsində iştirak edirlər. Qanunvericiliyin sadalanan normalarının da tələbindən göründüyü kimi Həmkarlar İttifaqı işçilərin əmək hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün yaradılan bir təşkilatdır, Həmkarlar İttifaqları işçinin əmək hüququnun müdafiəsi üçün yaradılsa da hazırki mülki iş üzrə müəyyən edilmişdir ki, cavabdeh təşkilatın X15 iddiaçının hüquqlarını nəinki müdafiə etmiş, hətta əsaslandırma sənədləri əlavə olunmayan təqdimata baxaraq, absurd və qeyri müəyyən iclas keçirərək iddiaçının əmək müqaviləsinə xitam verilməsinə razılıq vermişdir. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının işdən çıxarılma məsələsi onun iştirakı ilə araşdırılmamış, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiaçı dinlənilmədən, ondan izahat alınmadan onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr verilmişdir. İddiaçının X6 iclasına dəvət edilməməsi məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. İddiaçının işdən çıxarılması ilə bağlı əmrdə İddiaçı Daşımaların Təşkili və Koordinasiyası xidmətinin perronda xidmət üzrə supervayzeri ilə bağlanılmış müqaviləyə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə (əmək funksiyasını və əmək müqaviləsi ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirmədikdə) əsasən xitam verilməsi qeyd olunmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, iddiaçının hansı əmək funksiyasının yerinə yetirməməsi, hansı vəzifəsini icra etməməsi, iddiaçının fəaliyyətində hansı nöqsanların aşkarlandığı əmrdə qeyd olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin ə bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək funksiyasını və əmək müqaviləsi ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirmədiyinə görə arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının öz vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirməməsi və bu vəzifə funksiyalarının yerinə yetirilməməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əmək funksiyasını və əmək müqaviləsi ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsinə istinad edərkən bunun nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən təqdim olunan sübutlar isə bu halı təsdiq etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi cavabdeh tərəf iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edərkən yuxarıda sadalanan tələblərə əməl etməli idi. Ancaq cavabdeh X28 Limanı tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübut etmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Əmək Məcəlləsinin 75.1-ci maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Lakin mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilmir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, X28 Limanı ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Naxçıvan X23 direktorunun 27 iyun 2023-cü il tarixli, 33/K nömrəli əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının Naxçıvan X23 direktorunun 27 iyun 2023cü il tarixli, 33/K nömrəli əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunmalı olduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1 -ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmçinin məhkəmə belə hesab edir ki, iddiaçının 2023-cü ilin iyun ayında hər növbədə normadan artıq işlədiyi 26 günə görə cavabdeh tərəfindən 1500 (min beş yüz) manat kompensasiyanın ödənilməsi tələbinə dair hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçının 2023-cü ilin iyun ayında işlədiyi artıq iş saatlarına görə iddiaçıya pul məbləği ödənilməldir. Məhkəməyə təqdim olunan mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı çalışdığı müəssisədə 2023-cü ilin iyun ayında artıq iş saatlarının cəmi 156 saat 40 dəqiqə, axşam saatları 78 saat, gecə saatları isə 61 saat 30 dəqiqə olduğu müəyyən edilmişdir. Müəyyən edilmiş artıq iş saatlarına görə ona 1776 manat 70 qəpik, axşam saatlarına görə 88 manat 60 qəpik, gecə saatlarına görə isə 139 manat 28 qəpik olmaqla ümumilikdə 2004 manat 60 qəpik pul vəsaiti ödənilməlidir. İddiaçı işdən azad olunarkən müəssisə tərəfindən ona 44 saat gecə vaxtına görə 99 manat 88 qəpik, 30 saat artıq əlavə iş saatlarına görə isə 340 manat 80 qəpik olmaqla ümumilikdə 440 manat 68 qəpik əlavə pul vəsaiti ödənildiyindən ona geriyə ödənilməli olan qalan vəsaitin məbləği 1563 manat 92 qəpik müəyyən olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qeyd edir ki, müvafiq mütəxəssis rəyində iddiaçıya ödənilməli olan məbləğin miqdarı 1563 manat 92 qəpik göstərilsə də iddia qeyd olunan həddə təmin edillə bilməz. Belə ki, bu halda mütəxəssis rəyinə istinad edilərək iddianın həmin məbləğdə təmin edilməsi iddia tələbindən kənara çıxılma sayılır. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki vəziyyətdə isə iddia tələbindən kənara çıxmaq üçün müstəsnalıq mövcud deyil. Ona görə də iddia tələbi qeyd olunan hissədə 1500 manat məbləğində təmin edilməlidir. İddiaçının Naxçıvan X23 Əmək Məcəlləsinin 291-ci maddəsinin 1-ci hissəsinə əsasən qanunazidd hərəkəti nəticəsində ona vurulmuş 12000 (on iki min) manat məbləğində zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehin qanunazidd hərəkəti nəticəsində ona 12000 (on iki min) manat məbləğində zərər vurulmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). İddiaçının digər tələbi isə mediasiya üçün ödənilmiş 50 (əlli) manat rüsumun cavabdehdən alınaraq ona ödənilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin 40 (qırx) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin edilməli; - Naxçıvan X23 direktorunun 27 iyun 2023-cü il tarixli, 33/K nömrəli əmri ləğv edilməli; -Qasımov X27 Beynəlxalq Hava X11 və Koordinasiyası xidmətinin perronda xidmət üzrə supervayzeri vəzifəsinə bərpa olunmalı; - X28 Limanı tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli; - X28 Limanı tərəfindən İddiaçı 2023-cü ilin iyun ayında hər növbədə normadan artıq işlədiyi 26 günə görə 1500 (min beş yüz) manat məbləğində pul ödənilməli; - iddia qalan hissədə əsaslı olmadığından rədd edilməli; - X28 Limanından iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin 40 (qırx) manat hissəsi alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Naxçıvan X23 direktorunun 27 iyun 2023-cü il tarixli, 33/K nömrəli əmri ləğv edilsin. Qasımov X27 Beynəlxalq Hava X11 və Koordinasiyası xidmətinin perronda xidmət üzrə supervayzeri vəzifəsinə bərpa olunsun. X28 Limanı tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. X28 Limanı tərəfindən İddiaçı 2023-cü ilin iyun ayında hər növbədə normadan artıq işlədiyi 26 günə görə 1500 (min beş yüz) manat məbləğində pul ödənilsin. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. X28 Limanından iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin 40 (qırx) manat hissəsi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar