Məhkəmə qərarları › İş №2(078)-450/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-450/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-450/2021 21.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 73A ünvanında yerləşən iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: «xxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 24.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********32869 olan X4 8 markalı telefon üçün 450 (dörd yüz əlli) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə borcu olmaqla ümumilikdə 495 (dörd yüz doxsan beş) manat məbləğində borcun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «xxxx» MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında 24.11.2019-cu il tarixli Müqavilə bağlanmış və həmin müqaviləyə əsasən «xxxx» MMC-dən Cavabdeh İMEİ kodu **********32869 olan X4 8 markalı telefon almış və nəticədə 495 (dörd yüz doxsan beş) manat borc yaranmışdır. Ərizədə qeyd edilmişdir ki, cavabdeh müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış və nəticədə 24.11.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 540 manat (12 ay x 45 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********32869 olan X4 8 markalı telefon üçün 495 (dörd yüz doxsan beş) manat olmaqla ondan 450 (dörd yüz əlli) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45 (qırx beş) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 95 (doxsan beş) manat təşkil edir. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda Cavabdeh 24.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********32869 olan X4 8 markalı telefon üçün 450 (dörd yüz əlli) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə borcu olmaqla ümumilikdə 495 (dörd yüz doxsan beş) manat məbləğində borcun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə olunmuş 24.11.2019-cu il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında 01071734 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model- X4 8 4/ 64GB İMEİ KOD **********32869 **********32877. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş 24.11.2019-cu il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Model- X4 8 4/ 64GB İMEİ KOD **********32869 **********32877 tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. 25 mart 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən 24.11.2019-cu il tarixli 01071734 nömrəli Müqavilələrə əsasən Cavabdeh 25.03.2021-ci il tarixə «xxxx» MMC-yə İMEİ kodu **********32869 olan X4 8 markalı telefon üçün 450 (dörd yüz əlli) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə borcu olmaqla ümumilikdə 495 (dörd yüz doxsan beş) manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş 17.09.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, həmin tarixdə borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 02.11.2020-ci il tarixdə verilmiş arayışa əsasən Məmmədov X1 şəhəri, N.Hikmət ev 8A ünvanında qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 24.11.2019-cu il tarixli 01071734 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********32869 olan X4 8 markalı telefon üçün 450 (dörd yüz əlli) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə borcu olmaqla ümumilikdə 495 (dörd yüz doxsan beş) manat məbləğində borc iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə «xxxx» MMC tərəfindən 26.03.2021ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X3 Portalına ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 07 aprel 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə 08 aprel 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdeh 24.11.2019-cu il tarixli 01071734 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********32869 olan X4 8 markalı telefon üçün 450 (dörd yüz əlli) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə borcu olmaqla ümumilikdə 495 (dörd yüz doxsan beş) manat məbləğində borc iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulsun. «xxxx» MMC tərəfindən 26.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X3 Portalına ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar