Məhkəmə qərarları › İş №2(078)-455/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-455/2024

29.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-455/2024 29.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2792 (iki min yeddi yüz doxsan iki) manar pulun və dövlət rüsumu olaraq ödədiyi 48.2 (qırx səkkiz manat iyirmi qəpik) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, o, 2015-ci il tarixdə Naxçıvan şəhərində yerləşən “Cahan” Ticarət Mərkəzində kirayə dükan götürüb qadın geyimlərinin satışı ilə məşğul olmağa başlayıb. Təqribən 5 il bundan əvvəl sosial şəbəkə vasitəsi ilə tanıdığı Cavabdeh 1000 manat dəyərində qadın geyimlərini satın alıb dükanda həmin geyimlərin satışı ilə məşğul olurdu. Sonra ondan geyim almayıb. Lakin 8 avqust 2022-ci ildə maddi cəhətdən xeyir eləmədiyi üçün dükandan çıxmaq məcburiyyətində qalıb. Dükanda qalan satılmamış geyimləri isə evə gətirib. Həmin gündən təqribən 1 həftə sonra Cavabdeh əldə qalan, 7300 manat dəyərində olan geyimləri hər ay 500 manat vermək şərti ilə satın almaq istədiyini dedi. Asimlə razılaşmış və Asim sentyabr ayından razılaşdıqları kimi 500 manat pulu verməyə başladı. 2 ay sonra isə imkanının olmadığını, razılaşdıqları qiymətə gücünün çatmadığını deyib noyabr ayından 300 manat verməyə başladı. Axırıncı dəfə xx.xx.2023-cü ildə Asim ödəniş etmişdr və həmin tarixdən bu günə kimi heç bir ödəniş etməmişdir. Hal-hazırda Türkiyə Respublikasında olan Asimlə telefon vasitəsilə dəfələrlə əlaqə saxlamağına baxmayaraq heç bir zəngi açmır. Asimin ona 2792 (iki min yeddi yüz doxsan iki) manat borcu qalır və qalan borcu ödəməkdən yayınır. Özünün həmin pula çox böyük ehtiyacı var. Asim isə birmənalı olaraq borcunu qaytarmaq istəmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. O, hətta cavabdehin valideynlərinin də evinə gedib. Onlar da cavabdehin borcu olduğunu bilirlər. Ancaq cavabdeh hazırda Naxçıvanda deyil. Hətta ona yazıb ki, “sənə 1 qəpik belə pul qaytarmayacam”. Digər şahidlər də onun qohumlarıdır və hamısı bilir ki, Asim ona borcludur. Sadəcə özləri ifadə verməkdən imtina edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişvə gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, iddiaçı onun həyat yoldaşıdır. O, həyat yoldaşı ilə birlikdə ticarət mərkəzində işləyirdi. Həyat yoldaşı Şəhanə xanım qadın paltarları satışı ilə məşğul olmaq üçün instaqram saytı tərəfindən Türkiyədən firmadan paltarlar sifariş verib burada satışını aparırdı. Sonra dükan sahibi tərəfindən dükanı boşaltmaları istənildi onlar da dükanın mallarını evə yığdılar. Həmin vaxt Asim ondan xahiş etdi ki, həmin paltarlardan verim ki, aparıb öz həyat yoldaşı ilə birlikdə dükanda satsın. Onlar da razılaşıb həmin paltarlardan vermişlər. Asim dedi ki, hər ay 500 manat pul verəcək. Onlar da razılaşdı. Sonra xahiş etdi ki, 300-200 manat versin çatdıra bilmir. Yenə də heç nə demədilər. Daha sonra pulu veməməyə başladı. Artıq onunla mübahisələri yarandı. Hətta şəhər polisində müstəntiq Samir müəllim də cavabdehə bildirdi ki, borcu qaytarmalıdır. Sonra 3-4 dəfə borcunu qaytarrdı. Bir müddət sonra eşitmişlər ki, Asim Türkiyə Respublikasına gedib, Şəhanə də Asimin arvadının yanına gedib, borcu istədikdə Asimin arvadı Şəhanəyə bildirdi ki, çalışıb özü paltarların pulunu verəcək. Ancaq o da borcunu verməkdən imtina etdi. 1-2 dəfə də kartına borc pulundan pul atıb. Hətta dollar məzənnəsi ilə də pul atmışdı. Ancaq son vaxtlar 1 qəpik belə borcunu qaytarmır. Hələ üstəlik deyir ki, “haraya şikayət edirsiniz edin. Mən sizin pulunuzu qaytarmayacağam”. Dükan yoldaşının olub. Mal yoldaşının olub. O Şəhanə ilə evləndiyi vaxt artıq dükan və mallar var idi. Sadəcə Asim kiçi olduğu üçün aralarında olan yazışma onunla olub. Malın sahibi Şəhanə olub. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının izahatını və şahidin ifadəsini dinləyərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı verdiyi izahatında iddia tələbinin əsası kimi iddiaçı cavabdehə 2022-ci ilin avqust ayında 7300 manat dəyərində olan geyimləri hər ay 500 manat vermək şərti ilə satmışdır. İddiaçının izahatından məlum olmuşdur ki, cavabdeh borcunu tam qaytarmamış və onun iddiaçıya 2792 (iki min yeddi yüz doxsan iki) manat borcu var. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Məhkəmə yuxarıda qeyd edilən halları hazırki iddia tələbinə tətbiq edilməsini zəruri hesab edir. İddiaçı tərəfindən dindirilən şahidin ifadəsinə nəzərə saldıqda şahidin ifadəsini mötəbər sübut növü kimi qəbul etmək olar. Ona görə ki, şahid ifadəsi konkretdir və pulun məhz cavabdehə verildiyini təsdiq edir. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin maddəyə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən maddi hüquqi norma tərəflərin öhdəliklərini və sübutetmə dairəsini dəqiq müəyyən edir. Belə ki, pulun verilməsinə münasibətdə sübutetmə yükü iddiaçının, pulun qaytarılmasına münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə pulun iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edən bu sübutu mötəbər hesab edir və qeyd edir ki, iddiaçı sübutetmə yükünə əsasən tələbini istinad etdiyi halları sübuta yetirə bilmişdir. Belə ki, iddiaçı təqdim etdiyi Cavabdeh məxsus olan sürücülük vəsiqəsinin surətində aparılmış qeyddə aşağıdakılar göstərilmişdir. “Mən Cavabdeh Şahid1 7300 manatlıq geyim aldım (iç geyim) ayda 500 manat ödəyəcəm. Özüm yazdım imzamla təsdiq edirəm xx.xx.2022-ci il. Sentyabr 100 manat, 5 manat, 200 manat-xx.xx.2022, 300 manat-xx.xx.2022, oktyabr 500 manat-xx.xx.2022, noyabr 300 manat xx.xx.2022, dekabr xx.xx.2022-200 manat, 163 manat, 20 manat, yanvar xx.xx.2023 200 manat, 100 manat, fevral xx.xx.2023 100 dollar, 70 manat, mart xx.xx.2023 200 dollar, aprel xx.xx.2023 300 manat, may xx.xx.2023 300 manat, iyun xx.xx.2023 200 dollar, xx.xx.2023 300 manat, xx.xx.2023 300 manat, xx.xx.2023 300 manat. Təqdim edilən bu qeyddə malın cavabdeh tərəfindən götürülməsi, eyni zamanda hər ay ödənilmiş pul məbləğləri göstərilmişdir. Cavabdeh qalan pulun ödənilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə belə hesab edir ki, tərəflər arasında nisyə mal alqı-satqısına dair razılaşma olmuşdur. İddiaçı razılaşmaya uyğun olaraq malları cavabdehə vermiş, cavabdeh isə malın pulunu hissə-hissə qaytarmağı öhdəsinə götürsə də razılaşmaya tam əməl etməmiş və 2792 manat borcu qalmışdır. Belə olan halda iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdehə dəfələrlə məhkəmə iclaslarının vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, poçt göndərişlərinə şəxsən qeydi yazmaqla imza etmişdir, lakin məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə münasibətini-etirazını və təkzibini bildirməmişdir. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2792 (iki min yeddi yüz doxsan iki) manat pul alınıb İddiaçı verilməlidir. Məhkəmə məhkəmə məsrəflərinə münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 10966 nömrəli qəbzlə ödənilmiş 49 (qırx doqquz) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2792 (iki min yeddi yüz doxsan iki) manat pul alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 10966 nömrəli qəbzlə ödənilmiş 49 (qırx doqquz) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar