Məhkəmə qərarları › İş №2(078)-457/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-457/2024

19.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-457/2024 19.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və cavabdeh Rəsulova (Məmmədova) Hüsniyyə Vahid qızının iştirakları ilə, İddiaçı cavabdeh Rəsulova (Məmmədova) Hüsniyyə Vahid qızına qarşı yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Rəsulova (Məmmədova) Hüsniyyə Vahid qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Rəsulova (Məmmədova) Hüsniyyə Vahid qızından yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 3357 (üç min üç yüz əlli yeddi) manat maddi ziyanın və ödənilmiş 53.57 (əlli üç manat əlli yeddi qəpik) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 16 dekabr 2023-cü il tarixdə Naxçıvan şəhərində X1rşısından ona məxsus idarə etdiyi Vaz 21041 markalı, **-BC-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə “Cahan Ticarət” Mərkəzinə tərəf istiqamətdə hərəkətdə olarkən həmin ərazidə avtomobilin surətini azaltmış və döngəyə dönmək istəyən zaman Naxçıvan şəhər sakini Cavabdeh ona məxsus idarə etdiyi “Nissan Note” markalı, **-BL-*** nömrəli dövlət avtomobillə arxadan onun avtomobilini vurmuş, onun avtomobli isə digər bir avtomobilə dəyməsi nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə ona məxsus avtomobilə və digər üçüncü şəxsin avtomobilinə zərər vurulmuşdur. Baş vermiş Yol Nəqliyyat hadisəsi nəticəsində Naxçıvan MR DİN-nin DYPİ-nin əməkdaşları hadisə yerinə gəlməklə hadisə yerinə baxış keçirib və sxemini çəkmişdilər. Avtomobilinə dəymiş zərərin həcmini müəyyənləşdirmək üçün “Avto Serviz” tərəfindən avtomobilin ziyan dəymiş hissələrinin məbləği ayrı-ayrılıqda qeyd edilməklə avtomobiliə cəmi 3357 (üç min üç yüz əlli yeddi) manat məbləğində ziyan vurulması müəyyən edilib. Bununla bağlı ona seriya nömrəsi AAT 071126, 18 dekabr 2023-cü il tarixli Qaimə fakturası verilmişdir. Dəymiş Ziyanın ödənilməsi ilə bağlı Cavabdeh 22 yanvar 2024-cü il tarixdə Pretenziya ərizəsi ilə müraciət edib 5 (beş) gün müddət vaxt versə də cavabdeh tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. O da məcbur qalaraq məhkəmə müraciət etməli olmuşdur. Məhkəmə iclası zamanı izahat verən İddiaçı izahatında iddianı müdafiə edərək bildirmişdir ki, o, iddia ərizəsində hər şeyi ətraflı qeyd edib. Maddi vəziyyəti pisdir. Cavabdeh isə borcu ödəməkdən yayınır. Əksinə baş vermiş hadisədə onu günahkar bilir. Bir dəfə borcu ödəmək üçün, ziyanı aradan qaldırmaq üçün müraciət etməyib. Polis şöbəsinə çağırdılar gəlmədi. O məcbur qalıb özü avtomobili təmir etdirib. Bu gün də ustanın pulunu ödəməyibdir. O dayandığı yerdə cavabdeh onu vurub. Bu gün deyir onun səhvi olmayıb. O zaman polis niyə onu günahkar çıxarıb? İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən cavabdeh Rəsulova (Məmmədova) Hüsniyyə Vahid qızı iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının iddiası əsassızdır. Belə ki, həqiqətən də yol nəqliyyat hadisəsi baş vermişdir, lakin hadisə onun yox iddiaçının səhvi ucbatından hadisə baş verib. Onun qətiyyən imkanı yoxdur. Kreditlə uşaq oxudur. Hazırda maşını etibarnamə ilə bibisi nəvəsinə verib. Ayda 300-400 manat əmək haqqı alır. Bir neçə maşın zədə aldığı halda iddiaçı hansı pulu tələb edir? Qeyd etdiklərinə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı dindirilmiş "xxxx" MMC-dən mütəxəsisi X5 verdiyi izahatında bildirmişdir ki, o maşında olan nöqsanları yazıb özünə verib. Yenidən avtomobilə baxış keçirib nöqsanları və hissələrin yararlı olub-olmaması barədə rəy verə bilər. Sexə maşın nə vaxt daxil olubsa həmin vaxtdan maşını yoxlamadan keçirirlər. Əvvəlki vaxtlarla bağlı heç bir yoxlanış edə bilmirlər. İş materialları ilə qısaca da olsa tanışdır. Lakin avtomobilin sözügedən hissələrinə və özünə dəqiq mütəxəsis baxışı keçirtmək zərurəti yaranır. Onlara baxış keçirib yazılı formada rəy verə bilər. Məhkəmə iclası zamanı dindirilmiş Ekspertiza Mərkəzinin eksperti X4 verdiyi izahatında bildirmişdir ki, o, işdə olan nöqsan aktında gördüklərini yazıb. Qiymətləri də sənədlərə müvafiq və bazar qiymətinə müvafiq qoyub. 2008-ci ilin maşınıdır. Həmin qiymətlərdə şişirtmə kimi qeyd edilə bilər. O, müvafiq bazar qiymətinə münasibətdə qiymət yazıb. Məsələn buferin qiymətini 09 manat yazıb. 14 ildir istismar olunan maşın neçə yeni hisslərlə qiymət qoyula bilər?. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, İlqar maşını 8 ay qabaq sexə gətirib. İlk baxan zaman maşının qabaq hissəsi heç yox vəziyyətində idi. Arxa hissəsi də dağılmışdı. DYP arayış verdikdən sonra 2 ay maşını təmir edib. Qabaq detallarını dəyişib. Hamısını təzəsi ilə əvəz edib. Hələ də İlqar pulunu verməyib. Dəfələrlə pulunu tələb etsə də deyir tezliklə verəcək. İlqar ona 3300 manat pul verəcək. İlqar özü ona deyib ki, “hissələrini sən al, hamısının pulunu birlikdə verəcəm”. 1000 manat maşın hissələrinə pul verib. 2000 manat da əl xərci istəyib. Bütün dəmir işləri, kraska, polirofka, slesar, işini özü təkbaşına edib. Buferi 50 manata alıb. 2 cüt polkaya 50- 55 manat pul verib. Ümumi olaraq hamısına 1000 manat pul verib. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli Plenum Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin mövqeyinin hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona maddi zərərin dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, ** BC *** qeydiyyat nişanlı VAZ 21041 minik markalı, sedan tipli, istehsalat tarixi 2008, ban nömrəsi XWK**********6584 olan ağ rəngli nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İPX ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Rəsulova (Məmmədova) Hüsniyyə Vahid qızı yol nişanı tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Nəqliyyat vasitəsinin zədələnməsi barədə 10 nömrəli arayışda qeyd olunmuşdur ki, 16 dekabr 2023-cü il tarixdə, saat 15:38 dəqiqədə Naxçıvan şəhər Ə.Əliyev küçəsi Diaqnostika Mərkəzinin qarşısında yol nəqliyyat hadisəsində Vaz 21041 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı (mühərrik №**********1 ban № XWK**********6584) avtomobil ön hissədən xarici əzintiləri almışdır. İddiaçı 18 dekabr 2023-cü il tarixdə verilmiş AAT 071126 nömrəli Qaimə fakturasında ** BC *** qeydiyyat nişanlı VAZ 21041 minik markalı avtomobilə dəymiş zərər cəmi 3357 manat qiymətləndirilib. Mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 may 2024-cü il tarixli 2(078)- 457/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında İddiaçı məxsus olan 2008-ci il buraxılışlı, Vaz 21041 minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, XWK**********6584 ban nömrəli, ağ rəngli avtomobilin yararsız olan ehtiyat hissələrinin qiyməti ilə bağlı sual qoyulmuş, 13 iyun 2024-cü il tarixli 568 nömrəli məhkəmə rəyindən qeyd olmuşdur ki, təqdim edilmiş mütəxəssis X3 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli 071126 saylı qaimə-faktura (nöqsan) aktı məlumatlarına əsasən 2008-ci il buraxılışlı, Vaz 21041 minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəyişilməli olan ehtiyyat hissələrinin nəzəri hesablama yolu ilə təxminən 770 (yeddi yüz yetmiş) manat müəyyən edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli 2(078)-457/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında İddiaçı məxsus olan 2008-ci il buraxılışlı, Vaz 21041 minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, XWK**********6584 ban nömrəli, ağ rəngli avtomobilin ekspert rəyində müəyyən edilmiş hissələrinin düzəldilməsi və təmir edilməsi üçün usta pulu nə qədər təşkil edilməsi ilə bağlı sual qoyulmuş, 25 oktyabr 2024-cü il tarixli 1203 nömrəli məhkəmə rəyindən qeyd olmuşdur ki, təqdim edilmiş mütəxəssis X3 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli 071126 saylı qaimə-faktura (nöqsan) aktı məlumatlarına əsasən 2008-ci il buraxılışlı, Vaz 21041 minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində təmir bərpa (usta xərci) 2500 (iki min beş yüz) manat müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan hüquq normalarını iş materiallarında olan sübutlarla əlaqəli şəkildə təhlil edir və belə nəticəyə gəlir ki, iş üzrə mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən sübutları tədqiq edir və belə hesab edir ki, bu halda sübutun qiymətləndirilməsi meyarları nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli Plenum Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: -ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; -dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; -ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. İşə məhkəmədə baxılarkən baş vermiş yol nəqliyyat-hadisəsində cavabdeh Rəsulova (Məmmədova) Hüsniyyə Vahid qızının təqsirli olması iş materiallarında olan inzibati xəta haqqında protokolla təsdiq olunur. İş materiallarında olan qüsur aktı və ekspert rəyi ilə həmin yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus avtomobilə ziyan dəyməsi və ziyanın məbləği öz təsdiqini tapır. Eləcə də avtomobili təmir edən şahidin ifadəsini məhkəmə sübut qismində nəzərə alır. Cavabdeh tərəfindən ziyanın ödənilməsini istisna edən yuxarıda qeyd edilmiş üç şərtin heç biri işə baxılarkən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə cavabdehin iddiaçıya məxsus olan avtomobilə vurduğu ziyana görə məsuliyyət daşıması nəticəsinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən tələbi təmin edilməli, Vaz 21041 minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vuruğu zərərə görə ehtiyyat hissələrinin nəzəri hesablama yolu ilə 770 manat və avtomobilin zədələnməsi nəticəsində təmir bərpa (usta xərci) 2500 (iki min beş yüz) olmaqla cəmi 3270 (üç min iki yüz yetmiş) manat pul cavabdeh Rəsulova (Məmmədova) Hüsniyyə Vahid qızından alınaraq İddiaçı oğuna verilməli, iddia tələbi qalmış hissədə rədd edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" ASC Naxçıvan filialına 23085 nömrəli qəbzlə ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 52.6 (əlli iki manat altmış qəpik) manatı cavabdeh Rəsulova (Məmmədova) Hüsniyyə Vahid qızından alınıb iddiaçıya qaytarılmalıdır. Məhkəmə ekspert xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, məhkəmə əmtəəşünaslıq ekspertizalarının aparılması üçün ekspertiza xərci olan ümumilikdə 80 (səksən) manat cavabdeh Rəsulova (Məmmədova) Hüsniyyə Vahid qızından tutularaq büdcə təsnifat kodu 142330, X7 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Rəsulova (Məmmədova) Hüsniyyə Vahid qızından Vaz 21041 minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vuruğu zərərə görə ümumilikdə 3270 (üç min iki yüz yetmiş) manat pul alınaraq İddiaçı oğuna ödənilsin. İddia tələbi qalmış hissədə rədd edilsin. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" ASC Naxçıvan filialına 23085 nömrəli qəbzlə ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 52.6 (əlli iki manat altmış qəpik) manatı cavabdeh Rəsulova (Məmmədova) Hüsniyyə Vahid qızından alınıb iddiaçıya qaytarılsın. Məhkəmə əmtəəşünaslıq ekspertizalarının aparılması üçün ekspertiza xərci olan ümumilikdə 80 (səksən) manat cavabdeh Rəsulova (Məmmədova) Hüsniyyə Vahid qızından tutularaq büdcə təsnifat kodu 142330, X7 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar