Məhkəmə qərarları › İş №2(078)-459/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-459/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-459/2023 13.04.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 1981ci il təvəllüdlü Cavabdeh 19 may 2019-cu il tarixli, HAK473838 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1210 (min iki yüz on) manat əsas borc, müqavilə üzrə hesablanmış 500 (beş yüz) manat faiz borcu və 38 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1748 (min yeddi yüz qırx səkkiz) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 15 ay olmaqla, 19 may 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanıldığını, həmin müqaviləyə əsasən cavabdehin iddiaçıdan dəyəri 1650 manat olan məişət avadanlığı əldə etdiyini, cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 1210 manat borcunun qaldığını, qeyd edilən müqaviləyə əsasən borclunun müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% miqdarında faiz borcu ödəməli olduğunu, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 10890 (on min səkkiz yüz doxsan) manat faiz borcunun yarandığını (1210 manat x 900 gün x 1% = 10890 manat), iddiaçının faiz borcunu cavabdehdən cəmi 500 (beş yüz) manat məbləğində tələb etdiyini, Cavabdeh 19 may 2019-cu il tarixli, HAK473838 saylı nisyə alqısatqı müqaviləsinə əsasən 1210 (min iki yüz on) manat əsas borc, müqavilə üzrə hesablanmış 500 (beş yüz) manat faiz borcu və 38 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1748 (min yeddi yüz qırx səkkiz) manat pulun alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasının zəruri olduğunu, bunları nəzərə alaraq, xx xxxx 1981-ci il təvəllüdlü Cavabdeh 19 may 2019-cu il tarixli, HAK473838 saylı nisyə alqısatqı müqaviləsinə əsasən 1210 (min iki yüz on) manat əsas borc, müqavilə üzrə hesablanmış 500 (beş yüz) manat faiz borcu və 38 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1748 (min yeddi yüz qırx səkkiz) manat pulun alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 19 may 2019-cu il tarixli, HAK473838 nömrəli Borc Müqaviləsinə əsasən, borclu hissə-hissə ödəniş şərtilə 1650 (min altı yüz əlli) AZN məbləğində məişət avadanlığı əldə etmiş, 0 (sıfır) AZN ilkin ödəmiş və qalan 1650 (min altı yüz əlli) AZN məbləği 15 ay müddətinə aylıq 110 (yüz on) manat olmaqla, İddiaçınə ödəməyi öz öhdəsinə götürmüşdür. 15 iyul 2022-ci il tarixli, 1487 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh ödənilməmiş 1210 (min iki yüz on) manat əsas (qalıq) borcu vardır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 24 fevral 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 27 fevral 2023-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 1210 (min iki yüz on) manat əsas borc, 500 (beş yüz) manat faiz borcu və 38 (otuz səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1748 (min yeddi yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 19 may 2019-cu il tarixli, HAK473838 nömrəli Borc Müqaviləsinə əsasən, borclu hissə-hissə ödəniş şərtilə 1650 (min altı yüz əlli) AZN məbləğində məişət avadanlığı əldə etmiş, 0 (sıfır) AZN ilkin ödəmiş və qalan 1650 (min altı yüz əlli) AZN məbləği 15 ay müddətinə aylıq 110 (yüz on) manat olmaqla, İddiaçınə ödəməyi öz öhdəsinə götürmüşdür. 15 iyul 2022-ci il tarixli, 1487 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh ödənilməmiş 1210 (min iki yüz on) manat əsas (qalıq) borcu vardır. Lakin Cavabdeh müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməməklə, müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1210 (min iki yüz on) manat əsas borc, 500 (beş yüz) manat faiz borcu və 38 (otuz səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1748 (min yeddi yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar