Məhkəmə qərarları › İş №2(078)-46/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-46/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-46/2021 15.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Kreditor “xxxx” MMC məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1979-cu ildə Babək rayonu Qaraxanbəyli kəndində doğulmuş və hazırda Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 738 (yeddi yüz otuz səkkiz) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 758 (yeddi yüz əlli səkkiz) manat məbləğində pul vəsaitinin alınaraq kreditor “xxxx” MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(078)-767/2020 nömrəli məhkəmə əmri ilə xx.xx.1979-cu ildə Babək rayonu Qaraxanbəyli kəndində doğulmuş və hazırda Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 738 (yeddi yüz otuz səkkiz) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 758 (yeddi yüz əlli səkkiz) manat məbləğində pul vəsaitinin alınaraq kreditor “xxxx” MMC-yə ödənilməsi əmr edilmiş və məhkəmə əmri xx xxxxxxxx 2020-ci il tarixdə borclu Cavabdeh göndərilmişdir. İş üzrə borclu Cavabdeh xx.xx.2020-ci il tarixli ərizə ilə həmin məhkəmə əmrinə etiraz verərək, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(078)-767/2020 nömrəli məhkəmə əmrinin ləğv edilərək iddia icraatına keçirilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmiş və etiraz təmin olunaraq məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(078)-767/2020 nömrəli əmri ləğv edilərək mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı təşkilat “xxxx” MMC ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, xx xxxxxx 2018-ci il tarixli FSK 1733 nömrəli Malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə dəyəri 738 (yeddi yüz otuz səkkiz) manat olan TV LED VESTEL 32HD 50000TR markalı televizoru hər ay 41 manat olmaqla 18 ay müddətinə “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Ərizədə qeyd edilmişdir ki, borclu müqavilə üzrə öhdəlikləri icra etməkdən imtina etmiş, bu barədə cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilsə də, o, müqavilə üzrə öhdəliyi icra etməkdən imtina etmişdir. Cavabdehin xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə 738 (yeddi yüz otuz səkkiz) manat məbləğində əsas borc qalmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı təşkilatın direktoru T.Heydərli məhkəmənin ünvanına sonuncu dəfə xx.xx.2021-ci il tarixli 25/21 nömrəli ərizə göndərmiş və sözügedən ərizə xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. T.Heydərli ərizəsində iddianı müdafiə etdiyini, işlə bağlı bütün sübutları məhkəməyə təqdim etdiyini, üzürlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməyəcəyini, xx.xx.2021-ci il tarixdə saat 10:00-a təyin olunmuş məhkəmə iclasının nümayəndəninin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qismən qəbul edərək verdiyi izahatında iddiaçı təşkilatla xx xxxxxx 2018-ci il tarixli FSK 1733 nömrəli Malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi bağlandığını, müqavilənin şərtinə əsasən “xxxx” MMC-dən kredit yolu ilə TV LED VESTEL 32HD 50000TR markalı televizor götürdüyünü, kredit müqaviləsi ilə onun əlində olan ödəniş cədvəlinin fərqli olduğunu, iddiaçı təşkilatın ondan 738 (yeddi yüz otuz səkkiz) manat pul tələb etdiyini, halbuki ona verilən ödəniş cədvəlində həmin məbləğin 432 manat olduğunu, aylıq ödənişin 24 manat olduğunu, 4 ay həmin ödənişi ödədiyini, hazırda təşkilata 336 manat borcu olduğunu bildirmişdir. Cavabdeh sonda qeyd olunanların nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki işin materiallarına əlavə olunmuş xx xxxxxx 2018-ci il tarixli FSK 1733 nömrəli Malın nisyə satılması haqqında alqı-satqı müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə alıcı Cavabdeh ilə kreditor “xxxx” MMC arasında kredit müqaviləsi imzalanmış, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə dəyəri 738 (yeddi yüz otuz səkkiz) manat olan TV LED VESTEL 32HD 50000TR markalı televizoru hər ay 41 manat olmaqla 18 ay müddətinə “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 428/20 nömrəli pretenziya məktubunun surətindən məlum olur ki, həmin tarixdə borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 208/20 nömrəli maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxx 2018-ci il tarixli müqaviləsi üzrə 738 (yeddi yüz otuz səkkiz) manat borcu vardır. İş materiallarına əlavə edilmiş Naxçıvan ŞPİ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Cavabdeh Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatdadır. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçı təşkilatın direktorunun ərizəsini nəzərdən keçirib, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında xx xxxxxx 2018-ci il tarixli FSK 1733 nömrəli Malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, iddiaçı təşkilat müqavilədə müəyyən edilmiş kredit yolu ilə dəyəri 738 (yeddi yüz otuz səkkiz) manat olan TV LED VESTEL 32HD 50000TR markalı televizoru cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə əldə eydiyi əmlaka görə 738 (yeddi yüz otuz səkkiz) manatı hər ay 41 manat olmaqla 18 ay müddətinə “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüş, lakin götürmüş olduğu öhdəliyi lazımınca icra etməməmiş və buna görə də müvafiq məsuliyyəti yaranmışdır. xx xxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxış iclası zamanı iş üzrə Cavabdeh məhkəməyə verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, belə ki, kredit müqaviləsi ilə əlində olan ödəniş cədvəlinin fərqli olduğunu, iddiaçı təşkilatın ondan 738 (yeddi yüz otuz səkkiz) manat pul tələb etdiyini, halbuki ona verilən ödəniş cədvəlində həmin məbləğin 432 manat olduğunu, aylıq ödənişin 24 manat olduğunu, 4 ay həmin ödənişi ödədiyini, hazırda təşkilata 336 manat borcu olduğunu bildirmiş və xx xxxxxx 2018-ci il tarixli müqavilədəki imzanın onun imzasına oxşadıldığını, onun tərəfindən icra olunmasını müəyyən etmək üçün məhkəmə xəttşünaslıq ekspertizası təyin olunmasını xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(078)-767/2020 nömrəli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Mərkəzin xx xxxxxx 2020-ci il tarixdə verdiyi 194/20 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, “Ekspertizaya təqdim edilmiş 2(078)-767/2020 nömrəli mülki işin 02-ci vərəqində olan xx xxxxxx 2018-ci il tarixli FSK 1733 nömrəli Malın nisyə satılması haqqında alqısatqı müqaviləsinin sonunda “Alıcı” qrafasında “müştərinin imzası:” yazılarının aşağı sağ hissəsindəki imza, 23-24-cü vərəqlərində olan Cavabdeh adından Naxçıvan Şəhər Məhkəməsi adına yazılmış xx xxxxxxxx 2020-ci il tarixli ərizənin sonunda “Cavabdeh” ad və soyadı önündəki imza və 52-ci vərəqdə olan Cavabdeh eksperimental imza nümunələri Cavabdeh tərəfindən icra olunmuşdur”. Cavabdeh xx xxxxxx 2018-ci il tarixli FSK 1733 nömrəli Malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi bağlandığını, müqavilənin şərtinə əsasən “xxxx” MMC-dən kredit yolu ilə TV LED VESTEL 32HD 50000TR markalı televizor götürdüyünü, kredit müqaviləsi ilə onun əlində olan ödəniş cədvəlinin fərqli olduğunu, iddiaçı təşkilatın ondan 738 (yeddi yüz otuz səkkiz) manat pul tələb etdiyini, halbuki ona verilən ödəniş cədvəlində həmin məbləğin 432 manat olduğunu, aylıq ödənişin 24 manat olduğunu, 4 ay həmin ödənişi ödədiyini, hazırda təşkilata 336 manat borcu olduğunu bildirmiş və bu cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli ödəniş cədvəlində də öz əksini tapmışdır. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş ödəniş cədvəlini sübut kimi qəbul etmir və qeyd edir ki, həmin ödəniş cədvəli istər iddiaçı təşkilatın nümayəndəsi, istərsə də cavabdeh tərəfindən imzalanmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəmə çeklərindən məlum olur ki, cavabdeh tərəfindən 2019-cu ilin yanvar-may ayları ərzində iddiaçı təşkilata ümumilikdə 96 (doxsan altı) manat pul ödənilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli 006800 nömrəli ödəmə çekindən məlum olur ki, Cavabdeh həmin tarixdə FSK 1733 nömrəli müqavilə üzrə “xxxx” MMC-yə 24 (iyirmi dörd) manat pul ödəmişdir. xx.xx.2019-cu il tarixli 003391 nömrəli ödəmə çekindən məlum olur ki, Cavabdeh həmin tarixdə FSK 1733 nömrəli müqavilə üzrə “xxxx” MMC-yə 24 (iyirmi dörd) manat pul ödəmişdir. xx.xx.2019-cu il tarixli 004231 nömrəli ödəmə çekindən məlum olur ki, Cavabdeh həmin tarixdə FSK 1733 nömrəli müqavilə üzrə “xxxx” MMC-yə 24 (iyirmi dörd) manat pul ödəmişdir. xx.xx.2019-cu il tarixli 009140 nömrəli ödəmə çekindən məlum olur ki, Cavabdeh həmin tarixdə FSK 1733 nömrəli müqavilə üzrə “xxxx” MMC-yə 24 (iyirmi dörd) manat pul ödəmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin olunmalı, Cavabdeh tərəfindən müvafiq qəbzlərlə ödənilmiş 96 manat ümumi borc məbləğindən çıxılmaqla qalan 642 (altı yüz qırx iki) manat pul iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalmış hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 17.40 (on yeddi manat qırx qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalı, məhkəmə əmri iddia icraatına keçirildiyindən 10 (on) manat dövlət rüsumu isə cavabdehdən alınaraq dövlət nəfinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh xx xxxxxx 2018-ci il tarixli FSK 1733 nömrəli Malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi üzrə 642 (altı yüz qırx iki) manat pul tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalmış hissədə rədd edilsin. “xxxx” MMC-nin nümayəndəsi X2 tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 917.40 (on yeddi manat qırx qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Məhkəmə əmri iddia icraatına keçirildiyindən 10 (on) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar