Məhkəmə qərarları › İş №2(078)-464/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-464/2022

14.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-464/2022 14.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı Cavabdeh qarşı mövcud olan əşyaların evdən götürülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 04 aprel 2022-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh iddia ərizəsində qeyd olunan əşyaların ya özünü ya həmin əşyalar olmadığı təqdirdə onların dəyəri olan 10750 (on min yeddi yüz əlli) manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçının vəkil və nümayəndəsi Vəkil1 tələblərini əsaslandıraraq qeyd etmiş ki, hüquqlarını müdafiə etdiyi İddiaçı dediklərinə əsasən 2019-cu il tarixindəndir ki, İddiaçı ilə cavabdeh Təranə birlikdə Türkiyə Respublikasının İğdır şəhərində yaşayıblar, müəyyən vaxtlarda da Naxçıvana gəlib yenidən Türkiyəyə qayıdıblar, iki ildən sonra Təranə İddiaçı onunla birlikdə yaşamaq istəyirsə birlikdə Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yaşayaq demişdir. Mergen X2 şəhəri, Əliabaddakı evdə olduğundan evin şəraiti yaxşı olmadığından Naxçıvan şəhərində usta danışaraq həmin evi təmir etdirmiş, evin təmir və tikinti materiallarının pulu olmadığından minik avtomobilini satıb evin təmiri üçün alınmış tikinti materiallarını usta pullarını verdiyini qeyd etmişdir. İddiaçı 2021-ci il tarixində Təranə ilə birlikdə Naxçıvana gələrək Əliabad qəsəbəsində yaşamağa başlamış. İddiaçı dediklərinə əsasən Təranə ilə birgə yaşadığı dövrdə Təranənin üç övladı və bir nəvəsinə maddi olaraq baxmış və evin bütün məsrəflərini qarşılamışdır. İddiaçı 2021-ci ilin təxminən sentyabroktyabr aylarında Naxçıvana gəlmiş, gələn zaman da özü ilə bərabər 2020 və 2021-ci il tarixində aşağıda qeyd olunan əşyaları gətirmişdir: Bir ədəd böyük soyuducu (Arçelik firması)- 1200 manat, bir ədəd orta soyuducu (Arçelik firması)- 600 manat, bir ədəd 108 ekran (Arçelik firması) televizor-650 manat, bir ədəd tozsoran (Arçelik fırması)-200 manat, bir ədəd paltar yuyan (Arçelik fırması)-800 manat, dörd ədəd iki nəfərlik yataq dəsti (bir ədədi 900 manat)-3600 manat, bir ədəd səkkiz nəfərlik stol-400 manat, səkkiz stul bir ədədi 50 manat olmaqla-400 manat, bir ədəd altı nəfərlik stol və yanında altı nəfərlik stulu-400 manat, iki ədəd pismenni stolu bir 100 manat olmaqla-200 manat, beş ədəd xalça ümumilikdə-500 manat, bir ədəd mobil telefon GM 20-500 manat, divan kreslo dəsdi-1300 manat, cəmi 1750 manat. İddiaçı cavabdeh Təranə ilə normal yola getdiyini, bir arada yaşadıqlarını, təxminən 2022-ci il yanvar ayının birində birinci həyat yoldaşı ilə yazışdığını görüb çox narahat olduğunu qeyd etmişdir. Çünki Mergen X3 ilə ziyarətgaha gedib hər ikisi namaz qılıb bir-birlərinə xəyanət etməyəcəkləri barədə söz vermişlər. İddiaçı ilə Təranə evdə sözlü savaşmağa başlamışdır. Təranə İddiaçı bildirib ki, evdə olan əşyalarını da topla evdən get. İddiaçı əşyaların bir qismini çölə çıxarmış, Təranə kimləsə telefonda danışmış, bundan sonra İddiaçı bildirmişdir ki, sənin burda bir dənə də olsun əşyan yoxdur. Bundan sonra Təranə sahə müvəkkilini yaşadığı evə çağırmış İddiaçı sahə müvəkkilinin iştirakı ilə evdən çıxarılıb evdən çıxan zaman işlətdiyi telefonda evdə qalmış telefonu istəsə də verməyəcəyini bildirmişdir. 14 iyul 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə iddiaçıya, cavabdehə, iddiaçının vəkil və nümayəndəsinə və cavabdehin vəkilinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsasən iddiaçının, cavabdehin, iddiaçının vəkil və nümayəndəsinin və cavabdehin vəkilinin iştirakları olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. 13 iyul 2022-ci il tarixdə iddiaçının vəkil və nümayəndəsi Vəkil1 məhkəməyə ərizə göndərərək, ərizədə hüquqlarını müdafiə etdiyi İddiaçı Cavabdeh qarşı mövcud olan əşyaların ya özünü və ya həmin əşyalar olmadığı təqdirdə dəyəri olan 10750 (on min yeddi yüz əlli) manatın pulun alınıb ona (İddiaçı) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, hüquqlarını müdafiə etdiyi İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri götürməyini bildirdiyini, səbəb olaraq yolların bağlı olmasını və məhkəmə prosesində şəxsən iştirak edə bilmədiyini bildirdiyini, ərizəni nəzərə alıb, iddia ərizəsini baxılmamış saxlanılmaqla iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılması barədə qərar verilməsini xahiş etmişdir. İş üzrə cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı heç bir etiraz daxil olmamışdır. İddiaçının vəkil və nümayəndəsi Vəkil1 tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı mövcud olan əşyaların evdən götürülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qaldırılarkən iddiaçının vəkil və nümayəndəsi Vəkil1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 30 mart 2022-ci il tarixli, 8073 nömrəli qəbzlə ödənilmiş 143 (yüz qırx üç) manat dövlət rüsumu iddiaçının vəkil və nümayəndəsi Vəkil1 qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı mövcud olan əşyaların evdən götürülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçının vəkil və nümayəndəsi Vəkil1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 30 mart 2022-ci il tarixli, 8073 nömrəli qəbzlə ödənilmiş 143 (yüz qırx üç) manat dövlət rüsumu iddiaçının vəkil və nümayəndəsi Vəkil1 qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar