Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-467/2021 09.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı iddiaçı X1 Cavabdeh qarşı borcun tutulması tələbi barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı X1 xeyrinə ümumilikdə “Xioami Note 5A” markalı telefon üçün 269 (iki yüz altmış doqquz) manat borc, 60 (altmış) manat faiz borcu və digər “İphone X” markalı telefon üçün 1999 (bir min doqquz yüz doxsan doqquz) manat borc, 180 (bir yüz səksən) manat faiz borcu və 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2539 (iki min beş yüz otuz doqquz) manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-4 və 284-4.1.2-ci maddələrinə əsasən verilmiş tələb bu Məcəllənin 284.1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Lakin iddiaçı X3 Cavabdeh 2508 (iki min beş yüz səkkiz) manat məbləğində borcun ödənilməsini tələb edir ki, bu tələbə də kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İş üzrə iddiaçı X2 izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264 və 284-4-cü maddələrini rəhbər tutaraq q ə r a r v e r d i m: İddiaçı X1 Cavabdeh qarşı borcun tutulması tələbi barədə ərizənin icraata qəbul edilməsindən imtina olunsun. Ərizə və ona əlavə olunmuş sənədlər iddiaçı X2 geri qaytarılsın. X2 izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-467/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-467/2021
09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver