Məhkəmə qərarları › İş №2(078)-471/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-471/2024

13.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-471/2024 13.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7681.51 (yeddi min altı yüz səksən bir manat əlli bir qəpik) manat borcun və ödənilmiş 96.81 (doxsan altı manat səksən bir qəpik) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ilin yanvar ayından X1 Divizyasında MAHHXE kimi xidmətə başlamışdır. Cavabdeh da orada görüb tanıyıb. Tanıdığı müddətdə iş yoldaşı kimi yaxın münasibətləri olub. Bu səbəblərdən də Cavabdeh "xxxx" ASC-dən kredit götürmək istədiyi üçün xahiş etdiyindən ona zamin durub. Zaur 31 oktyabr 2019-cu il tarixdə kredit müqaviləsi üzrə 36 ay müddətinə qaytarmaq şərtilə illik 17%-lə, 7000 (yeddi min) manat pul götürdü. 30 noyabr 2021-ci il tarixədək götürmüş olduğu kreditin aylıq ödəmələrini müəyyən gecikdirmələrlə fərqli-fərqli məbləğdə ödəyəndən sonra işdən öz ərizəsi əsasında çıxdığından krediti ödəyə bilməyib. Buna görə də "xxxx" ASC onu zamin olaraq məhkəməyə verdi. Naxçıvan Şəhər Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən ondan 7181.51 (yeddi min bir yüz səksən bir manat əlli bir qəpik) manat pulun alınıb "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Qətnamə icra olunması üçün onun qeydiyyatda olduğu yer üzrə Culfa Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, oradan isə qətnamənin icra olunması üçün onun xidmət etdiyi X1 Divizyasmın maliyyə-plan şöbəsinə göndərilmişdir. Ona görə də onun aylıq əmək haqqından hər ay 40 % tutularaq Zaurun borcuna görə ’”Naxçıvan Bank” ASC-nin xeyrinə tutulmaqla ümumilikdə 12 yanvar 2024-cü il tarixədək 7181.51 (yeddi min bir yüz səksən bir manat əlli bir qəpik) manat pul tutularaq borc tam olaraq bağlanmışdır. Bundan başqa həmin kredit borcuna görə o, Culfa Rayon İcra və Probasiya Şöbəsinin "xxxx" ASC-dəki hesabına 500 (beş yüz) manat 7 % icra ödənişi ödəyib. Beləliklə o, yaxın münasibəti olan iş yoldaşı Cavabdeh görə zamin durduğu üçün kredit borcu və icra ödənişinə görə ümumilikdə 7681.51 (yeddi min altı yüz səksən bir manat əlli bir qəpik) manat pul ödəyib. Cavabdeh bu pulu əvvəl banka ödəməkdən yayındığı kimi borcu qaytarmaqdan hərdən bir bəhanə gətirib yayınır. Özünün həmin pula çox böyük ehtiyacı var. Ona görə də məcbur qalıb məsələnin həlli üçün bu barədə məhkəməyə müraciət edib. İddiaçı qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 15 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, ilkin iddia ərizəsində cavabdehdən 7681.51 manat pul tələb edildiyini, lakin iş məhkəmədə baxılan müddətdə cavabdeh tərəfindən iddiaçının xeyrinə ümumilikdə 1680 manat borc ödənildiyindən iddia tələbinin həcminin azaldılması zərurəti yaranmışdır. Vəkil iddia tələbinə “Cavabdeh 6001.51 manat məbləğində bоrcun və ödənilmiş 96.81 manat dövlət rüsumunun tutularaq iddiaçıya qaytarılması” tələb çərçivəsində işə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 15 aprel 2024-cü il tarixli qərardadı ilə iddia tələbinin həcminin azaldılması barədə ərizə təmin edilməklə azaldılmış həcmdə iddia tələbinə baxılmasına qərar verilmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən Cavabdeh iddianı etiraf edərək izahatında bildirmişdir ki, həqiqətən də o, ”Naxçıvan Bank” ASC-dən 31 oktyabr 2019-cu il tarixli İK3110/04 nömrəli kredit müqaviləsi üzrə 36 ay müddətinə qaytarmaq şərtilə illik 17%-lə, 7000 (yeddi min) manat pul götürüb və iddiaçı da ona zamin durub. Maddi vəziyyəti pis olduğu üçün ödənişləri gecikmələrlə ödəmiş, daha sonra işdən çıxıdığı üçün isə ümumiyyətlə ödəniş aparmamışdır. Hazırda onun banka olan borcu iddiaçı tərəfdən ödənilib. Borcu etiraf edir. İddiaçıya 6001.51 manat borcu vardır. Sadəcə olaraq maddi vəziyyəti ilə əlaqədar olaraq iddiaçıya olan borcunu qaytara bilmir. Tezliklə borcunu ödəyib qurtaracaq.Qanuni qərar qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin məcəllənin 475.2-ci maddəsinə görə zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1 -ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh iddianı etiraf etməsini müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 220.4-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsini göstərilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh etirafı məhkəmə tərəfindən qəbul edilməli, cavabdehdən 6001.51 (altı min bir manat əlli bir qəpik) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC Culfa filialına xx.xx.2024-cü il tarixdə 6455 nömrəli qəbzlə ödənilmiş 97 (doxsan yeddi) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İş üzrə Cavabdeh 6001.51 (altı min bir manat əlli bir qəpik) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. İddiaçı tərəfindən "xxxx" ASC Culfa filialına xx.xx.2024-cü il tarixdə 6455 nömrəli qəbzlə ödənilmiş 97 (doxsan yeddi) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar