Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-478/2021 14.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyən e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh1 ilə arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9234.85 (doqquz min iki yüz otuz dörd manat, səksən beş qəpik) manat əsas, 1808.76 (bir min səkkiz yüz səkkiz manat, yetmiş altı qəpik) manat faiz, cəmi 11043.61 (on bir min qırx üç manat, altmış bir qəpik) manat borcun, həmçinin ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsində baxılmalı deyil. Ona görə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki-prosessual qanunvericiliyə görə məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Qeyd olunan prosessual hüquq normalarının məzmunundan görünür ki, ərazi aidiyyəti məsələsini tənzimləyərkən qanunverici başlıca norma kimi iddia ərizəsinin baxılması üçün cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilməsi qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 36-cı maddəsində göstərilən hallarda isə qanunverici məhkəmə aidiyyətini seçmək hüququnu iddiaçıya vermişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş Cavabdeh1 məxsus şəxsiyyət vəsiqəsinin surətində Cavabdeh1 qeydiyyatda olduğu ünvan ünvan 1 məhkəmə informasiya sistemindən çıxarılmış Cavabdeh1 şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxx 2020-ci il tarixdə Asan-Mingəçevir tərəfindən verilmiş və cavabdehin hazırki qeydiyyat ünvanı Ağdam rayonu, Maqsudlu ərazi dairəsi, Şişpapaqlar kəndidir. xx xxxx 2016-cı ildə ASAN 4 tərəfindən verilmiş Cavabdeh2 məxsus şəxsiyyət vəsiqəsinin surətində Cavabdeh2 qeydiyyat ünvanı ünvan 4ərilmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi iddiaçı iddia ərizəsini cavabdehlərin faktiki olaraq qeydiyyatda olduqları yer üzrə məhkəməyə verməmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də iddiaçının seçməsinə görə aidiyyət üçün Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulan halların mövcud olması müəyyən olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrinin tələbinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 vasitəsilə xx xxxxx 2021-ci il tarixli, ********* nömrəli qəbzlə AZ21NABZ******************** hesabına ödənilmiş 30 (otuz) manat dövlət rüsumu qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 vasitəsi ilə xx xxxxx 2021-ci il tarixli, ********* nömrəli qəbzlə AZ21NABZ******************** hesabına ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-478/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-478/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver