Məhkəmə qərarları › İş №2(078)-483/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-483/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-483/2021 14.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QSC məhkəməyə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 18.12.2019-cu il tarixli 002R193522740 saylı kredit razılaşması üzrə 1701.31 (bir min yeddi yüz bir manat otuz bir qəpik) manat kredit borcu, 202.69 (iki yüz iki manat altmış doqquz qəpik) manat faiz, 432.13 (dörd yüz otuz iki manat on üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2336.13 (iki min üç yüz otuz altı manat on üç qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı QSC ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanılmış 05.07.2019-cu il tarixli 002L**********16 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 120 ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit xətti açmış və müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit yazışması ilə müəyyən olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 18.12.2019-cu il tarixli 002R193522740 saylı kredit razılaşması əsasında 12 ay müddətinə aylıq 2.0833 % olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüş, 04.05.2020-ci il tarixli 002R193522740S saylı Sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin təminatı olaraq digər Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 18.06.2020-ci il tarixdən Banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 298.69 manat ödəmiş və onun 1701.31 manat məbləğində kredit borcu qalmışdır. Ərizədə qeyd edilmişdir ki, bir gün üçün faiz aylı faizin 1/30 hissəsi kimi hesablanır, cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaiti banka qaytarmadığı üçün 01.03.2021-ci il tarixə 254 gün üçün hesablanmış faiz borcu 202.69 manat təşkil edir, eyni zamanda borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir ki bu da 01.03.2021-ci il tarixə 254 gün edir, yəni hesablanmış cərimə 432.13 manat təşkil edir. İddiaçı təşkilat qanunvericiliyin müvafiq maddələrinə istinad edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı təşkilat İddiaçı QSC-nə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclaslarına gəlməmiş, lakin təşkilatın nümayəndəsi G.İsmayılova məhkəmənin ünvanına sonuncu dəfə 01.06.2021-ci il tarixdə ərizə göndərmiş, ərizədə 14.06.2021-ci il tarixə təyin olunmuş məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, mülki işə onların iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə İddiaçı QSC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı təşkilatın teleqramını, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə araşdırması zamanı mülki işin materiallarına əlavə olunmuş 05.07.2019cu il tarixli 002L**********16 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit xətti açmış və müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit yazışması ilə müəyyən olunmuşdur. İddiaçı QSC ilə Cavabdeh1 arasında 18.12.2019-cu il tarixli 002R193522740 saylı kredit razılaşması bağlanılmış, bu müqavilə əsasında bank tərəfindən borcluya 12 ay müddətinə aylıq 2.0833% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit verilmiş və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. İş materiallarına əlavə edilmiş 18.12.2019-cu il tarixli ödəniş cədvəlindən müəyyən edilir ki, tərəflər 002R193522740 saylı kredit razılaşması üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. Kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən borclu hər ay 268 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında 04.05.2020-ci il tarixli 002R193522740S saylı Saziş bağlanılmış və bu sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş, tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. İş materiallarına əlavə edilmiş 18.12.2019-cu il tarixli 002S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin təminatı olaraq iddiaçı təşkilatla digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş 01.04.2021-ci il tarixli arayışından belə müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış 18.12.2019-cu il tarixli 002R193522740 saylı kredit razılaşmasına əsasən 01.04.2021-ci il tarixinə cavabdehin İddiaçı QSC-yə 1701.31 (bir min yeddi yüz bir manat otuz bir qəpik) manat kredit borcu, 202.69 (iki yüz iki manat altmış doqquz qəpik) manat faiz, 432.13 (dörd yüz otuz iki manat on üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2336.13 (iki min üç yüz otuz altı manat on üç qəpik) manat borcu vardır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı 12.02.2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən kredit müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilələr üzrə götürmüş olduqları öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı təşkilat kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh1 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdeh və zaminlər kredit müqaviləsi üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18.12.2019-cu il tarixli 002R193522740 saylı kredit razılaşması üzrə 1701.31 (bir min yeddi yüz bir manat otuz bir qəpik) manat kredit borcu, 202.69 (iki yüz iki manat altmış doqquz qəpik) manat faiz, 432.13 (dörd yüz otuz iki manat on üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2336.13 (iki min üç yüz otuz altı manat on üç qəpik) manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 02.04.2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18.12.2019-cu il tarixli 002R193522740 saylı kredit razılaşması üzrə 1701.31 (bir min yeddi yüz bir manat otuz bir qəpik) manat kredit borcu, 202.69 (iki yüz iki manat altmış doqquz qəpik) manat faiz, 432.13 (dörd yüz otuz iki manat on üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2336.13 (iki min üç yüz otuz altı manat on üç qəpik) manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 02.04.2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar