Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-484/2021 21.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n etdim: "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 162.59 (bir yüz altmış iki manat əlli doqquz qəpik) manat əsas, 0.30 (otuz qəpik) manat faiz borcu olmaqla, cəmi 162.89 (bir yüz altmış iki manat səksən doqquz qəpik) manat kredit borcunun, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu, 0.40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC ərizəni onunla əsaslandırmışdır ki, Bankın Nərimanov filialı ilə Cavabdeh arasında 15.01.2019-cu il tarixli BPM**********78 saylı kredit müqaviləsinə əsasən borcalana illik 23 %-lə 24 ay müddətinə 2000 manat kredit verilmişdir. Ərizədə qeyd edilmişdir ki, Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin kredit borcunu və hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. Cavabdehin Banka 162.59 (bir yüz altmış iki manat əlli doqquz qəpik) manat əsas, 0.30 (otuz qəpik) manat faiz borcu mövcuddur. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyırlar. İddiaçı təşkilat sonda Cavabdeh "xxxx" ASC-nin xeyrinə 162.59 (bir yüz altmış iki manat əlli doqquz qəpik) manat əsas, 0.30 (otuz qəpik) manat faiz borcu olmaqla, cəmi 162.89 (bir yüz altmış iki manat səksən doqquz qəpik) manat kredit borcu və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu, 0.40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış 15 yanvar 2019-cu il tarixli, BPM**********78 saylı Kredit Müqaviləsinin şərtinə əsasən Cavabdeh illik 23 %-lə 24 ay müddətinə 2000 manat kredit verilmişdir. 19 mart 2021-ci il tarixli arayışına əsasən 15 yanvar 2019-cu il tarixli, BPM**********78 saylı Kredit Müqaviləsinin şərtinə əsasən Cavabdeh 16 mart 2021-ci il tarixə "xxxx" ASC-yə olan borcu 162.59 (bir yüz altmış iki manat əlli doqquz qəpik) manat əsas, 0.30 (otuz qəpik) manat faiz borcu olmaqla, cəmi 162.89 (bir yüz altmış iki manat səksən doqquz qəpik) manat təşkil etmişdir. 07 sentyabr 2020-ci il tarixdə Cavabdeh borcun ödənilməsinə dair bildiriş göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 18.08.2020-ci il tarixdə verilmiş arayışlara əsasən Əsədov X2 şəhəri, H.Əliyev ev 37, mənzil 14 ünvanında qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 162.59 (bir yüz altmış iki manat əlli doqquz qəpik) manat əsas, 0.30 (otuz qəpik) manat faiz borcu olmaqla, cəmi 162.89 (bir yüz altmış iki manat səksən doqquz qəpik) manat məbləğində kredit borcu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" İKB ASC tərəfindən 23 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X1 ********* nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqından 20.40 (iyirmi manat qırx qəpik) manat Cavabdeh tutularaq iddiaçı təşkilata qaytarılmalı, artıq ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 13 aprel 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə 14 aprel 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. Cavabdeh 162.59 (bir yüz altmış iki manat əlli doqquz qəpik) manat əsas, 0.30 (otuz qəpik) manat faiz borcu olmaqla, cəmi 162.89 (bir yüz altmış iki manat səksən doqquz qəpik) manat məbləğində kredit borcu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. "xxxx" ASC tərəfindən 23 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X1 ********* nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqından 20.40 (iyirmi manat qırx qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçı təşkilata qaytarılsın, artıq ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-484/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-484/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver