Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № 2(078)-491/2021 16.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva X10 şəhəri, Əcəmi məhəlləsi, bina 10, mənzil 2 ünvanında yaşayan kreditor X2 xx xxxxxxxx 1984-cü ildə Ordubad rayonu, Tivi kəndində anadan olan, ünvan 2 ünvanında yaşayan, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Rabək Rayon İcra və Probasiya Şöbəsində icra məmuru işləyən Borclu qarşı aliment tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Kreditor X4 Borclu qarşı aliment ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2013-cü il təvəllüdlü X7 və xx xxxxxxx 2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, Borclu ilə xx xxxxxxx 2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından birgə yaşadıqları dövrdə xx xxxx 2013-cü il təvəllüdlü X11 və xx xxxxxxx 2017-ci il təvəllüdlü X12 adlı övladları doğulmuşdur. Cavabdeh Qurbanov X5 Muxtar Respublikasının Babək Rayon İcra və Probasiya Şöbəsində icra məmuru işləməsinə baxmayaraq az yaşlı övladlarını saxlamaqda ona heç bir köməklik etmir. Kreditor uşaqları saxlamaqda maddi və mənəvi cəhətdən çətinlik çəkir. Kreditorun məhkəməyə təqdim etdiyi ərizə və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə aşağıdakıları qeyd edir. X2 Borclu qarşı olan tələbi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276-cı maddəsi ilə müəyyən edilmiş məhkəmə əmri verilə bilən tələblərdən biri olduğundan və kreditorun müraciəti mülki işə əmr icraatı formasında baxılması ilə bağlı olduğundan, işə həmin Məcəllənin 275.1-ci maddəsinə əsasən əmr icraatı qaydasında sadələşdirilmiş icraat formasında baxılmışdır. Qeyd edilən Məcəllənin 280-ci maddəsinin tələbinə görə isə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Məhkəmə kreditor X2 ərizəsini qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə hesab edir ki, onun tələbi təmin olunmalı və məhkəmə əmri çıxarılmalıdır. Belə ki, məhkəmə əmrinin verilməsi şərtləri Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 275.1 və 276.1-ci maddələri ilə müəyyən edilir. Həmin maddələrin mahiyyətinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.2 və 276.2.4-cü maddəsinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Yuxarıda qeyd olunan maddələrin tələbindən göründüyü kimi əmrin verilməsi üçün kreditorun borcluya qarşı tələbi pul və ya əmlak tələbi ilə bağlı olmalı, həmçinin tələb aşkar olmalı və ya borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmalıdır. Ərizəni və ona əlavə edilmiş sənədləri irəli sürülən tələblər daxilində nəzərdən keçirən məhkəmə qeyd edir ki: -İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 688212 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Borclu ilə X9 arasında xx xxxxxxx 2012-ci il tarixdə Naxçıvan Şəhər Nikah Evində nikah bağlanması, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 461 nömrə ilə qeydin edilməsi və arvada Qurbanova soyadının verilməsi; -İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 859480 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən iş üzrə tərəflərin xx xxxx 2013-cü il tarixdə X11 adlı uşağının doğulması -İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı, 964373 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən iş üzrə tərəflərin xx xxxxxxx 2017-ci il tarixdə X12 adlı uşağının doğulması aydın olur. Kreditorun tələbinin aşkarlığı və ya borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması ilə bağlı şərtlərin mövcudluğuna gəldikdə isə məhkəmə bildirir ki, aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1 və 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, xx xxxx 2013-cü il tarixdə doğulmuş X7 və xx xxxxxxx 2017-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Borclu qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq X3 ödənilməlidir. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, X1 Şəhər Məhkəməsinə xx xxxxx 2021-ci il tarixdə müraciət etmişdir və elə buna görə də alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. Alimentin tutulmasının icra edilməsi anına gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Bundan əlavə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi ilə icra sənədinin icraya yönəlməsi müddətləri tənzimlənir ki, həmin Qanunun 13.1.4-1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icraya yönəlməlidir. Yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbini nəzərə almaqla məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə əmri dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində göstərilən borclunun dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut iş materiallarında mövcud olmadığından, məhkəmə belə nəticəyə gəlir ki, dövlət rüsumu Borclu tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.3-cü maddəsində məhkəmə əmri haqqında ərizələr üzrə 20 manat məbləğində dövlət rüsumu ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələbinə görə məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.2-ci maddəsinin tələbinə görə əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq ə m r e t d i m: “14” aprel 2021-ci il tarixdən hesablanmaqla, xx xxxx 2013-cü il tarixdə doğulmuş X7 və xx xxxxxxx 2017-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay xx xxxxxxxx 1984-cü ildə Ordubad rayonu, Tivi kəndində anadan olan, ünvan 2 ünvanında yaşayan, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Rabək Rayon İcra və Probasiya Şöbəsində icra məmuru işləyən Borclu qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, uşaqların anası ünvan 1 ünvanında yaşayan X3 ödənilsin. Məhkəmə əmri alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Borclu tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə əmrindən şikayət verilə bilməz. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı Naxçıvan Şəhər Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Hakim Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-491/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(078)-491/2021
16.04.2021 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver