Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-496/2021 16.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqısatqı müqaviləsindən irəli gələn müddəalar əsasında 1143 (bir min bir yüz qırx üç) manat əsas borc, 863 (səkkiz yüz altmış üç) manat dəbbə borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ilə ümumilikdə 2036 (iki min otuz altı) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-4-cü maddəsinə əsasən aşağıdakı hallarda işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir: 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Lakin iddiaçı təşkilat Cavabdeh 2036 (iki min otuz altı) manat məbləğində borcun ödənilməsini tələb edir ki, bu tələbə də kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün deyil. Belə ki, ümumi borcun məbləği 2006 (iki min altı) manat, 30 (otuz) manat isə dövlət rüsumudur. Ümumi borca, yəni 2006 (iki min altı) manata münasibətdə belə həmin tələb sadələşdirilmiş qaydada baxılmasına qanunvericilik tərəfindən yol verilən tələb məbləğindən (2000 manatdan) artıq olduğundan sadələşdirilmiş qaydada baxıla bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2021-ci il tarixdə ********* nömrəli mədail qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 264 və 276.2.2-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i m: İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsi icraata qəbul edilməsindən imtina olunsun. Ərizəyə əlavə olunmuş sənədlər kreditor təşkilata geri qaytarılsın. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2021-ci il tarixdə ********* nömrəli mədail qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-496/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-496/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver