Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-497/2021 16.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair iddia ərizəsinə baxaraq müəyyən etdim: İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı gəlin köçdüyü və qeydiyyatda olduğu Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 94, 13 nömrəli evdən iddiaçıya yaşayış və istifadə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə əməl edilmədən verilmişdir və buna görə də iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinin tələbinə əsasən də geri qaytarılmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Maddənin də məzmunundan göründüyü kimi qanunvericiliyin tələbinə görə məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödənilməli və onun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmalıdır. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsində sənədlərin siyahısında dövlət rüsumunun ödənilməsi barədə qəbzin adını qeyd etsə də, sözügedən qəbzi iddia ərizəsinə əlavə etməmişdir. Eyni zamanda iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin forma və məzmununa düzgün riayət olunmayaraq ərizədə X1 adına qeydiyyata alınmış Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 94, 13 nömrəli evdən iddiaçıya yaşayış və istifadə hüququnun verilməsini xahiş etsə də, mübahisəli evə dair daşınmaz əmlakın məktubundan aydın olur ki, ev paylı mülkiyyət hesab edilir və əmlakın müəyyən hissəsi mərhum X1 adına olsa da qalan hisssəsi mərhum X2 adınadır. Eyni zamanda X2 ölüm şəhadətnaməsinin surəti iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanladığı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Cavabdeh qarşı qaldırılmış, cavabdehə münasibətdə iddia tələbi əsaslandırılmamış, bununla bağlı iddiaçı digər vərəsələrin deyil məhz cavabdehin iddiaya cavab verməli olduğunu bildirdiyi halların əsaslandırılması üçün zəruri sənədlərini ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-497/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə eyni tələb iki əsasla geri qaytarılmış, lakin göstərilmiş nöqsanlardan biri aradan qaldırılmış, cavabdehə münasibətdə nöqsan aradan qaldırılmadan ərizə yenidən məhkəməyə göndərilmiş və dövlət rüsumunun ödənilməsi barədə qəbz də əlavə edilməmişdir. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-497/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-497/2021
16.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver