Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-50/2025 30.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi İddiaçı və cavabdeh Qafarova(Kərimova) Nərmin Elman qızının iştirakı ilə, İddiaçı cavabdeh Qafarova(Kərimova) Nərmin Elman qızına qarşı pul tələbinə dair mülki işə, Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Qafarova(Kərimova) Nərmin Elman qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qafarova(Kərimova) Nərmin Elman qızından 3000 (üç min) manat pul vəsaitinin və dövlət rüsumu olaraq ödədiyi 50 (əlli) manatın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2012-ci il tarixdə Naxçıvan Şəhər Nikah Evində nikaha daxil olmuşdurlar. İddiaçı və Qafarova(Kərimova) Nərmin Elman qızının nikahından xx.xx.2013-cü il təvəllüdlü X16, xx.xx.2015-ci il təvəllüdlü X17 və xx.xx.2017-ci il təvəllüdlü X14 adlı övladları doğulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-754/2023 nömrəli qətnaməsi ilə nikah pozulması, xx.xx.2013-cü il təvəllüdlü X2 Rəşad Cəmil oğlunun yanında, xx.xx.2015-ci il təvəllüdlü X17 və xx.xx.2017-ci il təvəllüdlü X1(Kərimova) Nərmin Elman qızının yanında saxlanılması, hər bir uşaq üçün ayrı-ayrılıqda 130 manat olmaqla ümumilikdə 260 manat məbləğində aliment İddiaçı tutularaq Qafarova(Kərimova) Nərmin Elman qızının xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2013-cü il təvəllüdlü X5 gözü anadan gəlmə görmədiyinə görə xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 200 (iki yüz) manat pensiya və “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikasının Prezidentinin təqaüdü” olaraq 100 (bir yüz) manat təyin edilmişdir. Buna görə də Rənaya və anası Qafarova(Kərimova) Nərmin Elman qızına 200 manat pensiya və 100 manat qulluq pulunu almağa görə xx.xx.2022-ci il tarixdən başlayaraq 3 illik müddətində NaxçıvanBank tərəfindən 5574 3300 0083 2606 nömrəli kart verilmişdir. Lakin 2023-cü ilin martıda Nərmin evdən çıxıb, getdiyinə görə polislər tərəfindən tapılıb Naxçıvan şəhər 1 nömrəli polis bölməsinə gətirilmiş və orada da atası X3 təhvil verilərək Şərur rayon Kürçülü kəndində getmişdir. Nərmin atası evində olduğu müddətdə Rənanın kartı onlarda olduğuna görə Naxçıvanbanka gedib yalan məlumat verərək kartın itdiyini bildirib, yeni kart sifarişi verərək yeni kart alaraq 2023-cü ilin aprel ayından 01 fevral 2024cü il tarixədək Rənaya verilən 200 manat pensiya və 100 manat baxım pulunu alaraq özünə xərcləmişdir. Ona görə ki, həmin vaxt indi də olduğu kimi Rəna onun yanında qalırdı. O bununla bağlı Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Nərminin 10 ay müddətində aldığı 3000 manat pulu qaytara bilməsələr də Nərmində olan kartı bağlayıb yenidən pensiya və uşağa qulluğa görə öz adına kart verilmişdir. Hazırda Rəna onunla qaldığı üçün verilən pulu da alıb ona xərcləyir. Nərmindən xərclədiyi pulu dəfələrlə istəsə də konkret olaraq verməyəcəyini deyir. Həkimlərinə rəyinə görə Rəna əməliyyat olunarsa gözünün görmə ehtimalı ola bilər. Ona görə də Rəna həmin pulları yığıb əməliyyat pulu kimi saxlayır. Nərmin deyir pulu xərcləyib, vermir, məhkəməyə versin. Bu səbəbdən də o məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edibdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, işin halları iddia ərizəsində qeyd edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, aprel ayı pulu çəkməyə gedəndə pul olmadığını, nazirliyə müraciət etdiyini, kartın dəyişdirilməsinin deyildiyini, qarşı tərəf Rənanın haqqını yediyini bildirmiş və iddianın təmin edilərək məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Qafarova(Kərimova) Nərmin Elman qızı izahatında iddianı qəbul etmədiyini, may ayından pul çəkməyə başladığını, axırıncı dəfə dekabr ayında çəkdiyini, 9 aydır ki, pulu çəkdiyini, çəkdiyi pulları Rənaya xərclədiyini, aprel ayı çəkmədiyini, aprel və yanvar ayı pulu çəkmədiyini, 9 ay pulu çəkdiyini, noyabr ayında boşandıqlarını, boşanandan sonra kartın qarşı tərəfə aid olacağını, axırıncı dəfə bunu bilmədiyinə görə dekabr ayı çəkdiyini, Rənanın maydan dekabra qədər onun yanında yaşamadığını, pulu ancaq uşaqlara xərclədiyini bildirib qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq iddianın təmin edilməsi nəticəyə gəlir. Məhkəmənin xx.xx.2024-cü il tarixli məktubu ilə "xxxx" ASC-nə Qafarova(Kərimova) Nərmin Elman qızının 2023-cü il tarixdə kartının itməsi səbəbi ilə "xxxx" ASC-nə müraciət edərək yeni kart sifarişi verməsi, bu kartın götürülüb-götürülməməsi , götürüldüyü halda kim tərəfindən götürülməsi ilə bağlı sənədlərin məhkəməyə göndərilməsi barədə sorğu göndərilmiş, sorğuya cavab olaraq göndərilmiş sənədlərdən aydın olmuşdur ki, Qafarova(Kərimova) Nərmin Elman qızının adına "xxxx" ASC-də xx.xx.2023-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək yeni kart sifarişi və ya kartın əldə edilməsi barədə məlumat aşkarlanmadı. Məhkəmənin 09 yanvar 2025-ci il tarixli qərardadı ilə bank məlumatları "xxxx" ASCdən tələb edilmiş, "xxxx" ASC tərəfindən sorğu ilə banğlı Cavabdeh (Kərimova) Elman qızının adına olan 510307** ****0058 nömrəli plastik kartın bağlı olduğu hesabda aparılan əməliyyatlara dair çıxarış məhkəməyə göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2(078)-754/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı ilə Cavabdeh arasında 19 noyabr 2012- ci il tarixdə Naxçıvan şəhər Nikah Evində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 531 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından olan 24 iyun 2013-cü il təvəllüdlü X7 atası İddiaçı yanında saxlanılması, tərəflərin birgə nikahından olan 12 oktyabr 2015-ci il təvəllüdlü X8 anası Cavabdeh yanında saxlanılması, tərəflərin birgə nikahından olan 08 mart 2017-ci il təvəllüdlü X6 atası İddiaçı alınaraq anası Cavabdeh verilməsi, tərəflərin birgə nikahından olan 12 oktyabr 2015-ci il təvəllüdlü X8 və 08 mart 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay bir uşağa 130 (yüz otuz) manat olmaqla, iki uşağa görə 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi, 08 mart 2017-ci il təvəllüdlü X9 münasibətdə alimentin tutulması uşağın atadan alınıb anaya verildiyi vaxtdan etibarən hesablanması, 12 oktyabr 2015-ci il təvəllüdlü X11 münasibətdə alimentin tutulması məhkəməyə müraciət edildiyi 23 iyun 2023-cü il tarixdən hesablanması, qətnamənin 12 oktyabr 2015-ci il təvəllüdlü X11 münasibətdə alimentin tutulmasına dair hissədə dərhal icra olunması, iddianın qalan hissədə əsassız olduğundan rədd edilməsi müəyyən edilmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 09 fevral 2024-cü il tarixli 3-17-9-1/2-Q- 1103/2024 nömrəli məktubda İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2031-ci il tarixədək aylıq 100 manat məbləğində “Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilməsi qeyd edilmişdir. Məhkəmə işin mübahisəli və mübahisələndirilməyən hallarını tərəflərin iştirakı ilə müzakirə etmişdir. İşin mübahisəsiz halları aşağıdakılardır. -Tərəflərin nikahlarından doğulan sağlamlıq imkanları məhdud olan 24 iyun 2013-cü il təvəllüdlü X16 tərəflər arasında ailə münasibətləri pozulduğu müddətdə və nikah pozulduqdan sonra İddiaçı yanında qalmışdır. - Tərəflərin nikahlarından doğulan sağlamlıq imkanları məhdud olan 24 iyun 2013-cü il təvəllüdlü X12 təyin edilən pensiya və baxım pulu olan 300 manat vəsaitin 9 ay müddətində yanında qalmamasına baxmayaraq cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızı tərəfindən alınmışdır. İşin mübahisələndirilən halları aşağıdakılardır: - Tərəflərin nikahlarından doğulan sağlamlıq imkanları məhdud olan 24 iyun 2013-cü il təvəllüdlü X12 2023-cü ilin aprel ayı üzrə ödənilən 300 manat vəsaitin cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızı tərəfindən alınması: - Tərəflərin nikahlarından doğulan sağlamlıq imkanları məhdud olan 24 iyun 2013-cü il təvəllüdlü X12 ayrılan və cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızı tərəfindən alınmış pul vəsaitinin məhz X7 ehtiyaclarına xərclənməsi. Məhkəmə işin mübahisələndirilən halları ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (Mahmudov Rusiyaya qarşı iş, 26 iyul 2007-ci il tarixli qərar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Nəzərə almaq lazımdır ki, tələbin qanuni əsası kimi bir neçə normanın yoxlanması istinsa deyil. Nəticə etibarı ilə onların hər birinini dispozisiya şərtləri yoxlanmaqla iddianın əsaslılığına qiymət vermək olar. Məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi pul məbləğinin cavabdehdən qaytarılmasına münasibətdə iddia tələbinin qanuni əsasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsində nəzərdə tutulmuş əsassız varlanma təşkil edir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Tərəflərin izahatlarından, iş materiallarında olan məhkəmə qətnaməsindən aydın olur ki, tərəflər arasında faktiki ailə münasibətləri 2023-cü ilin mart ayından pozulmuş və həmin vaxtdan iddiaçı və cavabdeh ayrı ünvanlarda yaşayırlar. Qanuni qüvvədə olan və məhkəmə üçün məcburiliyi müəyyən edilmiş tərəflər arasında nikahın pozulması barədə qətnamədən iddia tələbinin əsaslandırmasından görünür ki, iddiaçı həmin vaxt məhkəməyə müraciət edərkən iki övladı onun yanında qalmış, onlardan biri sağlamlıq imkanları məhdud olan 24 oktyabr 2013-cü il təvəllüdlü X16 olmuşdur. Cavabdeh izahatında həqiqətən faktiki olaraq ailə münasibətləri pozulduqdan məhkəmə qətnaməsi çıxarılana qədər olan müddət ərzində Rənanın onun yanında qalmasa da kartından pulun çəkdiyini və həmin pulu uşaqların hər üçünə xərclədiyini bildirmişdir. Lakin cavabdeh pulun sağlamlıq imkanları məhdud olan övladı X12 xərclənməsinə dair hər hansı sübut təqdim etməmiş, həmin müddətdə baxım pulu olaraq aldığı 100 manat pul müqabilində ona qulluq etməli olduğu halda qızı atasının yanında qalmış, bu hal işə baxılarkən tərəflərin öz izahatları ilə təsdiq edilmişdir. Bundan əlavə təqdim edilən sənədlərdən 2023-cü ilin aprel ayında uşağa ayrılmış pensiya və baxım pulu olan 100 manat birlikdə 300 manat pulun məhz cavabdeh tərəfindən alındığı təsdiqini tapır. Beləliklə, məhkəmə belə hesab edir ki, cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızından 3000 (üç min) manat pul vəsaiti alınaraq İddiaçı qaytarılmalıdır. Məhkəmə məhkəmə məsrəflərinə münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən "xxxx"ın Naxçıvan Filialına 01 avqust 2024-cü il tarixdə 4116 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızından alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızından 3000 (üç min) manat pul vəsaiti alınaraq İddiaçı qaytarılsın. İddiaçı tərəfindən "xxxx"ın Naxçıvan Filialına 01 avqust 2024-cü il tarixdə 4116 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızından alınıb iddiaçıya qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-50/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-50/2025
30.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver