Məhkəmə qərarları › İş №2(078)-500/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-500/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-500/2021 27.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 73A ünvanında yerləşən iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: «xxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 26.10.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********31798 olan Samsung J2 markalı telefon və Power Bank üçün 147 (bir yüz qırx yeddi) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, 15.11.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********33743 olan HOFFMANN T110 markalı telefon üçün 11 (on bir) manat ödənilməmiş hissə, olmaqla ümumilikdə 172 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 192 manat pulun Cavabdeh alınaraq «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «xxxx» MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında 1.26.10.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********31798 olan Samsung J2 markalı telefon və Power Bank üçün 147 (bir yüz qırx yeddi) manat ödənilməmiş hissə, cərimə 44 manat (0.37 manat x120 gün) hesablanmalı olmasına baxmayaraq güzəşt olunaraq 14 (on dörd) manat cərimə, 15.11.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********33743 olan HOFFMANN T110 markalı telefon üçün 11 (on bir) manat olmaqla 11 (on bir) manat ödənilməmiş hissə, cərimə 4 manat (0.08x60 gün) hesablanmalı olmasına baxmayaraq güzəşt olunaraq cərimə hesablanmamışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 382 manat təşkil edir. Ümumilikdə 172 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 192 manat pulun Cavabdeh alınaraq «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 26.19.2018-ci il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında 00348628 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: İMEİ kodu **********31798 olan Samsung J2 markalı telefon və Power Bank. Yeni qızıl zəmanət (rəqəmsal) 2 il, Telefon quraşdırma xidməti (digər). İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş 26.10.2018-ci il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh İMEİ kodu **********31798 olan Samsung J2 markalı telefon və X2raşdırma xidməti (digər) tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş 15.11.2018-ci il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında 00374323 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: İMEİ kodu **********33743 olan HOFFMANN T110 markalı telefon İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş 15.11.2018-ci il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh İMEİ kodu **********33743 olan HOFFMANN T110 markalı telefonu tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. 24 mart 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən 26.10.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********31798 olan Samsung J2 markalı telefon və Power Bank üçün ümumilikdə ödənilməmiş məbləğ 161 manat, 15.11.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********33743 olan HOFFMANN T110 markalı telefon üçün ümumilikdə 11 manat olmaqla cəmi 172 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş 27.07.2019-cu il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, həmin tarixdə borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 29.10.2020-ci il tarixdə verilmiş arayışa əsasən Rəşidov X1 şəhəri, Tumbul kəndində qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 26.10.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********31798 olan Samsung J2 markalı telefon və Power Bank üçün 147 (bir yüz qırx yeddi) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, 15.11.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********33743 olan HOFFMANN T110 markalı telefon üçün 11 (on bir) manat ödənilməmiş hissə olmaqla ümumilikdə 172 manat borc iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə «xxxx» MMC tərəfindən 25.03.2021ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X3 Portalına ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 15 aprel 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə 16 aprel 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh bildiriş çatmadığından ona təqdim edilməsi üçün 22 aprel 2021-ci il tarixdə müvafiq inzibati ərazi dairə üzrə nümayəndəliyə göndərilmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdeh 26.10.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********31798 olan Samsung J2 markalı telefon və Power Bank üçün 147 (bir yüz qırx yeddi) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, 15.11.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********33743 olan HOFFMANN T110 markalı telefon üçün 11 (on bir) manat ödənilməmiş hissə olmaqla ümumilikdə 172 manat borc iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulsun. «xxxx» MMC tərəfindən 25.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X3 Portalına ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar