Məhkəmə qərarları › İş №2(078)-501/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-501/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-501/2021 19.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 A ünvanında yerləşən iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 27 mart 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********67187 olan Samsung Galaxy A30s markalı telefon üçün 662.4 (altı yüz altmış iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 66 (altmış altı) manat cərimə, ümumilikdə 728.4 (yeddi yüz iyirmi səkkiz manat qırx qəpik) manat borcun, 30 (otuz) manat dövlət rüsumunun, cəmi 758.4 (yeddi yüz əlli səkkiz manat qırx qəpik) manatın Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, cavabdehin «xxxx» MMC ilə bağlanılmış 27 mart 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********67187 olan Samsung Galaxy A30s markalı telefon aldığını və nəticədə 728.4 (yeddi yüz iyirmi səkkiz manat qırx qəpik) manat borcunun yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə alqı-satqı qiyməti 662.4 (altı yüz altmış iki manat qırx qəpik) manat (12 ay x 55.2 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********67187 olan Samsung Galaxy A30s markalı telefon üçün ümumilikdə 728.4 (yeddi yüz iyirmi səkkiz manat qırx qəpik) manat olmaqla, ondan 662.4 (altı yüz altmış iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 181 (yüz səksən bir) manat cərimə pulu (330 gün x 0.55 manat), (hər gün üçün ödənilməmiş məbləğin 1%-i miqdarında cərimə pulu) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 66 (altmış altı) manat cərimə pulu borcunun yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 0 manat təşkil etdiyini, bunları nəzərə alaraq, 27 mart 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********67187 olan Samsung Galaxy A30s markalı telefon üçün 662.4 (altı yüz altmış iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 66 (altmış altı) manat cərimə, ümumilikdə 728.4 (yeddi yüz iyirmi səkkiz manat qırx qəpik) manat borcun, 30 (otuz) manat dövlət rüsumunun, cəmi 758.4 (yeddi yüz əlli səkkiz manat qırx qəpik) manatın Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 27 mart 2020-ci il tarixli, 20204779 nömrəli Müqavilənin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 18 mart 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 27 mart 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 662.4 manat olan İMEİ kodu **********67187 olan Samsung Galaxy A30s markalı telefon üçün ilkin ödənişsiz 12 ay müddətinə ayda 55.2 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 15 aprel 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə 15 aprel 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 27 mart 2020-ci il tarixli müqavilə üzrə 662.4 (altı yüz altmış iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 66 (altmış altı) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 758.4 (yeddi yüz əlli səkkiz manat qırx qəpik) manat məbləğində pul iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 27 mart 2020-ci il tarixli, 20204779 nömrəli Müqavilənin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 18 mart 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 27 mart 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 662.4 manat olan İMEİ kodu **********67187 olan Samsung Galaxy A30s markalı telefon üçün ilkin ödənişsiz 12 ay müddətinə ayda 55.2 manat ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 27 mart 2020-ci il tarixli müqavilə üzrə 662.4 (altı yüz altmış iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 66 (altmış altı) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 758.4 (yeddi yüz əlli səkkiz manat qırx qəpik) manat məbləğində pul «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar