Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-504/2022 13.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 aprel 2003-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatdığından aliment miqdarı dəyişidirlməklə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-850/2017 saylı 04 avqust 2017-ci il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq 21 sentyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə ödənilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı 05 oktyabr 2001-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurub. Tərəflərin nikahlarından 13 aprel 2003-cü il təvəllüdlü X4 və 21 sentyabr 2007-ci il təvəllüdlü X3 doğulmuş, İlkin Ağasiyev yetkinlik yaşına çatmışdır. Tərəflər arasındakı nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin 24 fevral 2016-cı il tarixli 2(078)-20/2016 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra uşaqlar anasının yanında saxlanılmaqla onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2015-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 85 manat aliment tutulması qət olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 04 avqust 2017-ci il tarixli 2(078)-850/2017 nömrəli məhkəmə əmri ilə xx.xx.2017-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq 13 aprel 2003-cü il təvəllüdlü X2 və 21 sentyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməsi əmr edilmişdir. İddiaçı İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, o, iş üzrə Cavabdeh ilə 05 oktyabr 2001-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurub və onların nikahlarından 13 aprel 2003-cü il təvəllüdlü X4 və 21 sentyabr 2007-ci il təvəllüdlü X3 doğulmuş, İlkin Ağasiyev yetkinlik yaşına çatmışdır. Xasiyyətləri tutmadığı üçün aralarındakı nikah qeydi onun tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin 24 fevral 2016-cı il tarixli 2(078)-20/2016 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra uşaqlar onun yanında saxlanılmaqla onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən xx.xx.2015-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 85 manat aliment tutulması qət olunmuş, lakin Nizami aliment öhdəliklərini vaxtında yerinə yetirmədiyindən o Naxçıvan Şəhər İcra Bölməsinə müraciət edərək alimentdən imtina etmişdir. Daha sonra aliment tələbi ilə məhkəmədə iddia qaldırmış və Naxçıvan Şəhər Məhkəməsinin 04 avqust 2017-ci il tarixli 2(078)-850/2017 nömrəli məhkəmə əmri ilə xx.xx.2017-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi əmr edilmişdir. İddiaçı qeyd etmişdir ki, oğlu artıq yetkinlik yaşına çatmışdır. Buna görə də cavabdehdən bir uşaq üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin o, xx.xx.2022-ci il tarixdə məhkəmənin ünvanına poçt vasitəsilə ərizə göndərərək iddianı qəbul etmədiyini, özünün müharibə iştirakçısı olduğunu, 80 manat təqaüd aldığını, müharibədə aldığı xəsarətlərin hələ də sağalmadığını, buna görə də müntəzəm müalicələr almalı olduğunu, özünün ikinci dəfə ailə qurduğunu və ikinci evliliyindən bir övladının doğulduğunu, bundan başqa ikinci həyat yoldaşının birinci evliliyində olan övladı 2015-ci il təvəllüdlü Gülayın da onun himayəsində olduğunu, ailəsinin ehtiyaclarının qarşılanmasında çətinlik çəkdiyini bildirmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini və iddia ərizəsini mülki işin materialları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi əsaslı olduğundan təmin olunmalı, Naxçıvan Şəhər Məhkəməsinin 04 avqust 2017-ci il tarixli 2(078)-850/2017 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş aliment dəyişdirilərək Cavabdeh hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq 21 sentyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə mövcud vəziyyəti, uşaqlardan birinin yetkinlik yaşına çatdığından bir uşaq üçün müəyyən edilmiş qazancdan tutulan əmək haqqı miqdarını, uşağın mənafeyini nəzərə almaqla hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə cavabdehin etirazında iddianın rədd edilməsi üçün bildirdiyi arqumentləri əsassız hesab edir və cavabdehə xatırladır ki, iddiaçının tələbi sabit pul məbləğində müəyyən edilmiş alimentin artırılması tələbi deyil və hazırki tələbdə bir uşaq üçün qazancdan tutulan aliment miqdarının müəyyən edilməsidir ki, ailə qanunvericiliyi bu miqdarı qazancın 1/4 hissə miqdarında müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə də, hazırki iş üzrə artırılmış alimentin məbləği məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 04 avqust 2017-ci il tarixli 2(078)-850/2017 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq 21 sentyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilsin. Hazırki alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-504/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-504/2022
13.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver