Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-507/2024 25.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 2061 (iki min altmış bir) manatın və iş üzrə ödəmiş olduğu 42 (qırx iki) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində bildirmişdir ki, Cavabdeh 2021-ci il tarixdə "xxxx" X7-bank Kredit Təşkilatından 2500 manat pul kreditə götürmüşdür. Həmin vaxt Cavabdeh o zamin durmuşdur. Azər kredit borcun 700 manata yaxın hissəsini ödədikdən sonra ödənişi dayandırmışdır. Sonra Culfa rayon İcra və Probasiya Şöbəsindən ona bildiriş gəlmişdir ki, Azər kredit borcların ödəmir. Naxçıvan şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixdə qüvvəyə minmiş qətnaməsi ilə cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 2272 (iki min iki yüz yetmiş iki) manat əsas, 07.64 (yeddi manat altmış dörd qəpik) manat faiz borcu olmaqla cəmi 2279.64 (iki min iki yüz yetmiş doqquz manat altmış dörd qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MM QBKT-nin xeyrinə ödənilməsi qət edilmişdir. O qalan borcu tam olaraq ödəmişdir. FİNCA Azerbaijan" MM QBKT-nin Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə olan ərizəsində onun həmin borcu tam olaraq ödədiyi göstərilmişdir. Ümumi olaraq o icra ödənişi də daxil olmaqla 2061 (iki min altmış bir) manat pul ödəmişdir. Həmin pulun 500 manatını oğlu X6 ödəmişdir. Bununla bağlı da X5 Maliyyə-Plan şöbəsinin məktubunda qeyd olunmuşdur. Azərin borcu bağlandıqdan sonra ondan ödədiyi pulu geri tələb etsə də, o pulu ödəməkdən imtina etmişdir. Cavabdeh ona dəymiş ziyanı ödəmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməlidir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı Ağayev X4 Azər Abbas oğluna zamin durduğunu, onun da pulu ödəməyib qaçdığını, məcbur qalıb özünün ödədiyini, yekun məbləğin Vəkillər Kollegiyasında səhv hesablandığını, özünün təxminən 1800 manat ödədiyini, ödədiyi pulun cavabdehdən alınmasını istədiyini bilidirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, **********1460 nömrəli kredit müqaviləsindən aydın olur ki, Cavabdeh ilə "xxxx" X7-bank Kredit Təşkilatı arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi imzalanmış və Cavabdeh ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 29.00% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, **********1***-******* nömrəli zaminlik müqaviləsindən aydın olur ki, İddiaçı ilə "xxxx" X7-bank Kredit Təşkilatı arasında xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Həmin zamin müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin xx.xx.2019-cu il tarixli, **********1460 saylı kredit müqaviləsinə əsasən həmin müqavilə üzrə kredit alan olan Cavabdeh tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən kredit alan 18 ay müddətində 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini illik 29.00 faiz dərəcəsi ilə kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-131/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 2272 (iki min iki yüz yetmiş iki) manat əsas, 07.64 (yeddi manat altmış dörd qəpik) manat faiz borcu olmaqla cəmi 2279.64 (iki min iki yüz yetmiş doqquz manat altmış dörd qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MM QBKT-nin xeyrinə ödənilməsi, iddiaçı "xxxx" MM QBKT tərəfindən Naxçıvan Şəhər Maliyyə Şöbəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 23.75 (iyirmi üç manat yetmiş beş qəpik) manat hissəsinin cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Culfa rayon İcra və Probasiya Bölməsi tərəfindən verilmiş 25 aprel 2024-cü il tarixli, 23/2024 nömrəli arayışda qeyd olunmuşdur ki, İddiaçı barəsində olan Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-131/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə bölməyə təqdim olunmuş qəbzlərə əsasən belə müəyyən olunmuşdur ki, o, 161.24 manat məbləğində yaranmış icra ödənişini Culfa Rayon icra və X3 Muxtar Respublikası Maliyyə Nazirliyində olan xüsusi fonduna və ümumilikdə kredit borcu üzrə 1779.69 manat məbləğində pul vəsaitini "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə köçürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" X7-bank Kredit Təşkilatı tərəfindən verilmiş 16 fevral 2024-cü il tarixli, 304/1123 nömrəli arayışda qeyd olunmuşdur ki, İddiaçı "FİNCA Azerbaijan” X7-Bank Kredit Təşkilatı qarşısında **********1460 saylı kredit müqaviləsi üzrə heç bir kredit və zaminlik öhdəliyi yoxdur. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddianı qismən əsaslı sayıb qismən təmin edərkən iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlara istinad edir. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, iş üzrə cavabdeh Şahbazov X8 şəhəri, Atatürk küçəsi, döngə 6, ev 68 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər, məhkəmənin 27 fevral 2024-cü il tarixli, 2(078)-507/2024 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmiş, qeyd oluna bildiriş qəbul olunmuşdur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən hallar məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə görə cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Cavabdehə göndərilmiş bildirişdə cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 20 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və iddiaçıya təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən belə məlum olur ki, Ağayev X4 Azər Abbas oğlunun "xxxx" X7-bank Kredit Təşkilatı qarşısında olan borc öhdəliyinin icrasının təminini zaminlik müqaviləsi əsasında öz üzərinə götürmüş, zaminlə borclunun kredit təşkilatı qarşısında məsuliyyəti birgə məsuliyyət olmuş, zamin əsas borclunun kredit verən qarşısında öz öhdəliyinə əməl etmədiyinə görə kredit verən qarşısında öhdəliyinin icrasını həyata keçirmişdir. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Cavabdeh isə iddia tələbinə qarşı etiraz, həmçinin müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan 1779.69 (min yeddi yüz yetmiş doqquz manat altmış doqquz qəpik) manat əsas borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İddiaçının tələbinin 161.24 (yüz altmış bir manat iyirmi dörd qəpik) manat məbləğində icra ödənişinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş Culfa rayon İcra və Probasiya Bölməsi tərəfindən verilmiş 25 aprel 2024-cü il tarixli, 23/2024 nömrəli arayışdan İddiaçı barəsində olan Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-131/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə bölməyə təqdim olunmuş qəbzlərə əsasən o, 161.24 (yüz altmış bir manat iyirmi dörd qəpik) manat məbləğində yaranmış icra ödənişini Culfa Rayon icra və X3 Muxtar Respublikası Maliyyə Nazirliyində olan xüsusi fonduna və ümumilikdə kredit borcu üzrə 1779.69 (min yeddi yüz yetmiş doqquz manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaitini "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə köçürməsi müəyyən olunur. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsini nəzərə alan məhkəmə qeyd edir ki, göründüyü kimi zamin olaraq iddiaçı borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi icra xərclərini ödəməklə uğradığı zərərin də əvəzini tələb etməkdə haqlıdır. İddia tələbinin qalan 120.07 (yüz iyirmi manat yeddi qəpik) manat hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı həmin 120.07 (yüz iyirmi manat yeddi qəpik) manat məbləğində pulu banka ödədiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd olunan qanunvericilik normalarını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən banka 120.07 (yüz iyirmi manat yeddi qəpik) manat ödənilməsi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən iddia tələbi 120.07 (yüz iyirmi manat yeddi qəpik) manata dair hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, 1940.93 (min doqquz yüz qırx manat doxsan üç qəpik) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun 39.55 (otuz doqquz manat əlli beş qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - 1940.93 (min doqquz yüz qırx manat doxsan üç qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; - iddia qalan hissədə rədd edilməli; - iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 39.55 (otuz doqquz manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 1940.93 (min doqquz yüz qırx manat doxsan üç qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə uyğun olaraq 39.55 (otuz doqquz manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-507/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-507/2024
25.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver