Məhkəmə qərarları › İş №2(078)-512/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-512/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-512/2021 14.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı təşkilatın nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən əsas borc üzrə 6914.38 (altı min doqquz yüz on dörd manat otuz səkkiz qəpik) manat, faiz borcu üzrə 1975.86 (bir min doqquz yüz yetmiş beş manat səksən altı qəpik) manat olmaqla cəmi 8890.24 (səkkiz min səkkiz yüz doxsan manat iyirmi dörd qəpik) manat kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçı təşkilatın nümayəndəsi X6 iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı təşkilat İddiaçı QSC BOKT ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“xxxx” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh1 dair sənədlər S-FK-751 saylı, 06.11.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. Təşkilatın nümayəndəsi qeyd etmişdir ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında 13.04.2015-ci il tarixdə 22- 13.04.2015 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə illik 22% olmaqla 36 ay müddətinə 7900 (yeddi min doqquz yüz) manat məbləğində kredit verilmiş, kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 və Cavabdeh3 oğlu ilə 13.04.2015-ci il tarixdə, 22-13.04.2015 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmiş, belə ki, cavabdehin banka hazırda əsas borc üzrə 6914.38 (altı min doqquz yüz on dörd manat otuz səkkiz qəpik) manat, faiz borcu üzrə 1975.86 (bir min doqquz yüz yetmiş beş manat səksən altı qəpik) manat olmaqla cəmi 8890.24 (səkkiz min səkkiz yüz doxsan manat iyirmi dörd qəpik) manat təşkil edir. Bank tərəfindən dəfələrlə cavabdehə şifahi və yazılı formada borcun qaytarılması ilə bağlı xəbərdarlıq edilsə də, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuşdur. İddiaçı təşkilat sonda qanunvericilin müvafiq normalarına istinad edərək qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması, cavabdehlərdən əsas borc üzrə 6914.38 (altı min doqquz yüz on dörd manat otuz səkkiz qəpik) manat, faiz borcu üzrə 1975.86 (bir min doqquz yüz yetmiş beş manat səksən altı qəpik) manat olmaqla cəmi 8890.24 (səkkiz min səkkiz yüz doxsan manat iyirmi dörd qəpik) manat kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən Cavabdeh1 iddianı qəbul edərək məhkəməyə verdiyi izahatında həqiqətən onunla iddiaçı təşkilat arasında 13.04.2015-ci il tarixdə 22-13.04.2015 saylı kredit müqaviləsi bağlandığını, kredit müqaviləsinə əsasən ona illik 22% olmaqla 36 ay müddətinə 7900 (yeddi min doqquz yüz) manat məbləğində kredit verildiyini, kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 və Cavabdeh3 oğlu ilə 13.04.2015-ci il tarixdə, 22-13.04.2015 saylı zaminlik müqaviləsi bağlandığını, müqavilə üzrə tərəflərin bir sıra öhdəliklər götürdüyünü, maddi imkanı olmadığı üçün üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirə bilmədiyini, borc öhdəliyini inkar etmədiyini, borcu ödəməyə razı olduğunu bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 oğluna rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Mülki iş materiallarına əlavə olunmuş 13.04.2015-ci il tarixdə 22-13.04.2015 saylı Təminatlı kredit müqaviləsindən görünür ki, həqiqətən “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilələrdən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin şərtinə görə Bank Borcalana illik 22% olmaqla 36 ay müddətinə 7900 (yeddi min doqquz yüz) manat məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarında olan İddiaçı QSC BOKT tərəfindən 01.01.2017-ci il tarixdə verilmiş arayışa əsasən Cavabdeh1 13.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 01.01.2017-ci il tarixə Banka əsas borc üzrə 6914.38 (altı min doqquz yüz on dörd manat otuz səkkiz qəpik) manat, faiz borcu üzrə 1975.86 (bir min doqquz yüz yetmiş beş manat səksən altı qəpik) manat olmaqla cəmi 8890.24 (səkkiz min səkkiz yüz doxsan manat iyirmi dörd qəpik) manat borcu mövcuddur. 13.04.2015-ci il tarixdə bağlanmış 22-13.04.2015 saylı Kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi “xxxx” ASC ilə Cavabdeh2 və Cavabdeh3 oğlu arasında həmin tarixdə 22-13.04.2015 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı sonuncu dəfə 21 avqust 2020-ci il tarixdə 3308 nömrəli bildiriş məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 04.02.2021-ci il tarixli arayışların surətinə əsasən Hüseynov X2 şəhəri, 6-cı məhəllə, döngə 1, ev 21 ünvanında, Əliyev X3 şəhəri, M.F.Axundov, ev 23 ünvanında və Cavabdeh3 oğlu isə ünvan 3 ünvanında qeydiyyatdadırlar. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh1 iddianı etiraf etməsini müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 220.4-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsini göstərilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddiası təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğlundan müştərək qaydada 6914.38 (altı min doqquz yüz on dörd manat otuz səkkiz qəpik) manat əsas, 1975.86 (bir min doqquz yüz yetmiş beş manat səksən altı qəpik) manat faiz borcu olmaqla cəmi 8890.24 (səkkiz min səkkiz yüz doxsan manat iyirmi dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, X5 Edilməsi MMC tərəfindən X4 05.04.2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğlundan müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğlundan müştərək qaydada 6914.38 (altı min doqquz yüz on dörd manat otuz səkkiz qəpik) manat əsas, 1975.86 (bir min doqquz yüz yetmiş beş manat səksən altı qəpik) manat faiz borcu olmaqla cəmi 8890.24 (səkkiz min səkkiz yüz doxsan manat iyirmi dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. “X5 Edilməsi MMC tərəfindən X4 05.04.2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğlundan müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar