Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-521/2021 21.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı İddiaçı Cavabdeh qarşı qalan borcun müştərək qaydada ödənilməsi və ödənilmiş borc pulun yarısının alınıb verilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək
1. X1 ödədiyi 4335.63 manatın yarısının, yəni 2167.82 manatın Cavabdeh alınıb ona verilməsi;
2. X1 qalan 1534.57 manat borcun yarısının, yəni 767.29 manatının Cavabdeh alınıb ona verilməsi;
3. X5 qalan 5522.35 ABŞ dolları borcun yarısını təşkl edən 2761.18 ABŞ dollarının alınıb ona verilməsi;
4. X5 ödədiyi 4076.00 manat pulun yarısının, yəni 2038 manatın Cavabdeh alınıb ona verilməsi;
5. X2 ödədiyi 1987.50 manatın yarısının, yəni 993.75 manatın Cavabdeh alınıb ona verilməsi;
6. X2 qalan 30042.50 manat pulun yarısının, yəni 15021.25 manatın Cavabdeh alınıb ona verilməsi; ümumilikdə Cavabdeh 20988.11 manat və 2761.18 ABŞ dollarının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddiaçının tələbi konkret ifadə edilməmiş, faktiki olaraq qanuni qüvədə olan məhkəmə qətnamələri əsasənda borclu olaraq onun tərəfindən ödənilməli olan pul məbləğlərinin yarısının cavabdeh tərəfindən ödənilməli olduğunu bildirmiş, dolayı yola məhkəmənin qanuni qüvvəsini almış qətnamələrini mübahisələndirmişdir. Halbuki iddiaçı birgə nikah dövründə yaranmış ümumi borc məbləğinə münasibətdə cavabdehin müvafiq öhdəliyinin yaranması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərdi. Göstərilən Məcəllənin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2021-ci il tarixdə 23128 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq,
qərara aldım:
İddiaçı Cavabdeh qarşı qalan borcun müştərək qaydada ödənilməsi və ödənilmiş borc pulun yarısının alınıb verilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinə əlavə olunmuş İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2021-ci il tarixdə 23128 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər.
Hakim: Gülnar Səfərəliyeva