Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-539/2022 28.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Əbdülqasım qızına qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Əbdülqasım qızına qarşı iddia qaldıraraq Cavabdeh Əbdülqasım qızından fərdi yaşayış evinin nisyə alqı-satqısı haqqında bağlanmış müqaviləyə əsasən ona ödədikləri 28000 (iyirmi səkkiz min) manat pul məbləğinin və 174 (yüz yetmiş dörd) manat dövlət rüsumunun, ümumilikdə 28174 (iyirmi səkkiz min yüz yetmiş dörd) manat pulun alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə əməl edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin məzmununa əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. Maddənin də məzmunundan göründüyü kimi iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi konkret tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı və ya ərizəçi tərəfindən məhkəməyə müraciət olunarkən hər bir halda tələb iddia ərizəsində konkret ifadə olunmalıdır. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, müqavilə İddiaçı1 və Cavabdeh arasında bağlanmış, Kəngərli Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qətnaməsi məhz müqavilə tərəfləri arasında olan hüquq münasibətlərindən yaranan öhdəliklə əlaqədar çıxarılmışdır. Lakin hazırki iddia tələbini imzalayan şəxslərdən biri X2r, iddia tələbində müqavilənin onun da imzaladığını bildirmişdir, halbuki təqdim edilən müqavilədə onun adı olmamışdır. İddiaçı X1 nəyi, hansı əsasla cavabdehdən tələb etməsi iddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olmur. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi qeyri-dəqiqdir, konkret deyil, iddia ərizəsi ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də ərizəyə əlavə olunmuş İddiaçı1 tərəfindən "xxxx" ASC Naxçıvan filialına 26.04.2022-ci il tarixdə 24146 nömrəli qəbzlə ödənilmiş 174 (bir yüz yetmiş dörd) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Əbdülqasım qızına qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı1 tərəfindən "xxxx" ASC Naxçıvan filialına 26.04.2022-ci il tarixdə 24146 nömrəli qəbzlə ödənilmiş 174 (bir yüz yetmiş dörd) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-539/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-539/2022
28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver