Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-540/2021 24.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı təşkilat “xxxx” MMC məhkəməyə ərizə ilə müraciət edərək,
1. 18.07.2019-cu il tarixli müqavilə üzrə üzrə İMEİ Kodu **********76495 olan Samsung Galaxy A50 markalı telefon və aksesuar üçün 660 (altı yüz altmış) manat ödənilməmiş hissə, 198 (bir yüz doxsan səkkiz) manat dəbbə olmaqla, cəmi 858 (səkkiz yüz əlli səkkiz) manat;
2. 10.11.2019-cu il tarixli müqavilə üzrə Dnepr markalı çarpayı, dolab, termo, tumba, Uretan markalı döşək üçün 1368 (bir min üç yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 280 (iki yüz səksən) manat dəbbə olmaqla cəmi 1648 (bir min altı yüz qırx səkkiz) manat borc olmaqla ümumilikdə 2506 (iki min beş yüz altı) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2536 (iki min beş yüz otuz altı) manat pulun Cavabdeh alınaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh “xxxx” MMC ilə 18.07.2019-cu il və 10.11.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********76495 olan Samsung Galaxy A50 markalı telefon və aksesuar, Dnepr markalı çarpayı, dolab, termo, tumba, Uretan markalı döşək almışdır. Ərizədə qeyd edilmişdir ki, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 18.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 829 manat (18 ay x 55 manat + 4 manat ilkin ödəniş) İMEİ Kodu **********76495 olan Samsung Galaxy A50 markalı telefon və aksesuar üçün 858 (səkkiz yüz əlli səkkiz) manat olmaqla ondan 660 (altı yüz altmış) manat ödənilməmiş hissə, 198 (bir yüz doxsan səkkiz) manat dəbbə; 10.11.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1440 manat (20 ay x 72 manat +0 manat ilkin ödəniş) Dnepr markalı çarpayı, dolab, termo, tumba, Uretan markalı döşək üçün 1648 (bir min altı yüz qırx səkkiz) manat olmaqla ondan 1368 (bir min üç yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 280 (iki yüz səksən) manat dəbbə olmaqla ümumilikdə 2506 (iki min beş yüz altı) manat miqdarında borc yaranmışdır. Cavabdehin cəmi 241 (iki yüz qırx bir) manat ödəniş etdiyini qeyd edən iddiaçı təşkilat sonda qeyd olunanların, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarının nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı təşkilat “xxxx” MMC-nə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin təşkilatın baş direktoru İsrafilzadə H.F sonuncu dəfə 22.06.2021-ci il tarixdə məhkəmənin ünvanına teleqram göndərərək iddia tələbini müdafiə etdiyini, 24.06.2020-ci il tarixdə saat 10:30-a təyin olunmuş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, mülki işə onların iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə olunmuş 18.07.2019-cu il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında 00789776 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: X6 A50 DS (SM-A505) İMEİ Kod **********76495 **********276493 4D X7 Samsung A50 (2019) Telefon quraşdırma xidməti (digər). İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş 18.07.2019-cu il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh X6 A50 DS (SM-A505) İMEİ Kod **********76495 **********276493, 4D X7 Samsung A50 (2019), Telefon quraşdırma xidməti (digər) tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş 10.11.2019-cu il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında 01041931 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Dnepr-yataq-çarpayı-ceviz-FL Dnepr-yataq-dolab-ceviz-FL Dnepr-yataq-termo-ceviz-FL Dnepr-yataq-tumba-ceviz-FL Döşək Uretan (160x200sm). İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş 10.11.2019-cu il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh oğu Dnepr-yataq-çarpayı-ceviz-FL, Dnepr-yataq-dolab-ceviz-FL, Dnepr-yataq-termo-ceviz-FL, Dnepr-yataq-tumba-ceviz-FL və Döşək Uretan (160x200sm) tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Cavabdeh iddiaçı təşkilata olan borcunun ödənilməsi ilə bağlı 30.01.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 07 aprel 20201-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən məlum olur ki, Cavabdeh həmin tarixə iki müqavilə üzrə ümumilikdə 2506 (iki min beş yüz altı) manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinin əsasən Əsədli X2 şəhəri, Çənlibel, 12A/3 ünvanında qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliyi lazımınca yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İddiaçı cavabdehə qarşı iddia tələbində müqavilə şərtlərinə uyğun olaraq hər iki müqavilə üzrə ümumilikdə 2506 (iki min beş yüz altı) manat tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası əsaslı olduğundan təmin olunmalı, Cavabdeh 18.07.2019-cu il tarixli müqavilə üzrə üzrə İMEİ Kodu **********76495 olan Samsung Galaxy A50 markalı telefon və aksesuar üçün 660 (altı yüz altmış) manat ödənilməmiş hissə, 198 (bir yüz doxsan səkkiz) manat dəbbə olmaqla, cəmi 858 (səkkiz yüz əlli səkkiz) manat; 10.11.2019-cu il tarixli müqavilə üzrə Dnepr markalı çarpayı, dolab, termo, tumba, Uretan markalı döşək üçün 1368 (bir min üç yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 280 (iki yüz səksən) manat dəbbə olmaqla cəmi 1648 (bir min altı yüz qırx səkkiz) manat borc olmaqla, iki müqavilə üzrə ümumilikdə 2506 (iki min beş yüz altı) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 08.04.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 238, 241, 242-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin olunsun. Cavabdeh 18.07.2019-cu il tarixli müqavilə üzrə üzrə İMEİ Kodu **********76495 olan Samsung Galaxy A50 markalı telefon və aksesuar üçün 660 (altı yüz altmış) manat ödənilməmiş hissə, 198 (bir yüz doxsan səkkiz) manat dəbbə olmaqla, cəmi 858 (səkkiz yüz əlli səkkiz) manat; 10.11.2019-cu il tarixli müqavilə üzrə Dnepr markalı çarpayı, dolab, termo, tumba, Uretan markalı döşək üçün 1368 (bir min üç yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 280 (iki yüz səksən) manat dəbbə olmaqla cəmi 1648 (bir min altı yüz qırx səkkiz) manat borc olmaqla, iki müqavilə üzrə ümumilikdə 2506 (iki min beş yüz altı) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilsin. İddiaçı “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 08.04.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamə onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva