Məhkəmə qərarları › İş №2(078)-546/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-546/2021

14.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-546/2021 14.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı X1 gəlin köçdüyü və qeydiyyatda olduğu Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 94, 13 nömrəli evdən iddiaçıya yaşayış və istifadə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclası 14 iyul 2021-ci il tarixdə saat 09:30-a təyin olunmuş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, lakin İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmənin ünvanına 14.07.2021-ci il tarixli ərizə göndərərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına (Çəmən Market) 21.04.2021-ciil tarixli 15794 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına (Çəmən Market) 21.04.2021-ciil tarixli 15794 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar