Məhkəmə qərarları › İş №2(078)-555/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-555/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-555/2021 03.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh 1570 (bir min beş yüz yetmiş) manat sığorta ödənişi məbləğinin və 500 (beş yüz) manat işlərin görülməsi xərcinin, 30 (otuz) manat dövlət rüsumunun, cəmi 2100 (iki min yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması haqqında tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyən e t d i m: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək 1570 (bir min beş yüz yetmiş) manat sığorta ödənişi məbləğinin və 500 (beş yüz) manat işlərin görülməsi xərcinin, 30 (otuz) manat dövlət rüsumunun, cəmi 2100 (iki min yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş 19.08.2018-ci il tarixli raportun surəti, sığorta tələbi barədə 04.09.2018-ci il tarixli ərizənin surəti, “xxxx” Açıq Səhmdar Cəmiyyəti rekvizitlərinin surəti, 14.09.2018-ci il tarixli, 087-25568-1218 nömrəli məktubun surəti, 14.09.2018-ci il tarixli, 087-25568-1218 nömrəli arayışın surəti, 18.08.2018-ci il tarixli yol nəqliyyat hadisə yerinə baxış keçirilməsi haqqında protokola əlavə sxemin surəti, X1 məxsus AZE seriyalı, 09365637 nömrəli şəxsiyyət vəsiqəsinin surəti, X1 məxsus AD seriyalı, 006513 nömrəli sürücülük vəsiqəsinin surəti, ACN seriyalı, 044190 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti, 18.08.2018-ci il tarixli, 2/7670 nömrəli protokolun surəti, 18.08.2018-ci il tarixli izahatların surətləri, 14 sentyabr 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti lazımi qaydada təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə belə olan halda bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsinə görə iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Bu baxımdan lazımi sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 1570 (bir min beş yüz yetmiş) manat sığorta ödənişi məbləğinin və 500 (beş yüz) manat işlərin görülməsi xərcinin, 30 (otuz) manat dövlət rüsumunun, cəmi 2100 (iki min yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması haqqında tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “X2” vasitəsilə 14 aprel 2021-ci il tarixli, ********* nömrəli qəbzlə AZ21NABZ******************** nömrəli hesaba ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 1570 (bir min beş yüz yetmiş) manat sığorta ödənişi məbləğinin və 500 (beş yüz) manat işlərin görülməsi xərcinin, 30 (otuz) manat dövlət rüsumunun, cəmi 2100 (iki min yüz) manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “X2” vasitəsilə 14 aprel 2021-ci il tarixli, ********* nömrəli qəbzlə AZ21NABZ******************** nömrəli hesaba ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. “xxxx” Açıq Səhmdar Cəmiyyətinə izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar