Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-556/2023 08.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 27 mart 2023-cü ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan şəhər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(078)-511/2020-ci il nömrəli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatanadək hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, o, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi qeydiyyatdan keçməklə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2015- ci il təvəllüdlü X6 doğulmuşdur. Cavabdehlə aralarında yaranan mübahisələr nəticəsində nikahına Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(078)-511/2020 nömrəli qətnaməsi ilə son qoyulmuşdur. Həmin məhkəmə qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək onun yəni iddiaçının yanında qalması müəyyən edilmiş və 10 iyun 2020-ci il tarixdən başlamaqla Cavabdeh 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq X1 üçün onun xeyrinə ödənilməsi qət edilmişdir. Qızı və o birlikdə kirayədə yaşayırlar. Cavabdehin uşağa ödədiyi 120 manat aliment uşağın maddi tələbatını qarşılamağa yetmir. Uşaq elə yaş həddindədir ki, onun təhsilinə və digər xərclərinə, müalicəsinə də pul lazım olur. Cavabdeh alimenti qeyri-müntəzəm ödəyir. Aldığı aliment bu gün uşağın təminatını ödəmir və tək qadın olaraq o bunun öhdəsindən gəlməkdə çətinlik çəkir. Uşağa aliment 2020-ci ildə kəsilib, həmin tarixdən bu günədək hər bir əşyanın qiymətində artım müşahidə olunur və bu da onların ailə büdcəsinə təsir edir. Bu səbəbdən də övladının saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istəyir. Uşağın yaşı artdıqca xərcləri də artır. Övladı artıq böyüyüb və ona görədə məsrəfləri yetərincə artmışdır. Bu gün 120 manatla uşağın təminatını ödəmək çox çətindir. Cavabdehin hazırda kifayət qədər qazancı vardır. Bu səbəbdən də bu günkü gün bir uşağın saxlanılması üçün ayda 220 (iki yüz iyirmi) manat aliment yetərli olar və cavabdehin də bu məbləği ödəmək imkanı vardır. Alimentin artırılması üçün ilkin mediasiya sessiyasında iştirak etsə də, orada mübahisələri öz həllini tapmadığından artıq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə iddiaya qarşı etiraz ərizəsi göndərərək ərizəsində iddiaçı şəxs və onun ailəsinin yəni anasının 35 il təhsil sahəsində çalışan Azərbaycan Respublikasının gənclərinə təhsil verən müəllimə olan lakin öz övladını yetişdirə bilməyən düzgün tərbiyə edə bilməyən şəxs olduğunu, 2019-cu ildən onun azyaşlı olan 2015ci il təvəllüdlü olan qızı X5 ondan gizlətdiyini, psixi, fiziki inkişafını korladığını, azyaşlı uşağın psixologiyasını pozduğunu ona və onun ailəsinə qarşı uşağı öyrətdiyini, hətta uşağa atasının olmadığını dəfələrlə dediyini, azyaşlı uşağı görmək üçün getdikdə iddiaçı şəxsin qeyri rəsmi olaraq yaşadığı şəxs və iddiaçı şəxsin anası tərəfindən təzyiqlərə məruz qaldığını, uşağa onun atasının cavabdeh olmadığını öyrətdiklərini, uşağın onu tanımadığını,4 yaşlı uşağı ona və onun ailəsinə qarşı öyrətdiklərini, onun yəni cavabdehin 2020-ci ildə Naxçıvan Şəhər Məhkəməsinə yazılı sürətdə iddi ərizəsi ilə müraciət edərək yaranmış maneələri yazaraq bildirdiyini, onun azyaşlı qızını görməyi üçün komisiyyalar təşkil olunmağını, araşdırılma aparılmalı olduğunu, onun qanunla nəzərdə tutulan qaydada uşağı ilə görüşməyi, ünsiyyətdə olmağı üçün heç bir problem olmadığı halda qətnamə qəbul edilməsini xahiş etdiyini, veriləcək hər hansı qərarlarla razı olduğunu bildirdiyini, 2020-ci ildə Azərbaycan Respublikası adından qətnamə qəbul edilərək ona azyaşlı olan qızına hər həftənin şənbə günləri 11:00-dan 18:00dək vaxt verilməyinə baxmayaraq iddiaçı şəxsin, onu anasının uşağı gizlətdiyini uşağın atasının o olmadığını bildirdiyini, məhkəmə qətnaməsini icra etmədiklərini, öz valideyinlik öhdəliklərini yerinə yetirmədiklərini, 2019 cu ildən bu barədə dəfələrlə şikayətlər etdiyini lakin iddiaçı şəxs və dostu polis işçisinin dəfələrlə onu şərlədiyini, hətta 15 sutka həbs etdirdiklərini, lakin onun 2022-ci ilin sonlarında Naxçıvanda Cənab prezidentiin etdiyi dəyişikliklərdən sonra bir daha bütün orqanlara, təşkilatlara şikayət ərizələri ünvanladığını azyaşlı qızını görmədiyini bildirdiyini, lakin hələ də iddiaçı şəxsin öz bildiyini etdiyini Azərbaycan adından çıxarılmış qətnaməni süründürülməçiliklə icra etmədiyini, iddiaçı şəxsin kirayədə yaşadığını qeyd etdiyini, imkanının olmadığını uşağın təhsilinə pul ödədiyini, uşağın hər hansısa müalicəsinə pul lazım olduğunu qeyd etdiyini, lakin onun dövlət orqanına yalnış məlumat verməklə məşğul olduğunu iddiaçı şəxsin özünün dövlət qulluğunda çalışdığını 800 manata yaxın maaş aldığını, uşağın təhsilinə pul çox xərclədiyini qeyd etsə də Azərbaycan Respublikasında 11 illik Təhsilin tam pulsuz olduğunu və heçkimin pul tələb edə bilmədiyini o şəxslərdən əgər hər hansısa təhsil müəssəsi rüşvət istəyirsə Prokurorluq orqanında korrupsiyaya qarşı bölməsinə müraciət edib bildirə biləcəyini, iddiaçının uşağın müalicəsinə pul yetmədiyini dediyini, uşağın heçbir xəstəliyinin olmadığını və heçbir müalicə almadığını, 2019-cu ilin sonundan azyaşlı uşağını görmədiyini ondan gizlədildiyini, Azərbaycan Respublikasının adından çıxarılmış qətnamənin tələblərini iddiaçı şəxsin əməl etmədiyini, öz valideyinlik hüquqlarından bugünədək sui-istifadə etdiyini, lakin o həmin dövürdən öz valideyinlik borcun yerinə yetirmiş vaxtı vaxtında öz öhdəliyinə düşmüş borcu yerinə yetirdiyini, uşağı göstərməməyinə baxmayaraq alimentini vaxtında ödədiyini, lakin indi iddiaçı şəxsin 220 manat tələb etdiyini və 120 manatı zor güclə tapıb ödədiyini, maaşının 1/4 hissəsinin ödədiyi 120 manat alimetdən az olduğunu 120 manat kəsilmiş aliment borcu öhdəliyini bundan sonra ödəyə bilməyəcəyi səbəbindən Azərbaycan Respublikasının qanunları çərçivəsində əməkhaqqını hər uşağ üçün nəzərdə tutulmuş maddəsi ilə hesablanaraq iddiaçı şəxsin xeyrinə verilməsini, 120 manat aliment öhdəliyini ödəyə bilmədiyini, onun maaşının gəlirinin buna imkan vermədiyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76 cı maddəsinə uyğun olaraq Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarının Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76 cı maddəsinə uyğun kəsilməsini xahiş etmişdir. Mülki iş üzrə 08 may 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdehin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş üzrə məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 27 aprel 2023-cü il tarxli məhkəmə iclasında iştirak edərək izahat verən Cavabdeh izahatında iddiaçı ilə xx.xx.2015-ci il tarixə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduqlarını, birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X6 adlı övladının doğulduğunu, iddiaçı ilə aralarındakı nikahın Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulduğunu, həmin qətnamə ilə 120 manat alimentin tutulub iddiaçıya ödənilməsinin qət edildiyini, 120 manat alimenti çətinliklə ödədiyini, Naxçıvan MR Mədəniyyət Nazirliyində səs operatoru vəzifəsində işlədiyini, 340 manat əmək haqqı aldığını, özünün hazırda kirayə yaşadığını, alimentin artırılmasını istəmədiyini, onu ödəmək üçün maddi imkanının olmadığını bildirdi. İşin faktiki və mübahisəsiz halları bundan ibarətdir ki, iş üzrə tərəflər 23 fevral 2015-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X6 adlı övladları doğulmuş, tərəflər arasındakı nikah Naxçıvan Şəhər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(078)-511/2020-ci il nömrəli qətnaməsi ilə pozulmuş, həmin qətnamə ilə 11 sentyabr 2015-ci il təvəllüdlü X4 anasının yanında saxlanılması və 10 iyun 2020-ci il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 120 (yüz iyirmi) manat miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(078)-511/2020-ci il nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 23 fevral 2015-ci il tarixdə aralarında nikah bağlanması və bunun 52 nömrə ilə qeydə alınması; -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 iyun 2021-ci il tarixli, AZ-İV seriyalı, 627517 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin xx.xx.2015- ci il təvəllüdlü X6 adlı övladlarının olması; - iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(078)-511/2020-ci il nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin arasındakı nikahın pozulması; -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 noyabr 2020-ci il tarixli, AZ-İ seriyalı, 221496 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin arasındakı nikahın pozulması və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeyləri kitabında 27 noyabr 2020-ci il tarixdə 105 nömrə ilə qeyd edilməsi; - iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(078)-511/2020-ci il nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən 11 sentyabr 2015-ci il təvəllüdlü X4 anasının yanında saxlanılması və 10 iyun 2020-ci il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 120 (yüz iyirmi) manat miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsinin qət edilməsi aydın olur. Məhkəmə qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(078)- 511/2020-ci il nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Hazırki mülki iş üzrə mübahisəli hal isə iddiaçının sabit pul məbləğində müəyyən edilmiş alimentin artırılmasını tələb etməsidir. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Məhkəmə Naxçıvan Şəhər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(078)-511/2020-ci il nömrəli qətnaməsi ilə hər ay 120 (yüz iyirmi) manat aliment müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan uşağın böyüdükcə artan təlabatını, sosial-iqtisadi göstəricilərin dəyişilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin (220 manatın) yarısından çoxunun hər ay 140 (bir yüz qırx) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh etiraz ərizəsində alimentin əmək haqqından tutulmasını yəni aliment məbləğinin azaldılmasını istədiyini qeyd etsə də aliment məbləğinin azaldılması ilə bağlı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə həmçinin cavabdehin diqqətinə çatdırır ki, qanunvericilikdə iş yeri olan və sabit əmək haqqı olan şəxsdən sabit məbləğdə aliment tələb edilməsini qadağan edən hər hansı bir norma nəzərdə tutulmadığından iddiaçı tərəfindən həmin tələb sabit məbləğdə irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində təyin olunması ilə bağlı olsa da, məhkəmə aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində yəni 220 manat məbləğində təyin edilməsinin qeyri mümkünlüyünü onunla izah edir ki, iddiaçı alimentin artırılmasını istədiyi sabit pul məbləğində alimentin miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Həmçinin məhkəmə qeyd olunan nəticəyə gələrkən alimentin iddiaçı tərəfindən tələb olunduğu miqdarda müəyyən edilməsi üçün işə baxılması zamanı əlavə əsasların (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilməməsini nəzərə alır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.6-cı maddələrinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti – ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin artırılması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda ödəmənin artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə ödəmənin artırıldığı məbləğin bir il üçün nəzərdə tutulan miqdarı 1000 manatdan yuxarı olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 7 (yeddi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Naxçıvan Şəhər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(078)-511/2020-ci il nömrəli qətnaməsi ilə 11 sentyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılmalı; -xx.xx.2015- ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat miqdarında sabit pul məbləğində aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; -miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı; - iddia qalan hissədə rədd edilməli; - Cavabdeh 7 (yeddi) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Naxçıvan Şəhər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(078)-511/2020-ci il nömrəli qətnaməsi ilə 11 sentyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılsın. xx.xx.2015- ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat miqdarında sabit pul məbləğində aliment tutularaq uşağın anası İddiaçı ödənilsin Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 7 (yeddi) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-556/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-556/2023
08.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver