Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-558/2021 01.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Ə.Rəcəbli 21B ünvanında yerləşən İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 1084.50 (bir min səksən dörd manat əlli qəpik) manat əsas, 4.35 (dörd manat otuz beş) manat cərimə borcu olmaqla cəmi 1088.85 (bir min səksən səkkiz manat səksən beş qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh 01.04.2015-ci il tarixli 08-15-11-013271 saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtinə əsasən cavabdehə 33 ay müddətinə qaytarmaq şərti ilə 2257 dollar məbləğində kredit verilmişdir. Sonradan həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Bunun əsasında borc restruktruzasiya olunaraq Cavabdeh ilə "İddiaçı" ASC arasında 1091.11 manat həcmində, 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1% olmaqla 26.07.2019-cu il tarixli, 08-19-23-094405 saylı kredit müqaviləsi bağlanmışdır. Ərizədə qeyd edilmişdir ki, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcun qaytarılmasını təmin etməmişdir və nəticədə cavabdehin Kredit Müqaviləsinə əsasən banka 02 mart 2021-ci il tarixinə 1084.50 (bir min səksən dörd manat əlli qəpik) manat əsas, 4.35 (dörd manat otuz beş) manat cərimə borcu olmaqla cəmi 1088.85 (bir min səksən səkkiz manat səksən beş qəpik) manat borcu mövcuddur. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdehlər yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyırlar. İddiaçı təşkilat sonda Cavabdeh 1084.50 (bir min səksən dörd manat əlli qəpik) manat əsas, 4.35 (dörd manat otuz beş) manat cərimə borcu olmaqla cəmi 1088.85 (bir min səksən səkkiz manat səksən beş qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01.04.2015-ci il tarixli 08-15-11- 013271 saylı kredit müqaviləsinin şərtinə əsasən Cavabdeh 33 ay müddətinə qaytarmaq şərti ilə 2257 dollar məbləğində kredit verilmişdir. Sonradan həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Bunun əsasında borc restruktruzasiya olunaraq Cavabdeh ilə "İddiaçı" ASC arasında 1091.11 manat həcmində, 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1% olmaqla 26.07.2019-cu il tarixli, 08-19-23-094405 saylı kredit müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə edilmiş 02 mart 2021-ci il tarixli maliyyə arayışına əsasən 01.04.2015-ci il tarixli 08-15-11-013271 saylı kredit müqaviləsinə əsasən Cavabdeh həmin tarixə İddiaçı ASC-nə 1084.50 (bir min səksən dörd manat əlli qəpik) manat əsas, 4.35 (dörd manat otuz beş) manat cərimə borcu olmaqla cəmi 1088.85 (bir min səksən səkkiz manat səksən beş qəpik) manat borcu mövcuddur. Cavabdeh İddiaçı ASC tərəfindən 09 fevral 2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 18.03.2021-ci il tarixdə verilmiş arayışa əsasən Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 01.04.2015-ci il tarixli 08-15-11-013271 saylı kredit müqaviləsi üzrə 1084.50 (bir min səksən dörd manat əlli qəpik) manat əsas, 4.35 (dörd manat otuz beş) manat cərimə borcu olmaqla cəmi 1088.85 (bir min səksən səkkiz manat səksən beş qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı ASC tərəfindən 15.04.2021-ci il tarixdə ********* nömrəli qəbzlə X2 ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 26 aprel 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə 28 aprel 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Cavabdeh bildirişi 02 may 2021-ci il tarixdə rəsmi qaydada almasına baxmayaraq 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdeh 01.04.2015-ci il tarixli 08-15-11-013271 saylı kredit müqaviləsi üzrə 1084.50 (bir min səksən dörd manat əlli qəpik) manat əsas, 4.35 (dörd manat otuz beş) manat cərimə borcu olmaqla cəmi 1088.85 (bir min səksən səkkiz manat səksən beş qəpik) manat məbləğində kredit borcu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddiaçı ASC tərəfindən 15.04.2021-ci il tarixdə ********* nömrəli qəbzlə X2 ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-558/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-558/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver