Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-563/2021 23.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona borclu olduqları 600 (altı yüz) manat pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 630 (altı yüz otuz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin o, sonuncu dəfə 16.06.2021-ci il tarixdə məhkəmənin ünvanına teleqram göndərərək iddianı müdafiə etdiyini, məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 23/48, mənzil 864-də yaşayır. 17 iyul 2020-ci il tarixdə onunla qonşuluqda yaşayan və mebel ustası kimi tanıdığı qardaşlar-iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə onun evinə mətbəxt mebeli düzəldəcəkləri barədə razılaşaraq onlara 1200 manat pul vermiş, lakin həmin vaxtdan bir müddət keçməsinə baxmayaraq cavabdehlər onu aldadaraq mebeli düzəltməmişlər. Cavabdehlərin vətəndaşlardan pul alaraq aldadıb mebeli düzəltmədiyini bildikdən sonra, iddiaçı cavabdehlərdən dələduz kimi Bakı şəhəri, Xətai rayonu 34-cü Polis Bölməsinə şikayət ərizəsi ilə şikayət etmiş, həmin şikayət əsasında cavabdehlər tərəfindən onlara vermiş olduğu 1200 manat pulun 600 manatı ödənilmiş, qalan 600 manatını isə verəcəklərinə dair söz versələr də, bu günə kimi qaytarmamışlar. İddiaçı ərizədə qeyd etmişdir ki, cavabdehlər onun kimi onlarla vətəndaşları mebel düzəldəcəkləri adı ilə aldadaraq pullarını almış, lakin hazırda nə pul var, nə də mebel. Pula çox ehtiyacının olduğunu, cavabdehlərdən 600 manat pulunu başqa yolla ala bilmədiyini, buna görə də məsələnin həlli üçün məhkəməyə müraciət etdiyini bildirən İddiaçı sonda qanunvericiliyin müvafiq normalarına istinad edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının teleqramını, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırki halda iddia tələbinin qanuni əsası podrta müqaviləsidir. Podrat müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-cu maddəsinə görə əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məhkəmə aşağıdakı əsalara görə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində 600 (altı yüz) manat pul tələb etdiyini, dəfələrlə cavabdehlərdən pulunu tələb etsə də, bu pulun geri qaytarılmadığını diqqətə çatdırmış və məhz bu xüsusatların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin 31 avqust 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarında göstərilmişdir ki, İddiaçı Şöbəyə müraciət edərək əvvəllər tanıdığı Pərvin adlı şəxsə yaşadığı evə mətbəxt mebeli düzəltməsi üçün 18.07.2020-ci il tarixdə 1200 manat ilkin ödəniş kimi pul vermiş, lakin həmin şəxsin keçən bu müddət ərzində mebelləri düzəlmədiyi və pulu geri qaytarmadığını bildirmiş, təhqiqat müddətində izahatı alınan Cavabdeh2 Şöbəyə verdiyi izahatında həqiqətən də həmin tarixdə mətbəxt mebeli dözəltməsi üçün İddiaçı ilkin ödəniş kimi 1200 manat pul aldığını, lakin sonradan işlədiyi mebel sexi fəaliyyətini müvəqqəti dayandırdığı üçün mebelləri düzəldib təhvil verə bilmədiyini, lakin G.Məmmişovaya olan 1200 manat pulu yaxın günlərdə qaytaracağını bildirmiş, eyni zamanda təhqiqat müddətində izahat verən Cavabdeh1 İddiaçı onun qardaşı Cavabdeh2 mebel sifariş verib, ilkin olaraq İddiaçı 1200 manat pul aldığını, İddiaçı pulu Pərvinə verən zaman özünün də orada olduğunu, hazırda mebel sexi fəaliyyətini müvəqqəti dayandırdığı üçün mebelləri düzəldib təhvil verə bilmədiklərini bildirmişdir. İddiaçı mətbəxt mebeli düzəltməsi üçün ilkin olaraq verdiyi 1200 manat puldan cavabdehlərin ona 600 manat pul qaytardığını və hazırda cavabdehlərin ona 600 manat borcunun qaldığını bildirərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona borclu olduqları 600 (altı yüz) manat pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 630 (altı yüz otuz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin 31 avqust 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarını iş materialları ilə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, qərar sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 600 (altı yüz) manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 19.04.2021-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası təmin edilsin. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 600 (altı yüz) manat pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 19.04.2021-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-563/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-563/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver