Məhkəmə qərarları › İş №2(078)-575/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(078)-575/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-575/2021 29.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı Maqsudov X2 Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə ümumilikdə “Xioami Note 5A” markalı telefon üçün 269 (iki yüz altmış doqquz) manat borc, 60 (altmış) manat faiz borcu və digər “İphone X” markalı telefon üçün 1999 (bir min doqquz yüz dosan doqquz) manat borc, 180 (bir yüz səksən) mant faiz borcu və 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2539 (iki min beş yüz otuz doqquz) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Sumqayıt şəhərində yerləşən “Beko” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 17.11.2017-ci il və 30.03.2018-ci il tarixlərində “Alqı-satqı” müqavilələri bağlanmışdır. Cavabdeh 17.11.2017-ci il tarixli, ******* saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 409 (dörd yüz doqquz) manat olan “Xioami Note 5A” markalı telefon almış, nəticədə 269 (iki yüz altmış doqquz) manat borc yaranmış və 30.03.2018-ci il tarixli, ******* saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2654 (iki min altı yüz əlli dörd) manat olan “İphone X” markalı telefon almış, nəticədə 1999 (bir min doqquz yüz dosan doqquz) manat borc yaranmışdır. Bu günədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozmuş və alqı-satqı qiyməti 409 (dörd yüz doqquz) manat olan “Xioami Note 5A” markalı telefon üçün ümumilikdə 269 (iki yüz altmış doqquz) manat ödənilməmiş hissə, 60 (altmış) manat faiz borcu (yəni 1 manat x 2 ay x 30 gün), (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında faiz) və digər müqavilə üzrə alqı-satqı qiyməti 2654 (iki min altı yüz əlli dörd) manat olan “İphone X” markalı telefon üçün ümumilikdə 1999 (bir min doqquz yüz dosan doqquz) manat ödənilməmiş hissə, 180 (bir yüz səksən) manat faiz borcu (yəni 1 manat x 6 ay x 30 gün), (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında faiz) yaranmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə İddiaçı qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin 21 iyun 2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək 29.06.2021-ci il tarixinə saat 11:00-a təyin edilmiş məhkəmə iclasında 2(078)-575/21 saylı mülki iş üzrə Cavabdeh qarşı pul tələbinə dair ərizəyə iştirakı olmadan baxılmasına etiraz etmədiyini, iddiasını müdafiə etdiyini və qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və işə qiyabi icraat qaydasında baxılması ilə bağlı qərardad qəbul edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bunu nəzərə alan məhkəmə qiyabı icraat qaydasında baxılmasına dair qərardad qəbul etmişdir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianı əsaslı sayıb təmin edərkən iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlara istinad edir. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş 09 fevral 2021-ci il tarixli arayışından və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, iş üzrə cavabdeh Məmmədov X3 MR, Naxçıvan şəhəri, 21-ci məhəllə , ev 18 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 03 may 2021-ci il tarixli, 2(078)-575/2021 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmiş, lakin cavabdeh qeyd olunan ünvanda yaşamadığından bildiriş və iddia ərizəsinin surəti geri qaytarılmışdır. Hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 03 may 2021-ci il tarixli, 2(078)-575/2021 nömrəli məhkəmə bildirişi 14 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq rəsmi qaydada Cavabdeh çatdırılması üçün Naxçıvan şəhər İcra hakimiyyətinin 3 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə göndərilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdı. Bundan əlavə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə cavabdehin mobil telefon nömrəsinə SMS bildiriş göndərilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsi və “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 240cı bəndinə əsasən yuxarıda qeyd edilən hallar məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə İddiaçı arasında 17 noyabr 2017-ci il tarixli, S3K4693588 saylı və 30 mart 2018-ci il tarixli, S3K4714512 saylı hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrin 1.1-ci bəndlərinə əsasən İddiaçı özünə məxsus olan əşyaları, yəni ümumi dəyəri 409 (dörd yüz doqquz) manat olan 1 ədəd “Xioami Note 5A” markalı telefonu və 1 ədəd “İphone X 64 gb space grey” markalı telefonu Cavabdeh verir, sonuncu isə müqavilə ilə razılşadırılmış məbləğdə pulu hissə-hissə “Satıcı”ya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 17 noyabr 2017-ci il tarixli və 30 mart 2018-ci il tarixli qaimələrdən görünür ki, müqavilələrdə qeyd olunan əşyalar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilmiş 17 noyabr 2017-ci il tarixli ödəniş cədvəlindən görünür ki, həmin ödəniş cədvəlində cavabdehin 16 dekabr 2017-ci il tarixdən başlayaraq 12 ay ərzində iddiaçıya hər ay 35 (otuz beş) manat, sonuncu ay, yəni 16 noyabr 2018-ci il tarixdə isə 24 (iyirmi dörd) manat ödəməsi nəzərdə tutulmuş, 30 mart 2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, həmin ödəniş cədvəlində cavabdeh 30 mart 2018-ci il tarixdə 255 (iki yüz əlli beş) manat ilkin ödəniş etmiş, 29 aprel 2018-ci il tarixdən başlayaraq 12 ay ərzində iddiaçıya hər ay 200 (iki yüz) manat, sonuncu ay isə 199 (bir yüz doxsan doqquz) manat ödəməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəllərini Cavabdeh imzalamışdır. Ərizəyə əlavə edilmiş 21 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı 21 aprel 2021-ci il tarixinə 17.11.2017-ci il tarixli müqavilə üzrə 269 (iki yüz altmış doqquz) manat əsas borc, 60 (altmış) manat faiz borcu və 30.03.2018-ci il tarixli müqavilə üzrə 1999 (bir min doqquz yüz dosan doqquz) manat əsas borc, 180 (bir yüz səksən) manat faiz borcu mövcuddur. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq göndərilmişdir. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Mülki Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan avadanlıqları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malların dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh alqı-satqı müqaviləsi üzrə alınmış avadanlıq üçün müəyyən olunmuş ödəniş cədvəlinə uyğun ödəməli olduğu borc və müqaviləyə əsasən ona hesablanmış cərimə borcunu iddiaçıya ödəməkdən yayınmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Həmçinin, məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında bağlanılmış müqavilənin şərtlərinə əsasən hesablanmış cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olmaqla, ədalətli olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə qismində tələb edilən faiz borcunun tutulması hissəsində də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilələrin 2.4-cü bəndlərinə əsasən “Alıcı” ödənişi gecikdirdiyi hə gün üçün məcmu borcun 1%-i (bir faizi) həcmində “Satıcı”nın xeyrinə cərimə ödəyir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün ödədiyi 31 manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 242-ci maddəsində qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; -17 noyabr 2017-ci il tarixli, S3K4693588 saylı müqavilə üzrə 269 (iki yüz altmış doqquz) manat əsas borc, 60 (altmış) manat faiz borcu, 30 mart 2018-ci il tarixli, S3K4714512 saylı müqavilə üzrə 1999 (bir min doqquz yüz dosan doqquz) manat əsas borc, 180 (bir yüz səksən) manat faiz borcu, cəmi 2508 (iki min beş yüz səkkiz) manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı verilməli; -həmçinin iş üzrə Cavabdeh 31 (otuz bir) manat miqdarında dövlət rüsumu alınaraq iş üzrə İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 238, 241, 242-244 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. 17 noyabr 2017-ci il tarixli, S3K4693588 saylı müqavilə üzrə 269 (iki yüz altmış doqquz) manat əsas borc, 60 (altmış) manat faiz borcu, 30 mart 2018-ci il tarixli, S3K4714512 saylı müqavilə üzrə 1999 (bir min doqquz yüz dosan doqquz) manat əsas borc, 180 (bir yüz səksən) manat faiz borcu, cəmi 2508 (iki min beş yüz səkkiz) manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı verilsin. İş üzrə Cavabdeh 31 (otuz bir) manat miqdarında dövlət rüsumu alınaraq iş üzrə İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verə bilər. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar