Məhkəmə qərarları › İş №2(078)-579/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-579/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-579/2021 02.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı 05 may 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 02 may 2018-ci il tarixli kredit satış müqaviləsinə əsasən ödənilməli olan 455 (dörd yüz əlli beş) manat, 10 may 2018-ci il tarixli kredit satış müqaviləsinə əsasən ödənilməli olan 435 (dörd yüz otuz beş) manat, 01 may 2018-ci il tarixli kredit satış müqaviləsinə əsasən ödənilməli olan 625 (altı yüz iyirmi beş) manat, 20 aprel 2018-ci il tarixli kredit satış müqaviləsinə əsasən ödənilməli olan 600 (altı yüz) manat, ümumilikdə 2115 (iki min yüz on beş) manat əsas borcun, bundan əlavə 02 may 2018-ci il tarixli kredit satış müqaviləsinə əsasən gecikdirilmiş peniya pulu olan 2100 (iki min yüz) manat, 10 may 2018-ci il tarixli kredit satış müqaviləsinə əsasən gecikdirilmiş peniya pulu olan 2100 (iki min yüz) manat, 20 aprel 2018-ci il tarixli kredit satış müqaviləsinə əsasən gecikdirilmiş peniya pulu olan 1500 (bir min beş yüz) manat ümumilikdə 7800 (yeddi min səkkiz yüz) manat peniya pulunun, əldən çıxmış fayda olan 2000 (iki min) manat pulun və vəkil üçün ödənilmiş 300 (üç yüz) manat vəkil xərcinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 12245 (on iki min iki yüz qırx beş) manat pulun alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” MMC-nin təsisçisi, İddiaçı ilə Cavabdeh arasında 10 may 2018-ci il tarixdə, 01 may 2018-ci il tarixdə, 02 may 2018-ci il tarixdə kredit satış müqaviləsi imzalanmışdır. 10 may 2018-ci il tarixli kredit satış müqaviləsinə əsasən cavabdeh Samsung Galaxy J 3 markalı telefonu 535 (beş yüz otuz beş) manat dəyərində almağa razılıq vermiş və əvvəlcədən 100 (bir yüz) manat pul nağd qaydada ödənilmiş və bundan sonra yerdə qalan 435 (dörd yüz otuz beş) manat hər ay 63 (altmış üç) manat olmaqla 7 ay müddətinə cavabdeh tərəfindən ödənilməli idi. Lakin həmin müqavilə üzrə cavabdeh tərəfindən nağd qaydada ödənilmiş puldan əlavə kredit müqaviləsi üzrə ödəməli olan 435 (dörd yüz otuz beş) manat puldan heç bir ödəniş həyata keçirilməmişdir. Yəni müqavilə üzrə cavabdeh öhdəsinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bundan əlavə 01 may 2018-ci il tarixli kredit-satış müqaviləsinə əsasən cavabdeh İddiaçı dəyəri 775 (yeddi yüz yetmiş beş) manat olan Samsung Galaxy A 5 markalı telefon almışdır. Elə həmin müqavilə şərtlərinə əsasən əvvəlcədən nağd qaydada 150 (bir yüz əlli) manat pul ödənilmiş, yerdə qalan 625 (altı yüz iyirmi beş) manat borc pul isə 7 ay müddətində qaytarılmalı idi. Lakin yenə də cavabdeh həmin müqavilədən yaranmış borcdan heç bir ödəniş həyata keçirməmişdir. Bundan əlavə 02 may 2018-ci il tarixli kredit-satış müqaviləsinə əsasən cavabdeh dəyəri 535 (beş yüz otuz beş) manat olan Samsung Galaxy J3 Pro markalı telefon əldə etmişdir. Elə həmin müqavilənin şərtlərinə görə əvvəlcədən nağd qaydada 80 (səksən) manat ödəniş həyata keçirilmişdir. Yerdə qalan 455 (dörd yüz əlli beş) manat pul isə 6 ay müddətində ödənilməli idi. Lakin cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Bundan əlavə 20 aprel 2018-ci il tarixli kredit-satış müqaviləsinə əsasən cavabdeh dəyəri 775 (yeddi yüz yetmiş beş) manat olan Samsung Galaxy A5 markalı telefon əldə etmişdir. Həmin müqavilənin şərtlərinə görə əvvəlcədən nağd qaydada 175 (bir yüz yetmiş beş) manat ödəniş həyata keçirilmişdir. Yerdə qalan məbləğ isə 5 ay müddətinə ödənilməli idi. Lakin cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Eyni zamanda iddiaçı qeyd etmişdir ki, müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 (on) manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin İddiaçı telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni vaxtında ödənilməyən ödənişlər iddiaçı üçün maddi zərərlərə gətirib çıxarmışdır. Yəni cavabdehə satılmış telefonların vaxtında ödənilməyən pulları iddiaçının maddi itkilərə məruz qalmasına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxslərə həmin telefonlar satılsa idi, İddiaçı maddi itkilərlə qarşılaşmayacaqdı. Həmçinin borcun ödənilməsi ilə bağlı cavbdehə iddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o, borcun ödənilməsindən imtina etmişdir. 02 iyun 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 02 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı iş üzrə İddiaçı məhkəməyə ərizə təqdim edərək Naxçıvan Şəhər Məhkəməsində Cavabdeh qarşı pul tələbinə dair iddia qaldırdığını, mülki işin məhkəmə baxış iclasının 02 iyun 2021-ci il tarixə, saat 10 00 –a təyin edildiyini, cavabdehlə arasında olan mübahisəni məhkəmədən kənar həll edilməsinə dair razılıq əldə olunduğundan iddia ərizəsinin qaytarılması və mülki işin baxılmamış saxlanılmasını istədiyini, ərizəsinin nəzərə alınaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması ilə mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı heç bir etiraz daxil olmamışdır. İddiaçı tərəfindən məhkəməyə göndərilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılması əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə Azərbaycan Respublikası MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddia qaldırılarkən "xxxx" ASC-nin Naxçıvan filialına 27 aprel 2021-ci il tarixli, 20961 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 27 aprel 2021-ci il tarixli, 20961 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar