Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-58/2022 27.01.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc olan 4864 (dörd min səkkiz yüz altmış dörd) manat, vəkil üçün ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, nəticə etibarilə ümumilikdə 5194(beş min yüz doxsan dörd) manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, Naxçıvan şəhərində məişət əşyaları və telefon satışı ilə məşğul olduğunu, Cavabdeh adlı şəxsin dayısı oğlu Məhəmmədin vasitəsilə onun 4 yol ticarət mərkəzində yerləşən mağazasına yaxınlaşaraq telefon almaq istədiklərini bildirdiklərini, beləcə tanışlıqlarının yarandığını, müxtəlif vaxtlarda müxtəlif adamların adına Aysel adlı şəxsin 2019-cu ildə ondan kreditlə telefon aldığını, pulun geri qaytarılmasının zəmanəti olaraq həmin şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini ona təqdim etdiyini, ilk əvvəllər ödənişdə problem olmasa da, sonradan kreditin ödənişində gecikmələr yarandığını, bundan sonra həmin şəxsin özünə dəfələrlə pulun qaytarılması üçün müraciət etsə də, əksər hallarda pulun qaytarılmasından həmin şəxsin imtina etdiyini, sonradan bu pulun alınması üçün polisə müraciət etdiyini, həmin şəxsi və onun atasını polis əməkdaşlarının polis orqanına dəvət etdiklərini, cavabdehin və onun atasının hər ay 290 manat olmaqla, borcun qaytarılacağına şifahi şəkildə söz verdiklərini, 9675 manatdan həmin şəxsin 4811 manatını qaytarsa da, geri qalan borcu qaytarmaqdan imtina etdiyini, həmçinin həmin şəxsin, yəni cavabdehin telefonla bərabər, 3 ədəd paltaryuyan və 1 ədəd də televizor aldığını, həmin pulları da bu günə qədər qaytarmadığını, hal-hazırda cavabdehin ona 4864 manat borcunun olduğunu, Cavabdeh ondan aldığı bir neçə ədəd telofona görə onu Daxili İşlər Nazirliyinə dəvət edib cavabdehin ondan aldığı telefonları göstərib onun olmasını soruşduqlarını, onun olduğunu bildirdiyini, cavabdehin kiməsə telofonları topdan satanda oğurluq olduğunu düşünüb tutduqlarını onda bildiyini, Ayselin ondan aldığı telofonları uşaq vasitəsilə dükandan apartdırarkən tutulduğundan onu Daxili İşlər Nazirliyinə dəvət edib azyaşlıya telefon satmağını bildirdiklərini, Ayselin ona olan borcu polisdə araşdırma gedən zaman telefonun pulunu və paltaryuyanın pulunu ayırdıqlarını, Ayselin borcundan ödəmələr etdiyindən 2824 manat telefonların pulundan, 2040 manat paltaryuyanın pulundan qaldığını, Ayselin atasının hər ay 290 manat ödədiyini, sonra 200 manat ödədiyini, sonra ödəmədiklərini, özünün türk vətəndaşlarına borcunun olduğunu, borcu istədiklərini, həm də banka borcunun olduğunu, əvvəl telefon satdığını, sonra məişət əşyaları satmağa başladığını, cavabdehin şəxsən onun dükanından telefon və məişət əşyası götürdüyünü, cavabdehin İlahə adlı şəxsə müraciət edib ailəsində narahatçılıq olub, atası incidir, aldığı malları onun almasını bildirsin dediyini, pulu İlahəyə ödəmək şərtilə həmin şəxsin də pulu ona verməsinə razılaşdığını, Bu səbəbdən İlahənin iki dəfə ona pul ödədiyini, bir dəfə 400 manat, bir dəfə 200 manat ödədiyini, həmin şəxsin ona Aysel ona deyib ki, 2040 manatı sən boynuna çək dediyini, cavabdehin hazırda 2200 manat borcunun qaldığını bildirdiyini, ama iddia tələbində cavabdehin nə qədər borcunun olduğunu göstərdiyini, Ayselə telefon verəndə müqavilə bağladığını, həmin müqavilələri Ayselin gətirdiyi şəxsiyyət vəsiqəsi olan şəxsin adından bağladığını, iddia tələbində televizora görə borc yaranmasını qeyd etmədiyini, paltaryuyanlara görə yaranan borcu istədiyini, Ayselin atasının borcu ödədikcə sənədə imza etdiklərini, arada atası işçiləri ilə pul göndərdiyindən ödəmənin təsdiqi üçün imzalarıda həmin şəxslərin etdiklərini, paltaryuyanlar və televizorun İlahə tərəfindən götürülməsini təsdiq edən müqavilə olduğunu, İlahə həmin əşyaları özünün götürdüyünü Daxili İşlər Nazirliyində bildirəndə, Daxili İşlər Nazirliyindən ona İlahənin şəxsiyyət vəsiqəsini alıb yanında saxlamasını və sənədləşdirməsini bildirdiklərindən onun adına müqavilə yazdığını, 2640 manata görə İlahənin 600 manat ödəyəndən sonra “bu mənim borcum deyil, Aysel mənə deyib ki, mənim evdə problemim var, sən boynuna götür ki, malları sən götürmüsən, mən pulunu sənə az-az verəcəm,ödəyəssən” dediyini, özünün tərtib etdiyi sənəddə Ayselin götürdüyü telefonlara görə atası Yadullanın ona olan borcdan ödəmələr etməsinin sübutu olduğunu, həmin sənədi tərtib edərəkən 7129 manat borcun yarandığını, Ayselin əlavə bir ədəd telefon götürdüyündən 190 manat borcu da yarandığından qeyd etdiyini, üzərinə gəldikdə 7319 manat borcun yarandığını, 355 manat birinci ödəniş, ikinci ödənişin 190 manat, üçüncü ödənişin 50 manat, dördüncü ödənişin 190 manat, beşinci ödənişin 100 manat, altıncı ödənişin 290 manat, yeddinci ödənişin 290 manat, səkkizinci ödənişin 290 manat, doqquzuncu ödənişin 290 manat, onuncu ödənişin 290 manat, on birinci ödənişin 290 manat, on ikinci ödənişin 290 manat, on üçüncü ödənişin 290 manat, on dördüncü ödənişin 290 manat, on beşinci ödənişin 200 manat, on altıncı ödənişin 200 manat, on yeddinci ödənişin 200 manat, on səkkizinci ödənişin 200 manat, on doqquzuncu ödənişin 200 manat olduğunu və həmin siyahıda ödəmələr olduqca qeyd olunduğunu,həmin sənədə görə ödədikləri çıxıldıqdan sonra 2824 manat borcun qaldığını, həmin borc məbləğinin Ayselin götürdüyü 21 ədəd telefona görə yarandığını, digər sənədə əsasən İlahənin adına bağlanmış müqaviləyə əsasən 3 ədəd paltaryuyan və 1 ədəd televizora görə yaranan borcun 2640 manat olduğunu, həmin borcdan 600 manat ödəndiyindən bu günə olan borcun 2040 manat olduğunu, həmin sənədin surətini cavabdeh tərəfə verdiyini, Ayselin atası Yadullada olduğunu, paltaryuyanın bir ədədinin 7 kiloqramlıq olmaqla dəyərinin 750 manat olduğunu, götürülən zaman 100 manat ödənildiyindən 650 manat qaldığını, həmin paltaryuyanı X11 adlı şəxsin adına götürdüyünu, 1 ədəd paltaryuyan isə 8 kiloqramlıq olmaqla dəyərinin 870 manat olduğunu, götürülən zaman 100 manat ödənildiyindən 770 manat qaldığını, həmin paltaryuyanı Ayselin yenə də Azər Tağıyevin adına götürdüyünü, 1 ədəd paltaryuyan isə 8 kiloqramlıq olmaqla dəyərinin 870 manat olduğunu, götürülən zaman 100 manat ödənildiyindən 770 manat qaldığını, həmin paltaryuyanı X9 adlı şəxsin adına götürdüyünü, 1 ədəd televizorunda İlhamə Əliyevanın adına götürüldüyünü, 500 manat dəyərində olduğunu, 50 manat ilkin ödənildiyindən 450 manat borc qaldığını, ondan telofonları və paltaryuyanlarla televizoru Ayselin götürdüyünü, özünün və başqa şəxslərin adına götürdüyünü, İlahə Seyidovanın adına paltaryuyanlarla televizoru sənədləşdirməsini polisin dediyinə görə yazdığını, məcbur qalaraq məhkəməyə müraciət etməli olduğunu, eyni zamanda məcbur qalaraq məhkəməyə müraciət etmək üçün və hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağladığını, bunun üçün xidmət haqqı olaraq 300 manat pul ödədiyini, həmçinin 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb qaytarılmasını istədiyini göstərərək, Cavabdeh əsas borc olan 4864 (dörd min səkkiz yüz altmış dörd) manat, vəkil üçün ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, nəticə etibarilə ümumilikdə 5194 (beş min yüz doxsan dörd) manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili qismində izahat verən Vəkil1 iddianı müdafiə etdiyini, iddiaçının izahatına əlavəsinin olmadığını, əlavə olaraq cavabdehin iddia tələbini qismən etiraf etdiyini, iddia tələblərinin cavabdehin etirafı, şahidlərin ifadəsi və digər sübutlarla təsdiq olunduğunu, cavabdehin 2200 manat borcunun qalmasını bildirsədə olan digər məbləğdə borcunu qaytarmasını sübut edə bilmədiyini, cavabdehin iddiaçı tərəfindən tərtip etdiyi müqavilələri təsdiqlədiyini, atası tərəfindən ödəmələr aparılmasını təsdiqlədiyini, həmin sənədləri mübahisələndirmədiyini, iddiaçı tərəf olaraq kifayət qədər iddia tələblərinin məhkəmə baxışı zamanı sübuta yetirildiyini, bunların nəzərə alınaraq iddianın təmini barədə qərar verilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasında verdiyini izahatında iddianı qismən qəbul etdiyini, telefonunun xarab olduğunu, 2019-cu ilin avqust ayında bibisi oğluna kreditlə telefon istədiyini dediyini, bibisi oğlunun“dostum var, ilkin ödəniş üçün 100 manat ver, alım, gətirim” dediyini, 100 manat verdiyini, alıb gətirdiyini, bir müddət işlətdiyini, sonra ödənişləri edəndə Arazla aralarında telefon ticarəti başladığını, ona “kömək elə, telefonları sataq” dediyini, ondan telefon götürüb üstünə pul qoyub satmağa başladığını, 2020-ci ilin yanvarına kimi alver etdiyini, 2019-cu ilin avqust ayından Arazla ticarətə başladığını, 2020ci ilin yanvar ayında Araza “telefon istəyirlər” dediyini, onun da “gətirirəm” dediyini, Araz telefon istəyəndə gətirib onun iş yeri olan məktəbdə və evdə ona verdiyini, başqa şəxslərin şəxsiyyət vəsiqəsini Araza verdiyini, onun da aldığını, həmin şəxslərin şəxsiyyət vəsiqələrini Araza verməyindən məlumatlarının olmadığını, bəzi hallarda telefon istəyən şəxslərin şəxsiyyət vəsiqələrini Araza verdiyini, Arazın ona “fərqi yoxdur, kimin şəxsiyyət vəsiqəsi olsa qəbul edirəm” dediyini, ona görə telefon istəyən şəxslərdən kim şəxsiyyət vəsiqəsini gətirirdisə aparıb Araza verdiyini, Araz üçün fərqinin olmadığını, şəxsiyyət vəsiqəsinə görə sənədləşmə aparılmadığını, sadəcə olaraq Arazın alıb yığdığını, özünün də tapa bilməyəndə anasının xalasının şəxsiyyət vəsiqələrini verib telefon götürdüyünü, şəxsiyyət vəsiqələrinin üzünü verdiyini, müqavilə olmadığını, Arazdan aylıq telefon götürdüyünü və aylıq ödəmələri etdiyini, telefonları kreditlə götürdüyünü, aylıq 100-150 manat olduğunu, ödəmə məbləğinin telefonun markası və qiymətindən asılı olduğunu, 04 fevral 2020-ci ildə Arazdan aldığı telofonları gətirməsi üçün uşaq göndərdiyini, uşağın gedib dükandan torbanın içində telefonları gətirəndə polisin tutduğunu, onları Daxili İşlər Nazirliyinə çağırdıqlarını, onda Arazla münasibətlərinin pozulduğunu, uşağın əmisi qızının telefon istədiyini, uşağı dükandan gətirsin deyə göndərdiyini, uşaq telefonu telefona baxılsın, bəyənsələr alsınlar deyə gətirdiyini, onu polisə alver edirsən deyərək çağırdıqlarını, İlahənin televizor götürüb pulunu da ödədiyini, özünün borcunun yaranmasına səbəbin telefonu verdiyi şəxslərdən pulu yığa bilməməsi olduğunu, atasının onun borcunu ödədiyini, Araza 2200 manat borcunun qaldığını, İlahə Seyidovanın Araza 600 manat televizorun pulunu ödədiyini, İlahənin 3 ədəd paltaryuyan götürmədiyini, Arazdan mal götürəndə sənədləşmə etmədiklərini, İlahənin borcunun qalmadığını, ilkin olaraq Araza 9200 manat borcunun yarandığını, həmin borcdan şəxslərin gətirib pulları qaytardıqca atasının aparıb həmin pulları Araza ödədiyini, iddiaçının təqdim etdiyi ödəməni təsdiq edən cədvəli təsdiqlədiyini, həmin sənəddən atasında da olduğunu, İlahəyə paltaryuyan satmadığını, onun özünün Arazdan televizor alıb pulunu da ödədiyini, İlahə Seyidovaya “götürdüyü malları çək boynuna” demədiyini, 04 fevral 2019-cu ildə Naxçıvan MR DİN-ə cağırılanda Araza 9200 manat borcunun olmasının hesablandığını, Arazdan mal aldığını, 2 ədəd paltaryuyan, 1 ədəd televizor, 7-8 telefon və 200 manat dəyərində qazan dəsti və çaydan dəsti olduğunu, toplamda 9400 manat olduğunu, iddiaçının təqdim etdiyi Yadulla adlı şəxsin cədvəl üzrə ödədiyi pulların onun Araza olan borcunun ödənilməsinin təsdiqi olduğunu, təsdiqlədiyini və Yadulla adlı şəxsin onun atası olduğunu, onun əvəzindən ödəmələri etdiyini, Arazdan iki ədəd “Reqal” markalı paltaryuyanı və “SmartMaks” markalı televizoru 2019-cu ilin noyabr ayında götürdüyünü, iddiaçının təqdim etdiyi telefonların götürülməsini təsdiq edən müqavilələrdə qeyd olunan şəxslərin müqavilədən xəbərlərinin olmadığını, şəxsiyyət vəsiqələrini özünün verib telefonları götürdüyünü, həmin sənədləri qəbul etdiyini, şəxsiyyət vəsiqələrini versədə, Arazın özünün müqavilə yazdığını, onun həmin sənədlərə imza etmədiyini, 2200 manat borcunun olduğunu etiraf etdiyini, 650 manatın telefonlara görə qalan borcu olduğunu, 1550 manatın isə iki ədəd paltaryuyanların borcu olduğunu, paltaryuyanların markasının “Regal” olmaqla, 8 kiloqramlıq olduqlarını, hər birinin qiymətinin 870 manat olduğunu, 100 manat əvvəlcədən ödəndiyindən hər birinə münasibətdə 770 manat qaldığını, yekun qərar qəbul edilərkən bunların nəzərə alınmasını bildirərək iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdehin vəkili və nümayəndəsi qismində izahat verən Vəkil2 cavabdehin iddianı qismən qəbul etdiyini, cavabdehin izahatına əlavəsinin olmadığını, iddiaçının ticarətinin qanuna uyğun olmadığını, təqdim etdiyi sübutların əsasının olmadığını, digər şəxsə saatdığı paltaryuyanların və televizorun pulunu cavabdehdən tələb etdiyini, cavabdehin telefonların dəyərinə əsasən 2200 manat borcunun olmasını etiraf etdiyini, bunların nəzərə alınaraq qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X7, Ayseli əvvəldən tanıdığını, ona gəlib “Araz adında şəxsdən 2 ədəd paltaryuyan və televizor götürmüşəm, ailəmdə söz-söhbət yaranıb, sən boynuna çək ki, yəni sənə satmışam” dediyini, həqiqətdə Arazın işlətdiyi dükana getmədiyini, Ayselin 3 ay hər dəfə 200 manat ona pul verdiyini, həmin pulları Araza verdiyini, bu işin 2019-cu ildə olduğunu, təxminən Ayselin 2200-2300 manatlıq mal götürdüyünü bildiyini, Ayselin ona “atam soruşsa deyərsən ki, həmin malları mən götürmüşəm, hər ayda 200 manat ödəyəcəm” dediyini, pulu götürməsi üçün Araza bir dəfə zəng vurduğunu, gəlib Əliabaddan evdən pulu götürdüyünü, bir dəfə isə Ayselin atasına Araza versin deyə pulu verdiyini, Araza pul verəndə sənədə imza etmədiklərini, sonra Aysellə aralarında özlərinə aid pul məsələsi ilə əlaqədar narazılıq yarandığını, əlaqələrinin kəsildiyini, məhkəməyə düşdüklərini, Arazın onu “sən Ayseli məcbur et ki, pulu ödəsin” deyə məcbur etdiyini, Ayselə “məni ortada qoymusan, mənə zəng gəlir, ailəmdə narazılıq yaranıb” dediyini, həmin paltaryuyanlara görə yaranan borcun Ayselin olduğunu, onun olmadığını, Ayselin şəxsən Arazın işlətdiyi dükana gedib mal götürməsini görmədiyini, orada həmin vaxtı olmadığını, şifahi olaraq Ayseldən eşitdiyini, Ayselin ona “iki paltaryuyan, bir televizor götürmüşəm” dediyini, Ayselin ona ümumilikdə 600 manat verdiyini, ümumi olan borca verdiyini, hansı əşyanın borcu olduğunu demədiyini, Ayselin ancaq Araza versin deyə pul verdiyini, 600 manatdan əlavə olan borcu Ayselin Araza ödəməsini bilmədiyini, Arazdan şəxsən hər hansı mal götürmədiyini, Ayselin istəyinə görə boynuna çəkdiyini, Ayselin Arazdan təxmini iki paltaryuyan götürdüyünün yadında qaldığını, 3 ədəd olduğunu dəqiq bilmədiyini, Ayselin Araza borclu olduğunu bildiyini, Ayselin rəfiqəsi Nəzakətin yanında ona bu malları almağı boynuna çəksin dediyini bildirdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X1 əvvəldən tanıdığını, Ayselin Arazdan telefon, elektrik əşyaları aldığını bildiyini, Ayselin atası Yadulla əmi ilə söhbət edərkən ona “telefonlara olan borcu ödəyib, 650 manat qalır” dediyini, bildiyinə görə Ayselin Araza elektrik əşyalarına borcunun qaldığını, Ayselin Arazdan televizor, telefonlar və paltaryuyan götürdüyünü bildiyini lakin sayını dəqiq bilmədiyini, təxminən 1 televizor, 1 və ya 2 paltaryuyan olduğunu, paltaryuyanı, televizoru hansı qiymətə götürdüyünü bilmədiyini, Aysellə Arazın arasında olan alver olduğunu özlərinin dəqiq bildiklərini, Ayselin Araza olan borcunun məbləğini təxmini 7000-8000 manat olduğunu bildiyini, Arazın ona Ayselin borcunun olduğunu deyəndə bu barədə Ayselin atasına dediyini, onun da “narahat olma, telefonların pulunu aylıq ödəmişəm, ayda 200 manat olmaqla, 650 manat qalır, birdə elektrik əşyaları, onlarıda ödəmişəm” dediyini, Ayselin Araza pul ödəməsini görmədiyini, pulu Ayselin atasının ödədiyini eşitdiyini, Arazın pulu Ayselin atasının ödədiyini dediyini, Ayselin Arazdan telefonlar, televizor və paltaryuyanlar aldığını təsdiqlədiyini, Ayselin atasının ona pulu Araza ödəyirəm dediyini, Ayseli neçənci ildən tanıdığını xatırlamadığını, Ayselin işlədiyi məktəbə uşaq aparanda tanışlıqlarının olduğunu və əvvəllər eyni binada qaldıqlarını, mobil telefonunun xarab olduğundan Ayselin “tanışım var, ondan telefon alıram, gedək sənədə götürək” dediyini, Arazdan iki telefon götürdüyünü, birini özünə, birini qızına, təxminən iki il olar ki, götürdüyünü, kreditlə aylıq ödəmək şərtilə müqavilə yazdıqlarını, ilkin ödəmə etdiyini və şəxsiyyət vəsiqəsinin üzünü təqdim etdiyini, Ayselin Arazdan mal götürüb satdığını, Ayselin ona mal satmadığını, Ayselin İlahə adlı tanışının olduğunu bildiyini, İlahəni tanıdığını, münasibətlərinin olduğunu, bildiyi qədəri İlahənin Ayseldən televizor aldığını, ama İlahənin pulunu ödədiyini bildiyini, Aysel, İlahə və özünün yəni üçünün bir yerdə olmadıqlarını, xəstə olanda İlahənin onlara gəldiyini, İlahənin evini dəqiq tanımadığını, onlarda olmadığını, Ayselin Arazdan aldığı malları İlahəyə götürməyini deməyini ona demədiyini, Ayselin onun yanında İlahəyə “Arazdan götürdüyü malları boynuna götürsün ki, guya malları Arazdan İlahə götürüb” demədiyini, Ayselin Araza olan pul borcunu ödəyə bilmədiyindən polisə düşdüklərini eşitdiyini bildirdi. Məhkəmə iddia ərizəsinin dəlillərini araşdırıb izahatları, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə əsasən: 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli "Məhkəmə qətnaməsi haqqında" qərarının 6.6-cı bəndinə əsasən, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıbazaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları– fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının öhdəliyini yerinə yetirilməsi tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli qərarı). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonnegantiincumbitprobation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Cavabdeh İddiaçı ona qarşı qaldırdığı iddianı qismən qəbul etdiyini bildirmişdir. Cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikası MPM-in 52.5-ci maddəsində nəzərdə tutulan əsaslar iş üzrə müəyyən edilmədiyindən, cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilir. Məhkəmə tədqiq edilmiş iş materiallarını tərəflərin izahatlarını, şahid ifadələrini yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək, həmçinin cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Beləliklə yuxarıda göstərilmiş xüsusatlara görə, iddia təmin edilməli, Cavabdeh 4864 (dörd min səkkiz yüz altmış dörd) manat əsas borc, ödənilmiş 300 (üç yüz) manat vəkil xərci və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5194 (beş min yüz doxsan dörd) manat məbləğində pul alınaraq İddiaçı qaytarılmalıdır. Belə ki, tərəflərin izahatlarından məlum olur ki, onların arasında ticarət əlaqəsi mövcud olmaqla öhdəlik münasibətləri yaranmışdır. Araşdırma nəticəsində iddiaçının öhdəliyini yerinə yetirməsi təsdiqini tapır. Belə ki, tərəflərin izahatından məlum olur ki, cavabdeh həqiqətən müxtəlif vaxtlarda digər şəxslərə satmaq üçün iddiaçıdan telefonlar və məişət əşyaları almışdır. Cavabdehin isə öhdəliyini tam yerinə yetirməsi ilə əlaqədar sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Cavabdeh məhkəmə iclasında izahatında polis orqanında araşdırılma aparılarkən ümumilikdə İddiaçı 9400 manat borcunun olduğunu bildirmiş və atası tərəfindən həmin borca əsasən hissə-hissə ödənilmə aparılmasını təsdiqləmişdir. Həmçinin cavabdeh izahatında İddiaçı iki ədəd “Reqal” markalı paltaryuyan və “Star Max” markalı televizor götürməsini etiraf etmişdir. Lakin həmin əşyalara, telofon və paltaryuyanlara münasibətdə olan borcunu ödəməsini və sonda 2200 manat borcunun qalmasını təsdiq edən sübutları təqdim edə bilməmişdir. Bundan başqa cavabdeh iddiaçıdan 3 ədəd deyil 2 ədəd paltaryuyan almasına dair sübutları təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh paltaryuyanların və televizorun İlahə Seyidova tərəfindən götürülməsini bildirsədə bu faktın təsdiqini edə bilməmişdir. Cavabdehin izahatı və şahidlərin ifadəsi ilə təsdiq olunur ki, paltaryuyanlar və televizor cavabdeh tərəfindən alınmışdır. Həmçinin cavabdeh iddiaçı tərəfindən tərtib edilmiş yaranmış borcun “Yadulla” adlı şəxs tərəfindən hissə-hissə ödənilməsini təsdiqləyən müqaviləni mübahisələndirməyərək həmin sənədin hüquqi əsasının olduğunu təsdiqləməklə, onun yaranmış borcunun atası tərəfindən ödənilməsini təsdiqləyən sənəd olduğunu və atasında həmin sənəddən olduğunu bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh İddiaçı onun tərəfindən təqdim edilən şəxsiyyət vəsiqələrinə əsasən həqiqətən əşyaların satılmasını təqsdiqləyən müqavilə tərtib etdiyini bildirmişdir. Mülki işin materiallarında olan müqavilədən görünür ki, iddiaçı hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlamış və 300 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmişhаllаrа və tərəflərin qаrşılıqlımünаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 4864 (dörd min səkkiz yüz altmış dörd) manat əsas borc, ödənilmiş 300 (üç yüz) manat vəkil xərci və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5194 (beş min yüz doxsan dörd) manat məbləğində pul alınaraq İddiaçı qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-58/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-58/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver