Məhkəmə qərarları › İş №2(078)-581/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-581/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-581/2021 02.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh Zahid oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı 05 may 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 07 dekabr 2019-cu il tarixli kredit satış müqaviləsinə əsasən ödənilməli olan 400 (dörd yüz) manat əsas borcun, bundan əlavə 07 dekabr 2019-cu il tarixli kredit satış müqaviləsinə əsasən gecikdirilmiş peniya pulu olan 1200 (bir min iki yüz) manat peniya pulunun, əldən çıxmış fayda olan 1000 (bir min) manat pulun və vəkil üçün ödənilmiş 300 (üç yüz) manat vəkil xərcinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, nəticə etibarı ilə ümumilikdə 2930 (iki min doqquz yüz otuz) manat pulun alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” MMC-nin təsisçisi, İddiaçı ilə Cavabdeh arasında 07 dekabr 2019-cu il tarixdə kredit satış müqaviləsi imzalanmışdır. 07 dekabr 2019-cu il tarixli kredit satış müqaviləsinə əsasən cavabdeh Samsung Galaxy A 50 markalı telefonu 650 (altı yüz əlli) manat dəyərində almağa razılıq vermiş və əvvəlcədən 100 (bir yüz) manat pul nağd qaydada ödənilmiş və bundan sonra yerdə qalan 550 (beş yüz əlli) manat hər ay 110 (bir yüz on) manat olmaqla 5 ay müddətinə cavabdeh tərəfindən ödənilməli idi. Lakin həmin müqavilə üzrə cavabdeh tərəfindən nağd qaydada ödənilmiş puldan əlavə kredit müqaviləsi üzrə ödəməli olan 550 (beş yüz əlli) manat puldan yalnız 150 (bir yüz əlli) manat ödəniş həyata keçirilmişdir. Yəni müqavilə üzrə cavabdeh öhdəsinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 (on) manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin İddiaçı telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni vaxtında ödənilməyən ödənişlər iddiaçı üçün maddi zərərlərə gətirib çıxarmışdır. Yəni cavabdehə satılmış telefonların vaxtında ödənilməyən pulları iddiaçının maddi itkilərə məruz qalmasına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxslərə həmin telefonlar satılsa idi, İddiaçı maddi itkilərlə qarşılaşmayacaqdı. 02 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı iş üzrə İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh qarşı pul tələbinə dair Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırdığını, cavabdehlə arasında olan mübahisəni məhkəmədən kənar həll etdiklərini və buna dair aralarında razılıq müqaviləsi imzalandığını, buna görə də hazırki mülki iddianı geri götürmək qərarına gəldiyini, mülki işin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh iddiaçı tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı ərizənin nəzərə alınaraq iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılması əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə Azərbaycan Respublikası MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddia qaldırılarkən "xxxx" ASC-nin Naxçıvan filialına 27 aprel 2021-ci il tarixli, 13404 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 27 aprel 2021-ci il tarixli, 13404 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar