Məhkəmə qərarları › İş №2(078)-583/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-583/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-583/2021 21.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, ünvan 1 ünvanında yerləşən iddiaçı "İddiaçı" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: "İddiaçı" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 17 fevral 2020-ci il tarixli SHNPU-6584 saylı kredit müqaviləsi üzrə 1125.17 (bir min bir yüz iyirmi beş manat on yeddi qəpik) manat əsas, 137.40 (bir yüz otuz yeddi manat qırx qəpik) manat faiz, 0 (sıfır) manat dəbbə borcu olmaqla, cəmi 1262.57 (bir min iki yüz altmış iki manat əlli yeddi qəpik) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun "İddiaçı" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "İddiaçı" ASC ərizəni onunla əsaslandırmışdır ki, Bankın Sahil filialı ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2020-ci il tarixli SHNPU-6584 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 21 %-lə 24 ay müddətinə 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. Qeyd olunmuşdur ki, 17 fevral 2020-ci il tarixli SHNPU-6584 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlinə əsasən cavabdeh hər ayın 17-dən gec olmayaraq hər ay 77.08 (yetmiş yeddi manat səkkiz qəpik) manat ödəniş etməli olduğu halda öhdəlikləri vaxtlı-vaxtında və lazımi qaydada yerinə yetirməmiş, bununla bağlı cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıq edilsə də, bunun heç bir nəticəsi olmamış və nəticədə cavabdehin iddiaçı təşkilata ümumilikdə 1125.17 (bir min bir yüz iyirmi beş manat on yeddi qəpik) manat əsas, 137.40 (bir yüz otuz yeddi manat qırx qəpik) manat faiz, 0 (sıfır) manat dəbbə borcu olmaqla, cəmi 1262.57 (bir min iki yüz altmış iki manat əlli yeddi qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı təşiklat sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması, Cavabdeh 17 fevral 2020-ci il tarixli SHNPU-6584 saylı kredit müqaviləsi üzrə 1125.17 (bir min bir yüz iyirmi beş manat on yeddi qəpik) manat əsas, 137.40 (bir yüz otuz yeddi manat qırx qəpik) manat faiz, 0 (sıfır) manat dəbbə borcu olmaqla, cəmi 1262.57 (bir min iki yüz altmış iki manat əlli yeddi qəpik) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun "İddiaçı" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 17 fevral 2020-ci il tarixli SHNPU-6584 saylı kredit müqaviləsinə müqavilədən aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Kredit müqaviləsinin şərtinə görə Bank cavabdehə illik 21 %-lə 24 ay müddətinə 1500 (bir min beş yüz) manat kredit verilmiş, 17 fevral 2020-ci il tarixli SHNPU-6584 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlinə əsasən cavabdeh hər ayın 17-dən gec olmayaraq hər ay 77.08 (yetmiş yeddi manat səkkiz qəpik) manat ödəniş etməyi barədə öhdəlik götürmüşdür. Borcalan Cavabdeh İddiaçı ASC tərəfindən 01 aprel 2021-ci il tarixdə bildiriş göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. 16 aprel 2021-ci il tarixli 4041 nömrəli arayışdan aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2020-ci il tarixli SHNPU-6584 saylı kredit müqaviləsi üzrə 16 aprel 2021-ci il tarixə Cavabdeh 1125.17 (bir min bir yüz iyirmi beş manat on yeddi qəpik) manat əsas, 137.40 (bir yüz otuz yeddi manat qırx qəpik) manat faiz, 0 (sıfır) manat dəbbə borcu olmaqla, cəmi 1262.57 (bir min iki yüz altmış iki manat əlli yeddi qəpik) manat məbləğində borcu yaranmışdır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 17 fevral 2020-ci il tarixli SHNPU-6584 saylı kredit müqaviləsi üzrə 1125.17 (bir min bir yüz iyirmi beş manat on yeddi qəpik) manat əsas, 137.40 (bir yüz otuz yeddi manat qırx qəpik) manat faiz, 0 (sıfır) manat dəbbə borcu olmaqla, cəmi 1262.57 (bir min iki yüz altmış iki manat əlli yeddi qəpik) manat məbləğində kredit borcu iddiaçı "İddiaçı” ASC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "İddiaçı” ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 21.04.2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Naxçıvan ŞPİ tərəfindən 17.07.2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 05 may 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə 05 may 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Cavabdeh bildirişi 16 may 2021-ci il tarixdə rəsmi qaydada almasına baxmayaraq 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 17 fevral 2020-ci il tarixli SHNPU-6584 saylı kredit müqaviləsi üzrə 1125.17 (bir min bir yüz iyirmi beş manat on yeddi qəpik) manat əsas, 137.40 (bir yüz otuz yeddi manat qırx qəpik) manat faiz, 0 (sıfır) manat dəbbə borcu olmaqla, cəmi 1262.57 (bir min iki yüz altmış iki manat əlli yeddi qəpik) manat məbləğində kredit borcu iddiaçı "İddiaçı" ASC-nin xeyrinə tutulsun. "İddiaçı” ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 21.04.2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar