Məhkəmə qərarları › İş №2(078)-599/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-599/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-599/2020 11.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə, yəni xx xxxxxx 2017-ci il tarixdə almış olduqları “Chevrolet Malibu” markalı, **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində bağlanmış Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X6 və Naxçıvan MR DİN Dövlət X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşlar. İddiaçı Qadir qızına, iddiaçının vəkilləri Vəkil2 və Vəkil1 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə baxış iclası iddiaçının və iddiaçının vəkillərinin iştirakı olmadan keçirilmişdir. Lakin İddiaçı Qadir qızı məhkəməyə ərizə təqdim edərək, Cavabdeh ilə birgə nikah dövründə, yəni xx xxxxxx 2017-ci il tarixdə almış olduqları “Chevrolet Malibu” markalı, **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində bağlanmış Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldıraraq Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, cavabdehlə mübahisələri məhkəmədənkənar öz aralarında həllini tapdığından 2(078)-599/2020 nömrəli mülki iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3, vəkili X4 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan MR DİN Dövlət X10 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ə.İ.Bağırov, vəkili Ş.B.Rəhimov və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan MR DİN Dövlət X9 nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə baxış iclası müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ə.İ.Bağırovun, vəkili Ş.B.Rəhimovun və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan MR DİN Dövlət X9 nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı Qadir qızı tərəfindən “xxxxxxxxxxxx” ASC-nin Naxçıvan filialı vasitəsilə xx xxxx 2020-ci il tarixli qəbzlə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Göstərilən qanun normalarına əsasən iş üzrə icraata xitam verilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262, 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdi: İddiaçı Cavabdeh qarşı Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Qadir qızı tərəfindən “xxxxxxxxxxxx” ASC-nin Naxçıvan filialı vasitəsilə xx xxxx 2020-ci il tarixli qəbzlə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar