Məhkəmə qərarları › İş №2(078)-6/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-6/2025

02.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-6/2025 02.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin nümayəndələri Nümayəndə və X6 iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı kompensasiya ödənilməklə əmlakın boşaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı kompensasiya ödənilməklə əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan şəhəri, 5-ci məhəllə (indiki Nəsrəddin Tusi küçəsi) ünvanında olan binanın (qeyri-yaşayış sahəsinin) Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən boşaldılması, əmlakın qanunsuz istifadəsi nəticəsində dəymiş 816.000 (səkkiz yüz on altı min) manat zərərin cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş "Dövlət əmlakın hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnaməyə əsasən iddiaçı müəyyən haqq müqabilində “Aynur” icarə müəssisəsinin əmlaklarını satın almış, 45 adda əmlakın adlı siyahısı həmin şəhadətnaməyə əlavə edilmişdir. Bundan başqa şəhadətnamədə qeyd olunmuşdur ki, dövlət əmlakının alınması nəticəsində hesablaşma hesabı 143301 ünvanlı dövlət büdcəsinə ödəniş edilmiş, bununla da həmin əmlak alıcının, yəni hazırki İddiaçı mülkiyyətinə verilmişdir. Göründüyü kimi iddiaçı həmin əmlakların mülkiyyətçisi olsa da, onun razılığı alınmadan, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi həmin əmlakları zəbt etmiş və uzun müddətdir ki, iddiaçıya əmlaklardan istifadə etməsi ilə bağlı maneə yaratmışdır. Nəzərə alınmalıdır ki, iddiaçının müraciətləri əsasında Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi müvafiq məktub ilə Naxçıvan şəhəri, 5-ci məhəllə (indiki Nəsrəddin Tusi küçəsi) ünvanında olan binanın (qeyri yaşayış sahəsi) Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 10 yanvar 2007-ci il tarixli 03 nömrəli sərəncamı ilə onun balansına verildiyini bildirmişdir. Halbuki, belə sərəncamın mövcudluğu ilə bağlı hər hansı məlumat aşkar olunmamışdır. Xüsusi ilə qeyd olunmalıdır ki, iddiaçı cavabdehin iddia etdikləri əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 10 yanvar 2007-ci il tarixli 03 nömrəli sərəncamının etibarsızlığını inzibati icraat qaydasında mübahisələndirmişdir. Baxmayaraq ki, həmin inzibati məhkəmə mübahisəsi yekunlaşmasa da, inzibati iş üzrə cavabdeh qismində çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi öz izahatlarında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 10 yanvar 2007-ci il tarixli 03 nömrəli sərəncamının həmin əmlakların Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin balansına verilməsi ilə bağlı olmadığını, əksinə həmin sərəncamın əsaslı təmir işləri ilə bağlı olduğunu bildirmişdir. Göründüyü kimi Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi heç bir hüquqi əsas olmadan, iddiaçıya məxsus Naxçıvan şəhəri, 5-ci məhəllə (indiki Nəsrəddin Tusi küçəsi) ünvanında olan binanı (qeyri-yaşayış sahəsini) qanunazidd şəkildə zəbt etmiş, bununla da iddiaçının mülkiyyət hüquqlarına müdaxilə etmiş və uzun müddət ərzində ona ziyan vurmuşdur. İddiaçı Naxçıvan şəhəri, 5-ci məhəllə (indiki Nəsrəddin Tusi küçəsi) ünvanında olan binanın boşaldılması, həmçinin 17 il ərzində ona dəyən ziyanın və əldən çıxmış faydanın ödənilməsi ilə bağlı cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmiş, lakin sonuncu onun müraciətinə cavab verməmişdir. Eyni zamanda iddiaçı mövcud mülki mübahisənin həll olunması ilə bağlı X4 müraciət etmişdir. X2 iddiaçıya ünvanladığı məktubda qeyd olunmuşdur ki, qarşı tərəf təklifi qəbul etmədiyindən, mülki iş üzrə mediasiya tətbiq olunmasına yol verilmir. Göründüyü kimi iddiaçı bütün resurslar vasitəsi ilə cavabdeh ilə mübahisənin həllinə cəhd göstərmiş, lakin cavabdeh bundan imtina etmişdir. Belə olan halda cavabdeh iddiaçıya məxsus binanı boşaltmalı və qanunsuz istifadəyə görə ona dəymiş ziyanı ödəməlidir. İddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbləri təşkil edir və həmin maddənin tələbləri mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiası latınca "vimdecere”- sözündəndir və zor tətbiq edəcəyini elan etmək mənasını verir və mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbdir. Mülkiyyətçinin vindikasiya iddiası ona görə müqavilədənkənar iddia hesab edilir ki, onun mülkiyyət hüququ, tələb olunan əmlakla bağlı onunla müqavilə münasibətində olan şəxs tərəfindən deyil, tamamilə kənar bir şəxs tərəfindən pozulur. Hazırki iddia tələbindən də göründüyü kimi "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.5-ci maddəsinə (2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamə) əsasən mübahisə predmetini təşkil edən bina iddiaçıya məxsusdur. Legitim gözləntisi olan iddiaçı özgəsinin, yəni cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlı olub. Belə ki, cavabdehin ümumiyyətlə mübahisəli binaya heç bir hüququ yoxdur və iddiaçının mülkiyyət hüququ, tələb olunan bina ilə bağlı onunla hər hansı müqavilə münasibətində olan şəxs tərəfindən deyil, tamamilə kənar bir şəxs, yəni cavabdeh tərəfindən pozulub, bu isə yolverilməzdir. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan olsa da, o, hər hansı sərəncam (qərar) olmadan, həmçinin iddiaçının razılığı olmadan ona (iddiaçıya) məxsus binanı zəbt etmiş və uzun müddət ərzində iddiaçını gəlir əldə etməkdən məhrum etmişdir. Həmçinin qeyd edilməlidir ki, "Məhkəmə və hakimlər haqqında" Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə kassasiya instansiya məhkəməsinin qərarının əsas gətirilməsi zəruri hesab olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2(102)- 1838/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında oxşar mövqedən yanaşılmış, cavabdeh tərəfindən mübahisə predmetini təşkil edən əmlakın qanunsuz istifadəsinə görə əmlakın boşaldılması barədə iddia iddiaçı tərəfin xeyrinə yekunlaşması barədə nəticə əsaslı hesab olunmuşdur. Belə olan halda hesab olunur ki, Naxçıvan şəhəri, 5ci məhəllə (indiki Nəsrəddin Tusi küçəsi) ünvanında olan bina iddiaçıya məxsus olduğundan, həmçinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi hər hansı hüquqi əsas olmadan, sərəncam mövcud olmadan, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 10 yanvar 2007-ci il tarixli 03 nömrəli sərəncamına (əsaslı təmir işləri ilə bağlı) əsaslanmaqla binadan istifadə etməsi bir başa iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Bu səbəbdən də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən əmlakın cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən boşaldılması təmin olunmalıdır. Əmlakın boşaldılması zamanı kompensasiyanın ödənilməsi ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsi mülkiyyətçiyə özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb etmək hüququnu verir. Əmlakın boşaldılması tələb olunan bina iddiaçıya məxsus olduğundan, onun əmlakın cavabdeh tərəfindən zəbt olunduğu tarixdən hazırki günədək götürülməli olduğu gəliri tələb etmək hüququ vardır. Nəzərə alınsa ki, Naxçıvan şəhəri, 5-ci məhəllə (indiki Nəsrəddin Tusi küçəsi) ünvanında olan binanın aylıq kirayə haqqı 4000 manat olduğundan, iddiaçı 17 il qanunsuz istifadə nəticəsində ümumilikdə 816.000 manat (4000 x 204 gəlirdən məhrum olunmuşdur. Belə olan halda, iddiaçı götürməli olduğu gəlirin əvəzini 800.000 manat kompensasiya şəklində tələb etməkdə haqlıdır. İddiaçı vəkil və nümayəndəsi 13 noyabr 2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə iddiaçının iddia ərizəsinə əlavəsini göndərərək, ərizədə mülkiyyətində olan Naxçıvan şəhəri, 5-ci məhəllə (indiki Nəsrəddin Tusi küçəsi) ünvanında yerləşən binanın (qeyri-yaşayış sahəsinin) cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən boşaldılaraq, həmin binanın (qeyri-yaşayış sahəsinin) ona təhvil verilməsinə, eləcə də vurulmuş maddi zərərin əvəzi olaraq 804.000 (səkkiz yüz dörd min) manat məbləğində pulun, vurulmuş mənəvi ziyanın kompensasiyası olaraq 12.000 (on iki min) manat məbləğində pulun, həmçinin tərəfindən dövlət rüsumu kimi ödənilmiş 1108 (bir min bir yüz səkkiz) manatın, ümumilikdə 817.108 (səkkiz yüz on yeddi min bir yüz səkkiz) manatın cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(078)-1234/2023 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, iddia tələbinə İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, 5-ci məhəllə (indiki Nəsrəddin Tusi küçəsi) ünvanında yerləşən binanın (qeyri-yaşayış sahəsinin) cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən boşaldılaraq, həmin binanın (qeyri-yaşayış sahəsinin) iddiaçıya təhvil verilməsi, eləcə də vurulmuş maddi zərərin əvəzi olaraq 804.000 (səkkiz yüz dörd min) manat məbləğində pulun, vurulmuş mənəvi ziyanın kompensasiyası olaraq 12.000 (on iki min) manat məbləğində pulun, həmçinin tərəfindən dövlət rüsumu kimi ödənilmiş 1108 (bir min bir yüz səkkiz) manatın, ümumilikdə 817.108 (səkkiz yüz on yeddi min bir yüz səkkiz) manatın cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən tutularaq iddiaçıya ödənilməsi həddində baxılması qərara alınmışdır. Cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi Nümayəndə 29 sentyabr 2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı kompensasiya ödənilməklə əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə Məhkəməyə müraciət etmişdir. Hazırda mülki iş məhkəmənin icratındadır. İddia ərizəsi və əlavə edilmiş sənədlər onlara təqdim edilmişdir. Qeyd edilən sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı kompensasiya ödənilməklə əmlakın boşaldılması tələbi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri N.Tusi küçəsində yerləşən inzibati binanın boşaldılmasını və dəymiş zərər olaraq 816000 manatın cavabdehdən tutulmasını xahiş edir. İddia tələbini qəbul etmirlər. Belə ki, iddiaçının iddia etdiyi əmlaka dair təqdim etdiyi sənədlər 16 mart 1998-ci il tarixli 001933 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamə və 000161 nömrəli 04 iyun 2002-ci il tarixli “Müəssisə və obyektin texniki pasportu” müvafiq olaraq 1998 və 2002-ci illərdə verilsə də, iddiaçının iddia etdiyi, Naxçıvan Muxtar Respublikası DİN-in mülkiyyətində olan “Xüsusi Təyinatlı Əməliyyat Tağımı”nın binası 2005-ci ildə inşa olunmuşdur. Bu məlumat Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin X3 tərəfindən Naxçıvan Muxtar Respublikası DİN-ə verilmiş 000566 nömrəli 27 avqust 2007-ci il tarixli “Müəssisə və obyektin texniki pasportu”nda öz əksini tapmışdır. Buradan belə nəticəyə gəlmək olar ki, iddiaçının iddia etdiyi əmlakın Naxçıvan Muxtar Respublikası DİN-in mülkiyyətində olan “Xüsusi Təyinatlı Əməliyyat Tağımı”nın binası ilə heç bir bağlılığı yoxdur. Həmçinin tərəflərindən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən alınmış 11 avqust 2023-cü il tarixli, 05/620 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikası DİN-in Xüsusi Təyinatlı Əməliyyat Tağımının inzibati binası Naxçıvan şəhər ərazi vahidinin sərhədləri daxilində, dövlət mülkiyyətində olan, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid ərazidə yerləşir. Yəni binanın yerləşdiyi torpaq sahəsinin də iddiaçı ilə heç bir əlaqəsi yoxdur, onun mülkiyyətində deyildir. İnzibati bina və yerləşdiyi torpaq sahəsi hazırda Dövlət mülkiyyətindədir. Bundan başqa Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin X3 tərəfindən Naxçıvan Muxtar Respublikası DİN-ə verilmiş 000566 nömrəli, 27 avqust 2007-ci il tarixli “Müəssisə və obyektin texniki pasportu”nda “Xüsusi Təyinatlı Əməliyyat Tağımı”nın binasının mülkiyyətçisinin Naxçıvan Muxtar Respublikası DİN olduğu göstərilmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, iddiaçı heç bir əsaslı sübut gətirmədən ona məxsus əmlakın Naxçıvan Muxtar Respublikası DİN tərəfindən zəbt edilməsini iddia edir. Naxçıvan Muxtar Respublikası DİN-in balansına verilmiş bina 2005-ci ildə tikilmiş binadır ki, bu da qeyd olunan tarixdən əvvəlki illərdə tikilmiş, iddiaçının iddia etdiyi mülkiyyətinə aidiyyəti ola bilməz. İddiaçı özünə məxsus olduğunu iddia etdiyi mülkiyyətin aqibəti barədə kifayət qədər dolğun məlumatlar əldə etməməklə subyektiv hüququ olmadan iddia irəli sürmüşdür. X17 Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən alınmış 22 sentyabr 2023-cü il tarixli 05/576 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. Bu məlumat da, İddiaçı subyektiv hüquqları olmadan iddia irəli sürməsini bir daha təsdiq edir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Göstərilənlərə əsasən, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı kompensasiya ödənilməklə binanın boşaldılması tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi Vəkil iddiaçının iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Keçirilən əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahatında ünvanın əvvəl 5-ci məhəllə olduğunu, qeyd olunan binanı 1998-ci ildə aldığını, pulunu tam şəkildə ödəmədiyini, borcu olduğunu və 2002-ci ildə o borcun bitdiyini, şəxsi olaraq istifadəsində olduğunu, mebel istehsal etdiklərini, daha sonra maddi vəziyyətlə əlaqədar olaraq fəaliyyəti dayandırmalı olduqlarını, hətta orada olan əsgərlərə köməklik etdiyini, özünün razılığı olmadan palatka qurduqlarını, daha sonra ona “həyətin yarısı verilib onlara” dediklərini, kompensasiya verəcəklərini ona bildirdiklərini, lakin, heç nə verilmədiyini, Nazirliyə müraciətlər etdiyini, müxtəlif vaxtlarda nazirin qəbulunda olduğunu, lakin nəticəsiz qaldığını, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müxtəlif müvafiq məktub ilə Naxçıvan şəhəri, 5-ci məhəllə ünvanında olan binanın Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 10 yanvar 2007-ci il tarixli, 03 nömrəli sərəncamı ilə onun balansında verildiyini bildirdiyini, halbuki, belə sərəncamın mövcudluğu ilə bağlı hər hansı məlumat aşkar olunmadığını, nəticə etibarilə, mülkinin heç bir əsas olmadan zəbt edildiyini, ona ziyan vurulduğunu, “Aynur” icarə müəssisəsinin 1980-ci ildə tikildiyini, hazır binanı aldıqlarını, qeydiyyatdan keçə bilmədiyini, çünki müraciət etdikdə ona gedib əraziyə baxış keçirilməli olduğunun deyildiyini, lakin əraziyə yaxınlaşa bilmədiklərini, yazılı müraciət etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında Mülki Məcəllənin 153-cü maddəsinə əsasən, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olmayaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətlərinin yalnız qanunla müəyyənləşdirilə biləcəyini, cavabdeh tərəfin əmlakın hal-hazırda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mülkiyyətində olduğunu qeyd etdiyini, mübahisə olunan əmlakın iddiaçının mülkiyyətində olduğunun müəyyən olunduğunu, şəxsə əmlakın əvəzi olaraq kompensasiya ödənilməli olduğunu, lakin hər hansı ödəniş edilmədiyini, iddiaçının əmlakına müdaxilə edildiyini, bunun da istər milli, istərsə də beynəlxalq qanunvericiliyə zidd olduğunu, ona görə də şəxsin mülkiyyət hüququnun pozulduğunu hesab etdiklərini, buna əsasən də şəxsin hüquqlarının bərpa edilib ona dəyən ziyanın dəyərinin ödənilməli olduğunu, məhkəməyə müvafiq şədahətnamə təqdim etdiklərini və həmin sənədin əmlak üzərində mülkiyyət hüququnu təsdiqlədiyini, iddiaçının bu günədək kompensasiya tələb edə bilməməsinin bəzi obyektiv və subyektiv halları olduğunu, 05 aprel 2024-cü il tarixə təyin edilmiş yerində baxış prosesində iddiaçının nümayəndəsinin iştirakına DİN tərəfindən maneə yaradıldığını, iddiaçının qardaşının DİN tərəfindən qanunsuz olaraq saxlanıldığını, məhkəməyə təqdim etdikləri iddia ərizəsində və iddia ərizəsinə əlavədə də qeyd etdikləri kimi Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi ilə İddiaçı arasında bağlanmış 29 avqust 1997-ci il tarixli, 235 saylı “müəssisənin alqı-satqısı” müqaviləsinə əsasən “Aynur” icarə müəssisəsinin əmlakının 78145460 (yetmiş səkkiz milyon yüz qırx beş min dörd yüz altmış) manat qiymətə İddiaçı satıldığını, bundan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 29 sentyabr 1997-ci il tarixli, 212 saylı Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası ƏMX “Araz” assosasiyasının nəzdindəki “Aynur” icarə müəssisəsinin “Özəlləşdirilən dövlət mülkiyyətinin qiymətləndirilməsinə dair metodik göstərişlərə və Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 17 mart 1997-ci il tarixli 45 saylı əmrinə uyğun olaraq start qiymətinin 78145460 (yetmiş səkkiz milyon yüz qırx beş min dörd yüz altmış) manat məbləğində qiymətləndirildiyini, İddiaçı adına özəlləşdirildiyini, Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnaməyə əsasən “Aynur” icarə müəssisəsinin əmlakının mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alındığını, həmçinin sözügedən əmlaka dair İddiaçı adına xx.xx.2002-ci il tarixli, 000161 saylı Texniki Pasport da tərtib edildiyini, iddia ərizəsində də qeyd etdikləri kimi iddiaçının razılığı alınmadan, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir hüquqi əsas olmadan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin həmin əmlakları zəbt edərək uzun müddət ərzində iddiaçının mülkiyyətində olan əmlaklardan istifadə etməsi ilə bağlı maneə yaratdığını, bununla da ona həm maddi, həm də mənəvi zərər vurulduğunu, iddiaçı tərəfindən Naxçıvan şəhəri, 5-ci məhəllə (indiki Nəsrəddin Tusi küçəsi) ünvanında olan ona məxsus binanın boşaldılması, həmçinin 17 il ərzində ona dəymiş ziyanın, o cümlədən əldən çıxmış faydanın ödənilməsi ilə bağlı cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə müraciət edilsə də, müraciətinə hər hansı bir cavab verilmədiyini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi akt olduğunu, həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatının öz hüquqi qüvvəsini saxladığını, cavabdeh tərəfin məhkəməyə verdiyi iddia ərizəsinə etirazda Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin X3 tərəfindən Naxçıvan Muxtar Respublikası DİN-ə verilmiş 000566 nömrəli 27 avqust 2007-ci il tarixli “Müəssisə və obyektin texniki pasportun”da “Xüsusi Təyinatli Əməliyyat Tağımı”nın binasının mülkiyyətçisinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi olduğunu qeyd edərək, Naxçıvan Muxtar Respublikası DİN-in balansına verilmiş binanın 2005-ci ildə tikildiyini və həmin binanın iddiaçının iddia etdiyi mülkiyyətinə heç bir aidiyyatının olmadığını qeyd etdiyini, lakin cavabdeh tərəfindən qeyd olunan halları təsdiq edəcək hər hansı bir sübutun məhkəməyə təqdim edilmədiyini, əksinə tərəfindən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə “Naxçıvan şəhəri, 5-ci məhəllə ünvanındakı əmlaka dair Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin adına verilmiş 000566 saylı Texniki Pasportun hansı hüquq müəyyənedici sənədlər əsasında verilməsi barədə məlumat verilməsi, həmçinin Texniki Pasportun verilməsi üçün əsas olan sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətlərinin onlara göndərilməsinin təmin edilməsi barədə verdiyi sorğuya verilmiş 13 noyabr 2023-cü il tarixli cavab məktubunda bu barədə Xidmətin informasiya bazasında məlumat mövcud olmadığının göstərildiyini, analoji sorğuya Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 18 dekabr 2023-cü il tarixli cavab məktubunda da bu barədə Nazirlikdə hər hansı bir məlumatın olmadığının müəyyən edildiyinin göstərildiyini, iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən İddiaçı müraciətinə verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda mübahisə predmeti olan sözügedən binada Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yalnız əsaslı təmir işlərinin aparıldığı və təmir işlərinin təhvil verilməsi ilə əlaqədar xərclənmiş vəsaitin dəyəri olaraq Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinin balansına verildiyinin göstərildiyini, tərəflərindən məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus 000161 saylı X13 Pasportun hazırlanması üçün əsas olan sənədlərin siyahısının, yəni Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 29 sentyabr 1997-ci il tarixli 212 saylı Sərəncamı, Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 16 mart 1998-ci il tarixli 001933 saylı Şəhadətnaməsi və Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 29 avqust 1997-ci il tarixli 235 saylı müqaviləsinin də göstərildiyini, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin adına verilmiş 000566 saylı Texniki Pasportun hazırlanması üçün əsas olan sənədlərin siyahısında isə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin № 1/1477, xx.xx.2007-ci il tarixli məktubunun göstərildiyini, sadalanan sübutlardan cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin hazırda məskunlaşdığı binaya dair hər hansı bir hüququnun mövcud olmadığı və iddiaçıya məxsus əmlakda məskunlaşdığının açıq-aşkar olduğunu, lakin məlum olduğu kimi Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edildiyini, sözügedən ekspertiza təyin edilməsi barədə qərardad əsasında verilmiş ekspert rəyi ilə qərardadda qoyulmuş suallara tamamilə əsassız cavablar verildiyini, əslində verilmiş ekspert rəyi ilə ekspertiza qarşısında qoyulmuş suallara ümumiyyətlə cavab verilmədiyini, bundan başqa cavabdeh tərəfdən fərqli olaraq tərəflərindən iddiaçının mülkiyyətində olan Naxçıvan şəhəri 5-ci məhəllə (indiki Nəsrəddin Tusi küçəsi) ünvanında yerləşən binanın (qeyri-yaşayış sahəsinin) (əvvəlki Aynur müəssisəsinin) Baş planı, eləcə də qeyri-yaşayış sahəsinin 1-ci və 2-ci mərtəbələrinin sxematik planları və s. sənədlərin məhkəməyə təqdim edilməsinə baxmayaraq, həmin sənədlərə ümumiyyətlə istinad edilmədiyini, ekspert rəyində əsassız olaraq guya iddiaçıya məxsus obyektin yerinin müəyyən edilməsinin mümkün olmadığının qeyd edildiyini, verilmiş ilkin ekspert rəyinin əsassızlığı ilə bağlı dəlillərinin məhkəmə tərəfindən əsaslı hesab edilərək, iş üzrə təkrar məhkəmə tikinti ekspertizasının təyin edildiyini, lakin əvvəl olduğu kimi təkrar ekspertiza keçirilərkən də tədqiqat obyektinə baxış keçirilməsi zamanı iştiraklarının təmin edilmədiyini, belə ki, ekspert Teymur Məmmədov tərəfindən tədqiqat obyektinə 08 avqust 2024-cü il tarixdə saat 11:00-da baxış keçirilməsi barədə verilmiş vəsatətin elektron kabinetə 08 avqust 2024-cü il tarixdən çox sonra yerləşdirildiyini, tədqiqat obyektinə baxış keçirilməsi nəzərdə tutulan növbəti tarix barədə də məhkəmə tərəfindən onlara hər hansı bir rəsmi məlumat verilmədiyini, beləliklə də, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı əsasında təyin edilmiş təkrar tikinti-texniki ekspertizası əsasında verilmiş ekspert rəyi ilə qərardadda qoyulmuş suallara yenidən tamamilə əsassız cavablar verildiyini, 09 yanvar 2025-ci il tarixli ekspert rəyindən də ekspertin hazırki mülki iş üzrə əvvəl verilmiş ekspert rəyini demək olar ki, eynilə olduğu kimi verdiyi rəyə köçürməklə işini bitmiş hesab etdiyini, sonuncu verilmiş ekspert rəyinin verilmiş ilkin ekspert rəyi ilə eyni olduğunu, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyinin məhkəmədə tədqiq olunduğunu və digər sübutlarla yanaşı qiymətləndirildiyini, həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyinin məhkəmə üçün məcburi olmadığını və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirildiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə göndərdikləri etirazın üzərində dayandıqlarını, iddiaçının iddia etdiyi əmlakın ona məxsus olmasını təsdiq edən hər hansı sənəd olmadığını, 2002-ci ildə İddiaçı sonuncu sənəd verildiyini, özəlləşdirməyə dair şəhadətnamənin də ondan bir neçə il əvvəl verildiyini, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mülkiyyətində olan əmlaka isə 2007-ci ildə şəhadətnamə verildiyini, 2005-ci ildə tikilmiş bina olduğunu, 2005-ci ildə tikilən binaya da tikildiyi tarixdən əvvəlki tarixlərdə sənədin əlbəttə ki, verilə bilməyəcəyini, Naxçıvanda yenidənqurma və abadlıq işlərinin kütləvi şəkildə aparıldığını, bəlkə də iddiaçının qeyd etdiyi binanın olduğunu, lakin daha sonra söküldüyünü, ancaq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin hal-hazırda mülkiyyətində olan binanın 2007-ci ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 2007-ci ildə sərəncam və aktla təhvil verildiyini, həmçinin parametr ölçülərində də fərqliliklər olduğunu, bu nöqteyi-nəzərlərdən yanaşaraq qeyd olunan bina ilə hal-hazırda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mülkiyyətində olan binanın eyni olmadığını, X17 Respublikası Daxili İşlər Nazirliyinə həmin binanın təhvil verildiyini, yəni Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kimisə mülkiyyətində olan binadan çıxarmadığını, bu gün elə bir hal mövcud olsa belə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ona cavabdeh olmadığını, iddia müddətinin kompensasiya tələbi hissəsində ötürüldüyünü, texniki pasportun əmlakın Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mülkiyyətində olmasını təsdiq etdiyini, sərəncamın mövcud olmadığını, bununla da bağlı sorğu verildiyini və həmin tikintinin altındakı sahənin dövlət mülkiyyətində olan torpaq sahəsi olduğunun müəyyən olunduğunu, layihənin özlərində mövcud olmadığını, özlərinə aktla təhvil verildiyini, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən heç birinin iddiaçının mülkiyyətində olduğunu qeyd etdiyi binanın Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin “Xüsusi Təyinatlı Əməliyyat Tağımı”nın inzibati binası olmasını təsdiq etmədiyini, ekspert rəyinin də bunu təsdiq etmədiyini, texniki pasportda binanın tikildiyi ilin göstərildiyini, Arxitektura komitəsinin verdiyi məktubda 2007-ci ildə tikinti işlərinin aparıldığının qeyd edildiyini, 2005-ci ildə tikildiyinin sənədlərdən göründüyünü, iddiaçının mülkiyyətində olduğunu qeyd etdiyi 1998-ci ildə tikilən binanın 2008-ci ildə özəlləşdirilməsinin mümkün olmadığını, Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən alınmış məktubda Naxçıvan Muxtar Respublikasında İddiaçı adına ümumiyyətlə heç vaxt daşınmaz əmlak olmadığının göründüyünü, yəni iddiaçının subyektiv hüququ olmadığını, iddiaçının dövlət əmlakına qarşı iddia qaldırdığını, həmin binanın yerləşdiyi torpaq sahəsinin ümumiyyətlə şəxsi istifadədə olan torpaq sahəsi olmadığını, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin “Xüsusi Təyinatlı Əməliyyat Tağımı”nın inzibati binasının mülkiyyət hüququnu və istifadə hüququnu təsdiq edən rəsmi sənəd olan texniki pasportla istifadələrində olduğunu, iddiaçının iddia etdiyi binanın dövlət reyestri və kadastrında görünməli olduğunu, ancaq görünmədiyini, 2006-cı ildən əvvəlki əmlakların da qeydə alındığını, iddiaçının iddia etdiyi əmlakın Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin “Xüsusi Təyinatlı Əməliyyat Tağımı”nın inzibati binası ilə üst-üstə düşməsini təsdiq edən heç bir sənəd olmadığını, məhkəmə araşdırması zamanı binaya baxış keçiriləcəyi zaman iddiaçı tərəfin bu barədə məlumatlı olduğunu, ancaq iştirak etmədiklərini, iddiaçı tərəfin sadəcə olaraq qeyri-obyektiv rəy verilməsi üçün ekspertə əvvəlcədən müraciət etdiklərini, ekspertin qəbul etmədiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 09 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X8 izahatında fikirlərini məhkəməyə göndərilən etirazda da bildirdiklərini, İddiaçı adına qeydə alınan hər hansı əmlak mövcud olmadığını, həmçinin iddiaçının iddia etdiyi əmlakın Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mülkiyyətində olan “Xüsusi Təyinatlı Əməliyyat Tağımı”nın binası ilə heç bir bağlılığı olmadığını, əlavə olaraq, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən alınmış 11 avqust 2023-cü il tarixli, 05/620 nömrəli məktubdan da Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin “Xüsusi Təyinatlı Əməliyyat Tağımı”nın inzibati binasının Naxçıvan şəhər ərazi vahidinin sərhədləri daxilində, dövlət mülkiyyətində olan, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid ərazidə yerləşdiyinin göründüyünü, yəni binanın yerləşdiyi torpaq sahəsinin də iddiaçı ilə heç bir əlaqəsi olmadığını, onun mülkiyyətində olmadığını, inzibati bina və yerləşdiyi torpaq sahəsinin hazırda dövlət mülkiyyətində olduğunu, bu gün iddia qaldırmağa iddiaçının heç bir hüququ olmadığını bildirmişdir. 27 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən ekspert X15 izahatında qoyulmuş suallara əsasən ekspert rəyi tərtib olunduğunu, torpaq sahəsinin şəxsə məxsusluğu ilə bağlı Daşınmaz Əmlakın dövlət reyestr bazasında məlumat mövcud olduğunu, həmin məlumatın müəyyən edilməsi üçün vəsatət qaldırıldığını, vəsatət əsasında verilmiş mütəxəssis rəyinə əsasən də rəy tərtib olunduğunu, rəydə göstərilən baxışın tarixinin iş çoxluğu ilə əlaqədar texniki səhvlik nəticəsində yanlış göstərildiyini, 05 aprel tarixində baxış keçirildiyini, 5-ci məhəllə olmalı olduğunu, Daxili İşlər Nazirliyinin binası olduğunu, məhkəmə nümayəndələrinin, mütəxəssisin, DİN əməkdaşının iştirak etdiklərini, mütəxəssislə bərabər onların göstərdiyi ərazi və binaya baxış keçirildiyini, qeyd edilən binanın daxilində də baxış keçirildiyini, rəydə də geniş şəkildə qeyd olunduğunu, təyinatı barəsində heç nə bilmədiyini, rəyini mütəxəssis rəyinə əsasən verdiyini, binanın eni, uzunu, hündürlüyünün ölçüldüyünü, ekspertiza aparılarkən mülki iş materiallarında olan bütün sənədlərə baxıldığını, əsas sənədin texniki pasport olduğunu, mülki iş materiallarının hamısının təqdim olunduğunu, qeyd edilən binanın əvvəl kimə məxsus olması ilə bağlı heç məlumatı olmadığını, Daşınmaz Əmlakın rəy verdiyi sənədlərlə tanış olmadığını, özlərinin səlahiyyətində olmadığını, Arxitektura Komitəsindən layihə istədiyini, lakin bazalarında mövcud olmadığı üçün heç bir layihə təqdim edilmədiyini, iddiaçının iştirakı edib-etməməsinin rəyin nəticəsinə təsir etmədiyini bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Naxçıvan şəhəri, 5-ci məhəllə (yeni N.Tusi) ünvanında yerləşən “Aynur” icarə müəssisəsi mebel təmiri sexinin xx.xx.1998-ci il tarixli “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnaməyə əsasən “Aynur” icarə müəssisəsinin əmlakı mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınmışdır. Lakin 06 iyul 2006-ci ildə heç bir xəbərdarlıq olmadan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi onun əmlakını öz istifadəsinə götürmüşdür. xx.xx.2023-ci il tarixdə ona ünvanlanan məktubuna, Nazirliyin xx.xx.2023-ci il tarixli, 8/495-A-613 cavab məktubunda bildirilir ki, onun mülkiyyətində olan qeyri-yaşayış sahəsi Daxili İşlər Nazirliyin balansına, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 04 nömrəli xx.xx.2007-ci il tarixli sərəncamına əsasən verilib. X25 Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Naxçıvan İnzibati Məhkəməsinə və ona göndərilən rəsmi cavab olaraq bildirilir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 04 nömrəli xx.xx.2007-ci il tarixli sərəncamı yalnız inzibati binanın təmiri ilə bağlıdır və Daxili İşlər Nazirliyinin balansına inzibati bina verilməyib. Onun mülkiyyətində olan Naxçıvan şəhəri, 5-ci məhəllə ünvanında olan (yeni N.Tusi) binanın Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyin balansına verilməsinə əsas olan sənədin təsdiqlənmiş surətinin təqdim edilməsini xahiş etmiş, əks təqdirdə onun mülkiyyətində olan binanın boşaldılmasını təmin etmək və 17 il ərzində ona dəyən ziyanın və əldən çıxmış faydanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli məktubdan görünür ki, sözügedən binada Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yalnız əsaslı təmir işləri aparılmış və təmir işlərinin təhvil verilməsi ilə əlaqədar xərclənmiş vəsait dəyər olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin balansına verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 18 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı qeyd etdiyi əmlak Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 10 yanvar 2007-ci il tarixli, 03 nömrəli sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin balansına verilmişdir. İddia ərizəsinə əlavə edilmiş X3 tərəfindən verilmiş 04 iyun 2002-ci il tarixli, 000161 nömrəli müəssisə və obyektin texniki pasportundan görünür ki, Naxçıvan şəhəri, 5-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 785.8 m2, əsas sahəsi 439.5 m2 və köməkçi sahəsi 346.3 m2 olan “Aynur” icarə müəssisəsinin icarəçisi İddiaçıdur. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş 001933 nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, “Aynur” icarə müəssisəsinin icarəçilərinin vəkil etdiyi şəxs- İddiaçı “Aynur” icarə müəssisəsinin əmlakını qüvvədə olan qanunvericilik əsasında satın almışdır. İş materiallarına əlavə edilmiş X3 tərəfindən verilmiş 27 avqust 2007-ci il tarixli, 000566 nömrəli müəssisə və obyektin texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan şəhərində yerləşən ümumi sahəsi 890.5 m2, əsas sahəsi 444.8 m2 və köməkçi sahəsi 445.7 m2 olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı dəstəsinin icarəçisi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Əməliyyat Tağımının inzibati binası Naxçıvan şəhər ərazi vahidinin sərhədləri daxilində, dövlət mülkiyyətində olan, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid ərazidə yerləşir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 22 sentyabr 2023-cü il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş X14 Naxçıvan MR Naxçıvan şəhər üzrə X14 tərəfindən verilmiş 06 yanvar 1997-ci il tarixli məktubun surətindən görünür ki, “Aynur” icarə müəssisəsinin 01 yanvar 1997-ci il tarixə Naxçıvan şəhər X11 heç bir vergi borcu yoxdur. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası ƏMX “Araz” Assossasiyası tərəfindən verilmiş 07 may 1997-ci il tarixli məktubun surətindən görünür ki, assossasiyanın tabeliyində fəaliyyət göstərən mebel sexi və həyətyanı sahə 1990-cı ildən “Aynur” icarə müəssisəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilmiş 02 iyul 2002-ci il tarixli arayışdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 14 dekabr 1996-cı il tarixli 14 saylı Sərəncamı ilə Naxçıvan şəhəri «Aynur» icarə müəssisəsində İddiaçı adına özəlləşdirilmiş mebel təmiri sexinin avadanlığının dəyəri tam ödənilmiş və borcu yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilmiş 18 iyul 2002-ci il tarixli arayışdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 29 sentyabr 1997-ci il tarixli, 212 saylı sərəncamı ilə İddiaçı adına özəlləşdirilən Naxçıvan Muxtar Respublikası ƏMX «Araz» assossasiyasının nəzdindəki «Aynur» icarə müəssisəsinin dəyəri tam ödənilmiş və borcu yoxdur. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Sədrinin 10 yanvar 2007-ci il tarixli, 03 nömrəli sərəncamının surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2001-ci il 26 oktyabr tarixli, 3/716 nömrəli məktubuna əsasən Naxçıvan Muxtar Respublikası DİN Xüsusi Təyinatlı Bölüyün inzibati binasının əsaslı təmiri ilə əlaqədar təhvil verilməsi məqsədilə Komissiyanın Sədri-Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Sədr müavini X7, Komissiyanın üzvləri-Naxçıvan şəhər Abadlıq və Təmir Tikinti İdarəsinin rəisi X9, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparıcı məsləhətçisi X16, Naxçıvan Muxtar Respublikası DİN Xüsusi Təyinatlı Bölüyün X1 və Naxçıvan şəhər icra Hakimiyyətində şöbə müdiri baş memar X10 ibarət tərkibdə komissiya yaradılması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Əmlak Komitəsinin sədrinin 29 sentyabr 1997-ci il tarixli sərəncamında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramının icrasını təmin etmək məqsədilə “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” əsasnamənin 12-ci bəndinə uyğun «Aynur» icarə müəssisəsinin özəlləşdirilməsinə dair sənədlər toplusu nəzərə alınsın. Naxçıvan Muxtar Respublikası “Araz” assossasiyasının nəzdindəki «Aynur» icarə müəssisəsi, Özəlləşdirilən dövlət mülkiyyətinin qiymətləndirilməsinə dair metodik göstərişlərə və Azərbaycan Respublikası DƏK 17 mart 1997-ci il tarixli, 45 saylı əmrinə uyğun olaraq start qiyməti 78145460 (yetmiş səkkiz milyon yüz qırx beş min dörd yüz altmış) manat məbləğində qiymətləndirilib, icarəçilərin vəkil etdiyi İddiaçı adına özəlləşdirilsin və ona sahibkarlıq haqqında şəhadətnamə verilsin”. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli məktubun surətindən görünür ki, Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının invertarlaşdırılması və qeydiyyatının aparılması Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Naxçıvan şəhəri, 5-ci məhəllədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin adına verilmiş 000566 inventar nömrəli texniki pasport Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verildiyindən texniki pasportun verilməsi üçün əsas olan sənədlərlə bağlı Xidmətin informasiya bazasında məlumat mövcud deyil. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 18 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Nazirliyin arxivində sənədlər araşdırılmış və Naxçıvan şəhəri, 5-ci məhəllə ünvanında yerləşən əmlaka dair Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin adına verilmiş 000566 nömrəli texniki pasportun hansı hüquq müəyyənedici sənədlər əsasında verilməsi barədə Nazirlikdə hər hansı məlumatın olmadığı müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş 30 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Dövlət Əmlak məsələlərinə dair sənədlər, habelə texniki pasportların verilməsi üçün əsas olan sənədlər Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 08 aprel 2024-cü il tarixli məktubdan görünür ki, Komitənin müraciətinə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən təqdim olunmuş məktubda Naxçıvan şəhər 5-ci məhəllə (indiki Nəsrəddin Tusi küçəsi) ünvanında yerləşən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Əməliyyat Tağımının inzibati binasında 2007-ci ildə aparılan əsaslı təmir işlərinə dair (layihə sənədləri, plan, sxem, eskiz, cizgi və s.) hər hansı sənədlərin mövcud olmadığı bildirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli məktubun surətindən görünür ki, Naxçıvan şəhər 5-ci məhəllə (indiki Nəsrəddin Tusi küçəsi) ünvanında yerləşən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Əməliyyat Tağımının inzibati binasında aparılmış təmir-tikinti işləri ilə əlaqədar layihə sənədləri (plan, sxem, eskiz, cizgi və s.) mövcud deyil. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs Yerquruluşu, xəritəçəkmə və kadastr işinin təşkili sektorunun müdiri tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qarşı kompensasiya ödənilməklə əmlakın boşaldılması tələbinə dair mülki iş üzrə verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin adına tərtib edilmiş 000566 saylı texniki pasportda göstərilən əmlakın naturada harada yerləşməsi ilə bağlı qeyd olunur ki, Xidmətin məlumat bazasında və rəqəmsal kadastr xəritəsində Naxçıvan Muxtar Respublikasının Daxili işlər Nazirliyinin Xüsusi Təyinatlı Əməliyyat Tağımının inzibati binasının yerləşdiyi ərazi Naxçıvan şəhər ərazi vahidinin sərhədləri daxilində, dövlət mülkiyyətində olan, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnaməyə və xx.xx.2002-ci il tarixli, 000161 saylı texniki pasporta əsasən İddiaçı məxsus əmlakın naturada harada yerləşməsi, eyni zamanda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin adına tərtib edilmiş 00056 saylı texniki pasportda göstərilən əmlakın naturada yeri ilə Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnaməyə və xx.xx.2002-ci il tarixli, 000161 saylı texniki pasporta əsasən İddiaçı məxsus əmlakın yeri ilə üst-üstə düşüb-düşməməsi məsələsi texniki vasitələr və mövcud sənədlər əsasında dəqiqləşdirilmişdir. Məlum olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına Naxçıvan şəhərində daşınmaz əmlak qeydiyyata alınmadığından, Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş 000161 saylı texniki pasportda obyektin (tikilinin və onun yerləşdiyi torpaq sahəsinin) yerləşdiyi ərazinin coğrafi koordinatları, yerləşmə mövqeyi və.s zəruri məlumatlar dəqiq və aydın göstərilmədiyindən, eləcə də həmin ərazinin ətraf sahələrində olan qonşu torpaq istifadəçiləri də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından mübahisə predmeti olan obyektin (tikilinin) və onun yerləşdiyi torpaq sahəsinin dəqiq yerinin və həmin ərazi ilə üstüstə düşüb-düşməməsini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Məhkəmə iş materiallarını təhlil edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində mülkiyyətində olan Naxçıvan şəhəri, 5-ci məhəllə (indiki Nəsrəddin Tusi küçəsi) ünvanında yerləşən binanın (qeyri-yaşayış sahəsinin) cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən boşaldılaraq, həmin binanın (qeyri-yaşayış sahəsinin) iddiaçıya təhvil verilməsini istədiyini qeyd etmişdir. Həmçinin iddiaçı və iddiaçının vəkil və nümayəndəsi iddia ərizəsində və məhkəməyə verdiyi izahatlarında Naxçıvan şəhəri, 5-ci məhəllə (indiki Nəsrəddin Tusi küçəsi) ünvanında yerləşən binanın iddiaçıya məxsus olduğunu, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin həmin binanı zəbt etdiyini qeyd etsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş üzrə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin adına tərtib edilmiş 000566 saylı Texniki Pasportda göstərilən əmlakın naturada yerinin Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1998ci il tarixli “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnaməyə və xx.xx.2002-ci il tarixli 000161 saylı Texniki Pasporta əsasən İddiaçı məxsus əmlakın yeri ilə üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməsi məqsədilə Naxçıvan Şəhər Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(078)-1234/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilərək, ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2024-cü il tarixli, 26 nömrəli məhkəmə ekspertizasına dair rəydə qeyd olunmuşdur ki, məhkəmənin ekspertiza tədqiqatına təqdim etdiyi Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs Yerquruluşu, xəritəçəkmə və kadastr işinin təşkili sektorunun müdiri S.Əliyevin şəxsi imzası ilə təsdiq edilmiş mütəxəssis rəyində, baxış zamanı eləcədə mülki iş materiallarında olan zəruri məlumatlara əsasən Xidmətin məlumat bazasında və rəqəmsal kadastr xəritəsində Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Əməliyyat Tağımının inzibati binasının yerləşdiyi ərazi Naxçıvan şəhər ərazi vahidinin sərhədləri daxilində, dövlət mülkiyyətində olan, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs Yerquruluşu, xəritəçəkmə və kadastr işinin təşkili sektorunun müdiri S.Əliyevin şəxsi imzası ilə təsdiq edilmiş mütəxəssis rəyinə istinadən Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnaməyə və xx.xx.2002-ci il tarixli 000161 saylı texniki pasporta əsasən İddiaçı məxsus əmlakın naturada harada yerləşməsi, eyni zamanda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin adına tərtib edilmiş 000566 saylı texniki pasportda göstərilən əmlakın naturada yeri ilə Naxçıvan Muxtar-Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnaməyə və xx.xx.2002-ci il tarixli 000161 saylı texniki pasporta əsasən İddiaçı məxsus əmlakın yeri ilə üst-üstə düşüb-düşməməsi məsələsi texniki vasitələr və mövcud sənədlər əsasında dəqiqləşdirilmişdir. Məlum olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına Naxçıvan şəhərində daşınmaz əmlak qeydiyyata alınmadığından, Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş 000161 saylı texniki pasportda obyektin (tikilinin və onun yerləşdiyi torpaq sahəsinin) yerləşdiyi ərazinin coğrafi koordinatları, yerləşmə mövqeyi və.s zəruri məlumatlar dəqiq və aydın göstərilmədiyindən, eləcə də həmin ərazinin ətraf sahələrində olan qonşu torpaq istifadəçiləri də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından mübahisə predmeti olan obyektin (tikilinin) və onun yerləşdiyi torpaq sahəsinin dəqiq yerinin və həmin ərazi ilə üst-üstə düşüb-düşməməsini dəqiqliklə müəyyən etmək mümkün deyildir. İddiaçı tərəf Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2024-cü il tarixli, 26 nömrəli ekspert rəyi ilə razı olmadığından Naxçıvan Şəhər Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(078)-26/2024 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2025-ci il tarixli, 10/5711 nömrəli məhkəmə ekspertizasına dair rəydə qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs Yerquruluşu, xəritəçəkmə və kadastr işinin təşkili sektorunun müdiri S.Əliyevin şəxsi imzası ilə təsdiq edilmiş mütəxəssis rəyinə əsasən, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Əməliyyat Tağımının inzibati binasının yerləşdiyi ərazi Naxçıvan şəhər ərazi vahidinin sərhədləri daxilində, dövlət mülkiyyətində olan, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs Yerquruluşu, xəritəçəkmə və kadastr işinin təşkili sektorunun müdiri S.Əliyevin şəxsi imzası ilə təsdiq edilmiş mütəxəssis rəyinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına Naxçıvan şəhərində daşınmaz əmlak qeydiyyata alınmadığından, Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş 000161 saylı texniki pasportda obyektin (tikilinin və onun yerləşdiyi torpaq sahəsinin) yerləşdiyi ərazinin coğrafi koordinatları, yerləşmə mövqeyi və.s zəruri məlumatlar dəqiq və aydın göstərilmədiyindən, eləcə də həmin ərazinin ətraf sahələrində olan qonşu torpaq istifadəçiləri də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından mübahisə predmeti olan obyektin (tikilinin) və onun yerləşdiyi torpaq sahəsinin dəqiq yerinin və həmin ərazi ilə üst-üstə düşüb-düşməməsini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Yuxarıda qeyd edilən ekspert rəylərindən də görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş 000161 saylı texniki pasportda göstərilən obyekt İddiaçı adına Naxçıvan şəhərində daşınmaz əmlak qeydiyyata alınmadığından, yerləşdiyi ərazinin coğrafi koordinatları, yerləşmə mövqeyi və.s zəruri məlumatlar dəqiq və aydın göstərilmədiyindən, eləcə də həmin ərazinin ətraf sahələrində olan qonşu torpaq istifadəçiləri də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından mübahisə predmeti olan obyektin (tikilinin) və onun yerləşdiyi torpaq sahəsinin dəqiq yerinin və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Əməliyyat Tağımının inzibati binasının ərazisi ilə üst-üstə düşüb-düşməməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan sübutları əlaqəli formada tədqiq edərək məhkəmə belə qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin adına tərtib edilmiş 000566 saylı Texniki Pasportda göstərilən əmlakın naturada yerinin Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnaməyə və xx.xx.2002-ci il tarixli, 000161 saylı Texniki Pasporta əsasən İddiaçı məxsus əmlakın yeri ilə üst-üstə düşübdüşmədiyinin ekspert rəyləri ilə müəyyən edilə bilməmiş və iddiaçı tərəfindən qeyd edilən əmlakların yerlərinin üst-üstə düşməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qeyd edir ki, iddiaçı Naxçıvan şəhəri, 5-ci məhəllə (indiki Nəsrəddin Tusi küçəsi) ünvanında yerləşən binanın (qeyri-yaşayış sahəsinin) cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən boşaldılaraq, həmin binanın (qeyri-yaşayış sahəsinin) iddiaçıya təhvil verilməsi üçün sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da bununla bağlı əsaslar aşkarlanmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki-Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi Naxçıvan şəhəri, 5-ci məhəllə (indiki Nəsrəddin Tusi küçəsi) ünvanında yerləşən binanın (qeyri-yaşayış sahəsinin) cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən boşaldılaraq, həmin binanın (qeyri-yaşayış sahəsinin) iddiaçıya təhvil verilməsinə dair hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, İddiaçı iddia tələbi Naxçıvan şəhəri, 5-ci məhəllə (indiki Nəsrəddin Tusi küçəsi) ünvanında yerləşən binanın (qeyri-yaşayış sahəsinin) cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən boşaldılaraq, həmin binanın (qeyri-yaşayış sahəsinin) iddiaçıya təhvil verilməsinə dair hissədə rədd edilməli olduğundan, həmçinin işin məhkəmə araşdırması zamanı iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 804.000 (səkkiz yüz dörd min) manat və vurulmuş mənəvi ziyanın kompensasiyası olaraq 12.000 (on iki min) manat olmaqla, ümumilikdə 816.000 (səkkiz yüz on altı min) manat məbləğində pulun cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən tutularaq İddiaçı ödənilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə də rədd edilməlidir. Yekunda məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı Naxçıvan şəhəri, 5-ci məhəllə (indiki Nəsrəddin Tusi küçəsi) ünvanında yerləşən binanın (qeyri-yaşayış sahəsinin) cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən boşaldılaraq, həmin binanın (qeyri-yaşayış sahəsinin) iddiaçıya təhvil verilməsi, iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 804.000 (səkkiz yüz dörd min) manat və vurulmuş mənəvi ziyanın kompensasiyası olaraq 12.000 (on iki min) manat olmaqla, ümumilikdə 816.000 (səkkiz yüz on altı min) manat məbləğində pulun cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 1106 (bir min bir yüz altı) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia rədd edilməli olduğundan məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat İddiaçı tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və təkrar məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı Naxçıvan şəhəri, 5-ci məhəllə (indiki Nəsrəddin Tusi küçəsi) ünvanında yerləşən binanın (qeyri-yaşayış sahəsinin) cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən boşaldılaraq, həmin binanın (qeyri-yaşayış sahəsinin) iddiaçıya təhvil verilməsi, iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 804.000 (səkkiz yüz dörd min) manat və vurulmuş mənəvi ziyanın kompensasiyası olaraq 12.000 (on iki min) manat olmaqla, ümumilikdə 816.000 (səkkiz yüz on altı min) manat məbləğində pulun cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli; -iddia rədd edilməli olduğundan məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat İddiaçı tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli; -iddia rədd edilməli olduğundan təkrar məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətеtdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı Naxçıvan şəhəri, 5-ci məhəllə (indiki Nəsrəddin Tusi küçəsi) ünvanında yerləşən binanın (qeyri-yaşayış sahəsinin) cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən boşaldılaraq, həmin binanın (qeyri-yaşayış sahəsinin) iddiaçıya təhvil verilməsi, iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 804.000 (səkkiz yüz dörd min) manat və vurulmuş mənəvi ziyanın kompensasiyası olaraq 12.000 (on iki min) manat olmaqla, ümumilikdə 816.000 (səkkiz yüz on altı min) manat məbləğində pulun cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia rədd edildiyindən məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat İddiaçı tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia rədd edildiyindən təkrar məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar