Məhkəmə qərarları › İş №2(078)-607/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-607/2022

01.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-607/2022 01.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 Rəşı̇ d oğlunun və Hacıyeva Sahı̇ lə Fərhad qızının Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 Rəşı̇ d oğlu və Hacıyeva Sahı̇ lə Fərhad qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Əbdülqasım qızından fərdi yaşayış evinin nisyə alqı-satqısı haqqında bağlanmış müqaviləyə əsasən cavabdehə iddiaçılar tərəfindən ödənilmiş 28000 (iyirmi səkkiz min) manat pul məbləğinin və 174 (bir yüz yetmiş dörd) manat dövlət rüsumunun, ümumilikdə 28174 (iyirmi səkkiz min yüz yetmiş dörd) manat pulun alınıb onlara verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı1 Rəşı̇ d oğlu iddianı müdafiə edərək bildirmişdir ki, o, cavabdehlə şifahi qaydada razılaşıb ev alıb. Sazişə əsasən hər ay cavabdehə 600 manat pul verməli idi və əvvəllər pulu vaxtında verirdi, lakin sonradan iş bağlandı və o razılaşdıqları pulu ödəyə bilmədi. Cavabdehə hər ay 300 manat ödəyi təklif etmiş, lakin Cavabdeh onunla razılaşmamış, ona qarşı yaşayış evindən məcburi çıxarılma tələbi barədə məhkəmədə iddia qaldırmış, Kəngərli Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli e-2(078)-57/2022 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq onun ailə üzvləri ilə birlikdə Cavabdeh mülkiyyətində olan Naxçıvan şəhəri, Hüseyn Cavid 28 A ünvanında yerləşən yaşayış evindən məcburi qaydada çıxarılması qət olunmuş, o, sözügedən qətnamədən apellyasiya şikayəti versə də, şikayət təmin edilməyərək Kəngərli Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Cavabdehə ümumilikdə 4 il müddətində 28000 (iyirmi səkkiz min) manat pul verdiklərini, bu faktı təsdiq edəcək qəbzləri məhkəməyə təqdim etdiklərini, yalnız 600 manatın təqdim edilməsi ilə bağlı qəbzin olmadığını, belə ki, lap birinci razılaşmalarında cavabdehin anasına əldən 600 manat pul verdiyini bildirən iddiaçı qeyd etmişdir ki, dəfələrlə cavabdehlə danışıb razılığa gəlməyə çalışmış, hətta bütöv pul tapmışlar ki, o, qalan 32000 (otuz iki min) manatı da ödəsin cavabdeh də evi onun adına sənədləşdirsin. Ancaq cavabdeh 50000 (əlli min) manat əlavə tələb edir, halbuki onlar iki otaqlı evi 60000 (altmış min) manata razılaşmışdı. Cavabdeh 28000 manat pulu onlara qaytaracağı təqdirdə onlar da mübahisəli evdən çıxa bilər. İddiaçı1 sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçı Hacıyeva Sahı̇ lə Fərhad qızı iddianı müdafiə edərək bildirmişdir ki, o, digər iddiaçının izahatını təsdiqləyir. Müqavilə həyat yoldaşı Eyvazla Cavabdeh arasında bağlanıb. Ancaq o da pul ödəyib və qəbzlərdə adı vardır. İddiaçı2 qeyd etmişdir ki, onlar evdən çıxmaq istəmir, ancaq cavabdeh onları evdən çıxarırsa onlar da cavabdehdən ona ödədikləri 28000 manat pulu tələb edir. İddiaçı2 sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, nümayəndə və vəkil vasitəsilə təmsil olunmuşdur. Məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə izahatında təmsil etdiyi şəxsin iddianı qismən qəbul etdiyini, belə ki, cavabdehin dediyi qədəri ilə iddiaçıların ona 26000 manata yaxın pul ödədiklərini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, o, cavabdehə məsələnin məhkəmədən kənar həlli yolu barədə təklif versə də Cavabdeh təklifləri qətiyyən qəbul etmir. İddiaçı1 lap birinci razılaşmalarında cavabdehin anasına əldən 600 manat pul verdiyi iddiasına münasibət bildirən Nümayəndə qeyd etmişdir ki, o, bununla bağlı cavabdehlə və onun anası ilə əlaqə saxlayaraq onlara iddiaçı tərəfindən əldən 600 manat pulun verilib-verilmədiyini soruşmuş, onlar isə cavabında iddiaçıların onlara pul əldən vermədiyini, pulun yalnız bank vasitəsilə göndərildiyini bildirmişlər. Nümayəndə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiqi edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. 01 noyabr 2018-ci il tarixli Sazişdən (fərdi yaşayış evinin nisyə alğı-satqısı haqqında müqavilə) görünür ki, Cavabdeh ilə İddiaçı1 arasında müqavilə bağlanmış, Cavabdeh Naxçıvan şəhəri, Hüseyn Cavid, 28A-da yerləşən fərdi yaşayış evini nisyə alğı-satqı müqaviləsi əsasında hər ay üzrə 600 (altı yüz) manat olmaqla, hər ilin sonunda 10000 (on min) manat almaqla 5 il (60 ay) müddətinə, ümumilikdə 60000 (altmış min) manata İddiaçı1 satılmasına razılıq verməyi, onun evdən istifadə etməyini, yaşamağa şərait yaratmağı, İddiaçı1 isə X1 Naxçıvan şəhəri, Hüseyn Cavid, 28A-da yerləşən fərdi yaşayış evini nisyə alqı-satqı müqaviləsi əsasında hər ay üzrə 600 (altı yüz) manat olmaqla, hər ilin sonunda 10000 (on min) manat ödəməklə 5 il (60 ay) muddətinə, ümumilikdə 60000 (altmış min) manata almağı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci (müqavilənin dəyişdirilməsi və ləğv edilməsi asasları) maddəsinin tələbini tam şəkildə yerinə yetirməyi, müqavilə öhdəliklərindən irəli gələn tələblərin pozulduğu təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəməyə müraciət etməyi, məhkəmə orqanlarında iddiaçı və ya cavabdeh qismində mülki işin tərəfi kimi iştirak etməyi, müqavilənin şərtlərini pozduğu təqdirdə maddi və mənəvi məsuliyyət daşıyacaqları və yuxarda göstərilən şərtlər müqabilində, müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirməyi öz öhdələrinə götürmüşlər. Kəngərli Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli e-2(078)-57/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı1 qarşı yaşayış evindən məcburi çıxarılma tələbinə dair iddiası təmin edilərək cavabdeh İddiaçı1 Raşid oğlunun ailə üzvləri ilə birlikdə iddiaçı Cavabdeh mülkiyyətində olan Naxçıvan şəhəri, Hüseyn Cavid 28 A ünvanında yerləşən yaşayış evindən məcburi qaydada çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdeh İddiaçı1 tutularaq Cavabdeh ödənilməsi qət olunmuş və əlavə olaraq qeyd edilmişdir ki, cavabdehə izah edilsin ki, iddiaçı ilə aralarında (fərdi yaşayış evinin nisyə alğı-satqısı haqqında) bağlanmış müqaviləyə əsasən ona ödədiyi pul vəsaitinin qaytarılması tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ vardır. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Nəzərə almaq lazımdır ki, tələbin qanuni əsası kimi bir neçə normanın yoxlanması istinsa deyil. Nəticə etibarı ilə onların hər birinini dispozisiya şərtləri yoxlanmaqla iddianın əsaslılığına qiymət vermək olar. Hər bir halda, tələbin uğurluluğu məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının müvafiq normanın dispozisiya şərtlərinə uyğun gəlib-gəlməməsindən asılı olacaq. Hazırkı işdə məhkəmələrin müəyyən etməli olduğu mühüm hal-İddiaçı1 Rəşı̇ d oğlu ilə Cavabdeh arasında pul münasibətlərinin yaranıb-yaranmaması ilə bağlı məsələdir. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin maddənin dispozisiya şərtlərinə görə pulun verilməsinə münasibətdə sübutetmə yükü iddiaçının, pulun qaytarılmasına münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İddiaçılar İddiaçı1 Rəşı̇ d oğlu və Hacıyeva Sahı̇ lə Fərhad qızı pulun cavabdehə verilməsinə dair qəbzlər təqdim etmişdir. İş materiallarına əlavə edilən mədaxil qəbzlərindən görünür ki, İddiaçı1 Rəşı̇ d oğlu və Hacıyeva Sahı̇ lə Fərhad qızı müxtəlif tarixlərdə Azərbaycan Beynəlxalq Bankının Naxçıvan filialı vasitəsilə Cavabdeh kart hesabına ümumilikdə aşağıdakı miqdarda pul köçürmüşlər. Belə ki, xx.xx.2018-ci ildə 602 manat; xx.xx.2019-cu ildə 603 manat; xx.xx.2019-cu ildə 600 manat; xx.xx.2019-cu ildə 600 manat; xx.xx.2019-cu ildə 600 manat; xx.xx.2019-cu ildə 599.6 manat; xx.xx.2019-cu ildə 603 manat; xx.xx.2019-cu ildə 600 manat; xx.xx.2019-cu ildə 600 manat; xx.xx.2019-cu ildə 600 manat; xx.xx.2019-cu ildə 600 manat; xx.xx.2019-cu ildə 600 manat; xx.xx.2019-cu ildə 600 manat; xx.xx.2019-cu ildə 600 manat; xx.xx.2020-ci ildə 600 manat; xx.xx.2020-ci ildə 600 manat; xx.xx.2020-ci ildə 600 manat; xx.xx.2020-ci ildə 600 manat; xx.xx.2020-ci ildə 600 manat; xx.xx.2020-ci ildə 2000 manat; xx.xx.2020-ci ildə 600 manat; xx.xx.2020-ci ildə 600 manat; xx.xx.2020-ci ildə 600 manat; xx.xx.2020-ci ildə 600 manat; xx.xx.2020-ci ildə 600 manat; xx.xx.2020-ci ildə 600 manat; xx.xx.2021-ci ildə 600 manat; xx.xx.2021-ci ildə 1900 manat; xx.xx.2021-ci ildə 600 manat; xx.xx.2021-ci ildə 299 manat; 602+7805.6+8600+3399= 20406.6 xx.xx.2019-cu ildə 600 manat; xx.xx.2019-cu ildə 4997.5 manat; xx.xx.2019-cu ildə 600 manat; (6197.1 manat) 20406.6+6197.1=26604.7 manat Göründüyü kimi iddiaçılar qəbzləri təqdim etməklə pulun cavabdehə verilməsini qismən sübuta yetirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirə bilmişdir. 600 manatın təqdim edilməsi ilə bağlı qəbzin olmadığını, belə ki, lap birinci razılaşmalarında cavabdehin anasına əldən 600 manat pul verdiyini, lakin cavabdeh tərəfin bunu rədd etdiyini bildirən məhkəmə yuxarıda göstərilən prosessual hüquq normalarını cavabdehin nümayəndəsi və vəkilinin izahatı, iş materiallarında olan sənədlərlə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, cavabdeh bununla bağlı konkret və mötəbər sübutlarını təqdim etməmişdir. Eyni zamanda iş materialları ilə iddiaçıların cəmi ödədikləri məbləğin 26604.7 (iyirmi altı min altı yüz dörd manat yetmiş qəpik) ödədikləri aydın olur. Lakin iddiaçılar 28000 (iyirmi səkkiz min) manat ödədiklərini bildirsə də qalan məbləğin (28000-26604.7=1395.3 (bir min üç yüz doxsan beş manat otuz) qəpik məbləğin cavabdehə ödədiklərini dair hər hansı sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 Rəşı̇ d oğlunun və Hacıyeva Sahı̇ lə Fərhad qızının Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 26604.7 (iyirmi altı min altı yüz dörd manat yetmiş qəpik) pul alınıb iddiaçılar İddiaçı1 Rəşı̇ d oğluna və Hacıyeva Sahı̇ lə Fərhad qızına verilməli, iddia qalan hissədə rədd edilməlidir. İddia qismən təmin edildiyindən İddiaçı1 Rəşı̇ d oğlu tərəfindən "xxxx" ASC Naxçıvan Filialına xx.xx.2022-ci il tarixdə 23543 nömrəli qəbzlə ödənilən 174 (bir yüz yetmiş dörd) manat dövlət rüsumunun 165.33 (bir yüz altmış beş manat otuz üç qəpik) Cavabdeh alınıb İddiaçı1 Rəşı̇ d oğluna verilməlidir. Nəticə: Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 26604.7 (iyirmi altı min altı yüz dörd manat yetmiş qəpik) pul alınıb iddiaçılar İddiaçı1 Rəşı̇ d oğluna və Hacıyeva Sahı̇ lə Fərhad qızına verilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçı1 Rəşı̇ d oğlu tərəfindən "xxxx" ASC Naxçıvan Filialına xx.xx.2022-ci il tarixdə 23543 nömrəli qəbzlə ödənilən 174 (bir yüz yetmiş dörd) manat dövlət rüsumunun 165.33 (bir yüz altmış beş manat otuz üç qəpik) Cavabdeh alınıb İddiaçı1 qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar