Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-614/2021 08.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində müəyyən olunmuş alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı 06 may 2021-ci ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli, 2(078)-16/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirərək 15 avqust 2003-cü il təvəllüdlü X6 və 05 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh sabit məbləğ olaraq hər birinə, hər ay 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi birlikdə 350 (üç yüz əlli) manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 26 sentyabr 2000-ci il tarixdə Naxçıvan şəhər VVADQ şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından iki nəfər övladları-15 avqust 2003-cü il təvəllüdlü X6 və 05 iyul 2010-cu il təvəllüdlü X3 doğulmuşdur. Cavabdeh ilə aralarındakı nikah Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli, 2(078)-16/2016 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən Aysun və Rüqayyə iddiaçının yanında saxlanılmış, eyni zamanda onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər birinə 80 (səksən) manat olmaqla, cəmi birlikdə 160 (bir yüz altmış) manat aliment qət olunmuşdur. Canpolad uşaqlara kəsilən alimenti həmişə vaxtı-vaxtında ödəyir. Böyük qızı Aysun universitetdə, kiçik qızı Rüqayyə isə 5-ci sinifdə oxuyur. Artıq beş il bundan əvvəl iki uşağa görə kəsilmiş 160 (bir yüz altmış) manat aliment uşaqların günü-gündən artan təlabatlarını ödəməyə çatmır (yeyibiçməklərini, geyimlərini, məktəb, universitet ləvazimatları və digər təminatlarını ödəmir). Uşaqların tələbatlarını ödəmək iddiaçı üçün çox çətindir. Bu kimi səbəblərdən də alimentin artırılmasını istəyir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, iddiaçı 25 may 2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə Cavabdeh qarşı “sabit pul məbləğində müəyyən olunmuş alimentin artırılması barədə” Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırdığını, iddiasını müdafiə etdiyini, işi ilə əlaqdar olaraq məhkəmə proseslərində iştirak edə bilmədiyini, özünü məhkəmədə vəkili və nümayəndəsi Vəkil təmsil edəcəyini, Cavabdeh ilə aralarınddakı nikahın Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli, 2(078)-16/2016 saylı qətnaməsi ilə pozulduğunu, həmin qətnaməyə əsasən Aysun və Rüqayyənin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər birinə 80 (səksən) manat olmaqla, cəmi birlikdə 160 (bir yüz altmış) manat aliment qət olunduğunu, həmin vaxt heç balaca qızınının məktəbə getmədiyini, hazırda isə böyük qızı Aysunun universitetdə, kiçik qızı Rüqayyənin isə 5-ci sinifdə oxuduğunu, artıq beş il bundan əvvəl iki uşağa görə kəsilmiş 160 (bir yüz altmış) manat alimentin qızlarının günü-gündən artan təlabatlarını ödəməyə çatmadığını, yeyib-içməklərini, geyimlərini, məktəb, universitet ləvazimatları və digər təminatlarını ödəmədiyini, uşaqların tələbatlarını ödəməyin iddiaçı üçün çox çətin olduğunu, bu kimi səbəblərdən də alimentin artırılmasını istədiyini qeyd edərək Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli, 2(078)-16/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirərək 15 avqust 2003-cü il təvəllüdlü X6 və 05 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatandək saxlanılmaları üçün Cavabdeh sabit məbləğ olaraq hər birinə, hər ay 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi birlikdə 350 (üç yüz əlli) manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini və iddiaçının yuxarıda qeyd olunan ərizəsini nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, cavabdeh 08 iyun 2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək İddiaçı məhkəmədə ona qarşı alimentin artırılması tələbinə dair iddia qaldırdığını, iddia tələbini qəbul etmədiyini, Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli, 2(078)-16/2016 saylı qətnaməsi ilə ondan 15 avqust 2003-cü il təvəllüdlü qızı Aysunun və 05 iyul 2010-cu il təvəllüdlü Rüqayyənin yetkinlik yaşlarına çatandək saxlanılmaları üçün hər uşağa 80 (səksən) manat olmaqla 2 uşağa 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulmasının qət edildiyini, aliment qət edildikdən sonra ailəsi və maddi vəziyyətində bir sıra dəyişikliklərin olmasına baxmayaraq aliment qət edilən vaxtdan bu vaxta kimi həmin alimenti vaxtı-vaxtında ödədiyini, 2-ci dəfə ailə həyatı qurduğunu, 2-ci dəfə 10.08.2016-cı ildə X11 ilə rəsmi nikahla ailə həyatı qurduğunu, birgə nikahlarından 26.10.2016-cı il təvəllüdlü Məhərrəmli İldırım adında bir övladının olduğunu, həyat yolaşının heç yerdə işləmədiyini, daimi yaşayış evləri olmadığı üçün kirayədə yaşadığını, maddi vəziyyətinin ağır olduğunu, oğlu İldırımın mütəmadi olaraq həkim müalicələri qəbul etdiyini, hətta müalicə məqsədi ilə bankdan kredit götürdüyünü, həmin krediti və eyni zamanda hazırki alimenti çətinliklə ödədiyini, müharibə veteranı olduğunu və aliment üzrə vəsaitin bir hissəsinin veteran kimi aldığı sosial müavinətdən tutulduğunu, maddi durumunun iddiaçının iddia tələbində göstərdiyi məbləğdə hər uşağa 175 (bir yüz yetmiş beş) olmaqla 2 uşağa 350 (üç yüz əlli) manat sabit pul məbləğində pul ödəməyə imkan vermədiyini, iddiaçı ilə rəsmi ayrıldıqları bu 5 il müddətində iddiaçının ona uşaqları ilə ünsiyyət saxlamağa imkan vermədiyini, lakin buna baxmayaraq aliment öhdəliyindən heç vaxt boyun qaçırmadığını və maddi imkanı ağır olduğu halda belə aliment ödənişlərinini vaxtında həyata keçirdiyini qeyd edərək İddiaçı ona qarşı aliment miqdarının artırılması barəsində iddiasının rədd edilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddiaçı ilə Cavabdeh 26 sentyabr 2000-ci il tarixdə Naxçıvan şəhər VVADQ şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduqlarını, birgə nikahlarından iki nəfər övladları-15 avqust 2003-cü il təvəllüdlü X6 və 05 iyul 2010-cu il təvəllüdlü X1 doğulduğunu, Cavabdeh ilə iddiaçının aralarınddakı nikahın Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli, 2(078)-16/2016 saylı qətnaməsi ilə pozulduğunu, həmin qətnaməyə əsasən Aysun və Rüqayyənin iddiaçının yanında saxlanıldığını, eyni zamanda onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər birinə 80 (səksən) manat olmaqla, cəmi birlikdə 160 (bir yüz altmış) manat aliment qət olunduğunu, cavabdehin uşaqlara kəsilən alimenti həmişə vaxtı-vaxtında ödədiyini, təəflərin böyük qızları Aysunun universitetdə, kiçik qızları Rüqayyənin isə 5-ci sinifdə oxuduğunu, beş il bundan əvvəl iki uşağa görə kəsilmiş 160 (bir yüz altmış) manat alimentin uşaqların günü-gündən artan təlabatlarını ödəməyə çatmadığını, yeyibiçməklərini, geyimlərini, məktəb, universitet ləvazimatları və digər təminatlarını ödəmədiyini, uşaqların tələbatlarını ödəməyin iddiaçı üçün çox çətin olduğunu, bu kimi səbəblərdən də iddiaçının alimentin artırılmasını istədiyini qeyd edərək Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli, 2(078)-16/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirərək 15 avqust 2003-cü il təvəllüdlü X6 və 05 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh sabit məbləğ olaraq hər birinə, hər ay 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi birlikdə 350 (üç yüz əlli) manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin faktiki və mübahisəsiz halları bundan ibarətdir ki, tərəflər 26 sentyabr 2000-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların birgə nikahından 15 avqust 2003-cü il təvəllüdlü X6 və 05 iyul 2010-cu il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Tərəflər arasındakı nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli, 2(078)- 16/2016 nömrəli qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra 15 avqust 2003-cü il tarixdə doğulmuş X6 və 05 iyul 2010-cu il tarixdə doğulmuş X3 anası İddiaçı yanında saxlanılmış, onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit məbləğdə bir uşağa görə 80 (səksən) manat olmaqla, iki uşağa görə 160 (bir yüz altmış) manat alimentin tutulması qət edilmişdir. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli, 2(078)-16/2016 nömrəli qətnaməsinin surətindən tərəflər arasında 26 sentyabr 2000-ci ildə nikahın bağlanması; - iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 470128 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 15 avqust 2003-cü il tarixdə X6 adlı övladlarının olması; - iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 503835 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 05 iyul 2010-cu il tarixdə X3 adlı övladlarının olması; - iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli, 2(078)-16/2016 saylı qətnaməsinin surətindən iş üzrə tərəflər arasında 26 sentyabr 2000-ci il tarixdə bağlanmış nikahın pozulması, nikahın pozulmasından sonra iş üzrə tərəflərin uşaqları-15 avqust 2003-cü il tarixdə doğulmuş X2 və 05 iyul 2010-cu il tarixdə doğulmuş X1 anası İddiaçı yanında saxlanılması, onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 80 (səksən) manat olmaqla, ümumilikdə 160 (bir yüz altmış) manat alimentin tutularaq 15 avqust 2003-cü il təvəllüdlü X2 və 05 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməsinin qət olunması; - iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş AZ-İ seriyalı, 175314 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflər arasında nikahın 16 iyun 2016-cı il tarixdə pozulması, bu barədə akt qeydləri kitabında 62 nömrə ilə qeyd edilməsi aydın olur. Məhkəmə qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli, 2(078)-16/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmçinin cavabdeh tərəfindən 08 iyun 2021-ci il tarixdə məhkəməyə göndərilən ərizəyə əlavə edilmiş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 069358 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X11 arasında 10 avqust 2016-cı il tarixdə nikah bağlanmış, bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 186 nömrə ilə qeyd edilmişdir. Həmin ərizəyə əlavə edilmiş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 751383 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X4 26 oktyabr 2016-cı il tarixdə X5 adlı övladları doğulmuşdur. Hazırki mülki iş üzrə mübahisəli hal isə iddiaçının sabit pul məbləğində müəyyən edilmiş alimentin artırılmasını tələb etməsidir. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Məhkəmə 2016-cı ildə bir uşaq üçün 80 (səksən) manat olmaqla, iki uşaq üçün ümumilikdə 160 (bir yüz altmış) manat aliment müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan uşaqların böyüdükcə artan təlabatlarını, sosial-iqtisadi göstəricilərin dəyişilməsini, bu müddət ərzində cavabdehin hər bir uşaq üçün ödədiyi 80 (səksən) manatdan başqa iddiaçıya uşaqların tələbatlarının ödənilməsi üçün əlavə yardım etməməsini, həmçinin hazırda uşaqların birinin universitetə, digərinin məktəbə getməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay 1 uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə isə iki uşaq üçün 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, uşaqların iddiaçının yanında qalması, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin (175 manatın) yarısından çoxunun - 120 (bir yüz iyirmi) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində təyin olunması ilə bağlı olsa da, məhkəmə aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində yəni hər uşaq üçün 175 manat məbləğində təyin edilməsinin qeyri mümkünlüyünü onunla izah edir ki, iddiaçı alimentin artırılmasını istədiyi sabit pul məbləğində alimentin miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Həmçinin məhkəmə qeyd olunan nəticəyə gələrkən alimentin iddiaçı tərəfindən tələb olunduğu miqdarda müəyyən edilməsi üçün işə baxılması zamanı əlavə əsasların (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilməməsini, cavabdehin yenidən nikaha daxil olmasını, onun həmin nikahdan bir uşağının doğulmasını, cavabdehin həmin uşağı da saxlamaq vəzifəsinin olmasını nəzərə alır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.6-cı maddələrinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti – ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə görə məhkəməyə verilən iddia ərizələri üzrə iddianın qiyməti 500 (beş yüz) manatdan çox olduqda, dövlət rüsumunun məbləği 30 (otuz) manat miqdarında müəyyən edilmişdir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin artırılması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda ödəmənin artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə ödəmənin artırıldığı məbləğin bir il üçün nəzərdə tutulan miqdarı 500 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 12.63 (on iki manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli, 2(078)-16/2016 saylı qətnaməsi ilə 15 avqust 2003-cü il təvəllüdlü X6 və 05 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün müəyyən olunmuş alimentin miqdarı artırılmalı; -15 avqust 2003-cü il təvəllüdlü X6 və 05 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay 1 uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə isə iki uşaq üçün 240 (iki yüz qırx) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli; -miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı; -iddia qalan hissədə rədd edilməli; -Cavabdeh 12.63 (on iki manat altmış üç qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin olunsun. Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli, 2(078)-16/2016 saylı qətnaməsi ilə 15 avqust 2003-cü il təvəllüdlü X6 və 05 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün müəyyən olunmuş alimentin miqdarı artırılsın. 15 avqust 2003-cü il təvəllüdlü X6 və 05 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay 1 uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə isə iki uşaq üçün 240 (iki yüz qırx) manat miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 12.63 (on iki manat altmış üç qəpik) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-614/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-614/2021
08.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver