Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-619/2021 10.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, ünvan 1 ünvanında yerləşən iddiaçı "İddiaçı" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n etdim: "İddiaçı" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 01 may 2019-cu il tarixli NRNPU-5161 saylı kredit müqaviləsi üzrə 918.1 (doqquz yüz on səkkiz manat on qəpik) manat əsas, 60.08 (altmış manat səkkiz qəpik) manat faiz, 0 (sıfır) manat dəbbə borcu olmaqla, cəmi 978.18 (doqquz yüz yetmiş səkkiz manat on səkkiz qəpik) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun "İddiaçı" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "İddiaçı" ASC ərizəni onunla əsaslandırmışdır ki, Bankın Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış 01 may 2019-cu il tarixli NRNPU-5161 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 19.9 %-lə 24 ay müddətinə 4700 (dörd min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Qeyd olunmuşdur ki, 01 may 2019-cu il tarixli NRNPU-5161 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlinə əsasən cavabdeh hər ayın 1-dən gec olmayaraq hər ay 238.99 (iki yüz otuz səkkiz manat doxsan doqquz qəpik) manat ödəniş etməli olduğu halda öhdəlikləri vaxtlı-vaxtında və lazımi qaydada yerinə yetirməmiş, bununla bağlı cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıq edilsə də, bunun heç bir nəticəsi olmamış və nəticədə cavabdehin iddiaçı təşkilata ümumilikdə 918.1 (doqquz yüz on səkkiz manat on qəpik) manat əsas, 60.08 (altmış manat səkkiz qəpik) manat faiz, 0 (sıfır) manat dəbbə borcu olmaqla, cəmi 978.18 (doqquz yüz yetmiş səkkiz manat on səkkiz qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı təşiklat sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması, Cavabdeh 01 may 2019-cu il tarixli NRNPU-5161 saylı kredit müqaviləsi üzrə 918.1 (doqquz yüz on səkkiz manat on qəpik) manat əsas, 60.08 (altmış manat səkkiz qəpik) manat faiz, 0 (sıfır) manat dəbbə borcu olmaqla, cəmi 978.18 (doqquz yüz yetmiş səkkiz manat on səkkiz qəpik) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun "İddiaçı" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 01 may 2019-cu il tarixli NRNPU-5161 saylı kredit müqaviləsinə müqavilədən aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Kredit müqaviləsinin şərtinə görə Bank cavabdehə illik 19.9 %-lə 24 ay müddətinə 4700 (dörd min yeddi yüz) manat kredit verilmiş, 01 may 2019-cu il tarixli NRNPU-5161 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlinə əsasən cavabdeh hər ayın 1-dən gec olmayaraq hər ay 238.99 (iki yüz otuz səkkiz manat doxsan doqquz qəpik) manat ödəniş etməyi barədə öhdəlik götürmüşdür. Borcalan Cavabdeh İddiaçı ASC tərəfindən 11 sentyabr 2020-ci il tarixdə bildiriş göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. 27 aprel 2021-ci il tarixli 4337 nömrəli arayışdan aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 may 2019-cu il tarixli NRNPU-5161 saylı kredit müqaviləsi üzrə 26 aprel 2021-ci il tarixə Cavabdeh 918.1 (doqquz yüz on səkkiz manat on qəpik) manat əsas, 60.08 (altmış manat səkkiz qəpik) manat faiz, 0 (sıfır) manat dəbbə borcu olmaqla, cəmi 978.18 (doqquz yüz yetmiş səkkiz manat on səkkiz qəpik) manat məbləğində borcu yaranmışdır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 01 may 2019-cu il tarixli NRNPU-5161 saylı kredit müqaviləsi üzrə 918.1 (doqquz yüz on səkkiz manat on qəpik) manat əsas, 60.08 (altmış manat səkkiz qəpik) manat faiz, 0 (sıfır) manat dəbbə borcu olmaqla, cəmi 978.18 (doqquz yüz yetmiş səkkiz manat on səkkiz qəpik) manat məbləğində kredit borcu iddiaçı "İddiaçı” ASC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "İddiaçı” ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 29.04.2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 07 may 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə 07 may 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdehə bildiriş çatmadığından 21 may 2021-ci il tarixdə bildirişin çatdırılması üçün cavabdehin qeydiyyatda olduğu yer üzrə Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə məktub göndərilmişdir. Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 01 may 2019-cu il tarixli NRNPU-5161 saylı kredit müqaviləsi üzrə 918.1 (doqquz yüz on səkkiz manat on qəpik) manat əsas, 60.08 (altmış manat səkkiz qəpik) manat faiz, 0 (sıfır) manat dəbbə borcu olmaqla, cəmi 978.18 (doqquz yüz yetmiş səkkiz manat on səkkiz qəpik) manat məbləğində kredit borcu iddiaçı "İddiaçı" ASC-nin xeyrinə tutulsun. "İddiaçı” ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 29.04.2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-619/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-619/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver