Məhkəmə qərarları › İş №2(078)-62/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-62/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-62/2022 31.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı təşkilat ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 2044.61 (iki min qırx dörd dollar altmış bir sent) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 21.08.2017-ci il tarixinı 2469.41 (iki min dörd yüz altmış doqquz doollar qırx bir sent) ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 406 (dörd yüz altı) ABŞ dolları borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 2090.04 (iki min doxsan dollar dörd sent) ABŞ dolları cərimə borcu olmaqla cəmi 7010.06 (yeddi min on dollar altı sent) ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsii barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat ləğv prosesində olan İddiaçı ASC ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh1 arasında 21.08.2015-ci il tarixdə İKM 012 saylı Kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 24 ay müddətinə 28 % ilə hesablanmaqla 3500 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsi öhdəliklərinin təminatı kimi Cavabdeh2 ilə iddiaçı təşkilat arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmış, cavabdeh Müqaviləyə kreditin qaytarılma qrafiki (ödəniş cədvəli) ilə müəyyən olunmuş qaydada ödənilməsini öhdəsinə götürmüş, ödəmə cədvəlinə görə kredit üzrə əsas və hesablanmış faizlər hər ay hissələrlə Banka ödənilməli olsa da, Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun Banka 2044.61 (iki min qırx dörd dollar altmış bir sent) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 21.08.2017-ci il tarixinı 2469.41 (iki min dörd yüz altmış doqquz doollar qırx bir sent) ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 406 (dörd yüz altı) ABŞ dolları borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 2090.04 (iki min doxsan dollar dörd sent) ABŞ dolları cərimə borcu olmaqla cəmi 7010.06 (yeddi min on dollar altı sent) ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı təşkilat ərizəsində müvafiq hüquq normalarına istinad edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı təşkilat ləğv prosesində olan İddiaçı ASC-nə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclaslarına gəlməmiş, lakin təşkilatın nümayəndəsi T.Məmmədov məhkəmənin elektron ünvanına 26.05.2022-ci il tarixli ərizə göndərmiş, ərizədə 2(078)-62/2022 saylı işə iddiaçının iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, 01 dekabr 2021-ci il tarixdə Cavabdeh1 teleqram göndərmişdir. Cavabdeh teleqramda göstərmişdir ki, Prezidentin Fərmanına uyğun olaraq “Atra Banka” dollar krediti olan borunun ancaq köhnə məzənnə 0.78 olan qərarın onun götürdüyü kreditə şamil olmasını Banka bildirdiyini, Bank əməkdaşının isə bu qərardadn yararlana bilməyəcəyini və Fərmanın ona şamil edilmədiyini bildirmişdir. Fərmanın icrasının təmin edilməsi və ona uyğun olaraq əsas məbləği təşkil edən 2044 ABŞ dolları məbləği Banka eri ödəməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddia ərizəsini və iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə 09 sentyabr 2019-cu il tarixdə 2(078)- 295/2019 nömrəli qərardad qəbul edilərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı pretenziya qaydasına riayət etməmişdir. Belə ki Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pişləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Hazırkı iş üzrə mübahisələndirilən borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunacağı təqdirdə borcun məbləğinin dəyişməsi (azalması) istisnasızdır ki, bu da həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasdır. Məhz bu məntiqdən çıxış edərək Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanın 8.10-cu bəndində deyilir ki, məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və 'İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Fərmanın qanuni qüvvəsini almasından altı ayadək vaxt keçməsinə baxmayaraq iddiaçı bank tərəfindən qeyd olunan prosessual hərəkətlərlə bağlı məhkəməyə məlumat daxil olmamışdır. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermişdir, onda, fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Fərmanda nəzərdə tutulan güzəştlərin məhkəmə baxışı zamanı tətbiq olunması istisnadır. Çünki fərmanda nəzərdə tutuları bəzi güzəştlərin tətbiqi tərəflərin müqavilə azadlığı hüququnu qoruyur. Belə ki, borclu şəxslərlə yeni müqavilə bağlanması təklifi tərəflərin qarşılıqlı iradə ifadəsi ilə məhkəmədənkənar qaydada həll oluna bilər. Eyni zamanda dövlət dəstəyi ilə qaytarılmalı vəsait, və yaxud azaldılmalı borc məbləği tərəflərin iştirakı ilə qarşılıqlı razılaşma yolu ilə həll edilə bilər. Çünki qəbul edilmiş qərarlardan tərəflərin məhkəməyə müraciət etmək hüquqları hər bir halda saxlanılır. Məhkəmə işin yuxarıda qeyd olunmuş hallarını ümumiləşdirərək belə hesab edir ki. qeyd olunan Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin ınəhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Hazırda bankların icraatında olan qeyd olunan müqavilələr üzrə Fərmanın müddəaları tətbiq olunduqdan sonra məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə qeyd edir kı, analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası Fərmanla müəyyən edildiyindən və hazırkı işdə qaydalara riayət etmək imkanları itirilmədiyindən iddia tələbi baxılmamış saxlanılmalıdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddiaçı təşkilata sorğu göndərilərək Fərmandan irəli gələn məsələləri həll edilib-edilməməsi (bununla bağlı pretenziya qaydasına əməl edilib-edilməməsi) barədə sənədlərin təqdim edilməsi təklif edilmişdir. 12 yanvar 2022-ci il tarixdə nümayəndə vasitəsilə elektron kabinetə iddia ərizəsinə əlavə edilən sənədlərin əsli göndərilməklə yanaşı, cavabdehlərə pretenziya qaydasına əməl edilməsinə dair 07 oktyabr 2019-cu il tarixdə bildiriş göndərilməsi barədə sənəd təqdim edilmiş, həmçinin məlumat göndərərək qeyd etmişdir ki, iş üzrə 21 dekabr 2021ci il tarixli məktubla əlaqədar pretenziya qaydasına riayət edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın tələblərinin yerinə yetirilməsi məqsədilə restrukturizasiyanın başlanması ilə bağlı 27.05.2019-cu il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində elan verilərək Fondun ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələrinin qəbul olunduğu və bunun üçün ləğv prosesində olan "xxxx" ASC-nin ünvan 1 ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına müraciət etmələri bildirilmişdir. Həmçinin cavabdehə restrukturizasiyasının aparılması məqsədilə təklif göndərilmişdir və fərmanın icrası ilə bağlı müvafiq tədbirlər görülmüşdür. Lakin hal-hazıradək cavabdehlər göndərilmiş təkliflərə baxmayaraq kredit borcunun restrukturizasiyası üçün müraciət etməmişdir. Həmçinin qeyd edilmişdir ki, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmaş faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasına əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatrılmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə araşdırması zamanı mülki işin materiallarına əlavə olunmuş 21.08.2015ci il tarixdə bağlanmış İKM 012 saylı Kredit müqaviləsindən görünür ki, təşkilatın Biznes filialı ilə Cavabdeh1 arasında 21.08.2015-ci il tarixdə İKM 012 saylı Kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 24 ay müddətinə 28 % ilə hesablanmaqla 3500 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsi öhdəliklərinin təminatı kimi Cavabdeh2 ilə iddiaçı təşkilat arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən 24.08.2021-ci il tarixdə verilmiş arayışa əsasən Cavabdeh1 ilə Bank arasında 21.08.2015-ci il tarixdə bağlanmış İKM 012 saylı Kredit müqaviləsi üzrə 2044.61 (iki min qırx dörd dollar altmış bir sent) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 21.08.2017-ci il tarixinı 2469.41 (iki min dörd yüz altmış doqquz dollar qırx bir sent) ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 406 (dörd yüz altı) ABŞ dolları borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 2090.04 (iki min doxsan dollar dörd sent) ABŞ dolları cərimə borcu olmaqla cəmi 7010.06 (yeddi min on dollar altı sent) ABŞ dolları borcu mövcuddur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Banka olan əsas borcun, faiz və cərimə borcunun ödənilməsi ilə bağlı Bank tərəfindən 20.02.2017-ci il tarixdə bildiriş məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən kredit müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilələr üzrə götürmüş olduqları öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı təşkilat kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh1 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımnca icra etməmiş və buna görə də cavabdeh kredit müqaviləsi üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiyinə görə müvafiq məsuliyyəti yaranmışdır. Məhkəmə cavabdehin məhkəməyə göndərdiyi teleqramında bildirdiyi arqumentlərə münasibət bildirərək həmin arqumentlərin əsassız olduğunu bildirir və qeyd edir ki, işin yuxarıda şərh olunmuş hallarından da göründüyü kimi 2019-cu il tarixdə iddia tələbinin baxılmamış saxlanılmasının əsası məhz Fərmanda göstərilən güzəştlərlə bağlı olmuşdur. Fərmanda da qeyd edilmişdir ki, həmin Fərmanın icrası Banklar və vətəndaşlar tərəfindən həyata keçirilməli idi. Bank qaydasına görə güzəşt tətbiq edildiyi halda restrukturizasiyasının aparılması üçün tərəflər arasında güzəştli müqavilə bağlanmalı və əsas borca münasibətdə əlavə müddət tətbiq edilməli idi. Bu cür restrukturizasiyasının aparılması belə tərəflərin iradə ifadəsindən asılı edilmiş, tərəflərdən biri imtina etdiyi, təklifi qəbul etmədiyi halda lazimi və mövcud prosedur qaydaları tətbiq edilmişdir. işin hallarından aydın olur ki, cavabdehə restrukturizasiyasının aparılması məqsədilə 07 oktyabr 2019-cu il tarixdə təklif göndərilmiş, lakin təklifə cavabdeh tərəfindən hər hansı münasibət bildirilməmişdir. Həmçinin restrukturizasiyasının aparılması məqsədilə Fərmanın icrası müddətinin 31 dekabr 2019-cu il tarixdə başa çatması qeyd edilmişdir. Buna görə də məhkəmə qeyd edir ki, cavabdeh vaxtında öhdəliyinin olduğunu bildiyi halda, Azərbaycan Respublikası Prezidentinin Fərmanının açıq şəkildə kütləvi informasiya vasitələrində elan edildiyi halda, məhkəmənin məhz bu məqsədlə 2019-cu il tarixdə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul etdiyi və qərardadı cavabdehin ünvanına göndərdiyi halda bütün bunlardan məlumatsız olması inandırıcı və ağlabatan deyildir. Cavabdeh öhdəliklərinin icrası üçün vaxtında və ona bildiriş göndərildiyi halda Banka müraciət etməli idi. Cavabdehin öz vəzifəsini bilməməsi onun məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 31 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında qeyd edilmişdir ki: “...kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4- cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; -iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; -iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.” İş materialına əlavə edilmiş 21 avqust 2015-ci il tarixli, İKM 012 nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış Zaminlik Müqaviləsinin 1-ci bəndində əsasən müqavilə borcalanın 3500 (üç min beş yüz) USD məbləğində öhdəliyi tam şəkildə icra etməsi üçün bağlanmışdır. 21.08.2015-ci il tarixdə bağlanmış İKM 012 saylı Kredit müqaviləsindən görünür ki, təşkilatın Biznes filialı ilə Cavabdeh1 arasında 21.08.2015-ci il tarixdə İKM 012 saylı Kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 24 ay müddətinə 28 % ilə hesablanmaqla 3500 ABŞ dolları məbləğində kredit verilmişdir. Müddət 21.08.2017-ci ildə başa çatmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir ki, hazırkı iş üzrə öhdəliyin icrası müddəti 21 avqust 2017-ci il tarixə kimi müəyyən edilmiş və zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət 21 avqust 2018-ci il tarixində bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə zaminliklə təmin olunan öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyini nəzərə alıb, Cavabdeh2 zaminliyinə xitam verilmiş hesab edir və iddia tələbinin Cavabdeh2 oğluna münasibətdə əsaslarının olmadığı qənaətinə gəlir. Həmçinin iddiaçıya izah olunur ki, məhkəmənin 09 sentyabr 2019-cu il tarixdə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadında qeyd edilən Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həli edilməmiş mübahisə qalarsa, iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmaması, mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası qeyd edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmaması, həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilməsi, yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməməsi ilə bağlı göründüyü kimi həmin müddət məhz sözügedən qərardad qəbul edildikdən sonra aparılan prosedur hərəkətlərlə bağlı müddətin məhkəməyə müraciət etmək üçün iddia müddətinə daxil edilməməsi kimi qəbul edilmişdir. Hazırki vəziyyətdə iddiaçının eyni tələblə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarix 19 oktyabr 2018-ci il, iddia ərizəsinin poçta verildiyi tarix 14 noyabr 2018-ci il, işin məhkəməyə daxil olduğu tarix isə 22 yanvar 2019-cu ildir. Həmin müddətlərdə belə artıq iddiaçının zaminə qarşı iddia qaldırmaq üçün müddəti bitmiş, zaminliyə 2018-ci ilin avqust ayının 21-də xitam verilmişdir. Məhkəmə kəsici müdəti nəzərə alaraq yuxarıda qeyd edildiyi kimi zaminə münasibətdə iddianın rədd edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Naxçıvan Şəhər Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2(078)-62/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış və ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmış, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2022-ci il tarixli, 15/52 nömrəli məktubu ilə mülki işi geri qaytararaq, məktubda ekspertizanın aparıla bilməsi üçün göndərilmiş vəsatət təmin olunmadığından ekspertizanın aparılmasının mümkün olmadığı qeyd edilmişdir. İş materiallarından aydın olur ki, ekspert tərəfindən göndərilmiş vəsatət məhkəmə tərəfindən təmin edilmiş, lakin Bank tərəfindən tələb edilmiş sənədlər ekspertizanın aparıldığı müddətdən gec məhkəməyə təqdim edildiyindən qərardad icrasız məhkəməyə qaytarılmış, və bundan sonra iddiaçı təşkilat tərəfindən tələb edilmiş sənədlər məhkəməyə göndərilmişdir. Məhkəmə mülki iş üzrə qаnuni və obyektiv qətnamənin çıxаrılmаsı üçün borc məbləği ABŞ dolları ilə hesablandığından işlə bаğlı hesаblаmаlаrın düzgünlüyünün xüsusi biliyə mаlik olаn ekspert vаsitəsilə müəyyən edilməsi zəruri hesab etdiyindən Naxçıvan Şəhər Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(078)-62/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış və ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Mülki iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2022-ci il tarixli, 102 nömrəli məhkəmə ekspertizasına dair rəydən məlum olmuşdur ki, həmin iş üzrə ekspertiza yekunlaşdırılmış və mülki iş ekspert rəyi ilə birlikdə məhkəməyə göndərilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2022ci il tarixli, 102 nömrəli məhkəmə ekspertizasına dair ekspert rəyində qeyd olunmuşdur ki, kreditor və borcalan arasında bağlanmış 21.08.2015-ci il tarixli İKM 012 saylı kredit müqaviləsi üzrə yaranan öhdəliklər borc alan tərəfindən tam icra edilməmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və 21.08.2015ci il tarixli İKM 012 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 iddiaçı təşkilat ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 10.08.2021-ci il tarixinə (maliyyə arayışının verilmə tarixi) kredit üzrə olan əsas borcu 2041.47 (iki min qırx bir dollar qırx yeddi sent) ABŞ dolları, faiz borcu 1519.78 (bir min beş yüz on doqquz dollar yetmiş səkkiz sent) ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği (illik 5%) 497.80 (dörd yüz doxsan yeddi dollar səksən sent) ABŞ dolları təşkil edir. Rəydə qeyd olunmuşdur ki, kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamadığı üçün Cavabdeh1 cərimə borcu hesablanmadı. Məhkəmə əsas borc məbləği və faiz borcu üzrə ekspertin rəyini iş materialları ilə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, qətnamə qəbul edərkən Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2022-ci il tarixli, 102 nömrəli ekspert rəyinə əsaslanmalıdır. Məhkəmə iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının rəyini sübut kimi qəbuledilən hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə ekspertizanın rəyinə əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 21.08.2015-ci il tarixli İKM 012 saylı Kredit müqaviləsi üzrə 10.08.2021-ci il tarixinə (maliyyə arayışının verilmə tarixi) kredit üzrə olan əsas borcu 2041.47 (iki min qırx bir dollar qırx yeddi sent) ABŞ dolları, faiz borcu 1519.78 (bir min beş yüz on doqquz dollar yetmiş səkkiz sent) ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği (illik 5%) 497.80 (dörd yüz doxsan yeddi dollar səksən sent) ABŞ dolları olmaqla ümumilikdə 4059.05 (dörd min əlli doqquz dollar beş sent) ABŞ dolları məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı əsas borcun və faiz borcun ödənilməsi ilə yanaşı cərimə borcunun ödənilməsini də tələb etsə də bu tələbinin əsası üçün məhkəməyə təqdim edilmiş maliyyə arayışında cərimə borcunun hansı hesablamalar nəticəsində yaranması barədə zəruri sənədlərini təqdim etməmişdir. Ona görə də iddiaçının cavabdehdən cərimə borcunu tələb etməsi tədqiq edilmiş rəydən də aydın olur ki, əsassızdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi cərimə borcunun hesablanmasına münasibətdə əsassız olduğundan tələb həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarının 10-cu bəndində tövsiyə olunmuşdur ki, ”Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir”. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə belə hesab edir ki, cavabdehlər Cavabdeh1 ümumilikdə iddiaçı təşkilatın xeyrinə tutulacaq 4059.05 (dörd min əlli doqquz dollar beş sent) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanaraq ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən X1 24.09.2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 17.37 (on yeddi manat otuz yeddi qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1 alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 2041.47 (iki min qırx bir dollar qırx yeddi sent) ABŞ dollar əsas borc, 1519.78 (bir min beş yüz on doqquz dollar yetmiş səkkiz sent) ABŞ dolları faiz borcu, 497.80 (dörd yüz doxsan yeddi dollar səksən sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği (illik 5%) olmaqla ümumilikdə 4059.05 (dörd min əlli doqquz dollar beş sent) ABŞ dolları məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh1 ümumilikdə iddiaçı təşkilatın xeyrinə tutulacaq 4059.05 (dörd min əlli doqquz dollar beş sent) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanaraq ödənilsin. İddia tələbi Cavabdeh1 münasibətdə qalan hissədə rədd edilsin. İddia tələbi Cavabdeh2 münasibətdə əsassız olduğundan rədd edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən X1 24.09.2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 17.37 (on yeddi manat otuz yeddi qəpik) manat hissəsi Cavabdeh1 alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar