Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-629/2025 05.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, İddiaçının vəkil və nümayəndəsi Vəkil1, Cavabdeh1, Cavabdeh1 vəkil və nümayəndəsi Vəkil2 və Cavabdeh3 nümayəndəsi X5 iştirakları ilə İddiaçı Bayramova (Qəhrəmanova) Əminə İlqar qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Bayramova (Qəhrəmanova) Əminə İlqar qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqısatqısına dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Bayramova (Qəhrəmanova) Əminə İlqar qızı iddia ərizəsində iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, o, Cavabdeh1 ilə 05 mart 2020-ci il tarixində Naxçıvan şəhər Nikah evində rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahlarından 22 fevral 2022-ci il təvəllüdlü X20 adlı bir övladları dünyaya gəlmişdir. Ailə münasibətləri normal olmadığından 2023-cü ilin aprel ayından cavabdehin evindən çıxaraq valideynlərinin yanında yaşamağa başlamışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-340/2024 nömrəli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, X20 onun yanında saxlanılmaqla hər ay saxlanılması üçün 235 manat alimentin Cavabdeh1 tutularaq ona ödənilməsi qət edilmişdir. 2020-ci ilin dekabr ayının əvvəli birgə nikahda olduqları müddətdə “Khazar LX" markalı, **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. 08 dekabr 2023-cü il tarixli, 3-13-43-14/2- 13-24xx/xx/2023 nömrəli X31 İdarəsinin vəkil-nümayəndənin yazmış olduğu sorğuya cavab məktubu olaraq bildirmişdir ki, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil 27 oktyabr 2023cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmışdır. **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil 27 oktyabr 2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmış kimi görünsə də, maşın cavabdehin Cavabdeh1 hər zaman istifadəsində olmuş, hazırda da istifadəsindədir. Avtomobili Cavabdeh2 adına alqı-satqı edərkən onlar ayrı ayrılıqda yaşamağa başlamışdılar. O, artıq valideynlərinin yanında yaşamağa başlamışdır. Artıq cavabdeh onun boşanmaq niyyətinin olduğunu başa düşmüşdür. O, boşanmaq üçün mediasiyaya müraciət etmişdir. Sonradan vəkil sorğusuna verilən cavabdan o öyrənmişdir ki, həmin ərəfədə onun heç bir xəbəri olmadan cavabdeh avtomobili başqa şəxsin adına keçirtmişdir. Lakin bir daha bildirir ki, başqa şəxsin adına olsa da hər zaman Rzanın özü avtomobili idarə etmişdir. Bu gündə istifadə etməyə davam edir. Bu səbəbdən də o, avtomobilin alqı-satqı olunmasından məlumatlı olmamışdır. Cavabdeh birgə nikah dövründə əldə etdikləri əmlakı bölgüdən yayındırmaq məqsədi ilə formal xarakterli alqı-satqı müqaviləsi bağlamışdır. Qanunun tələbi bundan ibarətdir ki, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Buradan da bəlli olduğu kimi əgər cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlaka dair sərəncam verirdisə onun razılığı tələb olunurdu, o, isə nəinki razılıq verməmiş ümumiyyətlə bu alqı-satqıdan xəbəri olmamışdır. Yalnız vəkil sorgusuna cavab gəldikdən sonra bu əmlakın satılmasından məlumatı olmuşdur. Bu da onu sübut edir ki, burada razılıq ehtimalından söhbət gedə bilməz. Özü işləmişdir və hal-hazırda da işləyir, aylıq gəliri normaldır. Özünün birgə nikah dövründə qazanılmış əmlakda ən azı onun qədər pay haqqı var və həmin əmlakları əldə edərkən onun qədər özünün də maddi dəstəyi olmuşdur. Satılmış avtomobilin geri qaytarılmasını istəyir çünki, o avtomobilin yarısı ona məxsusdur. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 23 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə başqa cavabdehin cəlb olunması barədə vəsatət təqdim edərək vəsatətdə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiklərini, hazırda Cavabdeh3 da cavabdeh qismində işə cəlb olunması zərurəti olduğunu, bu səbəbdən də Cavabdeh3 cavabdeh qismində işə cəlb olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-629/2025 nömrəli, 23 iyun 2025-ci il tarixli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi Vəkil1 vəsatətinin təmin edilməsi və iddiaçı Bayramova (Qəhrəmanova) Əminə İlqar qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Cavabdeh3 cavabdeh qismində mülki işə cəlb edilməsi qərara alınmışdır. İddiaçının vəkil və nümayəndəsi Vəkil1 23 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ərizədə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiklərini, hazırda tələbin həcminin artırılması zərurəti yarandığını, iddia tələbinə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 75BK-011 dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqı-satqısına dair xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-629/2025 nömrəli, 23 iyun 2025-ci il tarixli qərardadı ilə iddiaçının vəkil və nümayəndəsi Vəkil1 iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin təmin edilməsi və iddia tələbinə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqısatqısına dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqı-satqısına dair xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi həddində baxılması qərara alınmışdır. Cavabdeh1 vəkil və nümayəndəsi Vəkil2 11 iyul 2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək ərizədə qeyd etmişdir ki, iddiaçı X2 Şəhər Məhkəməsində vəkili və nümayəndəsi olduğu Cavabdeh1, Cavabdeh2 və digər cavabdehə qarşı "alğı-satqı müqaviləsinin etibarsız hesab olunması" tələbinə dair iddia qaldırmışdır. İddiaçı öz iddia ərizəsində hazırki iş üzrə Cavabdeh1 ilə 05 mart 2020-ci il tarixində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduqlarını qeyd etmişdir (bu işin mübahisəsiz halıdır). Sonradan nümayəndəsi olduğu şəxslə hazırki iş üzrə iddiaçının nikahı məhkəmə qaydasında rəsmi olaraq pozulmuşdur. İddiaçı iddia ərizəsində "birgə nikah dövründə **-BK-*** dövlət qeydiyyat nişanlı, KHAZAR LX" markalı avtomobil almışdıq" deyə qeyd etmiş, həmin avtomobilin isə onun məlumatı olmadan satıldığını qeyd etmişdir. Bu tamamilə əsasız bir tələb və iddiadır. Bununla bağlı ilk olaraq qeyd edir ki, qeyd edilən avtomobil tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak deyildir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin, həm də Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq maddələrinin təsir dairəsinə düşmür. Bu iddia ər-arvadın birgə mülkiyyəti prezumpsiyasına heç bir halda uyğun gəlmir. Belə ki, iddiaçının atasının mülkiyyətində "QAZ 31 105 100" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuş, həmin şəxs-Bayramov Rəşadət həmin avtomobili xx.xx.2022-ci il tarixdə alğı-satqı ilə başqa şəxsə 11.000 (on bir min) manata satmış (özgəninkiləşdirmiş), xx.xx.2022-ci il tarixdə isə hal-hazırda məhkəmə mübahisəsi predmeti olan avtomobili 10.500 (on min beş yüz) manata almışdır. Həmin avtomobil sadəcə bəyanedicilik baxımından hazırki iş üzrə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Bayramov Rəşadət maşın ustası olduğundan və həmin vaxt işi ilə əlaqədar rəsmiləşməyə gedə bilmədiyindən həmin avtomobil oğlu Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Yəni buradan da göründüyü kimi yuxarıda istinad olunan müqavilələrin 1 gün ara ilə rəsmiləşməsi, məbləğlərin eyni olması həmin **-BK-*** dövlət qeydiyyat nişanlı, "KHAZAR LX" markalı avtomobilin birgə nikah dövründə əldə edilmədiyinin əyani sübutudur. Yəni tərəflər (hazırki iş üzrə iddiaçı və Cavabdeh1) bu əmlakı birgə nikah dövründə əldə etməmişdirlər. AR Ailə Məcəlləsinin və AR Mülki Məcəlləsinin müvafiq maddələrinin tələbinə görə ər-arvad arasında birgə nikah dövründə əldə edilmiş əmlak, onların hansının adına qeydiyyata alınmasından asılı olmayaraq onların birgə mülkiyyətini təşkil edir və həmin əmlak birgə nikah dövründə qazanılmış hesab olunur. Bu ümumi olaraq qəbul edilmiş prezumpsiyadır. AR Ali Məhkəməsinin 12 mart 2024-cü il tarixli plenum qərarı (Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında) ... Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. 3.12. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. 3.13. Əgər işin halları ilə ərə (arvada) ayrıca məxsus olan əmlakın əvəzli özgəninkiləşdirilməsi nəticəsində yeni əmlakın əldə edildiyi müəyyən edilərsə, məhkəmələr özgəninkiləşdirilən predmetlə əldə olunan əmlak arasında qiymət fərqini də nəzərə almalıdır. Belə ki, əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərinə bərabər və ya ondan artıqdırsa, əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər. Lakin özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ər-arvadın ümumi vəsaitinə mütənasib olaraq müəyyən edilməlidir. İstinad olunan müvafiq plenum qərarına münasibətdə hazırki kazustik vəziyyətə nəzər yetirən zaman tamamilə aydın olur ki, qeyd edilən və müqavilənin ləğvinin tələb edildiyi (həmin müqavilənin obyekti olmuş) avtomobil əslində tərəflərin birgə nikah dövründə əldə etdiyi əmlak deyildir. Yəni həmin əmlak başqa bir əmlakın satışından əldə olunmuş vəsait hesabına alınmış əmlakdır. Bu müvafiq inzibati orqandan alınmış yazılı sənədlərlə də öz təsdiqini tapır. Yəni o əmlak tərəflərin birgə nikah dövründə qazanılmış əmlak hesab edilir ki, həmin əmlak nikah dövründə, əvəzli və eyni zamanda tərəflərin birgə təsərrüfat aparması nəticəsində əldə edilmiş əmlak olsun. Burada isə bundan söhbət gedə bilməz. Buna görə də qeyd edilən iddia tamamilə əsassızdır və məhkəmə tərəfindən həmin iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 03 sentyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə çıxış təqdim edərək çıxışda qeyd etmişdir ki, “iddia tələbləri tam əsaslı və qanunidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli plenumum qərarının aşağıdakı bəndlərinə əsasən: 3.1. Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (Ailə Məcəlləsi, maddələr 31 - 37) əsasən, ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. 3.6. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. 3.7. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. 3.8. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. 3.9. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən, həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. 5.3 Məhkəmə təcrübəsində tez-tez rast gəlinən mübahisəli əşya alınan ərəfədə ərin (arvadın) yaxın qohumunun özünə məxsus olan əmlakı satması faktı özü-özlüyündə nikah dövründə əldə olunmuş əmlaka dair ər-arvadın mülkiyyət prezumpsiyasını aradan qaldıran fakt kimi qəbul edilə bilməz. Başqa sözlə, qohumun öz əmlakını satması, ərin (arvadın) əmlak alması və bu əməliyyatların tarix etibarilə bir-birinə yaxın olması faktları hüquqi baxımdan həmin qənaətə gəlmək üçün yetərli deyil. Bunun üçün işdəki mötəbər və kifayətedici sübutlarla mübahisə predmeti olan əmlakın ərin (arvadın) şəxsi vəsaiti (ona edilmiş hədiyyə) hesabına əldə olunduğuna dair birmənalı nəticəyə gəlinməlidir. Bu zaman məhkəmə öz qənaətini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə dair mötəbər sübutlara istinad etməklə əsaslandırmalıdır. 5.4 E.Salmanlının şikayəti üzrə 2023-cü il 28 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir. Həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə əsasən, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. 7.1. Ailə Məcəlləsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir (Ailə Məcəlləsi, maddə 33.1) 7.6. Ər-arvaddan birinin ümumi birgə mülkiyyətdə olan əşyaya sərəncam əqdini digərinin razılığı olmadan bağlaması əşyanın daşınar və daşınmaz olmasından asılı olaraq mülki və ailə qanunvericiliyində müəyyən edilmiş şərtlərlə tələb olunan razılığın alınmaması əsası ilə etibarsız sayıla bilər. 7.7. Reyestrdə qeydə alınmalı olub-olmamasından asılı olmayaraq, daşınar əşyalara sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən üçüncü şəxs vicdanlı olmasın. Belə ki, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (Ailə Məcəlləsi, maddə 33.3 və Mülki Məcəllə, maddə 222.3). Əldə edənin müvafiq razılığın alınmadığını bildiyi və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi isə bunu iddia edən tərəfin üzərinə düşür. Bu qayda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əşya hüquqları istisna olmaqla, ərarvadın ümumi əmlakına daxil olan digər hüquqlara (yaşayış binasının tərkib hissəsi üzərində pay hüququ, icarə hüququ və s.) onlardan birinin razılığı olmadan sərəncam verilməsi ilə bağlı mübahisələrə eynilə tətbiq olunur. 7.14. Oxşar mübahisələrlə bağlı F.Nəcəfovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 2023-cü il 3 mart tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar 7.16. Beləliklə, ər-arvadın ümumi birgə mülkiyyətində olan əşyalara dair sərəncam əqdlərinin mübahisələndirilməsi ilə bağlı işlərə baxarkən məhkəmələr Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında ifadə edilmiş hüquqi mövqeləri, həmçinin ər-arvadın əqdin bağlanmasından sonra ailə birliyi içərisində yaşadığı dövrü, əqdin bağlanmasından sonra keçən müddəti ərzində razılığı alınmayan tərəfin əşyaya münasibətini və işin diqqətəlayiq digər hallarını nəzərə almaqla, ağlabatan mühakimə əsasında əqdin bəyənilib-bəyənilmədiyi barədə əsaslandırılmış qənaət formalaşdırmalıdırlar. 7.17. Ümumi əmlaka daxil olan predmetin (məsələn, avtomobilin) ərin (arvadın) bağladığı müqavilə əsasında üçüncü şəxsin adına qeydə alındığı halda ərin (arvadın) həmin müqavilənin etibarsız sayılması və (və ya) əşyanın ümumi mülkiyyətə qaytarılmaqla, bölünməsinə dair əqdin hər iki tərəfinə (sərəncam verən ərə (arvada) və əldə edən üçüncü şəxsə) qarşı iddia qaldırmaq hüququ vardır. Həmin şəxslərə qarşı göstərilən tələblərdən hər hansı birinin irəli sürülməsi iddiaya baxılması üçün kifayət edir. Belə ki, müqavilənin etibarsız sayılması barədə iddia qaldırıldıqda, etibarsızlığın nəticəsi (Mülki Məcəllə, maddə 337.5) kimi üçüncü şəxsin adına olan reyestr qeydinə düzəliş edilməsi (Mülki Məcəllə, maddə 141); etibarsız əqd əsasında verilmiş əşyanın qaytarılması tələbi (Mülki Məcəllə, maddə 157.2) üzrə isə qeydin əsasında duran müqavilənin etibarlılığının yoxlanılması məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsidir və tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz. Sözügedən tələblərə baxılarkən əşyanın üçüncü şəxsin adına rəsmiləşməsinə əsas olmuş əqd etibarsız sayıldıqda müvafiq reyestr qeydi ləğv olunur və əşya ər-arvadın birgə əmlakı kimi bölünür. 7.18. Mübahisə predmetinin üçüncü şəxsin vicdanlı əldə edən olması səbəbindən geri qaytarılması və bölüşdürülməsi mümkün olmadıqda, məhkəmə həmin əşyanın özgəninkiləşdirildiyi halda, bazar dəyərindən iddiaçının payına uyğun olan hissəsinin eyni əsaslarla pul şəklində cavabdehdən tutulmasına iddiaçının razılığı ilə qərar verə bilər. Məsələnin bu qaydada həll edilməsi iddia tələbindən kənara çıxma sayılmır. Çünki ər-arvadın əmlakının qanuni rejiminə söykənən iddianın obyektinin (avtomobil, pul) dəyişməsi, iddianın predmetinin (əmlak bölgüsünün) dəyişməsi hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli plenumum qərarına əsasən: Beləliklə, qanunverici birgə nikah dövründə ər-arvadın əldə etmiş olduğu əmlakın ümumiliyi prezumpsiyasını qəbul etmiş, ümumi birgə mülkiyyət ərarvadın əmlakının qanuni rejimi olaraq tanınmışdır. Odur ki, nikah dövründə əldə edilmiş əmlakın şəxsi əmlak olduğunu, o cümlədən əvəzsiz əqd əsasında əldə edilmiş vəsait hesabına alınmış əmlak olduğunu iddia edən tərəfin bunu təsdiqləyən kifayət qədər mötəbər, bariz sübutları əsasında həmin əmlakın şəxsi əmlak olduğu qərara alına bilər. Qeyd edilməlidir ki, qanunvericilik bağışlama müqaviləsinin forması ilə bağlı tələbləri də müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 668.1-ci maddəsinə müvafiq olaraq bağışlama aşağıdakı hallarda etibarlıdır: daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Göründüyü kimi, daşınar əşya olaraq pul vəsaitinin bağışlanması zamanı müqavilə hədiyyə verənin pul vəsaitini hədiyyə alana verməsi və hədiyyə alan tərəfindən həmin vəsaitin qəbul edilməsi anında bağlanmış hesab olunur və bununla bağlı hər hansı forma tələbi nəzərdə tutulmamışdır. Lakin Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Nəzərə alınmalıdır ki, şifahi qaydada bağlanmış əqdlər üzrə yuxarıda qeyd edilənlərin hüquq tətbiqedici orqanlar tərəfindən dəqiq müəyyənləşdirilməsi, bir qayda olaraq mümkün olmadığından, bu, hazırkı işdə olduğu kimi hüquq tətbiqetmə təcrübəsində ziddiyyətlərin və fərqli yanaşmaların yaranmasına və eyni bir faktın bir halda ərin və ya arvadın şəxsi mülkiyyətinin yaranmasının əsası kimi qiymətləndirilməsi, digər halda isə onların birgə mülkiyyətini istisna edən əsas kimi nəzərə alınmaması ilə nəticələnir. Vurğulanmalıdır ki, hər hansı əqdin forması ilə bağlı tələb heç də həmişə həmin əqdin etibarlılıq şərti olaraq qəbul edilmir. Bəzi hallarda belə forma tələbi məhz sübutetmə şərti olaraq çıxış edir. Bu zaman həmin əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün əqdin forma tələbinə riayət edilməsi mütləq olur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ailə-nikah münasibətləri üzrə hər hansı əşyanın məhz əvəzsiz əqd üzrə əldə edilməsi səbəbindən ərin və ya arvadın şəxsi mülkiyyəti olması ilə bağlı tələblərin təmin edilməsi üçün, belə əqdlərin mövcudluğu əyani sübutlarla (yazılı müqavilə və s.) təsdiqlənməlidir. Odur ki, ailə-nikah münasibətləri, ər-arvadın əmlakının ümumiliyi prezumpsiyasının əksinə olaraq nikah dövründə əldə olunmuş əşyanın ərin və ya arvadın şəxsi mülkiyyəti olması qənaətinə gəlinməsi baxımından əvəzsiz əqdlər üçün yazılı forma sübutetmə şərti olaraq qəbul edilməlidir. Əks yanaşma, yəni tərəflərin iradəsinin dəqiq, birmənalı, aydın şəkildə ifadə olunmasına imkan verən əyani sübutların (yazılı müqavilə və s.) olmaması halında əmlakın ər-arvadın hər birinin ayrıca mülkiyyəti kimi qiymətləndirilməsi Ailə Məcəlləsi ilə müəyyən edilən ər-arvadın əmlakının qanuni rejiminin mahiyyəti və məqsədinə uyğun gəlməməklə yanaşı, ərin və ya arvadın öz hüquqlarından sui-istifadəsinə əhəmiyyətli şərait yaradaraq digər tərəfin Konstitusiya ilə təminat verilən mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın şəxsi əmlakı hesab edilməsi üçün belə əqdlərin yazılı forması ilə bağlı tələbin sübutetmə şərti kimi nəzərdə tutulmaması Konstitusiyanın 29-cu maddəsinə zidd olmaqla yanaşı, ailənin dövlətin xüsusi himayəsində olduğunu bəyan edən Konstitusiyanın 17-ci maddəsinin İ hissəsi ilə də uzlaşmır. Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması ilə bağlı tələbin sübutetmə şərti kimi nəzərdə tutulmaması ər-arvadın əmlakının ümumiliyi prezumpsiyası baxımından Konstitusiyanın 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olmayan hesab edilməlidir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələrinə əmlakın ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab edilməsi üçün həmin əmlakın əldə edilməsinə əsas verən əvəzsiz əqdlərin forması ilə bağlı tənzimetmənin müəyyən edilməsi istiqamətində müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir; - Konstitusiyanın 29-cu maddəsinin İ və İİİ hissələrinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nəticə mövqeyi belədir. 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması ilə bağlı tələbin sübutetmə şərti kimi nəzərdə tutulmaması ər-arvadın əmlakının ümumiliyi prezumpsiyası baxımından Konstitusiyanın 29cu maddəsinin İ və İİİ hissələrinə uyğun olmayan hesab edilsin. 2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilsin. Həm Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həm Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli plenumum qərarı, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsininn xx.xx.2023-cü il tarixli plenum qərarı baxımından X11 tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli arayış sübut kimi sayıla bilməz. istənilən şəxs istənilən məzmunda arayış yaza bilər. Bunun heç bir hüquqi nəticəsi ola bilməz. Ümumiyyətlə Khazar LX” markalı avtomobilin satılmasının iddiaçının bilməməsi bu barədə məlumatının olması işin artıq mübahisəsiz halıdır. Belə ki, cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə prosesində iddiaçının onun Khazar LX” markalı avtomobilin satmasından məlumatı olmadığını bildirmiş və digər məhkəmə proseslərində bu hal mübahisələndirilməmişdir. xx.xx.2025-ci il tarixli, cavabdehin etirazında tərəf qeyd edir ki, Bayramov Rəşadət “Qaz 31-105” markalı, ** BA *** dövlət nömrə nişanlı avtomobili, xx.xx.2022-ci ildə 11000 (on bir min) manata alqı-satqı əsasında başqa şəxsə satmışdır. Həmin alqı-satqı müqaviləsi sübut kimi məhkəməyə təqdim edilməli olduğu halda xx.xx.2025ci ildə Naxçıvan Şəhər Məhkəməsinə vətəndaş X11 adından heç bir qanuni əsas olmayan arayış təqdim edilmişdir. Həmin arayışa əsasən Şıxəliyev məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş etirazın əksi olaraq ziddiyyətli bir arayış təqdim etmişdir. Arayışda Şıxəliyev bildirir ki, “mən xx.xx.2022-ci ildə Naxçıvan şəhər sakini Cavabdeh1 11000 (on bir min) manat ödəyərək ondan “VOLQO Qaz 31-105” markalı avtomobili almışam”. Etiraz və arayış arasında yaranmış ziddiyyət məhkəməni yanıltmaq kimi qiymətləndirməlidir. xx.xx.2022-ci il tarixdə “VOLQO Qaz 31-105” markalı avtomobil satılmış, xx.xx.2022-ci il tarixdə “Khazar LX” markalı avtomobil Rza tərəfində alındığı halda “VOLQO Qaz 31-105” markalı avtomobilin satışına görə xx.xx.2022-ci il tarixdə Rzaya verilməsi bir daha onu sübut edir ki, Rza “Khazar LX” markalı avtomobilini məhz özünə məxsus, birgə nikah dövründə əldə edilmiş ayrıca pul vəsaiti ilə almışdır. Çünki, arayışa görə “VOLQO Qaz 31-105” markalı avtomobilin pulu ilə “Khazar LX” markalı avtomobil aldığından bir ay sonra ona verilməsi görülməkdədir. Birdə etirazda qeyd olunur ki, Rəşadət Bayramov maşın ustası olduğundan maşını öz adına rəsmiləşdirməyə gedə bilməmişdir. Sual yaranır ki, maşını satmağa gedə bildiyi halda nə üçün maşın almaq fikri var idisə gedib maşını özü almırdı? Rəşadət Bayramova aid avtomobil satışında əldə olunan pulun Rza tərəfindən alınan avtomobilə xərclənməsi ilə bağlı heç bir əlaqəsi yoxdur. “Khazar LX” markalı avtomobilin birgə nikah dövründə qazanılmış pul ilə əldə olunmasının xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi tam sübut etməkdədir. Həmçinin cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddiaçı ilə nikahda olduğu zamanlarda təkidlə işləmədiyini, heç bir qazanc əldə etmədiyini bildirmişdir. Bu hala münasibətdə bildirir ki, cavabdeh hələ 2019-cu il tarixdən Naxçıvan şəhərində yerləşən avtomobil bazarında sənəd üzərində atasının adına olan dükandan avtomobil ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olaraq yaxşı pul qazanmışdır. Həmin vaxtlar, həmçinin indi atası ayrıca sexdə avtomobil təmiri ustası işləyir. Cavabdeh həmçinin müxtəlif işlərdə də qarovul işləmiş və sonradan tükan açıb işlətmişdir. Habelə şahid Qasımov Nazimdə məhkəmə zalında özünə məxsus “Khazar LX” markalı avtomobili Rzaya satmasını etiraf edərək onunla alqı-satqı müqaviləsi bağladığını bildirmişdir. Sonda hesab edir ki, tələb tam əsaslıdır. Məhkəmə tərəfindən təmin olunmasını xahiş etmişdir”. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı Bayramova (Qəhrəmanova) Əminə İlqar qızına mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçı Bayramova (Qəhrəmanova) Əminə İlqar qızının vəkili və nümayəndəsi Vəkil1 iddiaçının iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Mülki iş üzrə təyin edilmiş məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə Cavabdeh3 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclaslarına gəlməmiş, məhkəmə baxış iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Cavabdeh3 nümayəndəsi X5 Cavabdeh3 iştirakı olmadan məhkəmə baxış iclaslarının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh3 iştirakı olmadan məhkəmə baxış iclaslarının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsində ətraflı şəkildə qeyd edildiyini, iddiaçının müraciətdən sonra paralel olaraq həm mediasiyaya müraciət etdiyini, həm də Yol Polis İdarəsinə sorğu verildiyini, mediasiyada tələbin birgə nikah dövründə əldə edilmiş avtomobildə payın müəyyən edilməsi və payın dəyərinin ödənilməsi olduğunu, çünki xanımın avtomobilin birgə nikah dövründə əldə edildiyini onlara bildirdiyini, daha sonra Yol Polis İdarəsi tərəfindən verilmiş sorğuya cavab gəldiyində avtomobilin satıldığını bildiklərini, yenidən mediasiyadan keçdiklərini, mediasiya prosesində isə qarşı tərəfin iştirak etmədiyini, alqı-satqı edildiyini bilsələr, mediasiyadan birinci tələblə keçməyəcəklərini, yəni xanımın alqı-satqı edilməsindən xəbəri olmadığını, 2024-cü ildə iddiaçı ilə cavabdehin aralarında olan nikahın pozulduğunu, Ali Məhkəmənin bu xarakterdə olan işlərlə bağlı qərarında təkzib edilən hallarla bağlı mötəbər sübutların təqdim olunmasının xüsusilə vurğulandığını, yəni cavabdehin pulun atası tərəfindən verilməsini sübut etməli olduğunu, həmçinin cavabdehin özünün də avtomobili yoldaşının xəbəri olmadan lombarda qoyulduğunu qeyd etdiyini, avtomobilin daima cavabdehin istifadəsində olduğunu, iddiaçının avtomobillə bağlı proseslərdən məlumatı olmadığını, iddiaçının işləməyinin iddianın predmətinə aid olmadığını, iddia predmeti ilə əlaqədar bütün sübutların təqdim olunduğunu, iddiaçının həmin dövrdə işlədiyini, hal-hazırda da işlədiyini, tələblərinin tam əsaslı və qanuni olduğunu, məhkəmə təcrübəsində tez-tez rast gəlinən mübahisəli əşya alınan ərəfədə ərin (arvadın) yaxın qohumunun özünə məxsus olan əmlakı satması faktının özü-özlüyündə nikah dövründə əldə olunmuş əmlaka dair ər-arvadın mülkiyyət prezupmsiyasını aradan qaldıran fakt kimi qəbul edilə bilmədiyini, başqa sözlə, qohumun öz əmlakını satması, ərin (arvadın) əmlak alması və bu əməliyyatların tarix etibarilə bir-birinə yaxın olması faktlarının hüquqi baxımdan həmin qənaətə gəlmək üçün yetərli olmadığını, bunun üçün işdəki mötəbər və kifayətedici sübutlarla mübahisə predmeti olan əmlakın ərin (arvadın) şəxsi vəsaiti (ona edilmiş hədiyyə) hesabına əldə olunduğuna dair birmənalı nəticəyə gəlinməli olduğunu, bu zaman məhkəmənin öz qənaətini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə dair mötəbər sübutlara istinad etməklə əsaslandırmalı olduğunu, E.Salmanlının şikayəti üzrə 2023-cü il 28 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı formasının sübutetmə şərti kimi qəbul edilməsi qənaətinə gəldiyini, həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə əsasən, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olmasının zəruri olduğunu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli plenumum qərarına əsasən qanunvericinin birgə nikah dövründə ər-arvadın əldə etmiş olduğu əmlakın ümumiliyi prezumpsiyasını qəbul etdiyini, ümumi birgə mülkiyyətin ər-arvadın əmlakının qanuni rejimi olaraq tanındığını, odur ki, nikah dövründə əldə edilmiş əmlakın şəxsi əmlak olduğunu, o cümlədən əvəzsiz əqd əsasında əldə edilmiş vəsait hesabına alınmış əmlak olduğunu iddia edən tərəfin bunu təsdiqləyən kifayət qədər mötəbər, bariz sübutları əsasında həmin əmlakın şəxsi əmlak olduğunun qərara alına biləcəyini, həm Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həm Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli plenumum qərarı, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli plenum qərarı baxımından X11 tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli arayışın sübut kimi sayıla bilməyəcəyini, istənilən şəxsin istənilən məzmunda arayış yaza biləcəyini, bunun heç bir hüquqi nəticəsi ola bilməyəcəyini, ümumiyyətlə Khazar LX” markalı avtomobilin satılmasının iddiaçının bilməməsi bu barədə məlumatının olmasının işin artıq mübahisəsiz halı olduğunu, belə ki, cavabdehin xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə prosesində iddiaçının onun Khazar LX” markalı avtomobilin satmasından məlumatı olmadığını bildirdiyini, digər məhkəmə proseslərində bu halın mübahisələndirilmədiyini, xx.xx.2025-ci il tarixli, cavabdehin etirazında tərəfin Bayramov Rəşadətin “Qaz 31-105” markalı, ** BA *** dövlət nömrə nişanlı avtomobili, xx.xx.2022-ci ildə 11000 (on bir min) manata alqı-satqı əsasında başqa şəxsə satdığının qeyd edildiyini, həmin alqı-satqı müqaviləsinin sübut kimi məhkəməyə təqdim edilməli olduğu halda xx.xx.2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinə vətəndaş X11 adından heç bir qanuni əsas olmayan arayış təqdim edildiyini, həmin arayışa əsasən Şıxəliyevin məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş etirazın əksi olaraq ziddiyyətli bir arayış təqdim etdiyini, arayışda Şıxəliyevin “mən xx.xx.2022-ci ildə Naxçıvan şəhər sakini Cavabdeh1 11000 (on bir min) manat ödəyərək ondan “VOLQO Qaz 31-105” markalı avtomobili almışam” deyə qeyd etdiyini, etiraz və arayış arasında yaranmış ziddiyyətin məhkəməni yanıltmaq kimi qiymətləndirməli olduğunu, xx.xx.2022-ci il tarixdə “VOLQO Qaz 31-105” markalı avtomobilin satıldığını, xx.xx.2022-ci il tarixdə “Khazar LX” markalı avtomobilin Rza tərəfində alındığı halda “VOLQO Qaz 31-105” markalı avtomobilin satışına görə xx.xx.2022-ci il tarixdə Rzaya verilməsinin bir daha Rzanın “Khazar LX” markalı avtomobilini məhz özünə məxsus, birgə nikah dövründə əldə edilmiş ayrıca pul vəsaiti ilə aldığını sübut etdiyini, çünki, arayışa görə “VOLQO Qaz 31-105” markalı avtomobilin pulu ilə “Khazar LX” markalı avtomobil aldığından bir ay sonra ona verilməsinin görülməkdə olduğunu, bir də etirazda Rəşadət Bayramovun maşın ustası olduğundan maşını öz adına rəsmiləşdirməyə gedə bilmədiyinin qeyd olunduğunu, bunun maşını satmağa gedə bildiyi halda nə üçün maşın almaq fikri var idisə gedib maşını özü almadığı sualını doğurduğunu, Rəşadət Bayramova aid avtomobil satışında əldə olunan pulun Rza tərəfindən alınan avtomobilə xərclənməsi ilə heç bir əlaqəsi olmadığını, “Khazar LX” markalı avtomobilin birgə nikah dövründə qazanılmış pul ilə əldə olunmasının xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin tam sübut etməkdə olduğunu, həmçinin cavabdehin xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddiaçı ilə nikahda olduğu zamanlarda təkidlə işləmədiyini, heç bir qazanc əldə etmədiyini bildirdiyini, bu hala münasibətdə cavabdehin hələ 2019-cu il tarixdən Naxçıvan şəhərində yerləşən avtomobil bazarında sənəd üzərində atasının adına olan dükandan avtomobil ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olaraq yaxşı pul qazandığını, həmin vaxtlar, həmçinin indi atasının ayrıca sexdə avtomobil təmiri ustası işlədiyini, cavabdehin həmçinin müxtəlif işlərdə də qarovul işlədiyini və sonradan tükan açıb işlətdiyini, habelə şahid Qasımov Nazimin də məhkəmə zalında özünə məxsus “Khazar LX” markalı avtomobili Rzaya satmasını etiraf edərək onunla alqı-satqı müqaviləsi bağladığını bildirdiyini, iddia tələbinin tam əsaslı olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında Volqa markalı atasının adına olan avtomobil olduğunu, atasına məxsus olduğunu, 2022-ci ilin avqust ayında atasının həmin avtomobili satdığını, 4-5 gün sonra hal-hazırda mübahisə predmeti olan “Xəzər” markalı avtomobili tapdıqlarını, atasının həyətdə keçmiş yoldaşının, iddiaçının yanında pulu, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsini ona verib avtomobilin alqı-satqısını özünün etməyini, avtomobili də özünün adına keçirməyini istədiyini, nə yoldaşının, nə də özünün həmin vaxtı işləmədiklərini, mülkün atasının olduğunu, “Xəzər” markalı avtomobili 10500 manata atasının aldığını, sadəcə özünün adına keçirildiyini, “Xəzər” markalı avtomobili atasının da, özünün də istifadə etdiklərini, 2023-cü il aprel ayının 29-da iddiaçının evdən getdiyini, 6 ay sonra, oktyabr ayının əvvəlləri, ya da ortaları özünün gedib yenidən gətirdiyini, 15-20 gün sonra birdəfəlik getdiyini, artıq münasibətlərinin tamamilə pozulduğunu, keçmiş yoldaşının onu 18500 manat borca saldığını, keçmiş yoldaşına Fatimə adlı şəxsin pul qazandıracağını dediyini, keçmiş yoldaşının Fatimə adlı şəxslə sosial şəbəkə vasitəsilə tanış olub yaxın olduğunu, iddiaçının 4500 manata qızıl lombarda qoyduğunu, keçmiş yoldaşının ondan xəbərsiz qızılı lombarda qoyduğunu, 4000 manat əmisioğlunun pulu olduğunu, saxlamaq üçün ona verdiyini, həmin pulu da yoldaşının götürdüyünü, 9000 manat da bacısıgilin evdə pulu olduğunu, o pulu oğurlayıb verdiyini, daha sonra xalası oğlu ilə həmin oğurladığı pulu yerinə qoyduğunu, pullar batandan sonra özünün bunlardan xəbəri olduğunu, 5000 manat pul qazana biləcəyini dediyini, Cavabdeh2 lombardı olduğunu, 2023-cü ilin oktyabr ayında 4500 manata avtomobili lombarda qoyduğunu, lombardın avtomobili dəyərindən aşağı götürdüyünü, ona görə 4500 manat pul ala bildiyini, əmisi oğluna olan borcunu ödəmək üçün avtomobili lombarda qoyduğunu, lombarda avtomobil qoyanda alqısatqı müqaviləsi bağlandığı üçün bağladıqlarını, avtomobili lombarda qoyanda yoldaşının evdə olmadığını, onun lombarddan xəbəri olmadığını, çünki maşının atasının olduğunu, daha sonra atasının avtomobilin lombardda olduğunu bildiyini, aparıb pulunu ödədiyini, avtomobili də anasının adına keçirdiyini, 2024-cü ildə avtomobilin anasının adına keçdiyini, anasının ona sadəcə avtomobili idarə edə bilməyi üçün etibarnamə verdiyini, özünün işləmədiyini, iddiaçının da işləmədiyini, onlara atasının baxdığını, sadəcə 2023-cü ilin yanvar ayından “Capital Security”də mühafizə işlədiyini, orada da 6 ay işlədiyini, sadəcə qalan vaxtlar da atasının yanında olduğunu, sexdə işlədiyini, ailə qurandan əvvəl də işləmədiyini, mühafizə işindən çıxdıqdan sonra da atasının yanında olduğunu, borcu olduğu üçün icazəsiz olaraq avtomobili lombarda qoyduğunu, 6-7 ay mühafizə işlədiyini, 360 manat əmək haqqı aldığını, o pulla 11000 manatlıq avtomobil ala bilməyəcəyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkil və nümayəndəsi Vəkil2 izahatında X32 idarəsinə alqı-satqı müqavilələri ilə müəyyən sorğular verdiklərini, Cavabdeh1 atasının adına olan avtomobili satması ilə bağlı alqı-satqı müqaviləsinin əldə edilməsi ilə əlaqədar sorğu verdiklərini, iddiaçı və Cavabdeh1 birgə mülkiyyəti hesabına avtomobilin alındığının iddia olunduğunu, həmin ərəfədə Cavabdeh1 atasının özünə məxsus olan avtomobili satdığını, Cavabdeh1 atasının pulu ilə həmin avtomobilin alındığını, lakin avtomobilin məcburən Cavabdeh1 adına rəsmiləşdirildiyini, belə ki, Cavabdeh1 atası maşın ustası olduğu üçün, işi olduğu üçün, alqı-satqı müqaviləsi bağlamağa gedə bilmədiyindən Cavabdeh1 alqı-satqı müqaviləsini bağladığını və avtomobilin də onun adına qeydiyyata alındığını, avtomobilin Cavabdeh1 atasının adına alınacağını, lakin, oğlunun alqı-satqıya getdiyini və məcburi olaraq oğlunun adına sənədləşdiyini, sadəcə sənəd üzərində avtomobilin sahibinin Cavabdeh1 olduğunu, müqaviləyə görə Bayramov Rəşadətin pulu oğluna vermiş kimi göründüyünü, bunu təsdiq edən hər hansı rəsmi sənəd olmadığını, sadəcə alqı-satqının yaxın müddətlərdə həyata keçirilməsini təsdiq etmək üçün X32 idarəsinə sorğular verdiklərini, etiraz ərizəsində ətraflı şəkildə qeyd etdiklərini, iddiaçının özünün işlədiyini, cavabdehin isə müxtəlif yerlərdə işlədiyini qeyd etdiyini, lakin qeyd olunan halları təsdiq edən hər hansı sübut təqdim edilmədiyini, qeyd edilən avtomobilin tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak olmadığını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin, həm də Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq maddələrinin təsir dairəsinə düşmədiyini, bu iddianın ər-arvadın birgə mülkiyyəti prezumpsiyasına heç bir halda uyğun gəlmədiyini, belə ki, iddiaçının atasının mülkiyyətində "QAZ 31 105 100" markalı, **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu, həmin şəxs-Bayramov Rəşadətin həmin avtomobili xx.xx.2022-ci il tarixdə alğı-satqı ilə başqa şəxsə 11.000 (on bir min) manata satdığını, xx.xx.2022-ci il tarixdə isə hal-hazırda məhkəmə mübahisəsi predmeti olan avtomobili 10.500 (on min beş yüz) manata aldığını, həmin avtomobilin sadəcə bəyanedicilik baxımından hazırki iş üzrə Cavabdeh1 adına rəsmiləşdirildiyini, Bayramov Rəşadətin maşın ustası olduğundan və həmin vaxt işi ilə əlaqədar rəsmiləşməyə gedə bilmədiyindən həmin avtomobilin oğlu Cavabdeh1 adına rəsmiləşdirildiyini, yəni buradan da göründüyü kimi yuxarıda istinad olunan müqavilələrin 1 gün ara ilə rəsmiləşməsi, məbləğlərin eyni olması həmin **-BK-*** dövlət qeydiyyat nişanlı, "KHAZAR LX" markalı avtomobilin birgə nikah dövründə əldə edilmədiyinin əyani sübutu olduğunu, alqı-satqı müqaviləsinin sorğu əsasında əldə edə bilmədikləri üçün məhkəmə iclasına şahidin dəvət edilməsi ilə bağlı vəsatət verdiklərini, bununla bağlı da şahid dindirildiyini, qazancla bağlı hər hansı sübut təqdim olunmadığını, atasının pulu ilə alınan avtomobilin sadəcə cavabdehin qeydiyyatına alındığını, sadəcə başqasının mülkiyyəti ilə alınan əmlaka tamah salmaq olduğunu bildirərək iddianın rədd edilməsini barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi X12 izahatında nə iddiaçının, nə də cavabdeh olan oğlunun avtomobil alınan vaxt işləmədiklərini, yəni onların birgə mülkiyyəti ilə avtomobil alınmasından söhbət gedə bilməyəcəyini, özünün Volqa markalı avtomobili olduğunu, onu satdığını, oğlunun elə həmin günün axşamı da ona yeni avtomobil tapdığını, özünün də almağa razılaşdığını, sexdən çıxa bilmədiyi üçün oğlunun alqı-satqıda iştirak etməsini, onun adına qeydiyyata alınmasında heç bir problem olmayacağını dediyini, pulu ona verdiyini, beləliklə avtomobilin onun adına rəsmiləşdiyini, oğlunun da sonra borcu olduğu üçün avtomobili lombarda qoyduğunu, alqı-satqı müqaviləsi əsasında lombarda qoyduğunu, özlərinin 3 ay sonra bu məsələni bildiklərini, zəng edib bu məsələni dediklərini, evdə söz-söhbətləri olduğunu, borc alıb pulu ödədiyini, avtomobili götürdüyünü, etibarnamə ilə göndərdiklərini, elə qalmasını istəmədiyi üçün də avtomobili yoldaşının adına qeydiyyata aldırdığını, yoldaşının avtomobil üçün ona və oğluna etibarnamə verdiyini, sexin qabağında pulu verdiyini, sənədləri isə sənədləşməni etməsi üçün sabahısı günü həyətdə verdiyini, avtomobilin özünün olduğunu, özünün satdığını, işinə görə alqı-satqıya gedə bilmədiyini, 1 günün içində avtomobilin satılıb digər avtomobil alındığını, iddiaçı və cavabdehin öz pulları olsaydı avtomobil satılmazdan əvvəl özlərinə başqa avtomobil alacaqlarını, iddiaçının heç bir maddi dəstəyi olmadığını, onun Rzaya maddi dəstək verib maşın aldığını deyirsə, evin özünün olduğunu, onun evində qaldıqlarını, özünün də dəstək verdiyini, ailədə “mənim, sənin” söhbəti olmadığını, oğlu öz adına qeydiyyata aldırması üçün avtomobilin sənədini, pulunu verdiyini, qarşı tərəfin də iddiaçının maddi dəstək verdiyini sübut etməli olduğunu, oğlunun onun sexində oturub alver etdiyini, özünün pul qazanmadığını, sexin özünün olduğunu, onun da atasının dükanı kimi oturduğunu, lombardın da pulunu özünün ödəyib avtomobili lombarddan özünün götürüb yoldaşının adına qeydiyyata aldırdığını, bu halların nəzərə alınmasını istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X21 ifadəsində avtomobilini satdığını, Rzanın da aldığını, 10500 manat olduğunu, müqavilədən xəbəri olmadığını, göstərilən müqavilədə olan imzanın özünün olmadığını, Rzanı üzdən tanıdığını, adını bilmədiyini, X32 İdarəsinə tək Rzanın gəldiyini, müqaviləni bağladıqlarını, pulu gəlib Rəşadətdən aldıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində X4 27 iyun 2023-cü il tarixdə Qaz 35-105 Volqa markalı avtomobil aldığını, pulunu da ona verdiyini, 11000 manata aldığını, pulu Rəşadətə verdiyini, arayışda səhhətində olan problemlə bağlı 2 səhvi olduğunu, tarixi səhv göstərdiyini, qarşı tərəfin nə isə yazmağını demədiyini, özünün səhhəti ilə əlaqədar gəlmək istəmədiyi üçün elə bir arayış yazıb göndərdiyini bildirdi. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X31 İdarəsinin 08 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 adında olmuş "Khazar LX" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında satılaraq Cavabdeh2 adına qeydiyyata alınmışdır. "Khazar LX" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi dəyişdiyi üçün həmin avtomobilə dair hər hansı qeydiyyat hərəkətlərinin aparılmaması ilə bağlı məhdudiyyətin qoyulması imkan xaricindədir. İddia ərizəsinə əlavə olunmuş 27 oktyabr 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinin surətindən görünür ki, Naxçıvan şəhəri, X28 küçəsi, ev 11 ünvanında qeydiyyatda olan Bayramov X18 şəhəri, 60-cı məhəllə, döngə 9, ev 15A ünvanında qeydiyyatda olan Cavabdeh2 27 oktyabr 2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətində olan "Khazar LX" minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı avtomobili 11500 (on bir min beş yüz) manat qarşılığında satmışdır. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-340/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 ilə X16 arasında 05 mart 2020-ci il tarixdə Naxçıvan şəhər Nikah evində bağlanmış 29 nömrəli nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikahlarından doğulmuş 22 fevral 2022-ci il təvəllüdlü X13 anası X10 yanında saxlanılması, Cavabdeh1 17 yanvar 2024-cü il tarixdən hesablanmaqla hər ay sabit məbləğdə 235 (iki yüz otuz beş) manat miqdarında alimentin tutularaq 22 fevral 2022-ci il təvəllüdlü X1 üçün X10 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X31 İdarəsinin 14 mart 2025-ci il tarixli məktubundan görünür ki, 2019-cu il buraxılışlı, "Khazar LX” markalı avtomobil xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Naxçıvan şəhəri, M.S.ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 adına qeydiyyata alınaraq **-BA-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2023-cü il tarixdə həmin dövlət qeydiyyat nişanı dəyişdirilərək **-BK-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 adına qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə isə alqı-satqı müqaviləsi əsasında Naxçıvan şəhəri, M.S.ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh3 adına qeydiyyata alınmışdır. Hal hazırda “Khazar LX” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 adına qeydiyyatda durur. Həmin avtomobilə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək X8 və xx.xx.2024-cü il tarixdən xx.xx.2027ci il tarixədək Cavabdeh1 etibarnamə verilmişdir. İş materiallarına əlavə olunmuş 28 iyul 2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan X3 şəhəri, X28 küçəsi, ev 11 ünvanında qeydiyyatda olan Cavabdeh1 28 iyul 2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X15 mülkiyyətində olan "Khazar LX" minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı avtomobili 10500 (on min beş yüz) manat qarşılığında satmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X31 İdarəsinin 30 iyun 2025-ci il tarixli, 3-13-43-14/2-1582/2025 nömrəli məktubundan görünür ki, Naxçıvan şəhəri, M.S.ünvan 1 ünvanında qeydiyyatda olan Əliyeva (Bayramova) Sevil Bilal qızının adına xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında "Khazar LX" markalı, 2019-cu il buraxılışlı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Hal-hazırda həmin avtomobil Əliyeva (Bayramova) Sevil Bilal qızının adında qeydiyyatda durur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X31 İdarəsinin 30 iyun 2025-ci il tarixli, 3-13-43-14/2-1520/2025 nömrəli məktubundan görünür ki, Naxçıvan şəhəri, M.S.ünvan 1 ünvanında qeydiyyatda olan X5 adına xx.xx.2012-ci il tarixdə 370421 nömrəli gömrük vəsiqəsi əsasında "Hyundai Elantra" markalı, 2011-ci il buraxılışlı avtomobil qeydiyyata alınaraq **-CH-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında satılaraq Ordubad rayon Dəstə kənd sakini X14 adına qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixdə Rəşadət Bayramovun adına 468430 nömrəli gömrük vəsiqəsi əsasında "X33" markalı, 2013-cü il buraxılışlı avtomobil qeydiyyata alınaraq **-EM- *** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında satılaraq Naxçıvan şəhəri, Qoçüstü məhəlləsi 1/93 ünvanında qeydiyyatda olan X9 adına qeydiyyata alınmışdır. xx.xx.2014-cü il tarixdə Rəşadət Bayramovun adına həsrət körpüsü kiçik müəsissəsinin 673751 nömrəli hesab arayışı əsasında "Qaz 31105 100" markalı, 2008ci il buraxılışlı avtomobil qeydiyyata alınaraq **-CU-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2017-ci il tarixdə həmin dövlət qeydiyyat nişanı dəyişdirilərək **-BA-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2018-ci il tarixdə yenidən dövlət qeydiyyat nişanı dəyişdirilərək **-BA-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2022-ci il tarixdə isə alqı-satqı müqaviləsi əsasında satılaraq Ordubad rayon Biləv kənd sakini X6 adına qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixdə Rəşadət Bayramovun adına alqı-satqı müqaviləsi əsasında "Mazda CX-7" markalı, 2006-ci il buraxılışlı avtomobil qeydiyyata alınaraq **-HY-*** dövlət qeydiyyat nişanı verilmişdir. Hal-hazırda X5 adında "Mazda CX-7" markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatda durur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X31 İdarəsinin 30 iyun 2025-ci il tarixli, 3-13-43-14/2-1579/2025 nömrəli məktubundan görünür ki, Naxçıvan şəhəri, M.S.ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında "Khazar LX" markalı, 2019-cu il buraxılışlı avtomobil qeydiyyata alınaraq **-BA-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2023-cü il tarixdə həmin dövlət qeydiyyat nişanı dəyişdirilərək **-BK-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında satılaraq ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 adına qeydiyyata alınmışdır. Hal-hazırda Cavabdeh1 adında hər hansı bir avtonəqliyyat vasitəsi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X31 İdarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış şöbəsində qeydiyyatda durmur. Məhkəmə iş materiallarını təhlil edib, işdə iştirak edən şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1 və 389.2-ci maddələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 31.1 və 31.2-ci maddələrinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 3.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31-37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Qərarın 3.2-ci bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ərarvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33-cü maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 7.2, 7.3 və 7.4-cü bəndlərinə əsasən bununla belə, Ailə Məcəlləsinin 33.2-ci maddəsinə müvafiq olaraq ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Göründüyü kimi, qanunverici əmlaka sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alındığı barədə qanuni prezumpsiyanı yalnız reyestrdə qeydə alınmalı olmayan daşınar əşyalara aid edir. Maddənin əks mənasına görə, daşınmaz əşyalara və reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə belə bir prezumpsiya mövcud deyil. Beləliklə, reyestrdə qeydə alınmalı olmayan daşınar əşyalara sərəncam verilməsi barədə əqdi ər-arvaddan hansının bağlamasından asılı olmayaraq, digərinin razılığı ehtimal edilir. Mübahisə halında razılığın alınmadığını sübuta yetirmək vəzifəsi əqdi mübahisələndirən ərin (arvadın) üzərinə düşür. Reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlanarkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığına dair qanuni ehtimal nəzərdə tutulmadığı üçün mübahisə halında razılığın olduğunu sübutetmə vəzifəsi belə razılığın olduğu əsası ilə iddiaya etiraz edən tərəfin üzərinə düşür. Ailə Məcəlləsinin 33-cü maddəsində razılığın verilməsi üçün məcburi forma nəzərdə tutulmamışdır. Eyni zamanda Mülki Məcəllənin 355.2ci maddəsinə əsasən, razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Odur ki, ərin (arvadın) bağladığı müqavilədə tərəf olmayan ərin (arvadın) razılığı istənilən formada (şifahi, sadə yazılı, notarial, konkret konkludent hərəkətlərdə və s.) ifadə oluna bilər. Həmin Qərarın 7.6-cı bəndinə əsasən ər-arvaddan birinin ümumi birgə mülkiyyətdə olan əşyaya sərəncam əqdini digərinin razılığı olmadan bağlaması, əşyanın daşınar və daşınmaz olmasından asılı olaraq mülki və ailə qanunvericiliyində müəyyən edilmiş şərtlərlə tələb olunan razılığın alınmaması əsası ilə etibarsız sayıla bilər. Həmin Qərarın 7.13-cü bəndinə əsasən ər-arvadın birgə mülkiyyətində olan əşyaya sərəncam verilməsi barədə əqdin etibarsızlığına dair işlərə baxarkən məhkəmələr xidməti vəzifəsinə görə işin əqdin bəyənilməsinə dəlalət edən mübahisəsiz və ya müəyyən edilmiş hallarına qiymət verməlidirlər. Belə ki, ərin və ya arvadın müqaviləni bəyənməsi nəticəsində əqd etibarlı hala gəlmiş olur (Mülki Məcəllənin 357-ci maddəsi). Həmin Qərarın 7.14 və 7.15-ci bəndlərinə əsasən oxşar mübahisələrlə bağlı F.Nəcəfovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 2023-cü il 3 mart tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidirlər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının tələblərini nəzərə alaraq belə qeyd edir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X31 İdarəsinin 14 mart 2025-ci il tarixli məktubundan görünür ki, 2019-cu il buraxılışlı, "Khazar LX” markalı avtomobil xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Naxçıvan şəhəri, M.S.ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 adına qeydiyyata alınaraq **-BA-*** dövlət qeydiyyat nişanı verilmişdir. Məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, həmin avtomobil iddiaçı Bayramova (Qəhrəmanova) Əminə İlqar qızının və Cavabdeh1 birgə nikah dövründə ümumi gəlirləri hesabına əldə edilmişdir. Həmin nəqliyyat vasitəsi iddiaçı Bayramova (Qəhrəmanova) Əminə İlqar qızının və Cavabdeh1 birgə nikah dövründə ümumi gəlirləri hesabına əldə edildiyindən onun barəsində bağlanan sərəncam əqdi (yəni, hazırki iş üzrə alqı-satqı müqaviləsi) iddiaçı Bayramova (Qəhrəmanova) Əminə İlqar qızının razılığı almaqla bağlanılmalı idi. Lakin istər iş materiallarına əlavə edilmiş sənədlərdən, istərsə də işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlarından görünür ki, həmin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış **- BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi iddiaçının razılığı olmadan bağlanmışdır. Belə ki, hətta Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında lombarda avtomobil qoyanda alqısatqı müqaviləsi bağlandığı üçün bağladıqlarını, avtomobili lombarda qoyanda yoldaşının evdə olmadığını, onun lombarddan xəbəri olmadığını bildirərək özü də iddiaçının həmin müqavilədən xəbəri olmamasını bir daha təsdiq etmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəf istər məhkəməyə göndərdiyi etiraz ərizəsində, istərsə də məhkəməyə verdikləri izahatlarında **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin iddiaçı Bayramova (Qəhrəmanova) Əminə İlqar qızının və Cavabdeh1 birgə nikah dövründə ümumi gəlirləri hesabına əldə edilmədiyini, Cavabdeh1 atasının mülkiyyətində "QAZ 31 105 100" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə alqı-satqı ilə başqa şəxsə 11.000 (on bir min) manata satılaraq, xx.xx.2022-ci il tarixdə isə **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobili 10.500 (on min beş yüz) manata aldıqlarını, yəni həmin avtomobilin əslində cavabdehin atasının mülkiyyətində olan başqa avtomobilin satışından əldə edilmiş pul vəsaiti hesabına alındığını qeyd etsələr də, həmin **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilin Cavabdeh1 atasının mülkiyyətində olan "QAZ 31 105 100" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pul vəsaiti hesabına alınmasını, yəni həmin avtomobilin tərəflərin birgə gəlirləri hesabına deyil, cavabdehin atasının vəsaiti hesabına alınmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, iddiaçı tərəf isə həmin halları təkzib etmiş və məhkəmə araşdırması zamanı da həmin hallar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən cavabdeh etirazının əsasını təşkil edən halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmçinin məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında 2023-cü il aprel ayının 29-da iddiaçının evdən getdiyini, 6 ay sonra, oktyabr ayının əvvəlləri, ya da ortaları özünün gedib yenidən gətirdiyini, 15-20 gün sonra birdəfəlik getdiyini, artıq münasibətlərinin tamamilə pozulduğunu bildirmişdir. İş materiallarında olan **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqı-satqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin xx.xx.2023-cü il tarixdə bağlandığı məlum olmuşdur. Həmçinin Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqı-satqısına dair xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin isə tərəfi olan Cavabdeh3 da Cavabdeh1 anasıdır. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 7.16-cı bəndinə əsasən beləliklə, ər-arvadın ümumi birgə mülkiyyətində olan əşyalara dair sərəncam əqdlərinin mübahisələndirilməsi ilə bağlı işlərə baxarkən məhkəmələr Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında ifadə edilmiş hüquqi mövqeləri, həmçinin ər-arvadın əqdin bağlanmasından sonra ailə birliyi içərisində yaşadığı dövrü, əqdin bağlanmasından sonra keçən müddəti, bu zaman ərzində razılığı alınmayan tərəfin əşyaya münasibətini və işin diqqətəlayiq digər hallarını nəzərə almaqla, ağlabatan mühakimə əsasında əqdin bəyənilib-bəyənilmədiyi barədə əsaslandırılmış qənaət formalaşdırmalıdırlar. Plenum qərarın tələbinə əsasən məhkəmə belə qeyd edir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan sonra iddiaçı Bayramova (Qəhrəmanova) Əminə İlqar qızı və Cavabdeh1 ailə birliyi içərisində yaşamamış, iddiaçı isə həmin müqavilədən xəbərdar olduğu andan həmin müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi tədbirlər görmüş, mediasiya təşkilatına sonra da məhkəməyə müraciət etmiş, yəni həmin əqdi bəyənməmişdir. Qeyd edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı Bayramova (Qəhrəmanova) Əminə İlqar qızı ilə Cavabdeh1 ailə münasibətləri pozulduqdan sonra onların birgə nikah dövründə əldə etdikləri avtomobildən iddiaçıya pay düşməməsi üçün həmin avtomobil alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətinə, daha sonra isə alqı-satqı müqaviləsi əsasında məhz Cavabdeh1 anası Cavabdeh3 mülkiyyətinə keçirilmişdir. Yekunda məhkəmə belə hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqısatqısına dair xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 7.17-ci bəndinə əsasən ümumi əmlaka daxil olan predmetin (məsələn, avtomobilin) ərin (arvadın) bağladığı müqavilə əsasında üçüncü şəxsin adına qeydə alındığı halda ərin (arvadın) həmin müqavilənin etibarsız sayılması və (və ya) əşyanın ümumi mülkiyyətə qaytarılmaqla, bölünməsinə dair əqdin hər iki tərəfinə (sərəncam verən ərə (arvada) və əldə edən üçüncü şəxsə) qarşı iddia qaldırmaq hüququ vardır. Həmin şəxslərə qarşı göstərilən tələblərdən hər hansı birinin irəli sürülməsi iddiaya baxılması üçün kifayət edir. Belə ki, müqavilənin etibarsız sayılması barədə iddia qaldırıldıqda, etibarsızlığın nəticəsi (Mülki Məcəllənin 337.5-ci maddəsi) kimi üçüncü şəxsin adına olan reyestr qeydinə düzəliş edilməsi (Mülki Məcəllənin 141-ci maddəsi); etibarsız əqd əsasında verilmiş əşyanın qaytarılması tələbi (Mülki Məcəllənin 157.2-ci maddəsi) üzrə isə qeydin əsasında duran müqavilənin etibarlılığının yoxlanılması məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsidir və tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz. Sözügedən tələblərə baxılarkən əşyanın üçüncü şəxsin adına rəsmiləşməsinə əsas olmuş əqd etibarsız sayıldıqda müvafiq reyestr qeydi ləğv olunur və əşya ər-arvadın birgə əmlakı kimi bölünür. Plenum Qərarın qeyd olunan tələbini nəzərə alaraq məhkəmə belə hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqı-satqısına dair xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin Cavabdeh2 adına qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli reyestr qeydi və **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin Cavabdeh3 adına qeydiyyata alınmasına dair xx.xx.2024-cü il tarixli reyestr qeydi ləğv edilməlidir. Həmçinin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqı-satqısına dair xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobil ər-arvadın birgə əmlakı kimi bölünməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: -əmlakın ər-arvadın nikah müddətində əldə olunması; -əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 6.10 və 6.11-ci bəndlərində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ümumi qayda ondan ibarətdir ki, mübahisə halında bütün əmlakın məhkəmə tərəfindən bölünməsi, ər-arvadın əmlakının qanuni rejiminin məcburi şəkildə ləğv edilməsidir. Yəni ər-arvadın əmlakı üzərində ümumilik məhkəmə qərarı ilə aradan qalxır və onların hər biri paylarına uyğun şəkildə aldıqları predmetlərə münasibətdə fərdi mülkiyyətçi vəziyyətinə keçirlər. Həmin Qərarın 6.18-ci bəndində qeyd edilmişdir ki, məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ər-arvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir. Pay ərin və ya arvadın ümumi əmlak üzərində hansı həcmdə hüquq və öhdəliklərə sahib olduqlarını müəyyən edir və bölgü həmin pay nisbətinə uyğun aparılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 37.1 və 37.3-cü maddələri). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli əmlak olan avtomobil tərəflərin birgə nikah müddətində əvəzli şəkildə əldə edildiyindən, birgə nikah müddətində əldə edilmiş əmlaka dair tərəflər arasında hər hansı razılaşma olmadığından, onların aralarında nikah sazişi olmadığından, bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobil birgə nikah dövründə qazanılmış hesab edilməklə, Bayramova (Qəhrəmanova) Əminə İlqar qızının həmin avtomobilin 1/2 hissəsinə payı və Cavabdeh1 həmin avtomobilin 1/2 hissəsinə payı müəyyən edilməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; -Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli; -Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqı-satqısına dair xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli; -**-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin Cavabdeh2 adına qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli reyestr qeydi ləğv edilməli; -**-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin Cavabdeh3 adına qeydiyyata alınmasına dair xx.xx.2024-cü il tarixli reyestr qeydi ləğv edilməli; - **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobil birgə nikah dövründə qazanılmış hesab edilməklə, Bayramova (Qəhrəmanova) Əminə İlqar qızının həmin avtomobilin 1/2 hissəsinə payı və Cavabdeh1 həmin avtomobilin 1/2 hissəsinə payı müəyyən edilməli: -iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı Bayramova (Qəhrəmanova) Əminə İlqar qızına verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətеtdi: İddia təmin edilsin. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin alqı-satqısına dair xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin Cavabdeh2 adına qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli reyestr qeydi ləğv edilsin. **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobilinin Cavabdeh3 adına qeydiyyata alınmasına dair xx.xx.2024-cü il tarixli reyestr qeydi ləğv edilsin. **-BK-*** dövlət qeydiyyat nişanlı, "Khazar LX" markalı minik avtomobil birgə nikah dövründə qazanılmış hesab edilməklə, Bayramova (Qəhrəmanova) Əminə İlqar qızının həmin avtomobilin 1/2 hissəsinə payı və Cavabdeh1 həmin avtomobilin 1/2 hissəsinə payı müəyyən edilsin. İddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı Bayramova (Qəhrəmanova) Əminə İlqar qızına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-629/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-629/2025
05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver